Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3067/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürmə 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgüloğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(106)499/2024 saylı qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyi strindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi 9 saylı evin 34 saylı mənzili mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, lakin ½ hissə açıq saxlanılmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Nəriman Nərimanov küçəsi, 9 saylı evin 34 saylı mənzili mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına xx.xx.2023-cü il tarixdə, ½ hissədə X adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İsmayilovna (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və İX qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə müraciət edərək, cavabdeh X ona aid olan hissədən, digər Cavabdeh1 həmin mənzildən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, habelə cavabdeh İX ilə mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh X qanun üzrə vərəsəlik yolu ilə mülkiyyətinə keçmiş ona məxsus mübahisəli mənzilin ½ hissəsini uzun müddətdir ki, zəbt etmiş onun razılığı olmadan və iradəsinin əksinə, əsassız və qanunsuz olaraq istifadə edib ona sahiblik edir, onu mənzilə buraxmır, ona etdiyi şifahi və yazılı etiraz və şikayətlərinə rəğmən, bununla onun mülkiyyətində olan əmlakına dair istifadə və sahiblik hüquqlarını kobud şəkildə pozmuş, Cavabdeh1 ilə cinayət əlaqəsinə girərək əmlakını sonuncuya qanunsuz olaraq satmış, nəticədə həmin ş əxslər ona xeyli miqdarda maddi zərər vurmuşlar və vurmaqda da davam edirlər. Cavabdeh1 hansı əsasla mənzilində yaşadığını soruşarkən, ona “həmin mənzilə görə cavabdeh Xpul verib alaraq ora köçdüyünü” bildirmişdir. Lakin o, həmin mənzilin hələ öz aralarında bölünməmiş halda, hansı yolla satıldığını bilmir. Ona görə də bu barədə Şirvan Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Əvvəlki ərizəsinə cavab verilsə də, sonrakı ərizəsi üzrə hazırda araşdırma aparılır. Odur ki, iddia tələbinin təmin edilməsi, mübahisəli mənzilin iddiaçıya məxsus ½ hissəsindən Cavabdeh1, cavabdeh İX və digər kənar şəxslərin əşyaları ilə birlikdə çıxarılması, iddiaçıya qarşı yönəlmiş bütün maneələrin aradan qaldırılması, iddiaçının mənzilin özünə məxsus ½ hissəsinə köçürülməsi barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.
5. Cavabdeh X iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil onun mərhum anası X4 tərəfindən İddiaçı İsmayıl qızı və X5 qarşı “miras əmlakın qəbul edilməsi faktının tanınması, miras əmlak üzərində vərəsəlik hüququnun tanınmaqla paylarının müəyyən edilməsi” tələbinə dair Şirvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (032)1353/2020 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş və mərhumə nənəsi X6 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 sayl evin 34 saylı mənzilin miras əmlak qismində qəbul edilməsi faktının tanınması və həmin mənzilə mərhumə anası X3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhər 1 saylı N otariat Ofisinə həvalə edilməsi qət edilmişdir. Lakin, anası X4 xx.xx.2020-ci il tarixdə “kəskin respirator çatışmamazlıq” xəsətliyindən vəfat etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (032)-1353/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra o, iddiaçı qismində anası X1 miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 saylı mənzilə irsi tarnsmissiya qismində vərəsəlik hüququnun tanınmıqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin üçüncü şəxs Şirvan şəhəri 1 saylı Notariat Ofisinə həvalə edilməsi barədə Şirvan şəhər məhkəməsində iddia qaldırmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-1279/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş və onun tərəfindən anasından miras qalmış Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 saylı mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi və onun adına Şirvan şəhəri, N.Nərimanov küçəsi 9 saylı evin 34 saylı mənzildə ½ payının müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı İsmayıl qızı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)- 413/2022 saylı qətnaməsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci İl tarixli, 2(032)- 1279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı İsmayıl qızı kassasiya şikayəti vermiş, lakin kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin Mülki kollegiyas ının xx.xx.2022-ci il tarixli, 2(102)-3613/2022 saylı qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)- 413/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hər bir tərəf öz payına əsasən vərəsəlik haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında ½ pay üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarışlar verilmişdir. Lakin iddiaçının iddia tələbində cavabdehin mübahisə predmeti olan mənzildən qanunsuz istifadə etməklə üzərində sərancam verməsi kimi qeyd etməklə qanunsuz hərəkətlər etməyini bildirməklə ən əsası mənzilə buraxmadığını və cavabdeh X10 ilə cinayət əlaqəsinə girərək əmlakı qanunsuz olaraq satması kimi formal xarakterli sözlərə üstünlük vermiş, lakin han sı mötəbər sübut növü olaraq dəlill belə məhkəməyə təqdim edə bilməmişdir. Əvvəla mübahisə predmeti olan mənzil miras əmlak olaraq hər iki tərəfin arasında ½ hissəyə paylar müəyyən edilməklə üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. O isə payına olan hissədən istifadə etməklə üzərində hər hansı bir, iddiaçının deməsinə görə satmaq kimi sərancam vermək hüququ deyil, mülkiyyəti olduğundan üzərində sahiblik hüququ olaraq istifadə edərək həmin pay hissəsində müvəqqəti sərancam vermək hüququndan istifadə edə bilər. Belə ki, mübahisə predmeti olan mənzil əvvəla miras əmlak olaraq ½ pay üzrə iddiaçı ilə onun arasında paylar müəyyən edilmişdir. Belə olan halda mübahisə predmeti olan əmlak üzərində necə sərancam vermək olar, yəni satmaq olar. Bu qeyri-mümkündür. Ona görə iddi açının iddia tələbləri yalnız formal xarakterli sözlər üzərində qurulmaqla yalan və böhtandır. Bu səbəbdən də iddiaçının iddia tələbinin əsassız olmasının sübutu olaraq miras qalmış əmlak olan Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, 34 saylı mənzildə onun tərəfindən yerləşdirilən müvəqqəti yaşamaq üçün ailəvi dost olduğu X7 qarşı “mənzildən çıxarılması” tələbi ilə məhkəmədə iddia qaldırması, o, iddiaçı qismində mübahisə predmeti olan mənzildə müəyyən edilmiş payından istifadə edilməsi üçün üzərində sərancam vermək hüququnun cavabdeh tərəfindən pozulmasının qarşısının alınması üçün bərpa edilməsinə dair Azərbaycan Respublikası MPM-nin 55.1 və 55.2-ci maddəsinin tələblərinə onu iddiaçı qismində cavabdehə qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması” iddia tələbi irəli s ürmək məcburiyyətində qoydu. Bu səbəbdən də o, İddiaçı İsmayıl qızına qarşı “miras əmlakda müəyyən edilmiş payların naturada ayrılması iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalı. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən miras əmlakda payların naturada ayrılmasının mümkün olub-olmadığının müəyyənedilməsi üçün məhkəmə tikinti-teniki ekspertizası təyin etmişdir. İddiaçının iddia tələbi yalnız yalan və böhtan xarakterlidir. Belə ki, o, əgər mənzili qanunsuz satmışdırsa, necə olur ki, həmin mənzilin üzərində payların naturada ayrılması tələbi ilə məhkəməyə müraciət edir. Və fərz edək ki, mənzil naturada bölünməsi halı ekspert rəyinə əsasən baş verdi, belə olan halda mənzil 1/2 pay üzrə naturada bölünməklə hər bir tərəf öz payı üzərində sərancam v erə bilər. Belə olan halda mənzili necə sata bilər və yaxud da əgər iddiaçının deməsinə görə satmışdırsa, hansı şəxs mənzilin 1/2 hissəsini almağa çalışar. Bütün bunlar absurdur və iddiaçının yalan və s. böhtan üzərində qurduğu iddia tələbidir ki, məhkəmə də fikir ayrılığı yarada bilsin. İddiaçı tərəfindən Şirvan şəhər prokurorluğa şikayət ərizəsi ilə müraciət edilmiş və araşdırılması üçün mənzilə yerində baxış aparılmış və iddiaçının qeyd etdiyi hallar öz təsdiqin tapmamışdır. Mənzil üzərində miras əmlak olaraq üzərində payını qanunvericiliyə əsasəm məhkəmə aktları əsasında əldə etmişdir. İddiaçı isə qanunsuz yolla mənzili 3 şaxta vərəsəlik yolu ilə əldə etdiyini iddia edir. Belə çıxır ki, iddiaçının deməsinə görə bütün məhkəmə aktları qanunsuz verilmişdir. Halbuki, bütün məhkəmə aktların da əməlləri deyil, onun qanunsuz olaraq qardaşı Aydın İsmayılovu cəlb etməklə onun payın əldə etməklə paya üstünlük əldə etməyə çalışmış, lakin məhkəmə tərəfindən araşdırılma əsasında hüquqi qiymət verilərək, iddiaçı həmin əməllərini reallaşdıra bilməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh1 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, cavabdeh X ilə tanışlıq münasibətində olmasını, qonaqpərvərlikdən irəli gələrək onu evinə buraxmış, hazırda oğlu, əri ilə birlikdə həmin evdə yaşayır, bütün əşyaları oradadır. Bildiyinə cavabdeh X həmin evə hüququ çatır. Hazırda yaşamağa başqa evi yoxdur. Həmin mənzildə X ilə şifahi razılıq əsasında yaşayır, onunla nə alqı-satqı, nə də ki, kirayə müqaviləsi bağlamamışdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-7/1/2-481/2023 saylı məktubunda qeyd edilmişdir ki, X2 şəhər, N.Nərimanov küçəsi, 9 saylı evin 34 saylı mənzilində qeydiyyatdadır. Nümayəndəlik tərəfindən verilmiş arayışa görə X10 öz ailəsi ilə birlikdə qeyd olunan ünvanda kirayədə yaşayır. 8. 19 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən qeyd edilmişdir ki, İddiaçı İsmayılovnanın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 19.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
9. Şirvan Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(032)-791/2023 saylı qətnaməsi il ə (hakim Səidə Məmmədova) iddia qismən təmin edilərək, Cavabdeh1 əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması, iddiaçının mübahisəli mənzilə köçürülməsi qət edilmişdir.
10. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçı ilə cavabdeh X bərabər hissələrlə paylı mülkiyyətindədir. X mənzilə tanışı olan digər Cavabdeh1 yaşamaq üçün vermiş, lakin paylı mülkiyyətçi olan iddiaçının razılığını almamış, hazırda iddiaçı adı çəkilən şəxsin orada yaşamasını öz mülkiyyətinə qəsd hesab edərək, mülkiyyətinə köçürülməsini istəyir və mülkiyyətindən tam hüquqla istifadə etməsi üçün onun ailə üzvləri əşyaları ilə birlikdə çıxarılmasını tələb edir. X ondan xəbərsiz mənzili Cavabdeh1 satmış, məhz bu səbəbdən sonuncu evdən çıxmaq istəmir. Cavabdeh X hesab edib ki, öz tanışı Cavabdeh1 h əmin mənzilə köçürməkdə haqlıdır, bu mənzil onun da mülkiyyətindədir. Cavabdeh1 mübahisəli mənzildə heç bir hüquqi əsası, yəni nə alqı-satqı, nə kirayə müqaviləsi olmadan sadəcə şifahi razılıq əsasında yaşayır. Məhkəmə gedişatı zamanı tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi təklif olunsa da tərəflər barışıqdan imtina etmişlər.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətçi kimi tələbində qismən haqlıdır. Yəni mənzilə paylı mülkiyyət hüququ olsa belə, iddiaçının öz mülkiyyətindən tam hüquqla istifadə etmək, ona sahiblik etmək, sərəncam vermək hüquqları həmin mənzilə hər hansı bir hüquqi əsas olmadan faktiki sahiblik edən şəxs, yəni Cavabdeh1 tərəfindən məhdudlaşması qanunamüvafiq deyil. İddiaçı öz mülkiyyət hüququnun bərpası üçün mənzilin adı çək ilən Cavabdeh1 tərəfindən boşaldılmasında və həmin mənzilə özünün köçürülməsində haqlıdır, bu səbəbdən də iddia qismən təmin edilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ailə üzvlərinin konkret olaraq kimlərdən ibarət olması, dairəsi, şəxslər barəsində heç bir məlumat göstərilmədiyindən, həmin mücərrəd şəxslərin də mənzildən çıxarılması qeyri-mümkündür. Bundan əlavə iddiaçının mənzilə köçürülməsi, bir mülkiyyətçi kimi ona aid hüquqlarına yaranmış maneələrin aradan qaldırılmasına münasibətdə isə- tələb sırf məhkəmə qərarının icrası ilə əlaqədar olduğundan məhkəmə qeyd etmişdir ki, iddiaçının mənzilinə köçürülməsi və yaşamağına maneçilik törədilməsi məsuliyyətə səbəb olduğundan, bu məsələnin həlli “İcra haqqında” Qanunun 73-cü maddəsi ilə tənzimləndiyinə görə bu hissədə iddia rədd ol unmalıdır.
13. İddiaçının sözügedən mənzildən cavabdeh X ona məxsus ½ hissəsindən çıxarılması hissəsinə münasibətdə (iddiaçı çıxışında tələbin bu hissəsindən şifahi imtina etsə də, tələbin dəyişdirilməsinə dair ərizə mülki prosessual qanunvericiliyə uyğun, yəni hazırlıq iclasında deyil, artıq məhkəmə baxışının çıxışlar mərhələsində verildiyindən icraata qəbul edilməmiş, bu səbəbdən də məhkəmə ilkin formada irəli sürülmüş tələbə münasibət bildirməyi vacib bilir) məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə paylar müəyyən edilsə də, həmin paylar hazırda natura formasında konkret olaraq onlar arasında müəyyənləşmədiyindən, yəni tərəflərin hər birinə məxsus olan ½ hissənin konkret sərhədləri, nədən ibarət olması müəyyənləşmədiyi, həmçinin hər iki şəxsin bərabər hüquqlu mülkiyyətçi olması halın da sözügedən mənzildən X iddiaçıya məxsus ½ hissəsindən çıxarılması tələbi təmin edilə bilməz.
14. İddiaçının sözügedən mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, paylı mülkiyyətində olan mənzildən iddiaçının istifadə qaydalarının müəyyən edilməsi özlüyündə cavabdeh X da mülkiyyətçi kimi mənzilə öz istədiyi kimi sahib olmaqdan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu pozduğundan məqbul saylı bilməz.
15. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 213.2, 213.6, 215.2, 215.4-ci maddələrinə və MPM-in 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh X apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının iddiasının təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Mənzilin ½ hissəsi tərəflər arasında pay üzrə müəyyən edilsə də, lakin naturada bölgüsü olmamış və payların sərhədləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə qərarı gələcəkdə necə icra ediləcəkdir və iddiaçı mənzilin hansı o tağına köçürülməklə istifadə hüququ müəyyən ediləcəkdir. Müəyyən olunmamış hissəyə iddiaçının köçürülməsi halı necə baş verə bilər, belə olan halda birinci instansiya məhkəməsi iddiaçını mənzilə köçürməklə, mən cavabdeh X da mülkiyyət hüquqlarını pozmuş olur. Və sözü gedən mənzilin hansı hissəsindən ididaçı və hansı hissəsindən cavabdeh yaşamaqla istifadə etməyini birinci instansiya məhkəməsi necə müəyyənləşdirdi, bu halı müəyyən etmədən iddiaçını mənzilin naturada bölünməyən hissəyə köçürülməsini necə təmin etməklə hüquqi baxımından müəyyənləşdirdi..
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-499/2024 nömrəli iş üzrə 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Əsədov İlham və Mayılov Samir) apellyasiya şikayəti təmin ed ilməmiş, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(032)-791/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən məhkəmə kollegiyası işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görməmişdir.
20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mənzil Məcəlləsinin 30.1, 30.7-ci maddələrinə, Mülki Məcəllənin 157.2, 213.6, 215.4-cü maddələrinə və MPM-in14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasi ya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh X (vəkili Vəkil ) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşın a və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
27. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçünbütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliy yət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Cavabdeh X kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdeh X kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdeh X kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçı ilə cavabdeh X bərabər hissələrlə paylı mülkiyyətindədir. Bu baxımdan iddiaçı həmin mənzilə paylı mülkiyyət hüququ olsa belə, iddiaçının öz mülkiyyətindən tam hüquqla istifadə etmək, ona sahiblik etmək və ona dair sərəncam vermək hüququna malikdir. Ona görə də iddiaçının mənzilə köçürülməsi hissəsində iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflərin mübah isəli mənzildə payları müəyyən edilsə də, həmin paylar natura formasında onlar arasında müəyyən edilmədiyindən, habelə tərəflərə məxsus ½ hissənin konkret sərhədləri, nədən ibarət olması müəyyənləşmədiyindən, həmçinin tərəflərin bərabər hüquqlu mülkiyyətçi olması halında sözügedən mənzildən X iddiaçıya məxsus ½ hissəsindən çıxarılması tələbi təmin edilə bilməz. Ona görə də bu hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
45. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdeh X kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etdi yindən, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(106)-499/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.