Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3066/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) 09.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlundan və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2025-ci tarixli, 2(103)2521/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icr aat
1. İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Qaz təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.9-cu maddəsinin, Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinin icrasına məcbur edilərək sayğac quraşdırılmasını, maddi ziyan olaraq 96000 manat, mənəvi ziyan olaraq 54000 manat, cəmi 150000 manat pul vəsaitinin tutularaq pensiya hesabına ödənilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-568/2025 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair e-2(007)-568/2025 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə g öndərilməsi qərara alınmışdır.
3. İddiaçı xx.xx.2025-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-568/2025 saylı qərardadından şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-568/2025 saylı qərardadı ilə e-2(007)-568/2025 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.
5. İddiaçı xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-568/2025 saylı qərardadı ilə e-2(007)-568/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi ni xahiş etmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-568/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)2521/2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-568/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)2521/2025 saylı qərardadı ilə kassasiya şikayəti və ona əlavə edilmiş sən ədlər geri qaytarılmışdır.
10. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2521/2025 saylı qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103) 2521/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2521/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
12. Qərardad belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2521/2025 saylı qərardadından vəkillə birlikdə kassasiya şikayəti verilmədiyi üçün kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya şikayət inin və ona qarşı etirazın dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli,2(103)-2521/2025 nömrəli qərardadı ləğv edilməsini, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin Ali Məhkəməyə göndərilməsini, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə kommersiya məhkəməsində yox, ümumi rayon məhkəməsində baxılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, kassator bu iş üzrə iddiasını Nizami Rayon Məhkəməsinə təqdim etmişdir və işin mahiyyəti, tərəflərin statusu, iddianın tərkibi nəzərə alınmaqla bu işin məhz ümumi məhkəmə – Nizami Rayon Məhkəməsi tərəfindən araşdırılması qanuna tam uyğun olmuşdur.Lakin bu işin sonradan Kommersiya Məhkəməsinə yönəldilməsi qərara alınmışdır. Bu isə iddiaçının fikr incə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsi, eyni zamanda qanuni hakimin icraatından işin əsassız olaraq alınması deməkdir. İddiaçı hesab edir ki, iddiaçının hüquqi münasibəti və iddiasının xarakteri kommersiya hüququ ilə deyil, mülki hüquqla tənzimlənən münasibətdir. İşin əvvəlcə ümumi məhkəmə tərəfindən qəbul olunması və bu aidiyyətə əsasən araşdırılması üçün heç bir maneə olmaması, sonradan işin başqa instansiyaya verilməsini əsassız və hüquqi əsasdan məhrum edir.Nəticədə, iddiaçının işinin Nizami Rayon Məhkəməsi tərəfindən yox, Kommersiya Məhkəməsi tərəfindən araşdırılması, onun ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxaracaqdır. Əgər iş əvvəlcədən aidiyyəti üzrə – Nizami Rayon Məhkəməsində baxılsaydı, hüquqi prosedurlar daha şəffaf, aydın və sadələşdirilmiş şəkildə həyata keçirilərdi, əlavə vaxt itkisinə yol verilməzdi.BakıApellyasiya Məhkəməsi tərəfindən qeyd olunan norma tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir və məhkəmə düzgün nəticəyə gəlməmişdir.
15. Kassator 19 mart 2025-ci il tarixində BakıApellyasiya Məhkəməsinə rəsmi müraciət edərək dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Lakin məhkəmə 10 aprel 2025-ci il tarixli qərardadla bu ərizəni rədd etmiş, bunun səbəbi kimi isə "barəsində şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan şikayət vermək üçün vəkilə ehtiyac yoxdur" demişdir. Bu yanaşma hüquqi yardımın yalnız şikayət verməkdən ibarət olması kimi yanlış və məhdud bir anlayışa əsaslanır. Halbuki Konstitusiyanın 61-ci maddəsi ilə təmin olunan hüquq yalnız formal prosedur deyil, real və effektiv hüquqi yardı mın göstərilməsini tələb edir. Kassator 1-ci qrup Qarabağ müharibəsi əlilidir. O, ölkənin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxsdir. Bu səbəbdən dövlət onun hüquqlarının müdafiəsini daha diqqətlə təmin etməlidir. Səhiyyə Nazirliyinin rəyi ilə kassatorun xaricdə müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Bu da onun hüquqi prosedurlar zamanı fiziki və psixoloji cəhətdən əlavə çətinliklərlə üzləşdiyini sübut edir. Belə bir şəxsə hüquqi yardımdan imtina edilməsi, onun konstitusion hüquqlarının kobud şəkildə pozulması deməkdir. Məhkəmə təkcə hüquqi yardımdan imtina etməklə kifayətlənməmiş, əlavə olaraq kassatora 400 manat məbləğində cərimə də tətbiq etmişdir. Bu isə hüquqi yardımdan məhrum edilən şəxsin əlavə iqtisadi və sosial təzyiqlə üz-üzə qoyulması deməkdir. Belə ki, kassator 18 mart 2025-ci il tarixində dövlət hesabına vəkillə təmin olunması üçün müraciət etmiş, lakin bu müraciət 10 aprel 2025-ci il tarixli qərardadla əsassız olaraq rədd edilmişdir. Daha sonra isə 23 aprel 2025-ci il tarixli qərardadla yalnız kassasiya şikayətinin verilməsi üçün vəkil təyin olunmuşdur. Bu yanaşma hüquqi yardım anlayışını yalnız şikayət ərizəsinin yazılması ilə məhdudlaşdırır ki, bu da Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulan “yüksək keyfiyyətli hüquqi yardım” anlayışının mahiyyətinə ziddir.
16. Əgər birinci instansiya məhkəməsi şikayəti (və ya iddianı) aidiyyətin düzgün müəyyən edilmədiyi əsasları ilə geri qaytarırsa, bu qərardaddan birbaşa kassasiya instansiyasına – yəni Ali Məhkəməyə şikayət verilməsi mümkündür və bu qanuni prosedurdur. Nizami Rayon Məhkəməsinin q ərardadından verilmiş şikayətə birbaşa kassasiya instansiyası məhkəməsi – Ali Məhkəmə baxmalı idi. 17. 07 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, etiraza sədr deyil, barəsində etiraz verilmiş hakimlərin özü baxmışdır. Nəticədə qərəzsiz və müstəqil qərar qəbuletmə tələbi pozulmuşdur, çünki hakimlər heyəti öz obyektivliyinə dair verilmiş etiraza özləri baxaraq, faktiki olaraq özləri haqqında qərar çıxarmışlar.Bu isə yolverilməzdir. Kassasiya baxışının hədləri: Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə m əhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
19. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
20. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
21. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassatorun şikayət verdiyi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103) 2521/2025 saylı qərardadı belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2521/2025 saylı qərardadından vəkillə birlikdə kassasiya şikayəti verilmədiyi üçün kassasiya şikayəti geri qaytarılmalıdır. Bu əsaslandırma prosessual qanunvericiliyə uyğundur.
26. Qanuna əsasən, kassasiya şikayətləri yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin o rderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (§ 18-21).
27. Belə olan halda apelyasiya instansiyası məhkəməsinin qərardadının prosessual hüquq normalarına uyğunsuzluğu aşkar edilməmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri sözügedən qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 17 aprel 2025-ci tarixli, 2(103)2521/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.