Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3075/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Kateqoriya (açar sözlər): mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlak üzərində payın müəyyən edilməsi tələblərinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1490/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 15 avqust 2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onlar arasındakı pozulmuş, uşaq anasının yanında saxlanılmışdır.
2. İddiaçı nikahdan əvvəl, yəni xx.xx.2008-ci il tarixdə "xxxx" MTK ilə “Alqı-satqı müqaviləsi” bağlayara q, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, bina № 17-də yerləşən 52 saylı mənzili almış və müqavilə bağlanan tarixdə MTK-ya 30.975 manat ödəmişdir. İddiaçı ilə nikaha daxil olduqdan sonra cavabdeh həmin mənzilə gəlin köçmüş və həmin mənzil satılanadək, yəni xx.xx.2014-cü il tarixədək həmin mənzildə birgə yaşamışlar. Həmin mənzil xx.xx.2014-cü il tarixdə iddiaçı tərəfindən X1 150.000 manata satılmış və əldə edilmiş vəsaitin 100.000 manatını cavabdehin adına, 50.000 manatını isə iddiaçı öz adına müddətli əmanətlər kimi "xxxx" ASC-nin Mərkəzi filialında yerləşdirmişdir. Azərbaycan Respublikasında xx.xx.2015-ci il tarixdə baş vermiş devalvasiyadan sonra Azərbaycan manatının dəyəri ABŞ dollarına nisbətdə ucuzlaşmış və 1 ABŞ dolları = 1,05 Azərbaycan manatı olmuşdur. Bu səbəbdən və iş üzrə tərəflərin adlarına olan əmanətlərin müddəti xx.xx.2015-ci tarixdə bitdiyindən, həmin gün iddiaçının və cavabdehin etdikləri müraciətlər əsasında onların pul vəsaitləri Azərbaycan manatından ABŞ dollarına çevrilmışdir. 3. "xxxx" MTK-nın ümumi iclasının xx.xx.2016-cı il tarixli 6 saylı protokolundan çıxarışa və iş üzrə tərəflərin verdikləri məlumatlara əsasən, mübahisə predmeti olan mənzil hazırki iş üzrə İddiaçı 180.000 manata satılmışdır. Mənzilin dəyəri İddiaçı tərəfindən MTK-ya tam ödənilmişdir. 4. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışa əsasən həmin mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi həmin reyestrdə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabde h qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanından çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı, 2016-cı ilin avqust ayının sonlarında "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pros., ev 89, 117 saylı (mübahisəli) mənzilin uyğun qiymətə 180.000 manat satışa çıxarılmasını görüb, MTK ilə danışıqlar aparmış və xx.xx.2016-cı il tarixdə MTK-nın üzvlüyünə qəbul olunmuş, növbəti gün yəni, xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Mərkəzi filialında cavabdehin adına qoyduğu müddətli əmanət olan 100.000 ABŞ dollarını götürüb, 170.000 manata çevirmiş və öz hesabında yəni, yuxarıda qeyd olunan mənzilin satı şından əldə etdiyi vəsaitdən 10.000 manat həmin məbləğə əlavə edərək "xxxx" MTK-ya 180.000 manat ödəməklə mübahisəli mənzili öz adına almışdır. Həmin mənzili alan zaman mənzil təmirli olmuşdur. Həmin tarixdən bugünədək iddiaçı, həmin mənzildə cavabdeh və qızı ilə birlikdə yaşayır. Bundan başqa, ünvan 2 ünvanında yerləşən 59 saylı mənzili "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli güzəştli mənzilin alğı-satqısı və ipotekası müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə cavabdehin adına əldə etmişlər. İddiaçı, həmin mənzilə görə ilkin ödənişi cavabdehin təklifi ilə iddiaçının nikahdan əvvəl qazandığı vəsait hesabına yəni, yuxarıda qeyd olunan mənzilin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Həmin mənzilə görə sənədlərdə ödənişlərin cavabdehin əmək haqqından tutulması göstəril məsinə baxmayaraq, reallıqda həmin mənzili onlar kirayəyə verdiklərindən, kirayəşin ayda cavabdehə 400 manat kirayə haqqı ödəyir. Həmin mənzilin ipoteka haqqı mənzildə yaşayan kirayəşinin verdiyi kirayə haqqı hesabına ödənilir. Sonuncu mənzili aldıqdan sonra iddiaçı, qaraciyərdə “hepatit C” xəstəliyinə tutulmuş və uzun müddət həmin xəstəlikdən müalicə olunmuşdur. Bu arada cavabdeh aralarında olan nikahın pozulmasını iddiaçıdan tələb etmiş, iddiaçı buna razı olmadığını bildirdikdə, cavabdeh Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək aralarında olan nikahın pozulmasını tələb etmişdir. İddiaçı cavabdehin mübahisəli mənzili boşaltmasını dəfələrlə tələb etmiş, lakin cavabdeh onun tələblərinə məhəl qoymamış və mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh bu hərəkəti ilə id diaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır. ünvan 2 ünvanında yerləşən 59 saylı 3 otaqlı mənzili onlar nikah dövründə cavabdehin adına alınmışlar. Həmin mənzildə yaşamaq üçün bütün şərait vardır və cavabdehin həmin mənzildə yaşamasına və həmin mənzildən istifadə etməsinə iddiaçının heç bir etirazı yoxdur. Mübahisəli mənzil birgə nikah dövründə əldə olunsa da, həmin mənzilin alınmasına ödənilmiş vəsait cavabdehlə birgə gəlir hesabına əldə edilməmişdir. Həmin mənzil cavabdehlə birgə nikahdan öncə iddiaçının əldə etdiyi vəsait hesabına alınmışdır. Cavabdeh mənzili boşaltmadığından, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh da öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əl də edilmiş mübahisəli mənzilin bölünməsi, mənzil üzərində onun payının 35/36 hissədə müəyyən edilməsi və pay üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmişdir. Mənzil əsasən cavabdehin vəsaiti hesabına, cüzi hissəsi isə birgə vəsait hesabına əldə edilmişdir. 2010-cu ildə nikaha girdikdən sonra cavabdeh iddiaçının 2008-ci ildə aldığı mənzildə iddiaçı ilə yaşamağa davam etmişdir. Həmin vaxt mənzil ümumən yaşayışa tam yararlı olmayan, tamamilə boş olmuşdur. Mənzildə yaşayış üçün zəruri olan bütün ev avadanlığı, mətbəx, sanitar qovşaq üçün aksessuarları, məişət texnika sı, mebel, bir sözlə, mənzilə aid bütün əşyalar cavabdeh tərəfindən cehiz əşyaları kimi alınaraq mənzilə yığılmışdır. Həmçinin, mebel və məişət texnikasının quraşdırılması üçün mənzildə qismən yenidənqurma və təmir işləri də aparılmışdır. Beləliklə, onun tərəfindən külli miqdarda xərc çəkilməklə mənzil yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Ondan sonrakı dövrdə 2014-cü ilədək, yəni, mənzilin satıldığı vaxtadək mənzildə birgə vəsaitləri hesabına əsaslı təmir işləri aparmışlar. Təsadüfi deyil ki, 2008-ci ildə cəmi 30.975 manat ödənilməklə alınmış mənzil, 2014-cü ildə 150.000 manata satılmışdır. Mənzil satılması ərəfəsində yenidən təmir etdirilmiş və bundan sonra bütün avadanlıqlar və əşyalar içində qalmaqla satılmışdır. Mənzili satmazdan əvvəl isə - 2013-cü ildə cavabdeh tərəfində n 100.000 manat özünə məxsus pul qoyulmaqla (iddiaçı isə 16.000 manat qoymuşdur) Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi pr. 74 ünvanında yerləşən 21 mərtəbəli “A” binasının 14-cü mərtəbəsində 144.68 kv.m sahəli 97 saylı mənzili “Avesta” konsernindən xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satın almışlar. Göstərilən mənzil təmirsiz (qaba inşaat işləri bitmiş) vəziyyətdə olmuşdur. Həmin vaxt binanın tikintisi tam başa çatmamışdır, bina istismara hazır olmamışdır və müəyyən müddət lazım idi ki, mənzili təmir etsinlər və yaşayış üçün hazırlasınlar. Sonradan binanın tikintisinin başa çatmasını gözlədiklərindən daha artıq müddətə uzanmış və onlar həmin mənzili 2020-ci ildə satarkən də bina istismara verilməmişdi. Həmin ərəfədə, Xətai rayonundakı yuxarıda sözügedə n mənzili satmaq qərarında olmuşlar. 2014-cü ilin mart ayında mənzili satmış, satışdan 150.000 manat vəsait əldə etmişlər. 2013-cü ilin noyabr ayında cavabdeh tərəfindən özünə məxsus 100.000 manat vəsait qoyulmaqla Yasamal rayonu, H.Zərdabi prospektindəki mənzili satın aldıqlarından, iddiaçı Xətaidəki mənzilin satışından əldə edilmiş 150.000 manatın 100.000 manatını aralarındakı razılığa əsasən cavabdehə vermişdir. Belə razılaşmışlar ki, cavabdehin payına düşən həmin 100.000 manatı, o cümlədən, iddiaçının özünə götürdüyü 50.000 manatı da banka əmanət depozitinə qoysunlar, onun üstünə müəyyən məbləğ gəlsin. Onsuz da H.Zərdabi prospektindəki binanın inşaatının başa çatması uzanırdı, ona görə də orada təmir işlərini başlamaq mümkün deyildi. Ona görə də kirayə mənzil tutaraq orada yaşamağa dav am etmişlər. Bu müddətdə isə depozitə qoyduqları pulun üzərinə əmanət faizləri gələcək, sonra ondan ailə məsrəflərinə istifadə edəcəkdilər. Beləliklə, göstərilən məqsədlə, iddiaçının cavabdehə əvəzsiz (2013-cü ildə aldıqları mənzilə sərf etdiyi pulun əvəzində) verdiyi 100.000 manatı əmanət depozitinə yerləşdirmişlər. xx.xx.2015-ci ildə birinci devalvasiya baş verdikdən sonra, əmanət hesablarında olan manatı ABŞ dollarına dəyişmişlər. İkinci devalvasiyadan sonra əmanət hesablarında olan vəsaitlərinin dəyəri artmışdır. 2016-cı ildə 180.000 manata mübahisəli mənzili almışlar.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3922/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, birgə n ikah dövründə əldə edilmiş mübahisəli mənzil üzərində iş üzrə tərəflərin hər birinin 1/2 hissədə müəyyən edilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi, qətnamənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsdə müvafiq qeydə alma üçün əsas qismində çıxış etməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə vəsait hesabına əldə edildiyindən tərəflər arasında bölünməli və hər birinin payı 1/2 hissədə müəyyən edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 37.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77.1, 216-220, 360-cı maddələrinə istina d edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İlk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
14. Qətnamədən həmçinin Cavabdeh da apellyasiya verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
15. A pellyasiya şikayətinin əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1490/2024 nömrəli mülki iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) hər iki apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, nikahdan əvvəl, yəni 2008-ci il ta rixdə iddiaçı tərəfindən digər mənzilin əldə edilməsi və həmin mənzilin 2014-cü il tarixdə satılmaqla əldə edilmiş pulun bir hissəsinin (əvvəl 100.000 Azərbaycan manatı, sonradan 100.000 ABŞ dolları) cavabdehin bank hesabına qoyulması Mülki Məcəllənin 943-970-ci maddələrinin dispozitiv şərtləri nəzərə alınmaqla mülki dövriyyənin predmeti olan sözügedən pul vəsaiti üzərində cavabdehin (hesab sahibinin) mülkiyyət hüququnun yaranmasına səbəb olmuşdur. Mübahisəli mənzilin 2016-cı ildə əldə edilməsi əsas götürülməklə həmin mənzilin 2008-ci il tarixdə əldə edilmiş mənzilin pulunun hesabına əldə edilməsi barədə iddiaçının hüquqi mövqeyi əsassızdır. Belə ki, 8 illik müddət kifayət qədər uzun müddətdir və tərəflərin uzun illər birgə şəkildə ailə təsərrüfatı aparmaqla gəlir əldə etmişlər. Odur ki, i ddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və əsassız hesab edilmişdir. Cavabdeh də özünün qarşılıqlı iddiasını onun üstün payının müəyyən edilməli olması hissəsində sübuta yetirə bilməmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nikaha daxil olana qədər, yəni xx.xx.2008-ci il tarixdə əldə etdiyi mənzilin dəyəri 30.975 manat olmuş və nikah dövründə, yəni 2014-cü il tarixdə 150.000 manata satılmışdır. Mənzilin qiymətinin artması iddiaçı tərəfindən onunla izah edilmişdir ki, o, mənzili aldıqdan dərhal sonra, yəni nikaha daxil olana kimi təmir etdirmişdir.
20. Cavabdeh isə bu halı onunla izah etmişdir ki, onlar mənzili satmaqdan əvvəl təmir etdirmişlər. Məhkəmə qəbul etmişdir ki, iddiaçı mənzili aldıqdan sonra təmir etdirmişdir. Amma nəzərə almışdır ki, həmin təmirdən sonra iş üzrə tərəflər mənzil satılana qədər daima mənzildə yaşamış, ötən illər ərzində mənzildən istifadə nəticəsində təmir köhnəlmiş və təmirdə müəyyən qüsurlar yaranmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, 2014-cü ildə mənzil satılmazdan əvvəl bir daha təmir edilmişdir və bu zaman təmirə çəkilmiş xərc artıq iş üzrə tərəflərin birgə vəsaiti hesabına ödənilmiş, bununla da mənzilin dəyəri xeyli artmışdır.
21. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçının nikaha daxil olana qədər aldığı mən zil, sonradan həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti iş üzrə tərəflərin birgə mülkiyyəti sayılmalıdır. Belə olan halda həmin vəsait hesabına əldə edilmiş (mübahisəli) mənzil onların birgə əmlakı hesab edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğun olmuşdur. Hər iki apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 33.3, 34.1, 36.1, 36.3, 36.5, 37.1, 37.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iş üzrə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə ilkin iddiaya münasibətdə iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddianın qismən təmin edilməsi ilə bağlı işə baxan birinci və apellyasiya instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmamışlar və məhkəmələrin məsələyə bu cür yanaşması hüquqi müstəvidə qətiyyən yolverilməzdir. Boşaldılması və geri qaytarılması tələb olunan evin hansı vəsait hesabına alınması və həmin vəsaitin hansı mənbəyə dayanmış olması işin mübahisəsiz halı olsa da işə baxan məhkəmələr həmin mənzili heç bir mötəbər sübut olmada n, ehtimallara əsaslanaraq birgə nikah dövründə ər-arvadın birgə ailə təsərrüfatı apararaq qazanc əldə edərək əldə etmiş olduqları əmlak kimi qiymətləndirmiş, hələ bu azmış kimi həmin əmlakı paylara da bölmüşdür. Təqdim olunmuş bütün sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzili iddiaçı cavabdehlə rəsmi nikaha daxil olmamışdan əvvəl alınmış mənzilin satışından əldə edilən vəsait hesabına əldə etmiş və bu səbəbdən qeyd edilən mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilə bilməz. Məhkəmələr sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan sübutlar sonuncu mənzilin hansı vəsait hesabına alınmasını, alqı-satqı zamanı alış vəsaitinin hansı formada yerinə yetirilməsini (bank he sabından birbaşa köçürülmə yolu ilə), həmin vəsaitin nə vaxt və kimin adına əmanət olaraq yerləşdirilməsi, həmin vəsaitin ilk mənzilin satışından əldə edilmiş olmasını aydın şəkildə göstərmişdir.
26. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2, 6, 152.1, 152.5, 157.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları:
28. İddiaçı nümyandəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin tam təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir.
29. Cavabdeh nümayndəsi və vəkili Vəkil1 Mirzəhüseny oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər n ikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
32. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
33. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsası nda həyata keçirilir.
34. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
35. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
36. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçü n ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
37. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
38. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
39. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
40. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülk iyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı q üvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisə predmeti olan əmlak tərəflərin birgə nikahda olan müddətdə əldə olunmuşdur. Tərəflər həmin əmlakı özlərinin ayrıca mülkiyyəti olan vəsait əsasında əldə edildiyini göstərsələr də işin faiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr onların dəlilləri ilə razlaşmamış və haqlı olaraq mübahsəli əmlak üzərində tərəflərin paylarını bərabər paylarda müəyyən etmişdir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanun vericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024cü il, 1/2024 №-li qərarının 3.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.
52. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, hə mçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
53. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
54. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir h al (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
55. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir.
56. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad t ərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
57. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.
58. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
59. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-c ü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlin miş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş ü zrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1490/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.