Məhkəmə qərarları › İş №2(102)-3075/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3075/2021

26.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3075/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 26.08.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2654/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının oğlu X3 ilə 17 iyun 2004-cü ildə rəsmi nikaha daxil olmuşdur.

2. Birgə nikah dövründə xxxx küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi inşa olunmuş və 2009-cu ildən Cavabdeh, X3 və İddiaçı həmin evə köçmüş və birgə yaşamışlar.

3. Eyni zamanda iş materiallarından görünür ki, 18.09.2017-ci ildə X3 vəfat etmişdir.

4. Həmçinin iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan xxxx küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan q aldırılması və onun xxxx küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun gəlinidir. O, 2 yanvar 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Nikahdan 2 qız, 1 oğlan övladı dünyaya gəlmişdir. Yoldaşı ağır xəsdə olduğu üçün müalicəsi məqsədilə evi satmaq məcburiyyətində qalmışdır. Yoldaşı xəstəlikdən 2000-ci ildə dünyasını dəyişmişdir. Daha sonra ailəsi ilə bir yerdə Binəqədi rayonunda kirayə yaşamağa başlamışlar. Oğlu 3 sentyabr 2003-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Gəlini onların kirayə yaşadıqları evə gəlin gəlmişdir. 2009-cu ilə kimi o, gəlini, oğlu və iki övladı ilə bir yerdə kira yə yaşamışdır. 2009cu ildə xxxx massivində 6 sot torpaq sahəsi alaraq 3 otaqlı ev tikdirmişdir. Oğlu 18 sentyabr 2017-ci ildə qan təzyiqindən dünyasını dəyişmişdir. Daha sonra 2019-cu ilin iyul ayının əvvəllərində cavabdeh olan gəlini Cavabdeh kəndə gedəndə ona təhlükəsizlik baxımından yaşlı adamsan get qızıngildə qal demişdir. Bir ay sonra cavabdeh kənddən qayıtmış və o gündən sonra onu evə buraxmamış və bu günə kimi o, evə gedə bilmir, qalmağa heç bir yeri yoxdur, hər dəfə bir qohumunun evində qalmağa məcbur olmuşdur. Bütün əşyaları sözügedən evdədir. Evin tikilməsi üçün bütün xərci o çəkmişdir. Evə hasar çəkilməsinə, evin təmirinə, 3 qapının dəyişdirilməsinə 650 (altı yüz əlli) manat, qazın təmirinə 120 ( yüz iyirmi) manat xərci çıxmışdır. Həmçinin banka olan borclarının ödənilməsinə 2000 (iki min) manat məbləğində pul vermişdir. Bütün bunlara baxmayaraq o, ömrünün son çağlarında min bir əziyyətlə qurduğu evdə yaşaya bilmir. Həmin evdə 10 il yaşamış və sözügedən evin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Ev qanunsuz tikilidir. Belə ki, evin üzərindəki torpaq sahəsini rəhmətlik oğlu etibarnamə ilə almışdır və torpaq hələ də keçmiş mülkiyyətçinin adındadır. Evə dair yalnız bağçılıq kitabçası vardır. Evin cavabdehin qardaşları tərəfindən tikildiyi doğrudur, lakin evdəki hər şeyi o, özü almış və bütün əşyaları həmin evdədir. Cavabdeh iki aydır ki, onu döyərək evdən qovmuşdur.

7. Abşeron rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(012)-4082/2019 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldı rılması və İddiaçı xxxx küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlə birlikdə xxxx küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüququ var.

9. Məhkəmə hesab etmişdir ki, hazırki halda xxxx küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə cavbdehin hüquqdan sui-istifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir.

10. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

11. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəz ərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qə rarları və s.)

12. Ona görə də məhkəmə hesab etmişdir ki, iddianın İddiaçı mübahisə predmeti olan evə köçürülməsinin təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16, 164.1, 164.2, 560.3.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ( hakimlər-A.Abbasov (sərlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 18 mart 2020-ci il tarixli, 2(105)921/20 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Abşeron rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmiş, gəldiyi nəticə üçün tətbiq etdiyi maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

17. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilm əsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

18. Göründüyü kimi, Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında da hüquqi mövqeyi belə olmuşdur ki, 2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi t əbiq edilməlidir

19. Hazırki işdə də iddiaçı mübahisəli evdə 2009-cu ilin yay aylarından yaşamasını bildirsə də, bu barədə mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə mübahisəli evdə yaşayışın 2010-cu ildən olmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2560 №-li, 29.08.2019-cu il tarixli arayışda İddiaçı 2009-cu ildən mübahisəli evdə yaşaması qeyd edilsə də, iddiaçının 2009-cu ilin hansı ayından yaşaması qeyd edilməyib. İş materiallarında bununla bağlı başqa sübut da yoxdur. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi bu halı sübut etməli idi.

20. Məhkəmə kollegiyası onu da qeyd etmişd ir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

21. İddiaçının istinad etdiyi arayış qeyri-müəyyən olduğu üçün X6 Məhkəməsinin müəyyən etdiyi sübut standartlarına uyğun gəlmir.

22. Belə olan halda, tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yarandığı üçün, bu münasibətlərə 01 oktyabr 2009-cu ildən tətbiq edilən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi istisna olunur.

23. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri nə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

24. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı ilə Cavabdeh ailə münasibətlərində olması istisna edilir. İddiaçının oğlu X cavabeh Cavabdeh ilə nikahda olmuş, X 18 sentyabr 2017- ci ildə vəfat etmiş və onun vəfatına qədər də iddiaçının cavabdehlə birgə mübahisəli evdə daimi yaşaması halı barədə işdə sübut yoxdur.

25. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçının köçmək istədiyi ev hazırda Cavabdeh sahibliyindədir. Bu fa kt məhkəmə kollegiyasına təqim edilən “Qazın alqı-satqısı barədə” Müqavilənin surəti, Hökməli Bələdiyyəsinin “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” 31071xxxxxxx Saylı Şəhadətnaməsi ilə də təsdiq edilir. Bundan başqa, iddiaçı özü də həm birinci, həm də apelyasiya məhkəməsində mübahisəli evin cavabdehin qardaşlarının maddi köməkliyi ilə tikilməsini təsdiq etməklə, həmin evin ona adi olmamasını dolayısı ilə etiraf etmişdir.

26. Bununla da müəyyən edilir ki, iddiaçı hazırda yaşayış sahəsinin sahibi olan Cavabdeh ailə üzvləri sırasına daxil deyildir.

27. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), h abelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından hazırki işdə də iddiaçı cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı üçün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

31. AR Ali Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(102)-4245/2020 saylı qərarı ilə (hakimlər-Z.Əliyev (sərlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2020-ci il tarixli, 2(105)-921/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki,, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu baxımdan hazırkı mübahisəyə Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrinə dair 30-cu maddəsinin tətbiq edilməsi əsaslı deyil.

33. Kollegiya nəzərə alır ki, mübahisəli ev iddiaçının oğlu ilə nikaha girən dən əvvəl cavabdehə məxsus olmayıb, məhz onların birgə nikahı dövründə inşa edilmişdir. Belə olan halda iddiaçının və oğlunun da bu tikilinin ərsəyə gəlmədə hansısa formada iştirakları istisna deyil. Cavabdehin özü də etiraf etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi ərinin adına alınmaqla, onu məhz ev tikmək məqsədilə əldə etmişlər. Nə qədər ki, torpaq sahəsi və ev iddiaçı və oğlunun iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, iddiaçı da on ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər. Həm qüvvədən dü şmüş, həm də hazırkı Mənzil Məcəlləsinin anoloji (xüsusi mülkiyyət hüququ ilə qeydə alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. 34. 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

35. Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2654/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər-Ş.Abasov (sərlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Ab şeron Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(012)4082/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilmişdir.

37. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşılqdığında isə həmin mübahisəli evə köçürülməsi barədə İddiaçı iddiasının əsaslı olması şübhə doğurmur.

38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlı qlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

40. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

42. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

43. Məhkəmə kollegiyası sadalanan bu normaların tələbi baxımından çıxış edərək və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, X X2 rayonu, xxxx küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməlidir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan suiistifadənin yolverilməzliyi prinsipi hüququn dig ər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir.

45. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə hesab etmişdir ki, hazırki halda, xxxxx küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə Cavabdeh torpaq sahəsinə görə yerli bələdiyyəyə vergi ödəməsindən, mübahisəli evdə uşaqları ilə birlikdə yaşaması faktından, yəni hüquqdan suiistifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir

46. Məhkəmə kollegiyasının da qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

47. Tərəflərin münasibətlərinin pis olması, həmçinin mübahisəli evin onun və mərhum ərinin birgə vəsaiti hesabına inşa edilməsi və buna görə də iddiaçının mübahisəli evə köçürülməli olmaması barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

48. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apel yasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayyətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

51. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

52. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydad a məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

53. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

54. MPM-ə əsasən kassasiya insta nsiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

57. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. (maddə 164.1)

58. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. (maddə 164.2) 59. hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. (maddə 560.3.4) Mənzil Məcəlləsi

60. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.. (maddə 68.1)

61. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqavilə sindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. (maddə 68.2) Mülki Prossesual Məcəllə

62. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

63. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

64. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

65. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

66. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

67. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

68. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiya sı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2654/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar