Məhkəmə qərarları › İş №2(102)-3077/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3077/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3077/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:pulun tutulması 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2905/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2023-cü il tarixli, Elek tron notariat X1 çıxarışa əsasən Cavabdeh1, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m. torpaq sahəsini və üzərində tikilən 77.kv.m. 2 otaqlı olan evi 12.500 manata İddiaçı satmış və həmin pulu tam olaraq alması və gələcəkdə həmin torpaq sahəsinə və evə dair heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.

2. İddiaçı evin ona təhvil verilmədiyini bildirir və ödədiyi pulu geri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh1 (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.550 manat pulun, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1.000 manat və keçirdiyi iztirablara görə 2.000 manat mənəv i zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12.550 manat pulun, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1.000 manat və keçirdiyi iztirablara görə 2.000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Binə qəsəbəsində ev almaq məqsədilə Cavabdeh2 zəng etmiş, Binə qəsəbəsindən ev almaq istədiyini bildirmiş, lakin sonuncu Hövsan qəsəbəsində ev olduğunu bildirmişdir. Ailəsi və Cavabdeh2lə birlikdə evə baxmışlar. Evin pəncərəsi, qazı, polu, qapıları, işığı və suyu olmadığından söz verdi ki, qazı, işığı onun adına rəs miləşdirəcəyinə dair vəd verərək şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Beh olaraq Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş etmişdir. Verəcəyi pulun qalan hissəsini notariusda sənədləşdirnəyi tələb etmiş və bu sənədləşmənin Suraxanı rayonu Hövsan qədəbəsində yerləşən notariusda etməyi bildirmişdir. Cavabdeh1 qazi olduğunu bildirməklə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda onun dövlət rüsumlarından azad olduğunu demişdir. xx.xx.2023cü ildə Cavabdeh2 və evin sahibi Cavabdeh1 ilə Əhmədli metrosunun yaxınlığında yerləşən Notariat kontoruna gedərək müqavilə bağlamışlar. Orada beh verməklə qazı, işığı onun adına rəsmiləşdirməyi Cavabdeh1 üzərinə qoyulması məsələsinin də müqavilədə göstərilməsini tələb etsə də, onun bu tələbi notarius tərəfindən yerinə yetiri lməmişdir. Orada Cavabdeh1 12.500 manat pul ödəmişdir. Cavabdeh1 də bunun müqabilində notarial ərizə yazaraq, ona məxsus olan evi satıb əvəzində 12.500 manat pulu qəbul etmişdir. Notarius da ondan evin sənədlərini və ya həmin evin ona məxsus olmasına dair hər hansı bir sənəd tələb etməmişlər. Eyni zaman da qaz və işığın sənədləşməsi barədə tələbləri də notarius tərəfindən təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 zəng edərək evin hazır olmasını soruşduq da 3 gün ərizndə tam hazır olacağını bildirmişdir. 3 gün sonra evə gəldikləri zaman Cavabdeh1 yalan danışdığını, evin hazır olmadığını və evdə başqa şəxslərin yaşadığını müəyyən etmişlər. 2 gün həmin ərazidə avtomobildə yatmışlar. Çünki Cavabdeh1 həmin adamları evdən çıxaracağını bildirməklə yalan vədlər vermişdir. Belə bir a ddım atacaqlarını heç vaxt düşünməmişlər. Hal-hazırda məcbur qalıb kirayədə yaşayırlar və evsiz qalmışlar. Keçirdiyi əsəb və stresslər nəticəsində 35 gün müddətinə işə gedə bilməmişdir, günə muzd işləyərək gündəlik 15 manat məvacib almışdır. Bu hadisədən o qədər sarsılmışdır ki, əsəblərini müalicə etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1və Cavabdeh2 qarşı 12.550 manat pul, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1000 manat və keçirdiyi iztirablara görə 2.000 manat mənəvi zərər tutulmalıdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-96/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 12.500 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı ona yaşayış evi satması əsası ilə 12500 manat pul almış və bununla bağlı notarial ərizə vermişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyil. Ona görə ki, əvvəla müqavilə formasına görə ikitərəfli əqddir, tərəflər arasında isə yaşayış evinin alqı-satqısı ilə bağlı hər hansı ikitərəfli müqavilə imzalanmamış, yalnız cavabdeh tərəfindən pulun alınması ilə bağlı ərizə verilmişdir. Digər tərəfdən, qanunverici daşınmaz əmlakın alqı-satqısı ilə bağlı imperativ qaydalar müəyyən etmişdir, hansı ki, daşınmaz əmlakın satışı da həmin qaydalar üzrə həyata keçirilir və həmin qaydalara riayət edilməməsiəqdinetibarsızlığına səbəb olur. Lakin, hazırkı işdə tərəflər arasında müqavilə (ikitərəfli ə qd) ümumiyyətlə mövcud deyil. Bu münasibət ola da bilməzdi, belə ki, notarial ərizədə satıldığı bildirilən evin Cavabdeh1 məxsus olması müəyyən edilmir. İddia tələbinin 12.550 manat pulun tutulması hissəsinə münasibətdə, məhkəmə işin hallarını araşdıraraq və əlavə edilmiş sənədlərə qiymət verərək hesab etmişdir ki, tələb qismən əsaslıdır. Belə ki, İddiaçı həmin fərdi yaşayış evinə görə Cavabdeh1 ödədiyi 12.500 manat pul vəsaitinin sonuncuda qalmasını şərtləndirən hər hansı bir qanuni və ya hüquqi əsas yoxdur. İddiaçı verilən pulun12.550 manat olduğunu, 50 manatın daha əvvəl beh kimi verildiyini bildirsə də, 50 manat behin daha əvvəl verildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tələbin digər Cavabdeh2 münasibətdə də təmin edilməsini xahiş etsə də, işin halları və tərəflərin izahatları ilə tələbin Cavabdeh2 münasibətdə əsaslı olmasına dəlalət edən hallar müəyyən edilmir. İşin araşdırılan hallarından aydın olur ki, cavabdeh Babayev X3 Şəhla Vəli qızı ilə Cavabdeh1 arasında həmin fərdi yaşayış evinin alqı-satqısı üçün vasitəçi rolunu oynamışdır, eyni zamanda iş materiallarından göründüyü kimi evin alqısatqısı üçün nəzərdə tutulan 12.500 manat pul vəsaiti Cavabdeh2 deyil, digər Cavabdeh1 verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 12500 (on iki min beş yüz əlli) manat pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi cavabdehlərdən kirayə haqqı olaraq 1.000 manat və iddiaçının keçirdiyi iztirablara görə tələb olunan 2000 manat mənəvi ziyan hissəsində də əsassız o lduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən fərdi yaşayış evinin ona təqdim edilmədiyi müddət ərzində kirayədə qaldığını və bu müddət ərzində ümumilikdə 1.000 manat kirayə haqqı ödədiyini bildirsə də, lakin bununla bağlı hər hansı bir sübut (kirayə müqaviləsi və ya digər sübutlar) məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı baş verən bu mübahisəli vəziyyətlə əlaqədar olaraq iztirablar keçirdiyini və bu mənəvi ziyana görə 2.000 manat pul vəsaiti tələb etdiyini qeyd etsə də, tələbin bu hissəsində formal mülahizələrə əsaslanmış, iztirab keçirməsinə səbəb ola biləcək hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 324, 385, 422, 425, 1091, 1092, 1093.1-c i maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1- ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-96/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması yolu ilə qəbul edildiyindən ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, məhkəm ə tərəflər arasında olan hüquq münasibətinə düzgün qiymət verməyərək iddiaçı ilə aralarında tapşırıq müqaviləsindən irəli gələn münasibətini borc münasibəti kimi qiymətləndirmiş, iddiaçının sifarişi əsasında tikdiyi fərdi yaşayış evinin iddiaçı tərəfindən qərəzli olaraq qəbul edilməməsinə və tikinti üçün çəkdiyi xərcləri nəzərə almamışdır. Məhkəmə qulluq mövqeyindən istifadə edib hüquqlarını və prosessual qanunvericiliyin tələbini pozub iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə normanın tələbini pozub iddiaya sübutlar əsasında deyil, iddiaçının əsaslandırılmamış izahatı və mülahizəsi əsasında qiymətvermişdir. İddiaçı iddia tələbini sübut edə bilməyib, məhkəmədən məlumatı olmadığı üçün o da sübutlarını təqdim edə bilmə yib. Məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün halları, yəni iddiaya baxılanda borcun qaytarılıb-qaytarılmamasınıaydınlaşdırmamışdır. İddiaçıya mübahisəyə baxılan vaxtı borcun olması sübut edilmir. Məhkəmə düzgün nəticəyə gəlməyərək iddiaçı ilə aralarında tapşırıq müqaviləsindən irəli gələn münasibəti borc münasibəti kimi qiymətləndirmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) 2(103)-2905/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının araşdırılması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsi və üzərində tikilən 77 kv.m 2 otaqlı olan evin Cavabdeh1 məxsus olması müəyyən edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m. torpaq sahəsi və üzərində tikilən 77 kv.m 2 otaqlı olan evin Cavabdeh1 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ki, qanunverciliyin tələbinə görə daşınmaz əmlakın alqı-satqısı barədə notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmalı, bu zaman notarius tərəfindən daşınmaz əmlakın satıcıya məxsus olması yoxlanılmalıdır. Lakin hazırda tərəflər arasında qanunvericiliyin tələbinə cavab verən müqavilə bağlanmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 notarial qaydada verdiyi ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsini və üzərində tikilən 77 kv.m. 2 otaqlı olan evi 12.500 manata İddiaçı satmasını, pulu tam olaraq almasını və gələcəkdə həmin torpaq sahəsinə və evə dair heç bir iddia və tələbinin olmayacağının bildirmişdir. Lakin cavabdeh Məmmədli X2 Şəhla Vəli qızına mənzili təhvil verməyərək pulu da qaytarmamışdır. Nəticədə Cavabdeh1 əsassız varlanmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin onlar arasında tapşırıq münasibətlərindən i rəli gələn münasibətə məhkəmənin səhvən borc münasibəti kimi qiymət verməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh notarial qaydada verdiyi ərizəsində torpaq sahəsini və üzərində tikilən evi satdığını və bunun müqabilində pul aldığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında tapşırıq münasibətindən irəli gələn münasibətlərin yaranması öz təsdiqini tapmır. İşə baxan məhkəmə düzgün olaraq o qənaətə gəlmişdir ki, tərəflər arasında etibarlı alğı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh pulu alıb qaytarmamaqla əsassız varlanmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin digər dəlili olan birinci instansiya məhkəməsinə sübut təqdim edə bilməməsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclaslarından məlumatlı olmuşdur. Hətta birinci instasiya məhkəməsinin qəbul etdiyi qərardaddan şikayət də vermişdir. Məlumatlı olmasına baxmayaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir.

17. Məhkəmə kollegyiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 324.1, 324.2, 324.3, 385.1, 422.1, 425.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 (vəkil Nümayəndə Möhübbət oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyas iya instansiya məhkəməsi demək olar ki, birinci instansiya məhkəməsininmövqeyini qətnaməsinə köçürməklə işini bitmiş hesab etmiş, özü də qeyd etdiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamalı olduğu halda bu vəzifəsini yerinə yetirməmişdir. Belə ki, kollegiya eyni ilə birinci instasniya məhkəməsinin mövqeyini müdafiə edərək iddiaçı ilə arasında olan hüquq münasibətinə düzgün qiymət verməyərək iddiaçı ilə arasında tapşırıq müqaviləsindən irəli gələnmünasibətini borc münasibəti kimi qiymətləndirmiş, iddiaçının sifarişi əsasında tikdiyi fərdi yaşayış evinin iddiaçı tərəfindən qərəzli olaraq qəbul edilməməsinə və tikinti üçün çəkdiyi xərcləri nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi mübahisəni həll edərkən cavabdehin hüquqlarını, təqdim olunmuş sübutları v ə ifadələri nəzərə almamış, öz mövqeyini mötəbər sübutlarla deyil, iddiaçının ziddiyyətli ifadələri və qeyri –mötəbər sübutlarla əsaslandırmış və nəticədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin maddi və prosessual hüquq normalarının da tələblərini pozmuş, işin mühüm halını araşdırmamış, işdə olan digər sübutlarla əlaqəli şəkildə təhlil etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməy ə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

22. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir.Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

25. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Mə cəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı onun kassasiya şi kayətinə əsasən yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasları n olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsinin və onun üzərində tikilən 2 otaqlı, sahəsi 77 kv.m olan evin Cavabdeh1 məxsus olması müəyyən edilməmişdir. Yəni həmin evin və torpaq sahəsinin Cavabdeh1 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır.

46. Cavabdeh1 notarial qaydada verdiyi ərizəsində sözügedən əmlakı iddiaçıya satmasını, pulu tam olaraq almasını və gələcəkdə həmin torpaq sahəsinə və evə dair heç bir iddi a və tələbinin olmayacağının bildirmişdir. Lakin, sonradan Cavabdeh1 evi və torpaq sahəsini iddiaçıya təhvil verməyərək pulu qaytarmamış və nəticədə Cavabdeh1 iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də Cavabdeh1 aldığı 12.500 manat pul vəsaitini iddiaçının tələbi ilə ona qaytarmağa borcludur.

47. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı m ülki mübahisəyə düzgün tətbiq etdiyindən, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 may 2024-cü il tarixli, 2(103)-2905/2024 saylı qətnaməsi mübahisədəndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar