Məhkəmə qərarları › İş №2(102)-3067/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3067/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3067/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X3 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxxxxxx” ASC-nin vəkili X2 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər “X6” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin və “X6” MMC-nin cavabdeh İddiaçı İKB ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi və kreditin bağlanma tarixinin müqaviləyə uyğun olaraq xx xxxxxx 2020-ci il kimi qeyd edilməsi” tələ binə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-12378/2019 nömrəli qətnaməsindən cavabdeh “X6” MMC-nin vəkili Vəkil kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASCcavabdehlər cavabdehlər “X6” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6” MMC-dən 2015-ci il 26 avqust tarixli kredit müqaviləsi üzrə banka 701640 ABŞ dolları əsas, 59483,48 ABŞ dolları faiz borcu olmaqla, cəmi 761123,48 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumunun və 180 manat xidmət haqqının ödənilməsi; tutma nın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına; Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135,5 kv.m. ümumi, 101,6 kv.m. yaşayış, 33,9 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilinə; Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 26,8 kv.m. ümumi, 17,6 kv.m. yaşayış, 9,2 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 4 nömrəli mənzilinə; Cavabdeh3 mülkiyyəti ndəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57,5 kv.m. ümumi, 14,8 kv.m. yaşayış, 42,7 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 5 nömrəli mənzilinə; Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57,8 kv.m. ümumi, 15,6 kv.m. yaşayış, 42,2 kv.m. yardımçı sahədən ibarət 33 nömrəli evin 9 nömrəli mənzilinə; Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 67,1 kv.m. ümumi, 46 kv.m. yaşayış, 21,1 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 1 nömrəli mənzilinə; Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 1 otaqlı, 16 kv.m. ümumi, 12 kv.m. yaşayış, 4 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 8 nömrəl i mənzilinə; Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 2 otaqlı, 27,5 kv.m. ümumi, 24,4 kv.m. yaşayış, 3,1 kv.m. yardımçı sahədən ibarət 32 nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nnin borcunun ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; ipoteka predmetləri satıqldıqdan 1 ay sonra ipoteka qoyanların ipoteka predmetlərinə istifadə hüquqlarının itirilmiş hesab ediməklə həmin əmlakların boşaldılraq Banka təhvil verilməsi, onların mənzillərdən və “X6” MMC ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv ed ilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “X6” MMC də cavabdeh İddiaçı İKB ASC-yə qarşı qarşılıqlı iddia verərək, cavabdehin hərəkətləri nəticəsində dəymiş 300000 manat zərərin cavabdeh İddiaçı İKB ASC-dən tutulması, xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il kimi və hesablanmış faiz və əsas borcun müddətin sonunda ödənilməsi kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-101/2019 saylı qətnaməsi ilə İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh “X6” MMC-dən kredit müqaviləsi üzrə 56754,88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olara q manatla) məbləğində faiz borcunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh4 mülkiyyətində olan və İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 934740 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh “X6” MMC-nin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin Cavabdeh4 geri qaytarılması, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində Cavabdeh4 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, iddiaçı “X6” MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı İKB ASC ilə cavabdeh “X6” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il olduğunun müəyyən edilməsi qət edilmişdir.(hakim İlahə Abbasova) İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı İKB ASC apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 12378/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-101/2019 saylı qətnaməsi İddiaçı İKB ASC-nin iddiasına münasibətdə, habelə iddiaçı “X6” MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilmiş hissəsində, yəni İddiaçı İKB ASC ilə cavabdeh “X6” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il olduğu müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilmiş, İddiaçı İKB ASCvə “X6” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 25-BİZ-2-0-437-15 №-li Kredit müqaviləsinin ləğv edilmsi, İddiaçı İKB ASCvə “X6” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 25BİZ-2-0-437-15 №-li Kredit müqaviləsinə əsasən xx xxx 2017-ci il tarixə ödənilməmiş 701640 ABŞ dolları məbləğində əsas, 56754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758394,88 ABŞ dolları (yeddi yüz əlli səkk iz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) borcun, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlətrüsumunun əvəzi olan 90 manat və xidmət haqqının əvəzi olan 180 manat, cəmi 300 (üç yüz) manat məbləğində pulun “X6” MMCdən tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, tutmanın Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (bir milyon beş yüz on iki min altı yüz otuz) manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 934740 (doqquz y üz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilməsi, İddiaçı İKB ASC-nin iddiasının qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi, iddiaçı “X6” MMC-nin qarşılıqlı iddiasınınİddiaçı İKB ASC ilə cavabdeh “X6” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il olduğunun müəyyən edilməsi hissəsində təmin edilməməsi, əmlakın qiymətləndirilməsinə dair keçirilmiş məhkəmə ekspertizasının xərci olaraq “X6” MMC-dən 500 (beş yüz) manat məbləğində pulun tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (VÖEN **********, Kapital Bank ASC-nin Nərimanov filialı, kod: 200093, VÖEN: **********, S.W.İ.F.T. AİİBAZ2X, m/h: AZ37NABZ********************, İBAN AZ91Aİ İB********************), keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə sənədlərinin texniki ekspertizasının xərci hesabına “X6” MMC-dən cəmi 206,52 manat (iki yüz altı manat əlli iki qəpik) məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Şeyda Məhərrəmova) Cavabdeh “X6” MMCkassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 12378/2019 nömrəli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, kredit müqaviləsində kredtin qaytarılması qaydası belə müəyyən edilib ki, faizlər hər ay, əsas borc isə kredit müddətinin sonunda, yəni xx xxxxxx 2020-ci ildə ödənilməlidir. Buna görə də bankın kreditin tam ğdənilməsini müddətin bitməsindən təxminən bir əvvəl tələb etməsi əsassız olmuş, bu tələbi təmin etməklə də apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozmuşdur. Həmçinin apelyasiya məhkəməsi ipoteka ilə yüklü edilən əmlakların qiymətinin k redit məbləğindən bir neçə dəfə çox olmasını və kredit müddəti bitdikdən sonra kreditin ödənilməsilə bağlı Bankın heç bir çətinliklə üzləşməyəcəyini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxx” ASC-nin vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, kassatorun nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı bank iddia tələbinin əsası kimi cavabdehlərlə bağlanmış kredit və ipoteka müqavilələrin ə istinad edərək, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “X6” MMC-yə illik 14%-lə 60 ay müddətinə 5 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmasını, müqavilə əsasında MMC-yə 701640 ABŞ dolları məbləğində kredit verilməsini, kreditin qaytarılmasının təminatı kimi digər cavabdehlərlə ipoteka müqavilələri bağlanmasını, borc alanın kredit öhdəlilkərini yerinə yetirməməsini göstərmişdir. “X6” MMC qarşılıqlı iddiasında kredit müqaviləsinin 1.13-cü maddəsinə əsasən kreditin, yəni hesablanmış faizlər və əsas borcun kredit müqaviləsi müddətinin sonunda ödənilməli olmasının nəzərdə tutulmasına, cavabdehin kredit xətti müqaviləsi çərçivəsində birinci tranşla ******* manat kredit ayırmalı olmasına baxmayaraq, yalnız 701640 ABŞ dolları məbləğində kredit ayırmaqla öhdəliyinə əməl etməməsinə, bu səbəbdən də MMCnin podrat müqaviləsi əsasında 3-cü şəxslər qarşısında öz öhdəliklərini pozması nəticəsində zərərə düşməsinə istinad etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “X6” MMC birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissəsində mübahisələndirməyib. İddiaçı bank da öz növbəsində apelyasiya instansiyasının iddianının təmin, qarşılıqlı iddianın təmin edilməyən hissəsindən kassasiya şikayət verməmişdir. Hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız cavabdeh “X6” MMCmübahisələndi rmişdir. Kassasiya şikayətinin sonunda “X6” MMCqətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə kreditin bağlanma vaxtının xx xxxxxx 2020-ci il tarixi kimi hesab edilməsi barədə qarşılıqlı iddianın rədd, ilk iddianın təmin olunan hissəsində mübahisələndirilir. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini kreditin bağlanma vaxtının xx xxxxxx 2020-ci il tarixi kimi hesab edilməsi barədə qarşılıqlı iddianın təmin olunmayan və ilk iddianın təmin olunan hissəsi təşkil edir və məhkəmə kollegiyası da apelyasiyanın qətnaməsini “X6” MMC-nin verdiyi kassasiya şikayət həddində yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh “X6” MMC-nin (kassatorun ) kassasiya şikayətitəmin edilməməli,kassatora münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bankın iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. “X6” MMC-nin qarşılıqlı iddia tələbi də müqavilə şərtinə əsasən, müqavilə üzrə öhdəliklərin müqavilə müddətinin sonunda icra edilməli olması barədədir. Birinci instansiya məhkəməsi xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə istinad edərək bankın iddiasını qismən təmin edib, kredit müqaviləsi üzrə 56754,88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcunun tutulmasını, tələbin Cavabdeh4 mülkiyyətində olan və İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə y üklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 934740 manat müəyyən olunmasını, eləcə də qarşılıqlı iddianı qismən təmin edib, İddiaçı İKB ASC ilə “X6” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin xx xxxxxx 2020-ci il olduğunun müəyyən edilməsini qət etmişdir. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, kredit müqaviləsinin 1.8-ci maddəsində k reditin bağlanma (yəni tam ödənilmə) tarixi xx xxxxxx 2020-ci il tarixi müəyyən edilsə də, müqavilənin 7.1.-ci maddəsinin “h” bəndinə görə bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə, pul vəsaitlərinin ödənilməsini kreditor vaxtından əvvəl tələb edə bilər. xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin 1.13-cü maddəsində kreditin ödənilməsi qaydası faizlərin hər ay, əsas məbləğin isə müddətin sonunda ödənilməsi nəzərdə tutulub. Apelyasiya instansiyası işin mübahisəsiz halı kimi cavabdeh “X6” MMC-nin kredit xətti müqaviləsi üzrə İddiaçı İKB ASC-dən 701640,34 ABŞ dolları pul vəsaiti alsa da, müqavilənin şərtlərinə əsasən müqavilə müddətində faizləri hər ayın sonunda ödəməməsini, ilk iddiada iddiaçı ilə cavabdeh şirkət arasında bağlanmış kredit müqaviləsinin ləğv ed ilməsi tələbi irəli sürülsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin tələbə hüquqi qiymət verilməməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddianı yuxarıda göstərilən qaydada qismən, qarşılıqlı iddianı isə təmin etməmmiş, gədiyi nəticəni də Mülki Məcəllənin 296.1, 279, 317.1, 319.1, 385.1, 386.1, 389.1, 390.1, 421.2, 424.2, 442, 443.1, 443.5-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.1 və 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. xx xxxxxx 2015-ci il tarixli kredit Kredit müqaviləsinin 1.8-ci maddəsində kreditin bağlanma (yəni tam ödənilmə) tarixi həqiqətən də xx xxxxxx 2020-ci il tarixi m üəyyən edilmişdir. Müqavilənin 1.13-cü maddəsi kreditin ödənilməsi qaydası kimi faizlərin hər ay, əsas məbləğin isə müddətin sonunda ödənilməsini nəzərdə tutub. Müqavilənin 7.1.-ci maddəsinin “h” bəndinə görə bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə, pul vəsaitlərinin ödənilməsini kreditor vaxtından əvvəl tələb edə bilər. Apelyasiya instansiyası da işin mübahisəsiz halı kimi cavabdeh “X6” MMC-nin kredit xətti müqaviləsi üzrə bankdan 701640,34 ABŞ dolları pul vəsaitini almasını, müqavilənin şərtlərinə əsasən faizləri müqavilə müddətində hər ayın sonunda ödəməli olmasına baxmayaraq, ödəməməsini, bununla da cavabdehin müqavilə şərtlərini pozmasını və bu səbəbdən də iddiaçının Müqavilənin 7.1.-ci maddəsinin “h” bəndinə əsasənkredit borcunu tam şəkildə tələb etməsinin qanuni və əsaslı olmasını müəyyən etmiş və işin müəyyən edilmiş bu hallarına əsasən, birinci instansiya məhkəməsinin qiymət vermədiyi müqavilənin vaxtından əvvəl xitamı barədə ilk iddia tələbinə də qiymət verərək, kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və borcun tam tutulması barədə ilk iddianı təmin etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 424. 2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halı, yəni borcalanın kredit müqaviləsi üzrə faizləri ay ödəməməklə müqavilə şərtlərini pozması halı, apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarının dispozitiv şərtləri ilə eynilik təşkil edir. Həmçinin kredit müqaviləsi üzrə borcalanın faizləri ay ödəməməsi Müqavilənin 7.1.-ci maddəsinin “h” bəndinin tətbiqini zəruri etmişdir. Borcun məbləğinə g əldikdə, apelyasiya instansiyası məhkəməsi borcun məbləğini iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 16163 nömrəli rəyinə əsasən müəyyən etmişdir. Həmin rəydə də xx xxx 2017-ci il tarixinəəsas borcun 701640,00 ABŞ dolları, faiz borcunun 56754,88 ABŞ dolları olması qeyd edilib. Kreditin bağlanma (yəni tam ödənilmə) tarixinin xx xxxxxx 2020-ci il tarixi kimi müəyyən edilməsi barədə qarşılılıqlı iddia tələbinin təmin olunmayan hissəsində də apelyasiya məhkəməsinin qətnaməsi işin müəyyən edilmiş hallarına uyğundur. Qeyd edilən qarşılıqlı tələb ilk iddianın rədd edilməsinə yönəlməklə, Kredit müqaviləsinin 1.8-ci maddəsinə əsaslanır. Apelyasiya instansiyası məhkəməsi də ilk iddianı Kredit müqaviləsinin 7.1.-ci maddəsinin “h” bəndinə əsasəntəmin edilm əsi nəticəsinə gəldiyi və bu da qarışlıqlı iddianın təmin edilməsini istisna etdiyi üçün düzgün olaraq qarşılıqlı iddianı qeyd edilən hissədə təmin etməmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi qeyd edilən hissələrdə maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq etmişdir. İpoteka ilə yüklü edilən əmlakların qiymətinin kredit məbləğindən bir neçə dəfə çox olması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası bu dəlili əsaslı saymır. Belə ki, apelyaisya instansiyası məhkəməsi kredit öhdəliklərinin təminatı kimi Cavabdeh4 Şahnaz qızının mülkiyyətində olan iki qeyri-yaşayış sahələrinə tutma yönəldilməsi nəticəsinə gələrkən, həmin əmlakların bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə müqaviləyə və Mülki Məcəllənin 296.1, 279, 317.1, 319.1-cu, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.1 və 39.3.3-cü maddələrinə istinad etmişdir. Qeyd edilən normalar da əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması halında ipoteka saxlayanaipoteka predmetinə tutmanın yönəldilməsi və daşınmaz əşyanın satılmasını tələb etmək hüquq verir. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin icrasının təminatı kimi iki və daha artıq daşınmaz əmlak ipotekaya qoyulduğu və ipoteka predmetlərinin dəyərinin kredit borcundan çox olduğu halda, tutmanın ipoteka predmetlərinə və ya onlardan hər hansı birinə yönəldilməsini tələb etmək hüququ yalnız ipotekasaxlayana məxsusdur. Hazırki işdə də ipotekasaxlayan bu hüququndan istifadə edərək, tələbin ipoteka predmetlərindən birinə deyil, hamısına yönəlməsini xahiş etmişdir. Bu baxımdan, apely asiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassatora münasibətdə hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh “X6” MMC-nin (kassatorun) kassasiya şikayətitəmin edilməməli, kassatora münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “X6” MMC-nin (kassatorun) kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 12378/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar