Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3077/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)11607/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)-3212/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) İddiaçı3 və digərlərinin Cavabdeh q arşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə iddiası rədd edilib. İddiaçılar qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)11607/2019 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi- iddia tələbinin İddiaçı3 münasibətdə rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilib, İddiaçı3 Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 5 saylı evin 26-cı mənzilindən istifadə hüququ tanınmaqla, onun həmin mənzilə köçürülməsi və qalan hissə də qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq “ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 5 saylı evin, 26 saylı mənzildən istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üz rə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əvvəla, işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin İddiaçı1 və İddiaçı2 münasibətdə rədd edilməsi hissəsində dəyişdirilmədən sax lanılmasına baxmayaraq, onlar qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməmişlər. Cavabdeh isə kasasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində, yəni İddiaçı3 aid hissədə mübahisələndirmişdir. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehin kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin İddiaçı3 münasibətdə rədd edilməsi hissəsində ləğv edib, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianı təmin edərkən, iddiaçı xxx in mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsinə, bu halın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müə yyən edilməsinə və beləliklə də iddia tələbini İddiaçı3 münasibətdə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasla r yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 5 saylı evin 26-cı mənzilinə köçmək üçün 5 nəfər ailə üzvləri ilə birlikdə iddiaçıların atası xxx in adına Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən xx xxxxxxxx 1988-ci il tarixli, 084134 saylı order verilib. İşə əlavə edilmiş sübutlardan, o cümlədən tərəflərin izahatlarından görünür ki, sözügedən mənzil xx xxxxxx 2002-ci il tarixdə mülkiyyət hüququ üzrə xxx in adına qeydə alınıb. Mənzil özəlləşdirilərkən xxx özü, arvadı xxx və onların övladı (iddiaçıların bacısı) xxx mənzildə qeydiyyatda olmuş və xxx ilə xxx mənzilin xxx in adına özəlləşdirilməsinə yazılı razılıq vermişlər. xx xxxxxx 2009-cu il tarixli “Bağışlama müqavilə sinə” əsasən xxx özünə məxsus mənzili övladı xxx ya bağışlamış və mənzil tam mülkiyyət hüququ üzrə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil bağışlanarkən ünvanda yalnız xxx və xxx qeydiyyatda olmuşlar. xx xxx 2014-cü il tarixdə “renta alan” xxx ilə “renta ödəyicisi”(cavabdeh) Cavabdeh arasında “Ömürlük renta müqaviləsi” bağlanmışdır (həmin müqavilə hazırki iş üzrə mübahisə predmeti olmadığından məhkəmə müqavilənin şərtlərini açıqlamır). xxx xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Hazırda mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı3 və digərlərinə qarşı “mənzildən çıxarılma, mənzilin ilkin vəziyyətə qaytarılması və sair barədə” iddiası qismən təmin edilərək, Yaşar Həsənovun mənzildən çıxarılması və mənzilin Cavabdeh təhvil verilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh və Yaşar Həsənovun ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi sözügedən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Yaşar Həsənovun mübahisəli mənzildən istifadə etmək hüququ yoxdur. Lakin Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı3 həmin mənzildən istifadə etmək hüququ mövcuddur və itirilməmişdir. Belə ki, İddiaçı3 1988-ci ildən mənzildən istifadə etmiş və onun mənzildən qanuni əsaslarla istifadə etmək hüququ vardır. Mənzilə mülkiyyət hüququn un Cavabdeh keçməsi İddiaçı3 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi İddiaçı3 münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı3 münasibətdə iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı3 1988-ci ildən mübahisəli mənzildən istifadə etmiş və həmin mənzildən istifadə hüququ əldə etmişdir. Sonradan mənzilin mülkiyyətçinin dəyişməsi, yəni mənzilə mülkiyyət hüququnun Cavabdeh keçməsi İddiaçı3 mənzildən istifadə hüququna xitam verilməsinə səbəb ola bilməz. Çünki, İddiaçı3 mənzildən qanuni əsaslarla istifadə hüququ vardır və onun mənzilə olan istifadə hüququ bu günədək məhkəmə qaydasında itirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənləri nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sözügedən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırki işə baxılarkən işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyətə malikdir və mübahisələndirilə bilməz. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəmə sinin gəldiyi nəticə və hüquqi əsaslandırma razılaşıb hesab edir ki, cavabdeh xxx un kasasiya şikayətinin dəlilləri mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə Mənzil Məcəlləsinin 53, 87, 123-cü maddələrinin tələbləri baxımından da əsassızdır. Çünki, sadalanan maddələrin mənasına görə iddiaçı xxx in sözügedən mənzildən qanuni əsaslarla istifadə hüququ əmələ gəlmişdir və bu hal qanüni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq olunur. Ona görə də iddiaçı xxx in daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməsi mülki iş materialları ilə təsdiq olunmadığı və bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyi üçün kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, İddiaçı3 mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməməsini və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəmə si işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kasasiya şikayə ti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11607/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3077/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3077/2020
09.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver