Məhkəmə qərarları › İş №2(102)-3076/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3076/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3076/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: pul tələbi 07.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), X8 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 7 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam, mənzildən çıxarılma və mənzilə köçürülmə barədə iddia tələbi qismən təmin edilmişdir.Həmin qətnamə ilə cavabdeh İddiaçı və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılması, mənzili boşaldılması, iddiaçı X4 Bakı şəhəri, Xətai rayonu,Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzilə köçürülməsi qət olunmuşdur.

2. Xətai RPİ-nin 35-ci Polis Bölməsində aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatına əsasən, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci ilə qədər yaşamışdır. Həmin mənzili 2008-ci ildə İddiaçı 13500 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22275 manat pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildə özünün maddi vəziyyətinə uyğun ev almaq istəmişdir. Təsadüfən Bakı şəhəri, Yeni Əhmədli qəs., 829-cu keçid, məhəllə 298081(hazırki ünvan ünvan 2iqəsinin yaşadığı yataqxana tipli binada ev elanı görmüş və göstərilən mobil telefonla əlaqə saxlamışdır. Elan vermiş şəxsin Ələskər adlı şəxs olduğu ona məlum olmuşdur. Danışıq zamanı Ələskər həmin evin dövlət tərəfindən ona təmənnasız verildiyini və evin ona məxsus olmaqla hazırda onu satmaq fikri olduğunu bildirmiş, lakin sənədləşdirmə işinin gələcəkdə həmin binaya x idmət göstərən Bakı şəhəri Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə onun adına rəsmiləşdirəcəyini qeyd etmişdir. Həmçinin də qeyd etmişdir ki, həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur. Bundan sonra o, cavabdehdən evi 13500 manata almışdır. Həmin evin cavabdehdən alınmasına dair aralarında aparılmış “Whatsapp” danışıqları mövcuddur. Evin sənədləşdirilməsi üçüncavabdeh onu 118 saylı Xətai rayon MİS-ə aparmış və orada ona bildirmişlər ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına order və digər sənəd mövcud deyildir və həmin evdə qeydiyyatda olanlar yoxdur. Bundan sonra Cavabdeh mənzilin sahibi kimi onu qeydiyyata salmaq və adına şəxsi hesab v ərəqəsi açılması üçün MKİS-ə müəyyən məbləğ pul vəsaiti verilməli olduğunu bildirmiş, lakin o, cavabdehə maddi imkanı olmadığından bu sənədləşdirməni imkanı olan vaxt edəcəyini bildirmişdir. O, 2008-ci ildən 2021-ci ilin mart ayınadək etirazsız və fasiləsiz həmin mənzildə yaşamış və 2016-2017-ci illər ərzində həmin mənzili 7000 manat dəyərində təmir etmişdir. 2021-ci ilin mart ayında Qəhrəman adlı şəxs onun yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirmiş və mənzili boşaldılmasını tələb etmişdir. Bundan sonra Qəhrəman İbrahimov Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə xx.xx.2022-ci il tarixdə onun mənzildən çıxarılması barədə qətnamə qət etmişdir. Qətnamə icra olunmuş və o, mənzildən çıxarılmışdır. O, cavabdehdən pulu geri tələb etsə də, cavab deh pulu qaytarmaqdan imtina edir. O, cavabdeh barəsində qanuni tədbirlər görülməsi üçün Azərbaycan Respublikası DİN-ə müraciət etmiş və onun müraciəti aidiyyatı üzrə Xətai RPİ-nin 35-ci polis bölməsinə göndərilmişdir. Polis Bölməsində cavabdeh izahat verərək ondan 13500 manat məbləğində pulu alınmasını təsdiq etmişdir. Xətai RPİ-nin 35-ci polis bölməsi tərəfindən ona müraciətinin mülki xarakterli olduğunu bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh ona məxsus pul vəsaitini qanunsuz ələ keçirməklə onun hesabına əsassız varlanan şəxs hesab edilməli, eləcə də ona məxsus pul vəsaitini uzun müddət ərzində qanunsuz saxladığından həmin pul vəsaitindən ona faizlər ödəməlidir. Qanunun tələbi və bank uçot dərəcəsini nəzərə alaraq cavabdeh tərəfindən ona 13500 manatın 13 il müddətə olan illik 5%, yəni 8775 manat (13500x5:100=675 manat (illik faiz məbləği) x13 il =8775 manat) faiz şəklində və qanunsuz ələ keçirilmiş 13500 manat, ümumilikdə 22275 manat məbləğin ödənilməsinə dair məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir.

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, təxminən 1994-1995-ci illərdə o öz ailə üzvləri ilə birlikdə Qubadlıdan olan məcburi köçkün ailəsi olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, X21 adlanan Yataqxana tipli binanın 4-cü mərtəbəsindəki 1 otaqda həmin Yataqxanaya xidmət göstərən Bakı şəhəri Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyinin razılığı əsasında məskunlaşmışdır. Həmin yataqxanada ayaqyolu birinci mərtəbədə yerləşmişdir. Sonradan atası xərçəng xəstəliyinə düçar olduğu və tez-tez birinci mərtəbəyə ayaqyoluna düşüb-qalxa bilmədiyi üçün qeyd edilən MKİS-nin rəhbərliyinin razılığı əsasında onların yaşadıqları otağın yanında yerləşən, yararsız vəziyyətdə olmaqla içərisində tualet olan və heç kəs yaşamayan otağa köçürülmüşlər və əvvəl yaşadıqları otağı isə həmin MKİS-ə təhvil vermişlər. Həmin MKİS-in müdriyyəti onlara bildirmişdir ki, bu mənzilə (otağa) dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud deyildir, eləcə də bu mənzildə (otaqda) heç kəs qeydiyyatda yoxdur və məcburi köçkünlər olaraq yeni yaşayış sahəsi əldə edənə və ya öz doğma yeryurdularına köçürülənə qədər burada rahat şəkildə yaşaya bilərlər. Onlar 14 il müddətində həmin mənzildə fasiləsiz və heç bir etiraz olmadan yaşamışlar. Qeyd edilən müddətdə sonradan dəyişdirilmiş otağın əldə edilməsinə və əlavə işlər görməklə yaxşı vəziyyətə gətirilməsinə və təmirinə hissə-hissə olaraq təxminən 15.000 manat məbləğində pul xərcləmişdir. O, ailə qurduğuna və birgə nikahdan 2 uşaqları anadan olduğuna, həmin otaqda artıq birlikdə yaşamaq mümkün olmadığına və ən əsası və uşaqlarının xəstəliyinin müalicəsi üçün pul lazım olduğuna görə o həmin otağı satmaq qərarına gəlmiş və bubarədə elan da yerləşdirmişdir. İddiaçı onunla telefonla əlaqə saxlayaraq mənzilin satılması barədə danışmaq istədiyini bildirmiş və o da buna razılıq vermişdir. Danışıqlar zamanı cavabdeh MKİS-in müdiriyətinin ona bildirdiyinə əsasən, iddiaçıya bildirmişdir ki, onda və MKİS-də həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur və bunu binaya xidmət edən Xətai ray onu 118 saylı Mənzil Kommunal İstismar Sahəsi də təsdiq edə bilər və bundan sonra o, iddiaçını mənzilin sənədləşdirilməsi üçün 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə aparmışdır. Həmin Sahənin müdiriyyəti onu qəbul edərək bildirmişdir ki, sözügedən mənzil mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud deyildir, eləcə də bu evdə heç kəs qeydiyyatda yoxdur. İddiaçı onun bu barədə dediklərini və MKİS-in müdiriyyətinin ona dediklərini öz iddia ərizəsində etiraf etmişdir. Cavabdeh həmin mənzilin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə iddiaçının adına rəsmiləşdirəcəyini bildirməmiş və qeyd etməmişdir. O həmin mənzili n sənədləşdirmə işinin onun deyil, iddiaçının özü tərəfindən gələcəkdə həmin MKİS tərəfindən sənədləşdirilə bilinəcəyini demiş və iddiaçıya bildirmişdir ki, bunu etmək imkanı, gücü olsaydı indiyədək həmin mənzili öz adına sənədləşdirərdi. Bu zaman iddiaçı onlara Bakı şəhər İcra Hakimiyyətində və Xətai Rayon İcra Hakimiyyətində yüksək vəzifədə olan yaxın adamları olduğunu bildirmiş və qeyd etmişdir, o özü bu məsələni həll edəcəkdir. Bundan sonra o, həmin mənzilin 13500 (on üç min beş yüz) manat məbləğində iddiaçıya satılması barədə onunla razılığa gəlmiş və həmin mənzili iddiaçıya qeyd edilən məbləğə satmış və onun hesabına iddiaçı həmin mənzilə müvəqqəti qeydiyyata alınmışdır. İddiaçının onu guya aldatdığı barədə "dəlil”inə gəldikdə bildirir ki, bu dəlil tamamilə qanunsuz və əsassız bir də lildir və heç bir sübutla təsdiq olunmur, əksinə iddiaçının özü tərəfindən bu dəlil təkzib olunur. Belə ki, o, evin faktiki sahibi olduğunu, həmin mənzilin onun adına qeydiyyatda olmadığını və bu barədə heç bir sənədinin olmadığını bildirmiş və iddiaçı da bunları öz iddia ərizəsində etiraf edərək təsdiq etmişdir. Bundan sonra o, iddiaçını həmin mənzilin sənədləşdirilməsi üçün 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə apardığını, həmin MKİS-in müdiriyyətinin iddiaçını qəbul edərək, sözügedən mənzilin gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzil olduğunu və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud olmadığını, eləcə də həmin mənzildə heç kəsin qeydiyyatda olmadığını bildirdiyini iddiaçı öz iddia ərizəsində etiraf edərək təsdiq etmişdir. Gö ründüyü kimi, iddiaçının nəzərdə tutduğu bir aldadılma varsa, onun tərəfindən deyil, 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinin müdiriyyəti tərəfindən edilmişdir. İddiaçı 13500 manatdan əlavə olaraq 8775 manat ödənilməsini tələb edir. İddiaçının irəli sürdüyü bu “dəlil” də digər dəlil kimi qanunsuz və əsassız bir dəlildir. Belə ki, onun həmin mənzildən 13 il müddətində fasiləsiz və heç bir etiraz olmadan istifadə etməsi və bu barədə mənzilin yerləşdiyi yataqxanaya xidmət göstərən MKİS-in rəhbərliyinin həm ona, həm də iddiaçıya həmin mənzilin hər hansı başqa bir sahibinin olmaması, bu mənzilə dair hər hansı şəxsin adına rəsmi orderin və ya hər hansı sənədin mövcud olmaması, eləcə də həmin mənzildə heç kəsin qeydiyyatda olmadığını bildirməsi onun hər hansı bir qanunsuz əmələ yol vermədi yini və həmin pulu özündə saxladığını deyil, ehtiyacına sərf edildiyini təsdiq edir. İddiaçıdan mənzilin satışına görə aldığı pul onun həmin mənzilə görə xərc çəkdiyi pulun əvəzi olmuşdur. O həmin pulu iddiaçıdan əvəzssiz əldə etməmiş, həmin pul qeyd edildiyi kimi illərlə və min bir əzab-əziyyətlə qazandığı və xərc sərf etdiy pulun əvəzi olmuşdur. Digər tərəfdən iddiaçı həmin mənzildə 13 il (156 ay) fasiləsiz və etirazsız yaşayaraq qeyd edilən müddətdə mənzildən istifadəyə dair ehtiyacını ödəmişdir. Bu müddətdə Bakıda yerləşən bir otaqlı mənzilin orta aylıqkirayə haqqının ən aşağı məbləğinin bir yüz manat məbləğində olduğu qəbul olunsa, iddiaçının həmin müddətdə ödəməli olduğu pulun məbləği 15600 manat olmalı idi (13 il x 12 ay= 156 ay; 156 ay x100 manat= 15600 manat). Məhz iddiaçının öz təqsiri səbəbindən 13 il kimi kifayət qədər uzun müddətdə həmin mənzili əvvəlcədən iddia etdiyi kimi öz adına qeydiyyata sala bilməmiş, həmin mənzilə dair order, müqavilə və ya hər hansı bir hüquqmüəyyənedici sənəd əldə etməmiş və bunu qısa müddətdə edə bilmədikdə nə üçün həmin mənzili cavabdehə qaytarıb verdiyi pulu geri istəmədiyinin səbəbini izah və sübut edə bilməmişdir. Digər tərəfdən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyуətinin 118 saylı MKİS ilə birlikdə iddiaçının 13 il kimi kifayət qədər uzun müddətdə həmin mənzili əvvəlcədən iddia etdiyi kimi öz adına qeydiyyata sala bilməməsində, həmin mənzilə dair order, müqavilə və ya hər hansı bir hüquqmüəyyənedici sənəd əldə etməməsində qarşılıqlı təsiri olmuşdur ki, bu da cavabdehin mülki hüquqi məsuliyyətini tam və qəti olaraq aradan qaldı rır, çünki həmin hərəkətlərin edilməsi artıq onun səlahiyyətinə və vəzifəsinə aid deyildi. İddiaçının 13 il müddətində mənzildən fasiləsiz və etirazsız istifadə edib, sonradan heç nə olmamış kimi mənzilin alınmasına dair verdiyi pulu tam olaraq və üstəlik faizlərlə birlikdə tələb etməsi ən azından qanunsuz və əsassızdır.

6. X6 göstərmişdir ki, o, cavabdehin anasıdır. Onun həyat yoldaşı xərçəng xəstəsi olduğuna görə 4-cü mərtəbədən 1-ci mərtəbədə yerləşən ayaq yoluna düşüb-çıxa bilməmişdir. Buna görə 1995-ci ildə həmin yataqxananın komendantı tərəfindən onların yaşadıqları otağın yanında yerləşən, yararsız vəziyyətdə olmaqla içərisində tualet olan və heç kəs yaşamayan otağa köçürülmüşlər.Onlar həmin mənzili təmir etmək üçün 15000 manat xərc çəkmişlər. Sonra ailə böyük olduğuna görə mənzili dəyişmək qərarına gəlmişlər. Nübar adlı qadınla mənzilin ona 13500 manata satılmasına razılığa gəlmişlər. Həmin evdən çıxmaq üçün bir ay vaxt istəmişlər, lakin 10 gündən sonra Nübar evi boşaldılmasını tələb etmiş və bildirmişdir ki, İcra Hakimiyyətində tanışı olduğuna görə mənzilin sənədləşdirilməsi ilə əlaqədar oradan evə baxmaq üçün nümayəndə gəlməlidir. Bu səbəbə görə onlar mənzili tez boşaltmalı olmuşlar. Onlar iddiaçıya evin sənədləşdirilməsi ilə bağlı heç bir vəd verməmişlər.

7. X2 göstərmişdir ki, o, cavabdehlə xala oğludur. Həmin mənzilin təmirini qohumu Ələskərlə birgə etmişlər. Ələsgər evin təmiri üçün 15000 manata yaxın pul xərclənmişdir. Ələskər evi satdığı Nübar adlı qadını Mənzil İstismar Sahəsinə apardı, onu həmin mənzilə qeydə aldırmaq üçün 600 ABŞ dolları xərc çəkmişdir.

8. Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(028)-446/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 22275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov).

9. Məhkəmə bildirmişdir ki, hazırki işdə müəyyən olunub ki, cavabdeh iddiaçının hesabına 13500 manat pul vəsaitini əsassız əldə etməklə faydalanmışdır.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 386.1, 439.3, 1092, 1095, Azərbaycan Respublikası MPM-nin 14, 77-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarına, Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449- ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(028)- 446/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar arasında olan münasibətlərin xarakterinə əsassız varlanma ilə bağlı maddi hüquq normaları tətbiq edilməməli idi. O, hüquqi (qanuni) əsasa görə həmin mənzilin yerləşdiyi yataqxanaya xidmət göstərən və hə min yataqxananın balansında olduğu Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin müvafiq ərazi qurumunun (118 saylı MKİS-nin) rəhbərliyinin hər iki tərəfə verdiyi məlumat və onun razılığına görə qeyd edilən məbləğdə pulu iddiaçıdan əldə etmişdir. Həmin yataqxananın idarəçisinin və ya sahibinin razılığı olmadan hər iki tərəf fasiləsiz və heç bir etirazsız 27 il istifadə edə bilməzdi. İddiaçı həmin qurumun məlumatı olmasaydı qeyd edilən məbləğdə pulu ona verməzdi. Bu da onu təsdiq edir ki, iddiaçı məhz həmin hüquqi əsasa görə ona qeyd edilən məbləğdə pulu vermiş və buna görə də uzun müddət həmin mənzildən fasiləsiz və etirazsız istifadə etmişdir. Bu da həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsassız varlanmanı təkzib edir. Əsassız varlanma o halda mövcud olur ki, mərhum olan varlan mış şəxsə hər hansı bir əmlak verir, əvəzində razılaşdırılan şeyi ümumiyyətlə əldə etmir, varlanmış şəxs də heç bir iş görmür, əvəzində razılaşdırılan şeyi mərhum olana vermir. İddiaçı ona pulu borc olaraq verməmiş, həmin pulu ona aralarında olan şifahi razılaşmaya əsasən həmin otaqdan (mənzildən) istifadə edəcəyi və sonradan həmin mənzili özü müvafiq səlahiyyətli orqanının razılığı və qərarı əsasında həmin mənzilin üzərində qeydiyyata alınmış istifadə hüququ əldə edəcəyi məqsədilə vermişdir. O, iddiaçıya vəd etdiyi və öz üzərinə düşən vəzifəni icra etmiş, həmin otağı (mənzili) qeyd edilən otağın (mənzilin) yerləşdiyi yataqxananın idarəçisi olan MKİS-in əvvəlcədən məlumatı və razılığı əsasında ona təhvil vermiş və onu həmin otağa müvəqqəti qeydiyyata saldırmışdır. O, iddiaçıdan pulu almamı şdan əvvəl qeyd edilən MKİS-in müdiriyyəti onun yanında iddiaçıya həmin otaq (mənzil) üzərində başqa hər hansı bir şəxsin istifadə hüququnun olmadığını, otağın başqa şəxsin adına qeydiyyata alınmadığını və üçüncü şəxslərin hüquqlarından azad bir mənzil olduğunu bildirmiş, iddiaçı da bunu öz iddia ərizəsində etiraf etmişdir. İddiaçı 13 il fasiləsiz və etirazsız həmin mənzildə yaşamış və həmin mənzildən istifadə edərək mənzilə olan ehtiyacını ödəmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəni və bu barədə maddi hüquq normalarını tətbiq edərək iddianı rədd etməli idi.

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 etirazı onunla əsaslandırmışdır ki, şikayətin yuxarıda qeyd edilən dəlilləri cavabdehin subyektiv mulahizələrindən ibarət olmaqla, işin faktiki halları ilə təkzib olunur və həmin dəlillər hər hansı mötəbər subutlarla öz təsdiqini tapmır. Hər şeydən əvvəl qeyd edilməlidir ki, Cavabdeh huququ olmadığı halda sözügedən mənzili iddiaçıdan 13500 manat məbləğində pul almaqla ona təhvil verməsi işin mübahisəsiz halıdır və işin bu halı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən aparılan araşdırma zamanı da öz təsdiqini tapmışıdır. Eləcə də həmin mənzilə dair başqa bir şəxsin adına hüquqmüəyyənedici sənədlər olduğu halda, həmin mənzilə dair hər hansı sənədlərin mövcud olmadığı barədə cavabdeh tərəfindən iddiaçıya yalan məlumat verməklə onun aldadılması işin faktiki halları ilə birmənalı təsdiq olur. Göründüyü kimi iddiaçı sözügedən mənzilin gələcəkdə onun adına sənədləşdirilə biləcəyinə ümid etmiş və inanmış, bu yolla cava bdeh tərəfindən aldadılaraq yuxarıda qeyd olunan pul vəsaiti ondan qanunsuz yolla alınmışdır. Həmçinin cavabdehin etirazında göstərdiyi qeyd edilən mənzilin təmirinə 15000 (on beş min) manat pul xərcləməsi və guya iddiaçıdan mənzilə görə aldığı pulun həmin mənzilə çəkdiyi xərcin əvəzi olması barədə dəlilləri də hər hansı subutlara əsaslanmayan mülahizələrdən ibarətdir. Belə ki, cavabdeh həmin mənzilə hər hansı maddi vəsait xərclənməsinə dair subutlarını da məhkəməyə təqdim etməmiş, əksinə 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi 19 oktyabr 2022-ci il tarixli Aktdan da görünür ki, həmin mənzildə 2016-2017-ci illər ərzində aparılmış təmir və yenidənqurma işləri məhz iddiaçı tərəfindən aparılmışdır. Eləcə də, apellyasiya şikayətinin dəlillərinə görə, “iddiaçı qan unsuz və əsassız olaraq guya məhz mənim tərəfimdən sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismar Sahəsi vasitəsilə onun adına rəsmiləşdirəcəyimi qeyd etdiyimə istinad edərək onun hüququnun pozulduğunu iddia edir. İddiaçının qanunsuz və əsassız mövqeyindən yanaşsaq belə, mən 2008-ci ildə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismar Sahəsi vasitəsi ilə iddiaçının adına sənədləşdirmə aparmadığıma görə o, hüquqlarının pozulduğunu bilmişdir və ya bilməli idi. Hətta bir il əlavə müddətin ona verildiyini qəbul etsək, iddiaçı 2009-cu ildə hüquqlarının pozulduğunu bilmişdir və ya ya bilməli idi. Belə ki, iddiaçının iddia etdiyi və ya gözlədiyi nəticə əldə olunmadığına görə o, iddia ərizəsi ilə məhkəməyə müra ciət etməli idi. Onun üçün iddia müddətinin axımı 2008-ci ildən, ən geci 2009-cu ildən başlanmışdır.” Apellyasiya şikayətinin hazırki iş üzrə iddia müddətinin ötürülməsi barədə göstərdiyi dəlilinə münasibətdə qeyd edir ki, şikayətin bu dəlili cavabdehin şəxsi mülahizəsi olmaqla iş materialları təkzib olunur və hər hansı subutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçı 2009- cu ildə həmin mənzili pul ödəməklə əldə edərkən öz huququnun pozulduğunu heç cür bilə bilməzdi. İddia ərizəsində əsaslandırılan hallardan göründüyü kimi iddiaçı cavabdehlə evin sənədləşdirilməsi üçün birlikdə 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə getmiş, həmin Sahənin müdiriyyəti onları qəbul edərək bildirmişdir ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hə r hansı şəxsin adına rəsmi order və qərar mövcud deyildir, eləcə də bu evdə heç kəs qeydiyyatda yoxdur. Bundan sonra Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyi bu mənzilin sahibi kimi iddiaçını qeydiyyata salmaq və adına şəxsi hesab açmaq üçün iddiaçıdan müəyyən məbləğ pul istəmiş, onun da maddi imkanı olmadığı üçün həmin məbləği verə bilməmiş, bu səbəbdən də mənzil iddiaçının adına rəsmiləşdirilməmiş qalmış və hesab etmişdir ki, bu mənzili istənilən vaxt öz adına rəsmiləşdirə biləcəkdir. Göründüyü kimi iddiaçı sözügedən mənzilin gələcəkdə öz adına sənədləşdirə biləcəyinə ümid etmiş və inanmış, lakin Mənzil İstismar Sahəsi tərəfindən ondan evin rəsimləşdirilməsi üçün tələb edilən maddi vəsaitə malik olmadığından bu mənzilin rəsimləşdirilməsi işi qeyri-müəyyən müddətə uzanmışd ır. Qeyd olunanlardan göründüyü kimi 118 Saylı Mənzil İstismar Sahəsi mənzilin iddiaçının adına rəsimləşdirilməsindən heç vaxt imtina etməmişdir. Belə olan halda iddiaçının huququnun pozulduğunu, yəni həmin mənzilin adına rəsimləşdiriləcəyini mümkün olmadığını bilə bilməzdi. Hər şəydən əvvəl qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsassən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” X1 Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyinə görə Mülki Məcəl lənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsuzdür. Konstitusiya Məhkəməsinin Ple numu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Göstərilən hüquqi mövqe həmçinin Konstittusiya Məhkəməsinin Plenumu 2008-ci il 08 may və 03 iyun 2013-cü il tarixli qərarlarında da öz əksini tapmışdır. Eləcə də sadalanan qərarlardakı, hüquqi mövqəyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il s onra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddia tələbinin əsaslandığı hallardan göründüyü kimi, İddiaçı hüququnun pozulduğu ona 2021-ci il mart ayın əvvələrində bəlli olmuş və Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-246/2022 nömrəli qətnaməsinə əsasən o, yaşadığı mənzildən çıxarılmışdır. Göründüyü kimi iddiaçının hüququnun pozulduğu subyektiv an 2021-ci il mart ayın əvvələrindən başlayır və məhz bu andan onun iddia hüququ yaranır. Digər tərəfdən həmin Məcəllənin 384.0.1 və 384.0.4 maddələnə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə eləcə də, mülkiyyətçinin və digər sahibin onun hüququnun hər cür pozuntuların aradan qaldırılması haqqında tələblərə, iddia müddəti şamil edilmir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının 09 mart 2023-cü il tarixli keçirilmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Sədrlik edən və məruzəçihakim X15, hakimlər X16 və X19) 2(105)-492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(028)-446/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddia tələbi qismən təmin edilmiş, Cavabdeh 13.500 (on üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

17. Kollegiya qeyd etmişdir ki, İddiaçı Cavabdeh aldığı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci il tarixdən 2021-ci ilin mart ayınadək etirazsız və fasiləsiz yaşamış, həmin müddət ərizində mənzilə olan ehtiyacını ödəmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-246/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılmış və iddiaçı bundan sonra cavabdehdən evin alınmasına görə ödədiyi pul məbləğini n qaytarılmasını tələb etmişdir. Lakin işin araşdırılmış halları ilə borclunun pul məbləğinin ödənilməsini iddia ərizəsində qeyd edildiyi müddətdə gecikdirməsi öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd olunan hallar tərəflərin izahatları ilə yanaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsində aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır.

18. Kollegiya daha sonra qeyd etmişdir ki, İddiaçı Cavabdeh aldığı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci il tarixdən 2021-ci ilin mart ayınadək etirazsız və fasiləsiz yaşamış və yalnız 2021-ci ilin mart ayında Qəhrəman adlı şəxs iddiaçının yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirməsi və mənzilin boşal dılmasını tələb etməsindən sonra onun hüquqlarının pozulduğu ona məlum olmuş və daha sonra da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-246/2022 nömrəli qətnaməsi ilə də iddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılmış, iddiaçı həmin mənzildən çıxarıldıqdan sonra 2022-ci ilin avqust ayında məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. İşin araşdırılmış faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən 2008-ci ildə 13500 manat məbləğində pul cavabdeh X5 yuxarıda qeyd olunan yataqxanadakı mənzildə müvəqqəti deyil, daimi yaşamaq məqsədilə verilmişdir. Bununla əlaqədar iddiaçının pulun hüquqi əsas olmadan hüququnun pozulması ilə əlaqədar verilməsi ona 2008-ci ildən deyil, yaşadığı mənzildən çıxarıldığı andan məlum olmuşdur.

19. Kollegiya qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiası iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gələrək cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsassız hesab etmişdir.

20. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 377, 459, 572, 573, 574, Azərbaycan Respublikası MPM-nin 76.1, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil1) və cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər.

22. İddiaçı ka ssasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Apellyasiya İnstansiyası Məhkəməsi sadalanan maddi hüquq normalarını hazırda mübahisələndirilən hüquq münasibətlərinə düzgün tətbiq və təfsir etməyərək qətnaməni qismən ləğv edərək cavabdehin əsasız varlanma nəticəsində əldə etdiyi pul məbləğini özündə qanunsuz saxlamaqla ondan faydalandığna görə illik 5% olmaqla hesablanmış 8775 manat faiz məbləğinin tutulmasını əsassız hesab etməkdə haqlı olmamışdır. O hesab etmişdir ki, məhkəmənin hazırki iş üzrə gəldiyi nəticələri subyektiv mülahizəyə əsaslanmaqla işin faktiki və məhkəmə tərəfindən müəyyən edilən hallarına uyğun deyil. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, iddia tələbinin faizməbləğinin hesablanması hissəsində iddia tələbi pulun qaytarılmasının ötənmüddətdə gecikdirilməsi halına deyil “Əsassız varlanma əsasında əldə edilmiş” vəsaitin cavabdeh tərəfindən özündə qanunsuzsaxlanması nəticəsində ondan faydalandığına (istifadə etdiyinə) görə əsas məbləğdən faiztutulmasından ibarət olmuşdur. Eləcə də, nə Xətai Rayon Məhkəməsininxx.xx.2022- ci il tarixli qətnaməsində və Bakı ŞəhərXətai RayonRPİnin 35-ci polis bölməsində aparılmış araşdırma zamanı məhkəmənin iş üzrə yuxarıda göstərdiyi nəticədə qeyd olunan faktların təsdiqinə dair hər hansı hallar mövcud deyildir. Göründüyü kimi, iddiaçıya məxsus 13.500 manat vəsaitin cavabdeh tərəfindən qanunsuz əldə olunması və bu vəsaitdən cavabdehin faydalanması işin mübahisəsiz halıdır.

23. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmamış, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamışdır. Apellyasiya instansiyaməhkəməsinin müvafiq qətnaməsini maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə öz qətnaməsindəmaddi hüquq normalarına düzgün istinad etsə də, prosessual hüquq normalarının tələblərinin kobud surətdə pozduğuna görə, maddi hüquq normasını tətbiq edərkən onunla birlikdə tətbiq edilməli olan və ya nəzərə alınmalı olan maddi hüquq normasını düzgün tətbiq etməmiş və ya nəzərə almamış, qanunu səhv təfsir edərək maddi hüquq normalarını pozmuşdur.

24. Cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bəhs edilən mülki iş üzrə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız varlanmma və iddia müddəti ilə bağlı AR Mülki Məcəlləsinin öz qətnaməsində qeyd etdiyi müvafiq maddələrinə və AR Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsindən fərqli olaraq, bəhs edilən mülki iş üzrə iddianın qismən təmin edilməsi ilə bağlı g ə ld i yi nəticəni alğı-satqı haqqında AR Mülki Məcəlləsinin 572, 573 və 574-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmənin işin müəyyən edilmiş faktiki halları ilə bağlı irəli sürdüyü dəlilin “cavabdeh mənzilin sahibi kimi iddiaçını qeydiyyata salmaq və adına şəxsi hesab vərəqəsi açılması üçün MKİS-ə müəyyən məbləğ pul vəsaiti verilməli olduğunu bildirməsi, lakin iddiaçı maddi imkanı olmadığından bu sənədləşdirməni imkanı olan vaxt edəcəyini bildirməsi barədə” hissəsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, təxminən 1994- 1995-ci illərdə mən öz ailə üzvlərim-atam X17, anam X11 və bacım X7 ilə birlikdə Qubadlıdan olan məcburi köçkün ailəsi olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti X22 adlanan Yataqxana tipli binanın 4-cü mərtəbəsindəki 1 otaqda həmin Yataqxanaya xidmət göstərən Bakı şəhəri Xətai RİH 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyinin razılığı əsasında məskunlaşmışıq. Məlumat üçün bildirirəm ki, həmin Yataqxanada ayaqyolu (tualet) birinci mərtəbədə yerləşmişdir. Sonradan atası xərçəng xəstəliyinə düçar olduğu və tez-tez birinci mə rtəbəyə ayaqyoluna (tualetə) düşüb-qalxa bilmədiyi üçün, qeyd edilən MKİS-nin rəhbərliyinin razılığı əsasında bizim yaşadığımız otağın yanında yerləşən, yararsız vəziyyətdə olmaqla içərisində tualet olan və heç kəs yaşamayan otağa köçürülmüşlər və əvvəl yaşadığımız otağı isə həmin MKİS-nə təhvil vermişlər və bu zaman həmin MKİS-nin müdriyyəti bizə bildirmişdir ki, bu mənzilə (otağa) dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud deyildir, eləcə də bu mənzildə (otaqda) heç kəs qeydiyyatda yoxdur və məcburi köçkünlər olaraq yeni yaşayış sahəsi əldə edənə və ya öz doğma yer-yurdunuza köçürülənə qədər burada rahat şəkildə yaşaya bilərsiniz. Biz doğrudan da təxminən 14 il müddətində həmin mənzildə fasiləsiz və heç bir etiraz olmadan yaşamışıq. Qeyd ediləın müddətdə sonrada n dəyişdirilmiş otağın əldə edilməsinə və əlavə işlər görməklə yaxşı vəziyyətə gətirilməsinə v ə təmirinə hissə-hissə olaraq təxminən on beş min manat məbləğində pul xərcləmişik. Mən ailə qurduğuma və birgə nikahdan 2 uşağımız anadan olduğuuna, həmin otaqda artıq birlikdə yaşamaq mümkün olmadığına və ən əsası və uşaqlarımın xəstəliyinin müalicəsi üçün pul lazım olduğuna görə mən həmin otağı satmaq qərarına gəlmişəm və bu barədə elan da yerləşdirmişəm. İddiaçı mənimlə telefonla əlaqə saxlayaraq mənzilin satılması barədə danışmaq istədiyini bildirmiş və mən də buna razılıq vermişəm. Danışıqlar zamanı mən MKİS-nin müdiriyyətinin mənə bildirdiyinə əsasən, iddiaçıya bildirmişəm ki, məndə və MKİS-də həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur və b unu binaya xidmət edən Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsidə təsdiq edə bilər və bundan sonra mən, onu mənzilin sənədləşdirilməsi üçün 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə aparmışam, həmin Sahənin müdiriyyəti onu qəbul edərək bildirmişdir ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud deyildir, eləcə də bu evdə heç kəs qeydiyyatda yoxdur. İddiaçı mənim bu barədə dediklərimi və MKİS-nin müdiriyyətinin ona dediklərini öz İddia Ərizəsində etiraf etmişdir. Mən həmin mənzilin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə onun adıma rəsmiləşdirəcəyini bildirməmişəm və qeyd etm əmişəm. Mən həmin mənz ilin sənədləşdirmə işinin mənim deyil, iddiaçının özü tərəfindən gələcəkdə həmin MKİS tərəfindən sənədləşdirilə bilinəcəyini demişəm və iddiaçıya bildirmişəm ki, bunu etmək imkanım, gücüm olsaydı indiyədək həmin mənzili öz adıma gücüm olsaydı indiyədək həmin mənzili öz adıma sənədləşdirərdim, məndə belə bir imkan və güc yoxdur və indiyədək həmin mənzili öz adıma sənədləşdirə bilməmişəmsə, deməli mənim həmin mənzili kiminsə adına da sənədləşdirmək imkanım və gücüm yoxdur. Bu zaman iddiaçı bizə Bakı şəhər İcra Hakimiyyətində və Xətai Rayon İcra Hakimiyyətində yüksək vəzifədə olan yaxın adamları olduğunu bildirmiş və qeyd etmişdir, o, özü bu məsələni həll edəcəkdir. Bundan sonra mən həmin mənzilə olan faktiki sahibliyimin 13500 (on üç min beş yüz) manat məbləğində idd iaçıya satılması barədə onunla razılığa gəlmişik və həmin mənzilə olan sahibliyimi iddiaçıya qeyd edilən məbləğə satmışam və mənim hesabıma iddiaçı həmin mənzilə müvəqqəti qeydiyyata alınmışdır. Həmin mənzilə olan faktiki sahibliyimi satmamışdan əvvəl iddiaçı bizə həmin otağı boşaltmaq üçün 20 gün müddət versə də, 5 gündən sonra bizi mənzili təcili olaraq tərk etməli olduğumuzu qeyd edərək bildirmişdir ki, “mənzili öz adıma qeydiyyata almaq və mənim adıma sənədləşdirmə aparmaq üçün icra hakimiyyətindən vəzifəli şəxslər mənzilə baxmağa gələcəklər və buna görə də mənzili boşaltmaq lazımdır və onlar sizi burada görməsinlər.” Biz də mənzildə olan bəzi qiymətli əşyaları orada qoyaraq mənzili vaxtından əvvəl tərk etməli olmuşuq. Mən həmin mənzilin sahibi kimi onu qeydiyyata salmaq və onun adına şəxsi hesab vərəqəsi açılması üçün Mənzil-Kommunal İstismar Sahəsinəmüəyyən məbləğ pul vəsaiti verilməli olduğumu bildirməmişəm, çünki belə bir şərt olsa idi bunu əvvəlcə özüm üçün edərdim və özümü həmin məzilə qeydiyyata saldırardım və öz adıma şəxsi hesab vərəqəsi açılmasını təmin edərdim. Eyni zamanda, iddiaçı mənə maddi imkanı olmadığından, o, bu sənədləşdirməni imkanı olan vaxt edəcəyimi bildirməmişdir. İddiaçının mənim onu guya aldatdığım barədə “dəlil”-inə gəldikdə bildirirəm ki, bu “dəlil” tamamilə qanunsuz və əsassız bir dəlildir və heç bir sübutla təsdiq olunmur, əksinə iddiaçının özü tərəfindən bu dəlil təkzib olunur. Belə ki, mən evin faktiki sahibi olduğumu, həmin mənzilin mənim adıma qeydiyyatda olmadığını və bu barədə heç bir sənədimin olmadığını bildirmişəm və iddiaçı da bu nları öz iddia ərizəsində etiraf edərək təsdiq etmişdir. Bundan sonra, mənim iddiaçını həmin mənzilin sənədləşdirilməsi üçün 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə apardığımı, həmin MKİS-nin müdiriyyətinin iddiaçını qəbul edərək, sözügedən mənzilin gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzil olduğunu və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud olmadığını, eləcə də həmin mənzildə heç kəsin qeydiyyatda olmadığını bildirdiyini iddiaçı öz iddia ərizəsində etiraf edərək təsdiq etmişdir. Göründüyü kimi, iddiaçının nəzərdə tutduğu bir aldadılma yoxdur, əgər onun iddia etdiyinə əsasən belə bir aldadılma varsa mənim tərəfimdən deyil, 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinin müdiriyyəti tərəfindən İstismar Sahəsinin müdiriyyəti tərəfin dən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

26. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır

27. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

28. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya topl amaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər

29. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğısatqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

30. Mad də 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.

31. Maddə 573.1. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.

32. Maddə 573.2. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir.

33. Maddə 574.1. Əgər üçüncü şəxs alğı-s atqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsas üzrə alıcıya qarşı əşyanın geri alınması barədə iddia irəli sürərsə, alıcı satıcını işdə iştiraka cəlb etməyə, satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur.

34. Maddə 574.2. Alıcının satıcını işdə iştiraka cəlb etməməsi satıcını alıcı qarşısında məsuliyyətdən azad edir, bu şərtlə ki, satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geri alınmasına yol verməyə biləcəyini sübuta yetirsin.

35. Maddə 574.3. Alıcının işdə iştiraka cəlb etdiyi, lakin işdə iştirak etməmiş satıcı alıcının işi yanlış apardığını sübuta yetirmək hüququndan məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində iddiaçı və cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgü n müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-492/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar