Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-307/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 2(103)5316/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları 1. 23 yanvar 2008-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan X5 evinin arxasından divarın dibi ilə adsız küçə istiqaməti boyu keçən qaz kəmərindən evin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından partlayış baş verərək yanğn olmuşdur. Hadisə zamanı Zaur Abbasov termiki yanğın təsirindən aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə, arvadı Günel Dadaşova termiki alov yanığın təsirindən aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə ölmüş, övladları - Arzu Abbaszadə bədən səthinin 12-14%, İradə Abbaszadə isə bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqları nəticəsində hər ikisi həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almışdır.
2. Həmin hadisənin baş verməsi ilə bağlı B akı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı, 24 iyun 2009-cu il tarixli hökmünə əsasən X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. Hökmdə qeyd edilmişdir ki, X2 Qaz İstismar idarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işlədiyi vaxt Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən X5 evinin arxasındakı adsız küçədən keçən qaz kəmərinə dövri baxış keçirməmiş, onun cihazla texniki yoxlanmasını aparmamış, texniki vəziyyəti müayinə etməmiş, eləcə də qaz xəttinin dövrlər üçün cari və əsaslı təmirini yerinə yetirməmiş, yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasını, zədələnməsini aşkar etməmiş, kəməri n paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etməmiş, kəmərin torpağın altında olduğu təqdirdə kəmər boyu xarici əlamətlər üzrə və cihazlarla qaz sızmasını aşkar etməmiş, qaz kəmərinin yoxlanılmasının nəticələrini qeyd dəftərində yazılmasını təmin etməmiş, qaz kəmərində nasazlıqlar olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etməmiş, yeraltı qaz kəmərinin cihazla texniki yoxlanılmasında zədələnmə və qazsızma yerlərini aşkar etməmiş, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onun yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etməməklə «Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları»nın 3.3.5, 3.3.6, 3.3.7, 3.3.8, 3.3.10, 3.3.12, 3.3.19 və 3.3.27-ci bəndlərinin tələblərini, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 9.29, 9.30, 9.36, 9.44, 9.45, 9.47 və 9.50-ci bəndlərinin tələblərini, «Tikinti norma və qaydalarının» 4.17 və 4.22-ci bəndlərinin tələblərini, «Qaz təsərrüfatında texniki istismar qaydaları»nın 3.3-cü bəndlərinin tələblərini pozmuş, nəticədə 23 yanvar 2008-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan X5 evinin arxasından divarın dibi ilə adsız küçə istiqaməti boyu keçən qaz kəmərindən evin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından partlayış baş verərək yanğın olmuş, Zaur Abbasov sifətinin, hər iki yuxarı və hər iki aşağı ətraflarının, gövdənin arxa səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki yanğın təsirindən aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə, arvadı Günel Dadaşova başın tüklü hissəsi və süd vəziləri istisna olmaqla bütün bədən səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki alov yanığından aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə ölmüş, Arzu Abbaszadə bədən səthinin 1214%, İradə Abbaszadə isə bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqları nəticəsində hər ikisi həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almış, evin və müxtəlif təyinatlı əşyaların yanıb məhv olması nəticəsində zərərçəkmişlərə 7.000 manatdan artıq məbləğdə maddi ziyan dəymişdir.
4. Bakı Şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti Başçısının 06 mart 2008-ci il tarixli, 116 nömrəli sərancamı ilə X11 2005-ci il təvəllüdlü İddiaçı və 2007-ci il təvəllüdlü X8 üzərində qəyyum təyin edilmişdir.
5. X12 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hadisə zamanı qızı Günel Dadaşo va və kürəkəni Zaur Abbasovun ölməsinə görə mənəvi ziyanın əvəzi olaraq ******* manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5356 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək Cavabdehndən iddiaçının xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilmişdir.
6. Həmçinin iddiaçı X3 Cavabdeh İB-yə qarşı səhhətinə yetirilmiş xəsarətlərə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat, valideynlərinin həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 400.000 manat, ümumilikdə 500.000 manat məbləğində pulun ödənilməsi tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2600/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarı ilə valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində olmaqla, cəmi 40.000 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X6 ödənilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərinin faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 100.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılıb ki, cavabdehin işçisinin təqsiri üzü ndən iddiaçıya mənəvi zərər vurulmuşdur. Cavabdehin işçisi olmuş X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi iddiaçının həyatı üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətləri almağına, valideynlərinin ölümünə, həmçinin evlərinin məhv olmasına səbəb olmuşdur. Cavabdehdən valideynlərin faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilsə, onun davamlı əzablarının, iztirablarının yüngülləşməsinə xidmət etmiş olar.
9. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 15.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın alınıb ona verilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, 16 il bundan əvvəl X1, yəni işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi iddiaçının avalideynlərinin ölümünə səbəb olmuşdur. “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından hazırki iddia tələbi cavabdehdən deyil, Ruslan Piriyevdən tələb edilə bilər. İddiaçının valideynlərinin vəfat etməsində 16 ilə yaxın müddətin keçməsi mənəvi zərərin artıq olmaması və hadisədən 16 il müddət keçdikdən sonra mənəvi zərər tələb etməsi əsassızdır. Mənəvi ziyan məbləği mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz, bu mənada iddiaçının müəyyə nləşdirdiyi mənəvi ziyan məbləği həmin meyara cavab vermir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e2(011)1432/2024 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi qismən təmin edilərək iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdehndən 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət etmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının valideynlərinin faciəvi şəkildə həlak olması, bunun nəticəsində iddiaçının valideyn qayğısından məhrum olmaqla böyüməsi, ailənin natamam qalması, iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin hadisədən sonra iddiaçının bacısı X10 Cavabdeh İB-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və ona ödəniləcək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilmişdir.
13. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 15.000.000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu, iddiaçının digər ailə üzvlərinə Cavabdeh İB tərəfindən mənəvi zərərin ödənilməsini, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini nəzərə almalıdır.
14. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlm işdir ki, Cavabdehndən 40000 manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4 və 119.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən dövlət rüsumu düzgün ödənilməmişdir. İddiaçının ailə üzvlərinin ölümü, “Azəriqaz İB” əməkdaşının səhlənkarlığı nəticəsində baş vermişdir. Xətai Rayon Məhkəməsi zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallar olduğunu, digər diqqətəlayiq və konkret halları nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən, “Azəriqaz İB”-nın üzərinə 40.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyinin qoyması düzgün və ədalətli deyildir. Belə ki, iddiaçının ailə üzvlərinin həlak olması olduqca ağır itkidir. Lakin buna baxmayaraq müqayisəli olaraq yanaşılsa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəf əlik ödəmə 11.000 manat məbləğində müəyyənləşdirilib. Ölüm hallarını müqayisə etdikdə, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11.000 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçının valideynlərinin itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 40.000 manat həcmində dəyərləndirməsi vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur. Bu baxımdan hazırkı iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği də ağlabatan olmamışdır. Həmçinin, baş vermiş hadisədən kifayət qədər müddət keçməsi, iddia tələbinin qeyri-adekvat o lmasını bir daha təsdiq edir. Qeyd edilənlərə əsasən iddia tələbinin tam olaraq rədd edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 2(103)-5316/2024 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva, Günay Axundova) Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(011)-1432/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, Cavabdehndən 10.000 manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onu ödəmiş tərəfin özünə aid edilməsi qət etmişdir
19. Kollegiya ilk növbədə iddiaçının apellyasiya şikayətinin qanunvericiliklə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi ilə əlaqədar qeyri-mümkün hesab olunmasına dair etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi iddiaçının ilkin olaraq tələbi 100.000 manat məbləğdə olmuş, sonradan artırılaraq 15.000.000 manat məbləğdə müəyyən edilmişdir. Doğrudur, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Lakin qanunvericiliyin sözügedən normasının məqsədi iddiaçılara bununla bağlı sui-istifadə halına şərait yaratmaq olmamış, sosial məqsədlər güdərək onsuz da artıq dəymiş ziyandan əlavə dövlət rüsumu ödəməmələri üçün onlara güzəş t olunması niyyətini daşımışdır. Bu halda tərəfin qeyd edilən normanın güzəştindən sui-istifadə edərək iddia həcmini həddindən çox şişirtməsi və bunun nəticəsində işin növbəti mərhələlərində qarşı tərəfin apellyasiya və ya kassasiya şikayətlərində həmin şişirdilmiş məbləğə münasibətdə rüsumun ödənilməsinin tələb edilməsi ədalətli olmamaqla digər tərəfin vəziyyətinin həddindən artıq pisləşməsinə gətirib çıxara bilər.
20. Beləliklə, kollegiya iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması ilə bağlı etirazının dəlillərini əsassız hesab etməklə şikayətə mahiyyəti üzrə baxılmalı olması qənaətinə gəlmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından göründüyü kimi iddiaçının bacısı X10 analoji işlə əlaqədar məhkəməyə müraciət etm iş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarına əsasən valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X6 ödənilməsi qərara alınmışdır.
22. Göründüyü kimi artıq eyni hadisə ilə bağlı dünyasını dəyişmiş şəxslərin eyni dərəcədən olan digər ailə üzvü tərəfindən cavabdehə qarşı iddia tələbi olmuş və həmin iddia tələbinin nəticəsində artıq kifayət qədər məbləğin – həm sağlamlığa dəymiş zərər kimi 30.000 manat, həm də 10.000 manat məbləğində mənəvi zərərin cavabdehdən ödənilməsi qət edilmişdir. Hazırkı iddia tələbinin də birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi təkcə mənəvi zərərə görə 40.000 manat həcmdə təmin edilməsi artıq cavabdehin mənafeləri baxımından ədalətli mövqe hesab oluna bilməz və onun üzərinə həddindən artıq öhdəliyin qoyulması ilə nəticələnə bilər.
23. Qeyd edilən mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Qərarda qeyd edilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
24. Bundan əlavə, iddiaçının valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 40.000 kompensasiyanın müəyyən edilməsi işin digər faktiki hallarına da uyğun olan nəticə deyildir. Belə ki, yuxarıda d a bəhs olunduğu kimi mənəvi ziyan, hadisənin insanın şüuruna mənfi təsir etməsi səbəbindən məruz qaldığı iztirab və sarsıntının nəticəsidir. Başqa sözlə, mənəvi sarsıntı və iztirab, şəxsin hadisəyə psixi münasibəti, hadisəni təhlil edib çıxardığı nəticədən sonra onu neqativ qiymətləndirməsi, bundan sonra mənfi emosiya yaranması ilə mümkündür. Hadisəyə görə sarsıntı və iztirab keçirmə, bilavasitə hadisəyə şüurlu münasibətlə bağlıdır. Hər hansı səbəbdən (azyaşlı, kəmağıllıq, psixi inkişafdan qalma və s.) hadisənin aktiv şüurlu təhlilə məruz qalmaması, daha az sarsıntı və iztiraba səbəb olur (yaxud səbəb olmur). Bu baxımdan görünür ki, iddiaçı hadisə baş verən zaman 3 yaşında uşaq olmuşdur və valideynlərinın ölməsinə həmin vaxt adekvat mənfi psixi münasibəti minimal olmuşdur. Lakin böyüdükcə valideynlərinin yoxluğunu dərk edib bundan mənfi emosional təsirə məruz qalması, sarsıntı keçirib iztirab çəkməsi təbiidir və inkar olunmur. Bu baxımdan mənəvi zərərin 10.000 manat məbləğdə məyyən olunması ağlabatan olmaqla həmin məbləğ sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından mütənasib və ədalətli hesab olunur.
25. Habelə təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.
26. Beləliklə, kollegiya hesab etmişdir ki, işin halları nəzərə alınmaqla, mənəvi ziyanın həcminin 10.000 manat həcmində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 10 96.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarlarına və Mülki Prosessual Məcələnin 14.2, 77.1, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ha disənin üzərindən təxminən 15 il keçmişdir. Lakin bu müddət ərzində iddiaçı mənəvi istirab və sarsıntı keçirməsinə, baş vermiş hadisənin onda yaratmış olduğu psixoloji stressin aradan qaldırılması dair hər hansı dövlət və ya özəl xəstəxanaya, habelə ibtidai təhsil aldığı məktəbə psixoloji vəziyyətinin müəyyən olunması və ya həmin qurumlardan birində qeydiyyatdan alınmasına, eyni zamanda psixoloq müayinəsi almasına dair müraciət etməsilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı yalnız mülahizələrlə məhkəməyə müraciət etmişdir ki, bu halların isə sübut kimi qiymətləndirilməsi yolverilməzdir. İddiaçı tərəfin 15 il ərzində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş olması, sözdə deyilənlərdən başqa hər hansı bir formada sübut olunmamışdır. 3
0. Bundan əlavə, məhkəmələr zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallarını da nəzərə almamışdır. Məhkəmələr müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən “Azəriqaz İB”-nın üzərinə 10.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyini qoyması düzgün və ədalətli deyildir. Zərər məbləğinin ağlabatan və ədalətli olmasını, eləcə də iddiaçının qanuni nümayəndəsi olan qohumlarının “Azəriqaz İB”-dən maddi və 10.000 manat məbləğində mənəvi zərərin əvəzini almış olduğunu nəzərə alsaq, bu baxımdan hazırkı iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği də ağlabatan olmamışdır.
31. Kassato r öz mövqeyini Mülki Məcəllənin 1118.1-ci, Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarının 10-cu və MPM-nin 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 12, İ hussə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
34. Maddə 24, İ və İİ hissələri. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
35. Maddə 26, İ hissə. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
41. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
42. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı a. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatı n davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. b. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. c. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu ba rədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. d. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. e. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. f. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. g. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və at alarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. h. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
44. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı a. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. b. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənf i psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. c. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 45. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı
29. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirində n asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.).
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Kassasiya şikayətin də cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
55. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.
57. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahis ə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
59. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
60. İddia tələbi, iddiaçının valideynlərini körpə vaxtı itirməsi nəticəsində məruz qaldığı mənəvi zərərin ödənilməsi barədədir.
61. Məhkəmələr tərəfindən müəyyən olunan işin mahiyyəti üzrə həll olunması üçün əhəmyyətli olan faktik halları qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır.
62. İddiaçının mənəvi zərərə uğraması mübahisələndirilmir. İşin mabahisələndirilən hallarından biri, təzminatın məbləği ilə bağlıdır.
63. Qeyd olunmalıdır ki, mənəvi təzminatın təyinatı - h üquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir (§ 43, b).
64. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır (§ 45).
65. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir.
66. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığın ın az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.
67. İşin hallarından göründüyü kimi iddiaçının valideynləri cavabdehlərin təqsirili hərəkətləri (hərəkətsizliyi) nəticəsində həlak olan vaxtı 3 yaşı tamam olmamışdı. Bu yaşda olan, yəni ata və anasına möhtac olan iddiaçının valideynlərinin ölməsi şübhəsiz ki, onun həyat şəraitinin dəyişməsinə səbəb olub. İddiaçı həyatının ən dəyərli parçasından məhrum olub. Buna görə də iddiaçıya ödənilməli olan təzminatın miqdarı, məhz bu ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsinə bərabər olmalıdır.
68. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də bu meyarlar əsasında işin hallarına qiymət vermiş və qanunauyğun təzminat müəyyən etmiş dir.
69. Təzminatın miqdarının çox yuxarı olmaması vacib olduğu kimi, miqdarın çox aşağı olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənin mənəzi zərərin ödənilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş təminatların səmərəsizliyinə gətirib çıxarmış olar.
70. Cavabdehin baş vermiş hadisədə təqsirinin olmaması barədə dəlilləri də əsasszıdır. Belə ki, obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.
71. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun po zuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşı r.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 2(103)-5316/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.