Məhkəmə qərarları › İş №2(102)-3072/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3072/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3072/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərin icrası 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3573/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “2007-2015-ci illərd ə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq Xi ilə Cavabdeh arasında xx.xx.2012-ci ildə müqavilə bağlanmış və onun adı X xx.xx.2012-ci il tarixli 1469 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir.

2. Müqavilənin şərtlərinə görə Əliyeva X1 Respublikasının Mərmərə Universitetinin ali təhsil müəssisəsində “tibb” ixtisasi üzrə 2012-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına X tərəfindən 16.102,72 manat ödənilmişdir.

3. Cavabdeh təhsil aldığı ölkəni dəyişməsi səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 118 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir.

4. Hazırkı iddia ərizəsi 24 yanvar 2024-cü il tarixində verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkə məsində icraat

5. İddiaçı X (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı ödənilmiş təhsil xərclərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.102,72 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə aralarında bağlanılmış müqavilənin şərtlərini pozmuşdur(3-cü bənddə göstərilən). Belə ki, bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilmişdir ki, təhsil alan üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda iddiaçı tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri iddiaçıya 2 aydan gec olmayaraq qaytarmalıdır və müqavilənin 2.2.4-cü bəndinə əsasən iddiaçının bunu cava bdehdən tələb etmək hüququ vardır. İddiaçı tərəfindən cavabdehə bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi, yəni ona ödənilmiş təhsil xərclərini geri ödəməsi barədə dəfələrlə rəsmi qaydada müraciət edilsə də, cavabdeh ödəmədən yayınmışdır.

7. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuş və 3-cü bənddə qeyd edilən əmrə görə müqavilə münasibətlərinə 2016-cı ildə xitam verildiyindən iddiaçının həmin tarixdən etibarən iddia hüququ yaransa da, o, 8 il keçdikdən sonra iddia qaldırdığına görə müddəti ötürmüşdür.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1265/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia rədd olunmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2012-ci tarixli təhsil müqaviləsinin müddəti xx.xx.2016-ci il tarixində bitmişdir və həmin müqavilə üzrə iddiaçının üç illik iddia müddəti ərzində, yəni xx.xx.2019-cu il tarixədək cavabdehə qarşı iddia qaldırmaq hüququ olsa da, iddiaçı üç illik iddia müddətini buraxaraq xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 373.3, 375.1, 375.2-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icr aat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, iddiaçı hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır, lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılmasını tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra iddiaçı görmüşdür ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. İddiaçı ondan sonra mübahisənin məhkəmə qay dasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini büruzə vermiş, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət verməmiş, həmçinin cavabdehin dövlət proqramından xaric edildikdən sonra bir neçə il xarici dövlətdə yaşayaraq başqa təhsil müəssisəsində təhsilini davam etdirməsinə baxmayaraq müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır. Nəticədə məhkəmə iş üzrə təqdim edilmiş sənədlərə hüquqi qiymət vermədiyi üçün yanlış maddi hüquq normalarını tətbiq etməklə qətnamə çıxarmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3573/2024 nömrəli, 1 0 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov sədrlik edən, məruzəçi, İ.Şirinov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon məhkəməsinin e-2(004)-1265/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müqavilə tərəfi olaraq cavabdeh tərəfindən pulun qaytarılacağını ümid etməkdənsə, vaxtında, yəni qanunla müəyyən edilmiş müddətdə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi, ancaq etməyib. Həmçinin iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət verilib-verilməməsinin də iddianın təmin edili b-edilməməsi baxımından heç bir əhəmiyyəti ola bilməzdi. Çünki iddiaçının cavabdehə sonuncu müraciəti iddia müddətinin axımının həmin tarixdən başlandığı anlamına gəlmir. Müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablanması isə düzgün olmuşdur. Başqa sözlə artıq həmin vaxt iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün sayılır. Ona görə də iddia müddətinin axımının həmin tarixdən başlanması düzgün nəticə hesab olunur. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil2 Hakim oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barəd ə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Müba hisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

28. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci tarixli təhsil müqaviləsinin müddəti xx.xx.2016-ci il tarixdə bitmişdir və həmin müqavilə üzrə iddiaçının üç illik iddia müddəti ərzində, yəni xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia qaldırmaq hüququ olsa da, üç illik iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəmə yə müraciət etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

31. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etdiyindən, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Qeydə olunanlara əsas ən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2(103)-3573/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar