Məhkəmə qərarları › İş №2(102)-3072/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3072/2025

23.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3072/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, dəymiş ziyanın ödənilməsi 23.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2393/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları 1. 26 aprel 2021-ci il tarixdə Cavabdeh və X1 tərəfindən imzalanmış razılaşma protokoluna əsasən, Maliyyə vəasitlərinin qrafik üzrə qaytarılmasını Cavabdeh aşağıdakı tarixlər üzrə öhdəlik götürür. İ.İddiaçı olan borc 4500 dollar xx.xx.2021-ci il tarixədək və İddiaçı tanışı olan adamdan bankdan götürülmüş 3200 manat vəsaitin bank faizi ilə (faiz 925 manat) qaytarılmasını xx.xx.2021-ci il tarixədək qaytarmasını öz üzərinə götürmüşdir.

2. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı şikayəti üzrə Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

3. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barəd ə xx.xx.2022-ci il tarixli qərarına əsasən, şikayəti üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, "Unitech solutions” MMC-ni 2015-ci il tarixdə təsis etmiş, şirkət Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergiləri Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən 25 iyun 2015-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı Vöen verilmiş, şirkətin hüquqi ünvanı ünvan 1tiki 2020-ci ilin əvvəllərinə qədər Bakı şəhəri, Nizami rayonu, X6-da fəaliyyət göstərmiş, 2020ci ilin əvvəllərindən isə şirkətin faktiki ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 65 ünvanına köçürülmüş, şirkət müəssisə və təşkilatlarla bağlanmış xidmət müqavilələri əsasında müşahidə kameraları quraşdırmaq xidməti ilə məşğuldur. Şirkətdə təxminən 1012 nəfər işləmişdir. Pandemiya, şəraiti ilə əlaqədar bəzi işçilərin əməkhaqlarının ödənilməsində çətinliklər yarandığından işdən xaric olunmuşlar. Pandemiya dövründə isə Ənvər, Zeynəb, Aydan, Əfqan, Gülnar, Xara və Nabat işləmişdir. Zeynəb şirkətin mühasibi, Ənvər icraçı direktor, Aydan katibə, Əfqan usta, Gülnar menecer, Nabat marketin menecer, Xara satınalma üzrə mütəxəssiz vəzifəsində işləmişdir. Şirkətin icraçı direktoru vəzifəsində işləmiş İddiaçı 2019-cu il tarixdə adını hazırda xatırlamadığı qardaşının vasitəsi ilə tanımış, həmin vaxt Ənvərin qardaşı ona Ənvərin təcrübəli işçi olduğunu, özünə iş axtardığımı bildiyi üçün o Ənvərin təcrübəli olmasını, onun şirkətinə xeyri dəyəcəyini düşünərək Ənvərin qardaşı ilə razılaşmış, Ənvəri dəvət edərək söhbət etmiş, həmin vaxt o Ənvərlə fıks maaş vermək şərti il ə razılaşmış, yəni Ənvəri öz şirkətinə faktiki şərik olaraq götürməyə qərar vermiş və Ənvəri şirkətin icraçı direktoru təyin etmiş, bunu etməkdə məqsədi Ənvərlə birlikdə şirkəti işlədərək şirkətin fəaliyyətini artırmaq olmuş, Ənvərdə bununla razılaşmış və rəhbəri olduğu şirkətdə icraçı direktor vəzifəsində işləməyə başlamış, Ənvər onun şirkətində icraçı direktor vəzifəsində işləməyə başlayan zaman Ənvər ona həddən artıq iş təcrübələri olduğunu, həmin təcrübələrindən istifadə edərək şirkətə müştəri cəlb edəcəyi, işgüzar görüşlər edəcəyi kimi vədlər vermiş, o da Ənvərin göstərdiyi kimi şirkətin fəaliyyətində müsbət dönüş yaradacağı təqdirdə əməkhaqqından əlavə pul mükafatlarının ödənəcəyini Ənvərə bildirmiş, təxminən 2019-cu noyabr ayında Ənvər maşını olmadığını, şirkətin işi ilə əlaqadar nə qliyyat vasitəsi lazım olduğunu, özünə maşın almaq istədiyini bildirən zaman o Ənvərə həmin vaxt lizinq müqaviləsi əsasında alqsatqı etdiyi "Volsvagen Passat” markalı avtomobili satmağı təklif etmiş, Ənvər onunla razılaşmış, o həmin avtomaşını 7000 ABŞ dolları ilkin ödəniş etməklə lizinq əsasında almış və hər ay 1300 manat ödəniş etmiş, həmin avtomaşının 2 aylıq ödənişini ödəmiş, Ənvər onunla razılaşdıqdan sonra Xətai rayonunda yerləşən "Faktor lizinq” şirkətinə müraciət edərək həmin müqaviləni Ənvərin adına dəyişdirmiş, o, həmin vaxt avtomaşına 7000 ABŞ dolları və 2 aylıq lizing ödənişi etdiyi üçün Ənvərdən 4500 ABŞ dolları həmin avtomaşının satılması müqabilində pul almış, həmin pulu Ənvər könüllü özü avtomaşının satılması üçün vermiş, lizinq müqaviləsi ilə avromaşının qalan ödənişləri ni Ənvər ödəməli olmuş, bildiyi qədəriylə Ənvər növbəti ayların ödənişləri ödəyə bilmədiyi üçün bank tərəfindən həmin avtomaşın Ənvər növbəti ayların ödənişləri ödəyə bilmədiyi üçün bank tərəfindən həmin avtomaşın Ənvərdən götürülmüş, 2020-ci ilin əvvəllərindən "Unitech solutions” MMC-nin ofisi Bakı şəhəri, Nizami rayonu, X3 Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65 ünvanına köçürülmüş, orada fəaliyyət göstərməyə başlamış, Ənvər şirkətin icraçı direktoru olmasına baxmayaraq o Ənvərlə şərik işləmiş və həmin şirkəti bir yerdə işlətmiş, "Unitech-solutions” MMC-nin işlərindən başqa kənarda da iş fəaliyyətləri olmuş, mövcud pandemiya şəraiti ilə əlaqədar şirkətin fəaliyyətində durğunluqlar olmuş, bəzi işçilərin maaşları ödənilməmiş, 2020-ci ilin oktyabr ayında təsisçi olaraq şirkətin ziyana işləməsi ilə əlaqədar tərəfindən araşdırma aparılan zaman şirkətin mühasibi Zeynəb və katibi Aydan tərəfindən şirktətin bank hesabından 24.084 manat 13 qəpik pul mənimsənildiyini müəyyən etmiş, bununla bağlı o şirkətidə sərbəst audit yoxlaması keçirmiş, Aydan və Zeynəb şirkətə maddi ziyan vurmuş, qeyd edilən səbəblərə görə o Ənvər, Əfqan, Gülnar, öz maaşlarını şirkətin hesabından ödəyə bilməmiş, digər şəxslərin isə maaşları ödənilmiş, qeyd etdiyi şəxslər ona daha yaxın olduqları üçün o ilkin olaraq digər işçilərin maaşlarım ilkin mərhələdə ödəmiş, o şirkət fəaliyyətində müsbət dönüş yarada bilmədiyi üçün və ziyana işlədiyi üçün şirkəti bağlamaq qərarına gəlmiş, bir sıra işçiləri, eyni zamanda İddiaçı 2021- ci il may ayının 1-də işdən azad etmiş, İddiaçı "Unitech solutions” MMC-də icraçı direktor v əzifəsindən azad olduqdan sonra ona məxsus "Proje Construktion” MMC-yə icraçı direktor təyin etmiş, Ənvər 5 ay həmin şirkətdə icraçı direktor işləyərək öz istəyi ilə işdən azad olmuşdur. İddiaçı göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, İcbari Siğorta tərəfindən "Unitech solutions” MMC-yə 8873 manat 16 qəpik dövlət yardmı ödənilmiş, qeyd olunan ödəniş Aydan və Zeynəb tərəfindən mənimsənilmiş, qeyd olunan şirkətdə onun həyat yoldaşı Gülnar və qardaşı Əfqan işləmiş, həmin şəxslərin əmək haqları ödənilməmiş, tərəfindən işçilərə ödənilməli icbari tibbi sığorta ödənişləri mənimsənilməmişdir. 3200 manat məbləğində pulu Ənvərdən borc olaraq götürmüş, hazırda maddi sıxıtıları olduğu üçün o həmin pulu Ənvərə qaytara bilmir, həmin kreditin yalnız 2 aylıq ödənişi olan təxminən 400 manat pulu ödəm iş, digər kredit ödənişlərini ödəyə bilməmiş, Ənvərə olan 3200 manat borcunu hazırda maddi imkanı zəif olduğu üçün qaytara bilmədiyini bildirmişdir.

4. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı şikayəti üzrə Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 4/1091 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli razılaşma protokolunda "Cavabdeh” sözlərinin qarşısındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamsını rəyin tədqiqat prosesinin təsvir i hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 ABŞ dolları Azərbaycan manatı ilə 7650 manat maddi zərərin əvəzi, 3200 manat kredit məbləğinin və ona hesablanmış 925 manat ödəməni yubatdığına görə 1000 manat faizin cəmi 12.775 manat və iddiaçıya vurduğu mənəvi zərərə görə 3000 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2019-cu ilin sentyabr ayının əvvəllərində tanış olmuşdur. Onunla təsisçisi və direktoru olduğu "Unitech Solutions” MMC-n in Bakı şəhəri, X6-da yerləşən ofisində işə düzəlmək məqsədi ilə görüşmüşdir. Həmin müəssisədə 2019-cu ilin sentyabr ayının 15-dən icraçı direktor vəzifəsində işə başlamışdır. O, əmək fəaliyyətinə başladıqdan bir müddət sonra bütün dünyada və Respublikamızda Covid-19 virusu yayıldığından, pandemiya elan edilmiş və bir sıra iş yerləri fəaliyyətini dayandırmışdır. 2020-ci ilin mart ayının 20-dən avqust ayının axırına qədər sərt karantin dövründə onların müəssisələri də işləməmişdir. 2019-cu ilin noyabr ayında Cavabdeh onun özünə məxsus nəqliyyat vasitəsini satdığını bildiyindən, ondan pul istəmişdir. O, onun xoş niyyətli olduğunu, pulunu geri ala biləcəyini düşünərək, 2019-cu ilin noyabr ayının ortalarında Cavabdeh 4500 ABŞ dolları məbləğində pul vermişdir. O, Cavabdeh ilə bir müəssisədə i şlədiyindən ona inanırdı. Əlavə olaraq 2020-ci ilin fevral ayında Cavabdeh ona təcili pul lazım olduğunu bildirdi və ondan borc pul istədi. O, pulu olmadığını bildirdikdə, o, ondan hər hansı bir adamın adına kredit götürməyi xahiş etdi. O, isə yaxından tanıdığım bir şəxsin adına kredit götürərək cəmi 3200 manat pulu Cavabdeh vermişdir. O, bu pulları Cavabdeh borc kimi vermişdir. Cavabdeh ona söz vermişdi ki, götürülmüş kredit məbləğini və faizlərini özü ödəyəcək. Lakin krediti ödəmək vaxtı gələndə Cavabdeh həmin kredit məbləğini ödəmədi. Dəfələrlə bu məsələni Cavabdeh yadına salsa da, o hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınırdı. Həmin məbləği və təqribən 925 manat kredit faizini məcbur olub o, ödədi. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh ona məxsus 4500 ABŞ dolları, 3200 manat k redit pulunun əvəzini və 925 manat kredit faizini qaytarmamışdir. xx.xx.2021-ci ildə onunla Cavabdeh arasında razılaşma protokolu imzalanmış və o həmin borcları etiraf etmiş, həmin vəsaitlərin 4500 ABŞ dolları vəsaiti 31 may 2021-ci il tarixədək, 3200 manat vəsaiti faizləri ilə birlikdə isə 30 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ona olan borcunu 31 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, dəfələrlə tələb etməyinə baxmayaraq, həmin vəsaiti bu günə qədər ödəməmişdir.

8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli razılaşma protokolunu hüquqlarını müdafiə etdiyini Cavabdeh imzalamamışdır. Razılaşma protokolundakı qaralamalar, eləcə də tez tələsik yazı xətti həmin sənədin sonradan tərtib edildiyini, Cavabdeh əvəzində naməlum şəxs tərəfindən imzalandığını açıq aşkar göstərir. Cavabdehin iddiaçıya hər hansı bir borcu olmadığını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 4/1091 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli razılaşma protokolunda "Cavabdeh” sözlərinin qarşısındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim - X2) 2(008)-1495/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh 4500 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), 3200 manat pul və 122.50 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 127 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh 4500 ABŞ dollarının tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 4500 ABŞ dolları məbləğində pul aldığını lakin bu pulun ona veril məsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun sahibliyində olan avtomobilin iddiaçının sahibliyinə keçirilməsi ilə əlaqədər olduğunu, həmin müqavilə üzrə 7000 ABŞ dolları ödəniş etdiyini, 4500 ABŞ dolların iddiaçı tərəfindən ona ödənməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları məbləğində ödənişinin olması ilə izah etsədə, cavabdeh sözügedən pul məbləğinin iddiaçı ona həqiqətəndə lizinq müqaviləsi üzrə ödəniş kimi etdiyini sübut edə bilməmiş, həmçinin lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları ödəniş etdiyi halda nə üçün sözügen ödəniş müqabilində iddiaçı ona 7000 ABŞ dolları məbləğində deyildə 4500 ABŞ dolları məbləğində ödəniş etdiyini izha edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə idd ia tələbinin 3200 manat borcun tutulması hissəsinə münasibə bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 3200 manat məbləğində borc aldığını lakin maddi imkanı olmaması səbəbindən həmin borcu qaytarmadığını bildirmişdir, hazırda isə həmin pul məbləğini qaytarmasına dair hər hansı bir sübutu məhkəməyə verməmişdir. Belə olan halda da məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli 3200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin 3200 (üç min iki yüz) manata hesablanmış 925 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir k i, iddiaçı məhkəməyə müraciət edərək cavabdehə vermiş olduğu 3200 manat pulu kreditə götürülmüş olduğunu, həmin pula 925 manat faiz hesablandığını və bu pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etsədə, həmin kreditə götürülmüş pulun faiz məbləğinin cavabdehdən iddiaçının xeyrinə hansı əsaslar ilə tutulması məhkəmədə müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin ödəmənin yubandığı üçün 1000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən 1000 manatın hansı qaydada hesablandığını, hansı məbləğə münasibət hesablandığı məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə də təmin edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki M əcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 443-cü, 445-ci, 448-ci, 449-cu, 739-.1-ci, 739-2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, borc müqaviləsinin predmeti üç min manatdan çoxdursa borc müqaviləsi yazılı qaydada bağlanmalıdır. Tərəflər arasında isə heç bir müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən cavabdehə 3200 manat pul məbləğində borcun verilməsi hissəsində, qeyd edir ki, artıq həmin borc məb ləği İddiaçı geri qaytarılmışdır. Sadəcə tərəflər arasında şifahi razılıq olmuş və həmin pul məbləği qaytarıldıqda da qeyd aparılması zərurəti yaranmamışdır. Lakin, iddiaçının görünür ki, əsassız varlanmaq istəyi yaranmışdır və ona ödənilmiş pul məbləğini yenidən tələb edir. İddiaçı və cavabdeh arasında borc münasibətləri yalnız 3200 manat hissəsində olmuş və cavabdeh tərəfindən artıq ödənilmişdir. 4500 ABŞ dolları hissəsində isə iddiaçının tələbi əsassızdır. Ümumiyyətlə 4500 ABŞ dolları borc məsələsinə münasibətdə, tərəflər arasında müqavilə olmamışdır. AR MM-nin 739.2-ci maddəsininmüddəaları pozulmuşdur. Həmçinin hesab etsək ki, müqavilə bağlanmayıb, amma iddiaçı tərəfindən cavabdehə borc verilib, o zaman iddiaçı bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. İddiaçı tərəfin dən yalnız prokurorluğun rədd qərarı və razılaşma protokolu əlavə edilmişdir. İşin halların da, qeyd etdiyim kimi, həmin rədd qərarında cavabdeh izahat verərkən iddiaçıdan 4500 ABŞ dolları məbləğində borc götürdüyü qeyd etməyib. Həmçinin razılaşma protokolunda olan imzanın Cavabdeh məxsus olub-olmamasını araşdırmaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr2024-cü il tarixli 4/1091 nömrəli ekspert rəyinə əsasən, mümkün olmayıb. Göründüyü kimi, iddiaçı tərəfindən sübut qismində əlavə edilmiş razılaşma protokolunun mötəbərliyi təsdiq edilməyib.

15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2393/2025 nömrəli mülki iş üzrə 4 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin 2(008)1495/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), 3200 (üç min iki yüz) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi nəti cə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

18. Hazırkı işin faktiki hallarına əsasən 26 aprel 2021-ci il tarixdə Cavabdeh və X1 tərəfindən imzalanmış razılaşma protokolundan görünür ki, maliyyə vəsaitlərinin qrafik üzrə qaytarılmasını Cavabdeh aşağıdakı tarixlər üzrə öhdəlik götürür. İ.İddiaçı olan borc 4500 dollar xx.xx.2021- ci il tarixədək və İddiaçı tanışı olan adamdan bankdan götürülmüş 3200 manat vəsaitin bank faizi ilə (faiz 925 manat) qaytarılmasını xx.xx.2021-ci il tarixədək qaytarmasını öz üzərinə götürmüşdür. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 4500 ABŞ dolları məbləğində pul aldığını lakin bu pulun ona verilməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun sahibliyində olan avtomobilin iddiaçının sahibliyinə keçirilməsi ilə əlaqədər olduğunu, həmin müqavilə üzrə 7000 ABŞ dolları ödəniş etdiyini, 4500 ABŞ dolların iddiaçı tərəfindən ona ödənməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları məbləğində ödənişinin olması ilə izah etsə də, cavabdeh sözügedən pul məbləğinin iddiaçının ona həqiqətən də lizinq müqaviləsi üzrə ödəniş kimi etdiyini sübut edə bilməmiş, həmçinin lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları ödəniş etdiyi halda nə üçün sözügen ödəniş müqabilində iddiaçı ona 7000 ABŞ dolları məbləğində deyil də, 4500 ABŞ dolları məbləğində ödəniş etdiy ini izah edə bilməmişdir.

19. Bundan əlavə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 3200 manat məbləğində borc aldığını lakin maddi imkanı olmaması səbəbindən həmin borcu qaytarmadığını bildirmiş, hazırda isə həmin pul məbləğini qaytarmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

20. Beləliklə, məhkəmə kollegiyası ilkin olaraq vurğulayır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığını müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəf indən ilk növbədə tələbin hüquqi əsası və işin faktiki halları araşdırmalıdır.

21. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni müvafiq hissədə düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, qətnamənin mübahisələndirilən hissəsində tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.

22. Göründüyü kimi cavabdeh iddiaçıdan 4500 ABŞ dolları və 3200 manat məbləğində pul vəsaitinin alınmasını etiraf etmiş və bununla da iddiaçını bu halı sübut etmək vəzifəsindən (yükündən) azad etmişdir. Digər tərəfdən qeyd edilən pul vəsaitini iddiaçı tərəfindən cavabdehə borc verməsi, yəni borc müqaviləsi kimi qiymətləndirilə bilməz. Belə ki, mülki qanunvericiliyə 2016-cı ilin may ayında edilmiş dəyişikliyə uyğun olaraq 740-cı maddənin mətni yeni redaksiyada verilmiş və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanması imperativ qaydada təsbit edilmişdir. Lakin tərəflər qanunvericiliyin bu tələblərinə riayət etməmiş və aralarında yazısı şəkildə borc müqaviləsi bağlamamışdılar.

23. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan İddiaçı hesabına əmlak əldə etmə və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh hər hansı hüquqi əsas o lmadan əldə etdiyi 4500 ABŞ dolları və 3200 manat məbləğində pulu İddiaçı qaytarmalıdır.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 329.1, 337.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2393/2025 saylıxx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçızbər oğlunun iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2393/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edi lmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında borc münasibətləri yalnız 3200 manat hissəsində olmuş və həmin məbləğ cavabdeh tərəfindən artıq ödənilmişdir. 4500 ABŞ dollarının tələbi hissəsində isə iddia əsassızdır. Həmçinin hesab etsək ki, müqavilə bağlanmayıb, amma iddiaçı tərəfindən cavabdehə borc verilib, o zaman iddiaçı bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Apellyasiya instansiya məhkəməsi öz mövqeydində bildirmişdir ki, cavabdeh iddiaçıdan 4500 ABŞ dolları və 3200 manat məbləğində pul vəsaitinin alınmasını etiraf etmiş və bununla da iddiaçını bu halı sübut etmək vəzifəsindən (yükündən) azad etmişdir. Lakin həmin rədd qərarında cavabdeh izahat verərkən iddiaçıdan 4500 ABŞ dolları məbləğində borc götürdüyünü qeyd etməmişdir. Həmçinin məhkəmə apellyasiya şikayətin də ekspertiza rəyi ilə bağlı qeyd etdikləri məsələyə öz mövqeyini bildirməmişdir. Halbuki həmin sübutda qeyd olunurdu ki, iddiaçı və cavabdehə arasında bağlandığı iddia olunan razılaşma protokolunda olan imzanın Cavabdeh məxsus olub-olmamasını araşdırmaq məqsədilə təşkil olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 4/1091 nömrəli ekspert rəyinə əsasən həmin imzanın kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən sübut qismində əlavə edilmiş razılaşma protokolunun mötəbərliyi təsdiq edilməmişdir.

27. İşə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiy yətə malik olan sübutlar müəyyən olunmalıdır. Göründüyü kimi apellyasiya məhkəməsi mübahisəyə səthi yanaşmış, yalnız iddiaçının mövqeyindən çıxış edərək qərəzsizlik prinsipini pozmuşdur.

28. Birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə işin faktiki halları üzrə araşdırılma aparılmamışdır. Məhkəmə tərəflərin bərabərliyini pozaraq iddaçının mövqeyindən çıxış etmişdir. Belə ki, iddiaçının cavabdehə 4500 ABŞ dolları borc olaraq verdiyini təsdiq edən hər hansı bir sübut yoxdur. İddiaçı iddia edir ki, onlar arasında bağlanmış razılaşma müqaviləsinə görə cavabdeh borcu etiraf etmiş və onu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin ekspertiza rəyindən də görünür ki, həmin müqavilənin cavabdeh tərəfindən imzalandığını sübut etmək mümkün deyil. Əgər iddiaçı bunu başqa cür sübut edə bilmirsə və c avabdeh də həmin borcu etiraf etməmişdirsə, ekspertiza rəyi ilə də imzanın kimə məxsus olduğunu müəyyən etmək mümkün deyildirsə, məhkəmənin belə bir halda iddiaçının tələblərini təmin etməsi qanunun tələblərini pozduğunu və qərəzli şəkildə hərəkət etdiyini göstərir.

29. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 220.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı (Vəkil3) kassasiya şikayətinə etiraz verərək kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublika sının Mülki Məcəlləsi

31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

36. Maddə 1092.1(birinci cümlə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya məh kəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə koillegiyası kassasiya şikayətinin məhkəmənin apellyasiya şikayətində ekspertiza rəyi ilə bağlı qeyd etdikləri məsələyə öz mövqeyini bildirmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, ekspert rəyini n məhkəmə üçün məcburi qüvvəsi yoxdur. Sübutlara qiymət vermək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi iş üzrə digər sübutlara qiymət verərək yuxarıdakı nəticəyə gəlmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 4/1091 nömrəli ekspert rəyində ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli razılaşma protokolunda "Cavabdeh” sözlərinin qarşısındakı imzanın Cavabdeh tərəfindən imzalanmadığı deyil, Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını (rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə) müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.Yəni, ekspert rəyi iddia tələbini təsdiq və ya təkzib edən xar akterdə deyil.

51. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətindəki digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olun muşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2393/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar