Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3077/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 Cavabdeh və iddiaçı Cavabdeh X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3077/21 (Açar sözlər: evdən çıxarılma, pul) Bakı şəhəri, 04 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, vəkili Rnun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-235/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X5 Cavabdeh qarşı “evə aid sənədlərin alınması və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, E qəsəbəsində onun evində yaşayan Cavabdeh verdiyi evinə aid sənədlərin əslinin cavabdehdən alınması, həmçinin Cavabdeh onun evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X5 iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh E bələdiyyəsinin 15.03.2008-ci il tarixli 10 saylı qərarı ilə fərdi ev tikintisi məqsədi ilə ona ayrılmış E qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsində inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsində onun tərəfindən inşa olunmuş fərdi evdən başqa digər tikililərin cavabdehin hesabına sökülməsi və E qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin ona ayrılmasına dair E bələdiyyəsinin 15.03.2008-ci il tarixli 10 saylı qərarının, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 25.04.2008-ci il tarixlı rəyinin, E qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin (eskiz layihəsi) planının, torpaq sahəsinin hansı kadastr qiymət zonasına aid olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin arayışı, torpaqların alqı-satqısına dair 30.05.2008-ci il tarixli 1844 saylı aktın və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A 069860 saylı 30.05.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh X4 qarşı “pul tələbi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 pulunu ödəyib aldığı evin qiymətləndirilərək, xərclədiyi pulların alınıb ona verilməsinə dair qətnamə, onun barəsində dələduzluq hərəkətləri törətməyə cəhd edən X5 barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 cəmi 502.920 manatın alına raq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, E qəsəbə bələdiyyəsinin 15 mart 2008-ci il tarixli 10 saylı qərarına əsasən ona E qəsəbəsi ərazisində fərdi mənzil inşa etmək üçün 0,12 ha (40 m.x30m.) torpaq sahəsi verilmişdir. Həmin ərazidə o, özünə iki mərtəbəli 7 otaqdan ibarət olan fərdi yaşayış evi inşa etdirmişdir. 2012-ci ildə Şamaxı şəhər sakini Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında ona məxsus olan evi cavabdehə satmaq istəmişdir. Lakin həmin vaxtdan sonra isə pulunu vermədiyini görərək cavabdehə etibarnamə vermək istəməmişdir. Ancaq Cavabdeh israrına əsasən, yəni 08 avqust 2016-cı il tarixdə Şamaxı rayon notariat kontor unda X2 etibarnamə vermişdir. Müəyyən vaxt keçməsinə baxmayaraq Cavabdeh evin pulunu vermək istəmədiyini görərək 12 dekabr 2016-cı il tarixdə ilkin vermiş olduğu etibarnaməni ləğv etdirərək həmin evi cavabdehə satmaq istəmədiyini bildirmişdir. Həmin vaxtdan bu günə kimi isə Cavabdeh evindən çıxmasını və vermiş olduğu evin ilkin bütün sənədlərini tələb etsə də, cavabdeh bu günə kimi evindən çıxmaq istəmir və evin sənədlərini qaytarmaqdan imtina edir. 2014-cü ilin mart ayında evi 70000 ABŞ dollarına cavabdehə satmağa razılaşmışlar. 2015-ci ilin yanvar-fevral ayı olardı, ayda 1000 ABŞ dolları ödəmək şərti ilə razılaşmışlar. Cavabdeh ona heç nə ödəməmiş, pulu tələb edəndə demişdir ki, pulları əldədir yığa bilmir, 2015-ci ilin iyun-iyul aylarında ödəyəcək. Cavabdeh ondan etibarnamə istəmiş, evi banka qoyub pulunu verəcəyini dediyindən o, da vermişdir. Evi özü təmir etdirmiş, sonra Məhəmməd təmirdən narazı olduğu üçün yenidən təmir etdirmişdir. Evin hasarı, həyətində ağac olmamışdır. Onun təmir işlərini 2012-2013-cü ildə Məmmədov Əlibaba ilə Vasif Hacıyev görmüşlər. Şkatur, malyar işlərini və s. bütün işləri görmüşlər. Qoyduğu qapı, pəncərəni Vasif Hacıyev işlədiyi sexdə düzəltmişdir. Ev materiallarını əmisi Asif gətirmiş, onlar təmir etmişlər. Özü gəlib-getməmişdir. 2015-ci ildən cavabdehlə aralarında söz-söhbət yaranmışdır. 35000 dollara görə Məhəmməd ondan etibarnamə istəmişdir ki, nəğd ödəsin. Cavabdeh evi banka qoyub pul götürüb 35000 ABŞ dolları verməli idi. 2014-cü ildə danışmışlar ki, 2015-ci ilin əvvəllərindən pul ödəyəcək, amma ödəməmişdir. 2015-ci ilin fevral ayında Mə həmməd ona demişdir ki, pulları yığa bilmir ki, ona versin. Yaydan sonra ilin axırında ödəyəcək. 2-ci devalivasiyadan sonra narahatçılıqlar başlanmışdır. Etibarnamə 08.08.2016-cı ildə verilib, 08.12.2016-cı ildə ləğv olunub, evə çəkiləcək xərclə bağlı qeyd dəftərindədir. Yerinə görə 300 mindən çox xərci çıxmışdır. 2012-ci ildə verib. Cavabdeh həmişə deyib ki, hər ay 1000 ABŞ dolları verməlidir. O, 70000 ABŞ dolları gözləmişdir. Hər dəfə maşın alveri ilə məşğul olmuşlar. Cavabdeh ona '‘Passat” markalı maşın verməmiş, o, cavabdehə “Wolsvagen Tuareg" markalı maşın vermişdir. İddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə münasibəti olmuş, sonuncu, həmişə onun yanına gəlib-getmişdir. İddiaçı tikintisi yarımçıq qalmış, divarları tikilib üstü örtülmüş evi satmaq istədiyini b ildirmişdir. O, da təklifi qəbul edib bildirmişdir ki, evi alar, ancaq pulunu hissəhissə verər. Belə razılığa gəlib evi 50000 manata qiymətləndirmişlər. İddiaçı bildirmişdir ki, evin pulunu verib qurtardıqdan sonra evi onun adına sənədləşdirəcək. Bu razılığa 2012-ci ildə gəlmişlər. 2013-cü ildə pul verməmiş, iddiaçıya demişdir ki, evi nisyə aldığına görə əlinə pul düşdükcə verəcək. İddiaçı da onunla razılaşmışdır. Ödənişə 2014-cü ildə başlamışdır. Birinci dəfə 8000 manat, sonra 5000 manat, yenə də 5000 manat daha sonra 2000 manat, yenə 2000 manat və sonra 2014-cü ildə cəmi 32000 manat, 2015-ci ildə 11000 manat, 2016-cı ildə isə 7000 manat, cəmi 50000 manat pulu tam ödədikdən sonra, iddiaçı 2016-cı ilin avqust ayının 8-də ona etibarnamə vermişdir ki, evi alqı-satqı etsin. Əgər iddiaçı pulu almamışdırsa, niyə 4 il ərzində onu gözləyib, evi başqasına satardı? İddiaçı oğlunun adına etibarnamə verərkən, lazım olan digər sənədləri də əlavə etmişdir ki, alqı-satqı edərkən, özünü axtarmasın. Buraya kadastr planı, arvadının evin satılmasına razılıq ərizəsi, nikah haqqında şəhadətnamənin surəti də əlavə olunmuşdur. Əgər iddiaçı pul almasaydı, bu sənədləri ona verərdimi? 2012-ci ildə evin alınıb-satılması barədə şifahi razılığa gəldikdən sonra, o, evin təmirinə başlamış, evin qapı-pəncərəsini qoydurmuş, içərisini tam bahalı təmir etdirmiş, su, sanitariya, istilik sistemi çəkdirmişdir. Hasar çəkdirib, həyəti döşətdirmiş, həyətdə əlavə tikililər, quyu tikdirmişdir. 50000 manata aldığı yarımçıq tikiliyə külli miqdarda pul xərcləyib, hal-hazırda super təmirli vəziyyətə gətirmişdir. Bunu t ikinti və təmirini aparmış ustalar, mal-material almış şəxslər, qonşular da təsdiq edə bilərlər. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı, bu hərəkəti ilə dələduzluq edib yalan danışır. O, iddiaçıya etmişdir. Buyursun verdiyi 50000 manatı və evə xərclədiyi vəsaiti qaytarıb ona versin. O, bu halda sənədləri də, evi də, qaytarıb verər. İddiaçının bu hərəkəti artıq Şamaxıda dəb şəklinə düşmüşdür. Aldığı evi onun gözündən salıb, iddiaçıdan pulunu ödəyib aldığı evin qiymətləndirilərək, xərclədiyi pulların alınıb ona verilməsini istəyir. Ev təmirsiz 2 mərtəbəlidir. 0,10200 ABŞ dolları dəyərində “Passat” markalı avtomobili etibarnamə ilə iddiaçıya vermişdir. 50000 manatı iddiaçıya aybaay ödəməklə vermişdir. Yeri örüş sahəsi imiş, bilməmişdir. Onunla Tahirə görə ədavət aparırlar. Onun pulu ver məsinin sübutu etibarnamədir. O, iddiaçıya pul borclu olsa idi, niyə ona etibarnamə verirdi. Pulu iddiaçının işçisinə vermişdir. Xərcini yazmamış, evi sıfırdan təmir etmiş, kombi, qapı, 14 ədəd pəncərə qoymuşdur. Evdə tələbə qalmayıb. Təmirə 250000-300000 manat xərci çıxa bilər. O, alanda evi boş olmuşdur. İddiaçı ona 50 illik etibarnamə vermiş, amma indi məhkəməyə verib. O, iddiaçıya "Passat” markalı maşın vermiş, təmirə 300000 manatdan artıq xərci çıxmışdır. Etibarnamədə yoldaşının imzası var. O, DƏDRX-nə gedəndə demişlər ki, yer örüş yeridir, özəlləşə bilməz. Bir də o qədər pula təmir etmiş, 50000 manatı verə bilməmişdir. Pulları iddiaçıya müxtəlif vaxtlarda vermiş, amma yazılı sübutu yoxdur. İddiaçı başqa adamlardan özünə olan borclarını ala bilmir, onun isə bu vəziyyətindən istifadə e dir. “Passat” markalı maşını satılmış və iddiaçıya 10000 manat pul vermişdir. O, Şamaxıda hamıya pul vermişdir. Ona bir nəfər borclu olmuş, pulun yerinə “Passat” markalı maşını birbaşa iddiaçıya vermişdir. Həyətdə ağaclar əkmişdir. İddiaçı onun çəkdiyi xərci ödəsin. Necə ola bilər ki, 2012-ci ildən o, evi təmir eləsin, amma pulunu verməsin. Özü də ki, arvadı ilə birlikdə 50 illik etibarnamə verib. Evdə bəzi tikinti işləri və həyətdə vəsait qoyaraq aldığı və əkdirdiyi ağacların dəyərinin nəzərə alınması ilə iddiaçıdan 502920 manat pulun alınaraq ona verilməsini istəyir. Eyni zamanda həyətdə əkilmiş meyvə ağacları 106 ədəd x 300=31800 manat, yolka ağacı 5 ədəd x 200=1000 manat, qızılgül ağacı 190 ədəd x 30=5700 manat, həmişə yaşıl ağac 39 ədəd x 20=8700 manat, dekorativ gül ağacı 10 ədəd x 2 5=250 manat, reşotka qalığı 106 m qalıq x 50=1000 manat, Su quyusu 20 m dərinlik x 50=1000 manat, 2 ədəd həyətə giriş dəmir qapı x 600=1200 manat, həmçinin evin küçədə yerləşən hissəsində aparılmış tikinti abadlaşdırma işləri reşotka 44 m x 40=1760 manat beton fundament 48 m x 30=1440 manat daroşka abilsovka 38 kv.m x 50=1900 manat beton daroşka 38 kv.m x 20= 760 manat şanbo 2 ədəd 9m x 50=450 manat dəyərində işlər görülmüşdür. Torpağa dair sənədlər ondadır. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 fevral 2018ci il tarixli 2(074)-224/2018 nömrəli qərardadı ilə (hakim Etibar Hümbətov) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 20.07.2018-ci il tarixli rəyinə əsasən X4 məxsus E qəsəbəsində E bələdiyyəsinin 15.03.2008-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsində tikilmiş mübahisəli yaşayış evinin qiyməti 300000 manat təşkil edir. X4 məxsus Eqəsəbəsində Ebələdiyyəsinin 15.03.2008-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsində tikilmiş mübahisəli yaşayış evinin, yəni evin bünövrəsindən çardağın bağlanmasına kimi olan işlərə çəkilmiş xərc (təmiri, tikinti materialları, usta haqları, tikinti quraşdırma işləri və s. daxil olmaqla) istisna olmaqla qiyməti 139780 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(074)-224/2018 nömrəli qərardadı ilə (hakim Etibar Hümbətov) əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxx x” MMC-nin 01.04.2019-cu il tarixli rəyinə əsasən Eqəsəbəsində Ebələdiyyəsinin 15.03.2008-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsində tikilmiş mübahisəli yaşayış evinin abadlaşdırılmasına çəkilmiş xərc 12180 manat təşkil edir. Eqəsəbəsində Ebələdiyyəsinin 15.03.2008-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsində tikilmiş mübahisəli yaşayış evində əkilmiş ağaclara çəkilmiş xərc 1827 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 15 may 2019-cu il tarixli 2(074)-18/2019 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh E bədiyyəsinin 15.03.2008-ci il tarixli 10 saylı qərarı ilə fərdi ev tikintisi məqsədi ilə ilkin iddia üzrə iddiaçı X4 ayrılmış E qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsində inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evindən çıxarılması, ilkin iddia üzrə Cavabdeh E bələdiyyəsinin 15.03.2008-ci il tarixli 10 saylı qərarının, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 25.04.2008-ci il tarixli rəyinin, E qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin (eskiz layihəsi) planının, torpaq sahəsinin hansı kadastr qiymət zonasına aid olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin arayışının, torpaqların alqı-satqsına dair 30.05.2008-ci il tarixli 1844 saylı aktı və Dövlət Torpaq və Xəritəçəkmə Kornitəsinin tərtib etdiyi A 069860 saylı 30.08.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün alınaraq ilkin iddia üzrə iddiaçı X4 qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 153,787 manatın alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, ilkin iddia və qarşılıqlı iddianın eyni vaxtda icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hər iki tərəf fərdi yaşayış evinin razılaşdırılmış satış qiymətinin bildirdikləri məbləğdə olması halının təsdiqi üçün sübut təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin razılaşdırılmış satış qiyməti mübahisənin həllində o vaxt həlledici ola bilər ki, cavabdeh ilkin iddiaçıya bildirdiyi məbləğdə pulu ödədiyini təsdiq etmiş olsun. İş üzrə olan sübutlarla isə cavabdehin fərdi yaşayış evinin dəyəri üzrə ilkin iddiaçıya hər hansı məbləğdə vəsait ödəməsi halı təsdiq edilmir. Belə ki, tərəflər cavabdehin hər ay 1000 ABŞ dolları ödəməsində razılaşdıqlarını bildirsələr də, cavabdeh daha sonra ziddiyyətli izahat verərək, evin dəyərinin bir hissəsi üzrə avtomobil verdiyini, daha sonra avtomobili deyil satış pulunu verdiyini bildirmiş, sonra isə ödənişə 2014-cü ildə başladığını, birinci dəfə 8000 manat, sonra 5000 manat, yenə də 5000 manat daha sonra 2000 manat, yenə 2000 manat və sonra 2014-cü ildə cəmi 32000 manat, 2015-ci ildə 11000 manat, 2016-cı ildə isə 7000 manat, cəmi 50000 manat pulu tam ödədiyini bildirmiş, lakin ödənişlər barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehin külli miqdarda vəsaiti ödəyib qurtardıqdan sonra ödənişlər barədə hər hansı sənəd almayaraq etibarnamə ilə kifayə tlənməsini ağlabatan saymır. Belə ki, etibarnamənin verilməsi cavabdehin qeyd etdiyi halda onun bağlayacağı alqı- satqı müqavilə nəticəsində əldə etdiklərini ilkin iddiaçıya vermək öhdəliyinin yaranması üçün əsasdır. İddiaçıya nağd olaraq pul ödəmiş, cavabdehin isə daha sonra bağayacağı müqavilə üzrə əldə edəcəyi pulu təkrar iddiaçıya vermək öhdəliyini üzərinə götürməsi ağdabatan deyil. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehin fərdi yaşayış evinin razılaşdırılmış satış qiymətini ona ödəmədiyinə dair ilkin iddiaçının dəlillərini işin hallarına uyğun sayır. Məhkəmə, ilkin iddianın həmin torpaq sahəsində onun tərəfindən inşa olunmuş fərdi evdən başqa digər tikililərin cavabdehin hesabına sökülməsi hissəsi üzrə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliklə torpaqların əvvəlki vəziyyə tinə gətirilməsinin torpaqları zəbt etmiş şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh torpaq sahəsini zəbt etməmiş, ilkin iddiaçı tikinti apardığı torpaq sahəsini satmaq niyyəti ilə hər hansı qeyd şərt o cümlədən gələcəkdə tikinti aparmaması şərti olmadan cavabdehə təhvil vermiş, yalnız əmlakın dəyərinin özünə ödənilməsində maraqlı olmuşdur. İlkin iddiaçının etibarnaməni verməsini, cavabdehin əmlakı özəlləşdirib, banka girov qoyub onun pulunu ödəməsi üçün verdiyini bildirməsi, “Azəriqaz” İB tərəfindən mübahisəli əmlakın yerləşdiyi ünvanda quraşdırılmış ******* saylı G-4 markalı qaz sayğacını da özünün adından ilkin iddia üzrə cavabdehin adına keçirilməsinə hər hansı etiraz etməməsi də, onun əmlakı gələcəkdə geri almamaq niyyəti ilə ilkin iddia üzrə cavabdehin sahibliyinə təhvil verdiyi təsdiq edilir. Bundan başqa, həmin tikintinin ilkin iddiaçının maraqlarına toxunması halında onun həmin tikintini məhkəmədən kənar qaydada uçurmaq hüququ var. İlkin cavabdeh evə dair tələb edilən sənədlərin onda olduğunu etiraf etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh evi özünün təmir etdirdiyini, sonra cavabdehin təmirdən narazı olduğu üçün yenidən təmir etdirdiyini bildirsə də, evi təmirli vəziyyətdə cavabdehin sahibliyinə verdiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yanaşı yoxlanılmış, evin təmir-tikinti işlərini icra etmiş şəxslərin şahid ifadələri ilə evin cavabdehin sahibliyinə suvaqsız, qapı pəncərəsiz, elektrik xətti çəkilməmiş, 1-2 mərtəbə arasına yalnız taxta atmaların olduğu vəziyyətdə verildiyi təsdiq edilmişdir. Məhkəmə, qarşılıqlı iddia üzrə cavabdehin etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübutu təqdim edə bilməməsini nəzərə alaraq, evin onun sahibliyinə tikintisi başa çatdırılmamış vəziyyətdə verildiyinə dair qarşılıqlı iddiaçının yanaşı yoxlanılmış şahid ifadələri ilə tamamlanan dəlilini işin hallarına uyğun sayır. Qarşılıqlı iddia üzrə iddiaçı evin təmir tikinti işlərinə 300000 manatdan artıq xərci çıxdığını, həmin xərcdən əlavə həyətdə abadlıq işləri gördüyünü iddia etsə də, mübahisəli sahədə icra etdiyi işlərin dəyərinin iddia edilən miqdarda olmasına dair hər hansı sübutu təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh mübahisəli torpaq sahəsində iddia edilən sayda ağacların əkilməsinin mümkün olmaması əsası ilə iddiaya etiraz etmiş, digər xərcləri və miqdarlarını mübahisələndirməmiş, qarşılıqlı iddia üzrə iddiaçının torpaq sahəsində özbaşına tikinti və təmir işləri həyata keçirməklə öz vəsaitini riskə atdığını, bu riskə görə onun, məsuliyyət daşımadığını bildirmişdir. Məhkəmə rəyi vermiş şəxsin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli ünvanda 153787 manat dəyərində təmir- tikinti və abadlıq işləri gördüyünü işin hallarına uyğun sayır. Məhkəmə, qarşılıqlı iddia üzrə cavabdehin çəkilmiş xərclərin qarşılıqlı iddia üzrə iddiaçının riski olduğuna və çəkilmiş xərcə görə qarşılıqlı iddia üzrə cavabdehin öhdəlik daşımadığına dair bildirdikləri üzrə onu qeyd etməyi zəruri sayır ki, qarşılıqlı iddia üzrə cavabdeh fərdi yaşayış evini satmaq niyyəti ilə 2012-ci ildən qarşılıqlı iddia üzrə iddiaçıya vermiş və həmin vaxtdan fərdi yaşayış evi qarşılıqlı iddia üzrə iddiaçının sahibliyindədir. Təmir tikinti, abdalıq işləri aparıldığı vaxtdan qarşılıqlı iddia üzrə cavabdeh tikintiyə hər hansı etiraz etməmiş, əksinə dəyəri ödənilməmiş fərdi yaşayış evini qarşılıqlı iddia üzrə iddiaçının istifadəsinə-sahibliyinə vermiş, əmlakın vəziyyəti ilə maraqlanmamış, sonuncunun fərdi yaşayış evi barəsində öz mülahizəsinə uyğun hərəkət etməsi üçün şərait yaratmışdır, qarşılıqlı iddia üzrə iddiaçı da, cavabdehin bu münasibətindən yararlanaraq tikinti işlərini tamamlamışdır. Hazırda qarşılıqlı iddia üzrə cavabdeh fərdi yaşayış evinin razılaşdırılmış dəyərinin ödənilməsini deyil, qarşılıqlı iddia üzrə iddiaçının fərdi yaşayış evindən çıxarılmasını t ələb edir. Bu hal isə qarşılıqlı iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin yaratdığı şəraitdən istifadə edib istifadəsinə-sahibliyinə verilmiş fərdi yaşayış evində icra etdiyi tikinti və abadlıq işlərinə sərf etdiyi vəsaitdən məhrum edilməsi xarakteri daşıyır. Beləliklə məhkəmə ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.8, 157.8, 180.1, 240.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin q arşılıqlı iddia ilə bağlı hissədə ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək onun iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova- sədrlik edən və məruzəçi, Səyyad Qafari, Fuad Məmmədov) 2(105)-3512/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.07.2020-ci il tarixli, 28343 saylı ekspert rəyinə əsasən, torpaq sahələrinin, mənzillərin, fərdi yaşayış evlərinin, qeyri yaşayış binalarının və s. bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi tikintitexniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardadkı sual konkret məlumatın əldə edilməsinə aid olduğundan mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Eqəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 88437,6 manat müəy yən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova- sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 2(105)-235/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 05 oktyabr 2020-ci il tarixli, A-04/374 saylı qiymətləndirmə hesabatından görünür ki, Eqəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinin tikinti və təmirinə çəkilmiş xərclərin smeta dəyərinin qiyməti 354145 manat müəyyən edilmişdir və Eqəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinin orta bazar qiyməti 294000 manat müəyyən edilir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova- sədrlik edən və məruzə çi, Telman Quliyev, Gülnarə Tağızadə) 2(105)-235/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-18/2019 saylı, 15 may 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 153,787 manatın alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X1 təmir-tikinti və abadlıq işlərinin dəyəri üzrə 197270,196 manatın alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə iddiaçı Ramin Hacıyevin apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pu lun 75 manatının iddiaçı X1, 75 manatının Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, qarşılıqlı iddia üzrə cavabdeh fərdi yaşayış evinin razılaşdırılmış dəyərinin ödənilməsini deyil, qarşılıqlı iddia üzrə iddiaçının fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Bu hal isə qarşılıqlı iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin yaratdığı şəraitdən istifadə edib istifadəsinə-sahibliyinə verilmiş fərdi yaşayış evində icra etdyi tikinti və abadlıq işlərinə sərf etdiyi vəsaitdən məhrum edilməsi xarakteri daşıyır. Belə olan halda Cavabdeh mübahisəli torpaq sahəsində inşa edilmiş yaşayış evinin tikintisinə və abadlaşdırılmasına çəkdiyi xərci ilk id diaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası iş materiallarına və ekspert rəylərinə istinadən qeyd edir ki, ilk iddiaçı Ramin Hacıyev tərəfindən mübahisəli torpaq sahəsi satılarkən torpaq sahəsində yarımtikili mövcud olmuş və həmin tikilinin hazırki vəziyyətə gətirilməsi üçün Cavabdeh tərəfindən müəyyən xərclər çəkilmişdir ki, bu da iş materiallarına əlavə edilmiş ekspert rəyləri ilə müəyyən edilir. Lakin iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyləri iddiaçının vəkili tərəfindən mübahisələndirilərkən evin tikintisinin bəzi mərhələlərinin iddiaçı tərəfindən aparılmasını bildirmiş və məhkəmə kollegiyası da qeyd edilən faktı araşdırılarkən Cavabdeh mübahisəli evin özül işləri və kəmər qurulmasının, dam örtüyünün iddiaçı tərəfindən aparılmasını bildirmişdir. Bundan əlavə məhkə mə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyindən mübahisəli evin tikintisinə çəkilmiş xərc müəyyən edilsə də, evin abadlaşdırılmasına və əkilmiş ağaclara çəkilmiş xərc müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin abadlaşlaşdırılmasına və torpaq sahəsində ağacların əkilməsinə çəkilən xərc iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 21 saylı 01.04.2019-cu il tarixli rəyinə 14007 (12180+1827) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini qismən təmin etməkdə haqlı olsa da, cavabdehdən tutulan məbləğ hissəsində haqlı olmamışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsində tikilmiş yaşayış evininin tikinti si və abadlaşdırılması zamanı çəkilmiş xərclərin məblği qətnamə ilə tutulan məbləğdən fərqlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaqda tikilmiş fərdi yaşayış evinin tikinti və abadlaşdırılması üçün qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən 197270,196 (çəkilən xərclər 133783,55 manat + 13378,355 manat (cari və gözlənilməyən xərclər ümumi məbləğin 10%-i)+19441 manat (elektrik işləri)=166602,905 manat+16660,2905 manat (podratçının gözlədiyi mənfəət 10% həcmində+ evin abaşlaşdırılmasına və torpaq sahəsində ağacların əkilməsinə çəkilmiş xərc 14007 ((12180+1827))) manat xərc çəkilməsi keçirilmiş ekspert rəyləri ilə müəyyən edilir. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı Ramin Hacıyevin apelyasiya şikayətinə qiymət verərək qeyd edir ki, i ddiaçı şikayətində qarşılılıq iddia tələbinin rədd edilməsini göstərmiş, Cavabdeh mübahisəli fərdi yaşayış evinin tikintisi və abaşdlaşdırılması üçün çəkdiyi xərc ekspert rəyləri ilə qismən təsdiq edildiyindən iddiaçının şikayəti əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə Cavabdeh apelyasiya şikayətinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri ekspert rəyləri ilə qismən təsdiq edildiyindən şikayət qismən təmin edilməlidir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova) 2(105)-235/2020 saylı, 23 fevral 2021-ci il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil 2(105)-235/2020 saylı mülki iş üzrə prokola dair qeydlərinin rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, m əhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, qarşılıqlı iddia ərizəsi prosessual hüquq normasının pozuntusu ilə icraata qəbul edilmişdir. İkincisi, məhkəmə iclas protokolu saxtalaşdırılmış və həqiqəti əks etdirməmişdir. Belə ki, bir neçə ayrı -ayrı günlərdə keçirilmiş məhkəmə iclaslarının protokolları eyn məzmundan ibarətdir və tərəflərin izahatları kimi yalnız apelyasiya şikayətlərinin mətnləri yerləşdirilməklə formal protokol tə rtib olunmuşdur. Keçirilmiş məhkəmə iclaslarında AR MPM-in 192.1-ci maddəsinin tələbləri qaydasında tərəflərindən (nümayəndəsi və vəkili tərəfindən) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh suallar verilmiş və cavablar alınmışdır. Lakin bu sual cavab məhkəmə iclas protokollarında əks etdirilməmişdir. Bu da məhkəmə proseslərinin formal xarakter daşımasından və məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmaqda maraqlı olmamasından xəbər verir. Üçüncüsü, məhkəmənin gəldiyi nəticə faktiki olaraq həmin evə və həmin evdə görülmüş tikinti - təmir işlərinə aid deyildir. Belə ki, iş üzrə yuxarıda qeyd edilən xərclərin müəyyən edilməsi üçün 2 dəfə Şamaxı rayon məhkəməsi tərəfindən, 2 dəfə isə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Məhkəmənin sonuncu əldə etdiyi “xxxx” MMC-nin rəyi ilə müəyyən edilmiş rəqələmlərin hansı əsasla və necə əldə edilməsi müəyyən olunmur və anlaşılmazdır. Məhkəmə həmin rəyi hansı əsasla mötəbər sübut kimi qiymətləndirməsini və həmin rəyə istinad etməsini əsaslandırmamışdır. Dördüncüsü, öz qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməyən cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini təmin edərkən məhkəmə əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmiş, həmçinin apelyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil o lmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq kasasiya şikayətinin birinci və ikinci dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin göstərilən dəlilləri apelyasiya kollegiyası tərəfindən prosessual pozuntuya yol verilməsindən, yəni qarşılıqlı iddianın düzgün formada icraata qəbul edilməməsi və məhkəmə iclas protokolunun saxtalaşdırılması, əyni həqiqəti əks etdirməməsi ilə əlaqədardır ki, həmin dəlillər əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, qarşılıqlı iddia Azərbaycan Respublikası MPM-nin 155.1 və 155.2-ci maddələrinin tələblərinə riayət edilməklə icraata qəbul edilmişdir. Belə ki, qeyd edilən normalara əsasə n, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Odur ki, kasasiya şikayətinin birinci dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin məhkəmə iclas protokolunun saxtalaşdırılması barədə ikinci dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində məhkəmə iclaslarında hər hansı məhkəmə iclas protokolunda saxtalaşdırmaya yol verilməsi halı müəyyən edilməmişdir. Hətta ilk iddiaçı məhkəmə iclas protokolu ilə razılaşmayaraq protokola qeydlər barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin qeydlərin əsassızlığı ilə bağlı ərizə rədd edilmişdir. Odur ki, kasasiya şikayətinin ikinci dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin üçüncü dəlili isə məhkəmənin istinad etdiyi “xxxx” MMC-nin qeyrimötəbərliyi ilə bağlı olmuşdur ki, həmin dəlil üzrə də qeyd edilməlidir ki, iş materiallarında qeyd edilən MMC-nin verdiyi rəyin qeyri-mötəbərliyinə dəlalət edəcək hər hansı sübut müəyyən edilməmişdir. İlk iddiaçı da həmçinin məhkəməyə bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin üçüncü dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin dördüncü dəlili apelyasiya kollegiyası tərəfi ndən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi, tətbiq edilməli olan normanın tətbiq edilməməsi ilə əlaqədardır ki, həmin dəlil üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində ümnumiyyətlə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Odur ki, kasasiya şikayətinin dördüncü dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-235/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.