Məhkəmə qərarları › İş №2(102)-307/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-307/2024

16.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-307/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-307/2024 (Açar sözlər: Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4531/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilkin olaraq xx.xx.2018-ci il tarixdə X1 (iddiaçının atası) adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlak daha sonra iddiaçının qardaşının mülkiyyətinə vərəsəlik qaydasında keçmiş, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Cavabdeh (bundan sonra-cavabdeh) iddiaçının qızıdır və o, həmin evdə doğulmuş, 2008-ci ildə nikaha daxil olaraq evdən köçmüşdür. 2021-ci ildə iddiaçının arvadı ağır xəstə olduğundan dünyasını dəyişmiş və həmin vaxtdan tərəflərin münasibətləri korlanmışdır.

3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən cavabdeh göstərilən ünvanda qeydiyyatdadır, lakin 2008-ci ilin aprel ayından yaşamırlar.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3998/2022 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs Cavabdeh) qarşı “qeydiyyatdan çıxarma tələbinə dair iddia ərizəsi rədd edilmiş, qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)-3169/2022 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)3998/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 mülkiyyətində olan ünvan 5indən istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda mülkiyyətində olan ünvan 5 xx.xx.2018-ci il tarixdə qardaşı X6 tərəfindən ona bağışlanmışdır. Cavabdeh onun qızıdır. Cavabdeh mübahisəli evdə qeydiyyatdadır, əvvəllər, yəni ərə gedənə qədər burada yaşamışdır, O, 2 008-ci ildə ailə qurduqdan sonra ona məxsus olan evdən gəlin köçmüş, bu günə kimi ər evində yaşayır. Mülkiyyətində olan, mübahisəli evdə ona aid heç bir əşya yoxdur. Onun övladları - xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X12 heç vaxt ünvan 4 ünvanında yaşamamışlar. Cavabdeh və onun övladları formal şəkildə ona məxsus evdə qeydiyyatdadırlar. Onların ona məxsus evdə formal şəkildə qeydiyyatda olmaları onun mülkiyyət hüququnu pozur. Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 96 saylı arayışına əsasən cavabdeh və onun övladları - xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X12 ünvan 4 ünvanında qeydiyyatdadırlar, lakin 2008-ci ilin aprel ayından yaşamırlar. Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 onun, yəni onun xüsusi mülkiyyətindədir.

8. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, onun həmin mülkiyyətdən istifadə hüququ vardir. Əgər belə olmasaydı, iddiaçı cavabdehə istifadə hüququnun itirilməsinə dair iddia irəli sürməzdi. Belə ki, iddiaçı və cavabdehin hüquqları ailə münasibətləri zəmində yarandığı işin mübahisəsiz halıdır. Bundan əlavə, iddiaçı cavabdehin istifadə hüququna xitam verdikdən sonra həmin mənzili iddiaçının digər övladına “bağışlaması” nəzərdə tutulur. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçının “gözlənti” hüququ pozulur. Gələcəkdə həmin mənzilə dair vərəsə o la bilməyəcəkdir. Cavabdeh və onun ailə üzvlərinə məxsus həmin mənzildə məhkəmə prosesləri başlayana qədər iddiaçı həmin mənzildən mütəmadi istifadə etmişdir. (iddiaçı qovana qədər). İddiaya gəldikdə isə aşağıdakı əsaslara görə iddia ərizəsi rədd edilməlidir. İddia ərizəsində iddiaçı cəhd edir ki, cavabdeh orda yaşamayıb, lakin bildirir ki, cavabdeh həmin mənzildə 2021-ci ilin sonlarına qədər yaşamışdır. Hətta cavabdehə məxsus əmlaklar bu gün də həmin mənzildə yerləşir. Bundan əlavə, cavabdehin özünün də həmin mənzildən istifadə hüququ qanuni qüvvədə olan məhkəmə qərarı ilə təsbit edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sübut “Arayışdan” ibarətdir. Lakin qanunvericilik həmin müddəaya kompensasiya verilməsi şərtini irəli sürür. İddia ərizəsinin məzmunundan da aydın olur ki, i ddia ərizəsində kompensasiya verilməsi barədə hər hansı bir müddəa yoxdur. Heç iddia ərizəsində Mülki Məcəllənin 228-ci maddəsinə istinad edilməmişdir.

9. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Mübahisəli ev əvvəllər atasının adına olmuş, daha sonra onun adına keçmişdir. O da qardaşına bağlamışdır. Cavabdeh ailə qurana qədər mübahisəli evdə yaşamışdır. Hazırda həmin evdə iddiaçı oğlu və onun ailəsi ilə birlikdə yaşayır. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, cavabdehin nə vaxt evləndiyini bilmir, lakin evlənəndən sonra cavabdeh həmin evdə gəlib qalmayıb və uşaqlarını orada məktəbə qoymamışdır. Əvvəl mübahisəli ev 2 otaq olmuş, sonradan 2 otaq da əlavə edilmiş və 2 otaqda iddiaçının oğlu və ailəsi, 1 otaqda iddaçı yaşayır, digər 1 otaq isə boşdur. O, Güzdəkdə yaşasa da, evinə dair sənəd olmadığından mübahisəli evdə qeydiyyatdadır. Cavabdehin yoldaşının Qəbələ də evi var. İddiaçı evi oğluna bağışlasa, o razılıq verəcəkdir.

10. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X9 ifadəsində bildirdi ki, o, iddiaçı ilə qonşudur. İddiaçının qızı Validə 2008-ci ildə evlənmişdir. Anası xəstə olan vaxt cavabdeh evə gəlib getmiş və anasına qulluq etmişdir. 3 ilə yaxındır cavabdehin anası vəfat etmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, mübahisəli evdə hazırda iddiaçı, iddiaçının oğlu Mahir, onun yoldaşı və uşaqları yaşayır. Cavabdehin evdən qovulması barədə hər hansı bir məlumatı yoxdur. Ailə qurandan sonra cavabdeh həmin evə gəlib-getmiş, lakin orada yaş amamışdır.

11. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, iddiaçının bacısı oğludur. İddiaçı ilə cavabdehin əvvəllər münasibətləri normal olmuş və iddiaçının həyat yoldaşı rəhmətə getdikdən sonra münasibətləri pozulmuşdur. Cavabdeh 2008-ci ildə ailə qurmuş və ailə qurduqdan sonra mübahisəli evdə qalmamışdır. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, cavabdeh anası xəstə olanda gəlib ona baxırdı. Həmin evdə hal hazırda iddiaçı, oğlu və onun ailəsi yaşayır. Evdə 4 otaq var, otağın birində iddiaçı, ikisində iddiaçının oğlu və ailəsi yaşayır, digər otaq isə boşdur. Cavabdehi heç kim evdən qovmamışdır.

12. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, iddiaçı onun atası, cavabdeh isə onu n bacısıdır. Atası ilə bacısının, eləcə də onun münasibətləri pozulmuşdur. O, atası ilə barışmaq istəsə də, atası onunla barışmamışdır. Anası sağ olana qədər bacısı mübahisəli evdə yaşayırdı. Hətta anası xəstə olaraq ona bacısı Validə qulluq edirdi. Lakin atasıgil 2021-ci ildə bacısını həmin evdən qovmuşlar. Cavabdehə cehiz kimi mebel verilməsə də, digər cehiz əşyaları, yəni qabqacaq, yorğan döşək hal-hazırda həmin evdədir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, mübahisəli evdə axırıncı dəfə anasının yas mərasimində olub və ondan sonra onun həmin evə getməyinə şərait yaratmamışlar. Cavabdeh 2021-ci ilədək həmin evdə yaşamış və uşaqları hal-hazırda kirayədə qaldıqları evin yaxınlığında yerləşən məktəbə gedirlər. Validənin və uşaqlarının əşyaları mübahisəli evdə qalmışdır.

13. M əhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, iddiaçı onun əmisi oğludur. O, körpəlikdən mübahisəli evdə yaşamış və evdə olan hadisələrdən məlumatlı olmuşdur. Cavabdeh o evdə yaşamışdır. Lakin cavabdehin anası rəhmətə gedəndən sonra iddiaçı ilə aralarında mübahisələr yaranmağa başlamışdır. Cavabdeh anasının xəstəliyi ilə əlaqədar uzun müddət ona baxmışdır. O, tərəflərin barışmaqlarını istəsə də, onlar barışmırlar. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ildə anası rəhmətə getdikdən sonra cavabdehi evdən qovmuşlar. Cavabdeh bir müddət Zaqatala da yaşasa da, daha sonra atasıgillə yaşamışdır. Cavabdehin cehizi hələ də həmin evdədir.

14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2 023-cü il tarixli, e-2(001)1470/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdehin övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinə istifadə hüquqları qanuni əsaslarla mövcud olduğundan və hal-hazırda iddiaçı tərəfindən cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, onların həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsassızdır. Eyni zamanda, mənzilin mülkiyyətçisi tərəfindən qarşı tərəfə istifadə hüququnun itirilməsi əvəzində kompensasiya verilməsi ilə bağlı iddia tələbi verilmədiyindən, məhkəmə tərəfindən belə bir hal üzrə araşdırma aparılmamalı və qərar qəbul edilməməlidir. Çünki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 27.1, 27.2, 27.3, 228.5, 152.5, 152.6, 158.1, 158.1.2, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat

17. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu ilədək yarandığından mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. xx.xx.2023-cü il tarixli iddia ərizəsinə məhkəmə iclasına çağırılacaq 6 nəfərdən ibarət şahidlərin siyahısı göstərilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin baxış iclasında yalnız X6, X10 və X11 şahid qismində dindirilmiş, şahid X4 isə heç bir səbəb olmadan iclas zalından çıxarılmışdır. Məhkəmənin hazırlıq iclaslarında cavabdeh tərəfdən məhkəmə iclasına dəvət olunacaq şahidlərin siyahısı təqdim olunmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında qarşı tərəfdən X13 və X7 məhkəməyə dəvət olunmuşlar. X2 şəxsiyyətini təsdiq edən sənədi olmadığı halda, məhkəmədə ifadə verilməsi üçün şərait yaradılmışdır. Maddi sübutların tədqiq edilməsi üçün yerində müayinə olunması məhkəmədən xahiş edilsə də, vəsatət təmin olunmamışdır. Məhkəməyə mübahisəli evin neçə otaqdan ibarət olmasını əks etdirən video görüntülər təqdim olunsa da, məhkəmə onları qəbul etməmişdir. Hesab edir ki, həm cavabdeh, həm də onlar tərəfindən dəvət olunmuş şahidlər məhkəmədə bilə-bilə yalan ifadə vermişlər. Mülki iş üzrə qətnamə qəbul edildikdən sonra, tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, iş materialları və iclas protokolları ilə tanış olmağa ş ərait yaradılmasını və müvafiq sənədlərin kserosurətlərinin iddiaçıya verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iş materialları və iclas protokolları ilə tanış olan zaman aşağıdakılar müəyyən olunmuşdur: Protokolda tərəflərin məhkəmə çıxışlarının olması qeyd edilmişdir. Eyni zamanda həmin protokolda tərəflərin replika hüququndan istifadə etməmələri göstərilmişdir. Halbuki, məhkəmə xx.xx.2023-cü il tarixdə keçirilən baxış iclası zamanı tərəflərə çıxışlar üçün söz verməmiş, replika hüququndan istifadə edilməsi üçün şərait yaratmamışdır. Məhkəmə şahidlərin dindirilməsindən dərhal sonra müşavirə otağına getmiş, məhkəmə zalına qayıtdıqda sonra qətnamənin nəticə hissəsini elan etmişdir: Bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 209-211-ci maddələrinin tələbləri pozulmuşdur. İş materialları və iclas protokolları ilə tanış olan zaman məhkəmə prosesində baş vermiş qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə iclaslarının videogörüntülərini tələb edilsə də, sözügedən videogörüntülər təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokoluna düzəlişlərin edilməsini və həmin düzəlişlərin düzgünlüyünün təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən protokollara dair verilmiş qeydlər tamamilə rədd edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prosessual hüquq nor maları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsaslandırılmayan, qanunsuz qətnamə qəbul edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra-apellyasiya instanasiya məhkəməsi) 2(103)-4531/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (Məhəmməd Rüstəmli – sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, cavabdehin (övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X12 ilə birlikdə) iddiaçının mülkiyyətində olan ünvan 5indən istifadə hüquqlarının itirilməsi qət edilmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mübahisəyə 2009-cu il oktyabrın 1dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda istinad olunan normaları tədbiq edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin 2008-ci ildə nikaha daxil olaraq evdən köçüb getməsi, hazırda da nikahda olması, uşaqlarının başqa ərazidə yerləşən məktəbdə təhsil alması onun iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə etmək ehtiyacının olmamasına dəlalət edir. Bundan əlavə, cavabdehin həmin evdə müvəqqəti olaraq yaşasa da, xəstə anasına qulluq etməklə bağlı olmuşdur. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, onlar arasında mübahisə evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə bağlı yaranmışdır. Cavabdehin iddiaya verilmiş etirazından da görünür ki, onun niyyəti evdən istifadə etmək deyil, evin və torpaq sahəsinin gələcəkdə başqa şəxsə b ağışlanmasının qarşısını almaqdır.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan evdə cehiz əşyalarının olduğunu bildirsə də, məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətində olan evdə yerində müayinə keçirilərkən cavabdehə məxsus yalnız bir neçə suvenir, övladlarının şəkilləri və bir ədəd xalçanın olduğu müəyyən edilmişdir. Halbuki, həmin xalçanın iddiaçı tərəfindən cavabdehə məxsus olmadığı bildirilmişdir.

23. Məhkəmə mövqeyini Konstitusiyanın 43.1, Mülki Məcəllənin 27.1, 27.2, 27.3, 2009cu il 01 oktyabr tarixinədən qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 60, 87-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh həmin mülkiyyətdən istifadə hüququ vardır. Əgər belə olmasaydı, iddiaçı cavabdehə istifadə hüququnun itirilməsinə dair iddia irəli sürməzdi. Belə ki, iddiaçı və cavabdehin hüquqları ailə münasibətləri zəmində yarandığı işin mübahisəsiz halıdır. Bundan əlavə, iddiaçı cavabdehin istifadə hüququna xitam verdikdən sonra həmin mənzili iddiaçının digər övladına “bağışlaması” nəzərdə tutulur. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçının “gözlənti” hüququ pozulur. Gələcəkdə həmin mənzilə dair vərəsə ola bilməyəcəkdir. Cavabdeh və onun ailə üzvlərinə məxsus həmin mənzildə məhkəmə prosesləri başlayana qədər iddiaçı həmin mənzildən mütəmadi istifadə etmişdir. (iddiaçı qovana qədər). İddiaya gəldikdə isə aşağıdakı əsaslara görə iddia ərizəsi rədd edilməlidir. İddia ərizəsində iddiaçı cəhd edir ki, cavabdeh orda yaşamayıb, lakin bildirir ki, cavabdeh həmin mənzildə 2021ci ilin sonlarına qədər yaşamışdır. Hətta cavabdehə məxsus əmlaklar bu gün də həmin mənzildə yerləşir. Bundan əlavə, cavabdehin özünün də həmin mənzildən istifadə hüququ qanuni qüvvədə olan məhkəmə qərarı ilə təsbit edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sübut “Arayışdan” ibarətdir. Lakin qanunvericilik həmin müddəaya kompensasiya verilməsi şərtini irəli sürür. İddia ərizəsinin məzmunundan da aydın olur ki, iddia ərizəsində kompensasiya verilməsi barədə hər hansı bir müddəa yoxdur. Heç iddia ərizəsində Mülki Məcəllənin 228-ci m addəsinə istinad edilməmişdir.

26. Apellyasiya məhkəməsi kobud səhv edərək və prosessual qanunvericiliyin daha bir tələbini əhəmiyyətli dərəcədə pozaraq cavabdehin təqdim etdiyi sübutlara, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, maddi və prosesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edildiyi kimi cavabdehə məxsus əşyalar həmin mənzildə, yəni ünvan 5 ünvanında yerləşir və şahid ifadələri də təsdiq edir ki, Cavabdeh öz övladları ilə birlikdə 2021-ci ilin sonunadək həmin mənzildə yaşamışdır. Hal-hazırda orda yaşamamasına səbəb isə atasının həmin evdən öz qızını və nəvələrini qovması olmuşdur. Atanın məqsədi onların mənzil üzərində istifadə hüququqlarına xitam verilməsinə nail olmaqdır ki, bununla da o, həmin mənzili digər övladına bağışlamaq niyyətindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

30. Maddə 27.2. On dörd yaşına çatma mış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

31. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

32. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu mad dənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

33. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır... Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

34. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi o nların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İşin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, cavabdeh hazırda iddiaçının mülkiyyətində olan evdə dünyaya gəlmiş, həmin zaman evə dair mülkiyyət hüquqları qeydiyyata alınmamı şdır. Cavabdehin 2008-ci ildə nikaha daxil olaraq evdən köçmüşdür.

48. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 2008-ci ildə nikaha daxil olaraq evdən köçüb getməsi, hazırda da nikahda olması, uşaqlarının başqa ərazidə yerləşən məktəbdə təhsil alması onun iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə etmək ehtiyacının olmamasına dəlalət edir. Bundan əlavə, cavabdehin həmin evdə müvəqqəti olaraq yaşasa da, xəstə anasına qulluq etməklə bağlı olmuşdur.

49. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Kassasiya şikayətini n digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2023-cü il tarixli 2(103)-4531/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar