Məhkəmə qərarları › İş №2(102)-3078/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3078/2025

14.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3078/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı ilk iddia, Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin e tibarsız hesab edilməsi tələbinə dair" ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-942/2025 nömrəli iş üzrə, 9 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında Gəncə şəhər 6 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 41,3 kv.m. olan mənzili cavabdehə 35000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 52 mənzil 1 ona məxsusdur və onun mülkiyyətində olub. Halhazırda qeyd olunan ünvanda qızı Cavabdeh2 və nəvəsi Həsən ilə birlikdə yaşayır. 2023-cü ildə onun qızı Cavabdeh2 və digər tanımadığı şəxs, özünü Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən X3 adlı şəxs, müəyyən pul müqabilində, MİDA tərəfindən inşa edilən mənzilin alınmasında köməklik göstərəcəyini vədi verməklə aldadaraq dələduzluq etmiş və ümumilikdə 211 min AZN məbləğində ziyan vuraraq pulu mənimsəmişdir. Qızı Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş və faktla bağlı X3 barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. S.Məmmədov qızının və digər şəxslərin onun barəsində şikayət etdiyini bildikdən sonra Respublika hüdudlarını tərk edərək qaçmışdır. Hal-hazırda Gəncə BPİ-nin İstintaq İdarəsi tərəfindən rəsmi olaraq axtarışa verilmişdir. Adı sonradan ona məlum olan, qeyd etdiyi digər şəxslərdən biri Cavabdeh1 adlı şəxs X1 axtarışda olmasını bilib, qızı Zümrüdü S.Məmmədovla güya əlbir olması ilə suclayaraq Gəncə BPİ-nə ərizə ilə müraciət etmiş və S. Məmmmədova vermiş olduğu 35.0 00 manat pulu qızından tələb etmişdir. Qarşılığında qızı Cavabdeh2 qeyd edilən məbləğin onda olmamasını və hal-hazırda özünün də ziyan çəkdiyini bildirsə də Cavabdeh1 öz “əlaqələrinin” köməyi ilə qızı 48 saatlıq şübhəli şəxs qismində həbs etdirərək Gəncə şəhər MST-də saxlanılmışdır. Həmin ərəfədə Cavabdeh1 onun yaşadığı evə gələrək ona qızının onun tərəfindən "tutdurduğunu “ bildirərək qısa zamanda S.Məmmədova verdiyi ya pullarının verilməsini və yaxud yaşadığı qeyd olunan mənzili onun adına rəsmləşdirməsini tələb etmişdir. Əks halda qızı Cavabdeh2 üzun müddətli həbsə saldıracağı ilə onu hədələmişdi. O çıxılmaz vəziyyətdə qalaraq onun dediyi ilə razılaşmalı olmuş və qızının həbsdən azad etdirməsini ondan xahiş etmişdir. Daha sonra onunla şifahi razılığa gəlmişdir ki, qızını həbsdən azad et dirsin, yaşadığı evi onun adına keçirsin və bundan sonra hissə-hissə ona S.Məmmədova vermiş olduğu pulu ödəsin. Beləliklə İftixar onu Gəncə şəhər 6 saylı notarius ofıasinə aparmış, orada məcburiyyyət qarşısında qalaraq onunla alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləni bağlamamışdan öncə qızının həbsdən azad edilməsini xahiş etmişdi. Bir neçə saatdan sonra qızı Cavabdeh2 birbaşa MST-dən buraxılaraq notariusa gətirilmiş və orada onun övladı, həmin ünvanda qeydiyyatda olan şəxs kimi məcburiyyət qarşısında qalaraq razılıq ərizəsi yazmışdır. Notarius orda onlara bildirmişdi ki, evin dəyər qiymətini 35000 manat qiymətləndirilmiş və həmin məbləğ alan şəxs tərəfindən banka ödənilməlidir. İftixar razılaşıb həmin məbləği banka keçirtmişdir. Həmin məbləği o, satıcı kimi bankdan çəkdikdən sonra b ankdan çıxan kimi İftixarın özünə qaytarmışdır. Bundan sonra qeyd olunan evi onun adından İftixarın adına keçmişdir. Şifahi razılıqlarına görə o hissə hissə həmin məbləği ona qaytarmalı idi və alqı-satqı müqaviləsindən sonra ona hissə-hissə ümumilikdə 3000 AZN pul göndərmişdir (bu barədə qəbzləri və şahidləri vardır). Lakin bir neçə ay keçdikdən sonra İftixar ondan və qızından tələb etmişdir ki hissə-hissə ödənişə razı olmadığından pulu bütöv verməli yaxud evi boşaltmalıdır. Onun və qızının qeyd olunan ünvandan başqa yaşamağa yerləri yoxdur. Cavabdeh onun qızının ağır vəziyyətə düşməyindən istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə alqı-satqı müqaviləsi bağlamağa məcbur etmişdir. O vəkil vasitəsilə Gəncə şəhər BPİ-nə qızı Cavabdeh2 ərizəsi üzrə aparılan cinayət i şi üzrə müəyyən məlumatların verilməsi barədə həmçinin onun MST-də saxlanılması barədə sorqu verilməsinə baxmayaraq bu günədək heç bir məlumat verilməmişdir.

4. Daha sonra Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 qarşı iddiasının rədd edilməsi, onun cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 52 saylı evin 1 nömrəli mənzili 24 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, müqavilə şərtlərinə uyğun olaraq notariusun bankda açılmış hesabı (depozit) vasitəsilə cavabdeh İddiaçı ödəməklə almışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. İlkin iddia ərizəsinin məzmunundan bəlli olur ki, hər iki cavabdeh (ana və qızı) Gəncə şəhəri 6 saylı Notariat ofisində 24 may 2023-cü il tarixdə mənzilə dair hüquqları olan şəxslər qismində (mülkiyyətçi və ailə üzvü) sərbəst şəkildə öz iradə ifadələrini bildirmiş və notarius tərəfindən izah olunmuş hüquqlarını təsdiqləyərək alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Heç bir məcburiyyət olmadan, əksinə cavabdehlərin xahişləri və razılıqları əsasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdehlər bir ay müddətində, mənzildən və qeydiyyatdan çıxmağı (xx.xx.2023-cü il tarixədək) öhdələrinə götürmüşdür. Lakin, cavabdehlə r üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, müxtəlif yollarla yaşayış sahəsini təhvil verməkdən boyun qaçırırlar. Hal-hazırda satdıqları yaşayış sahəsini boşaltmaq istəmirlər, bununla da onun üçün əlavə problemlər yaradırlar. Mülkiyyət hüququ ilə ona məxsus yaşayış sahəsinin cavabdehlər və ailə üzvlərinin ixtiyarında qalması onun mülkiyyət, mənzildən istifadə hüquqlarını məhdudlaşdırır və mənzilə dair hər hansı bir sərəncamın verilməsinə maneçilik törədir. Hansı ki, alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə, müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətinə faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. B una baxmayaraq, cavabdehlərdən mənzilin boşaldılmasını tələb etdikdə, İddiaçı “müqavilənin etibarsız hesab edilməsi” iddiası ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsində məhkəmə hazırlıq iclası 7 may 2024-cii il tarixə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh tərəfındən iddia ərizəsində qeyd olunan sənəd sübutlar, həmçinin müqavilə üzrə Notariat sənədləri təqdim olunmadığı müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İlkin dinləmələr zamanı verilmiş bilgilər mübahisə üzrə qarşılıqlı iddianın verilməsini zəruri etmişdir. Hər iki iddia bir-biri ilə bağlı olduğundan hər iki iddia tələbinə birgə baxılmalıdır.

6. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 oktyabr 2024-cü il tarixli, 2(006)-242 2/2024 nömrəli qətnaməsi ilə (hakim Heydərova Əfsanə) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılması qət edilmişdir.

7. Məhkəmə ilkin iddia tələbinin rədd edilməsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı alğı-satqı müqaviləsini mübahisələndirərkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış həmin müqavilə yalan əqddir. Belə ki, tərəflərin əsas niyyətləri 35.000 pulun ilkin iddia üzrə cavabdehə qaytarılmasından ibarət olmuş və həmin əqdi pərdələmək üçün tərəflər arasında bazar qiymətindən aşağı məbləğdə müqavilə bağlanmışdır. İddiaçı öz iddiasını onunla əsaslandırır ki, Cavabdeh1 öz “əlaqələrinin” k öməyi ilə iddiaçının qızını 48 saatlıq şübhəli şəxs qismində həbs etdirərək Gəncə şəhər MST-də saxlatmışdır. İddiaçı çıxılmaz vəziyyətdə qalaraq Cavabdeh1 qızının həbsdən azad etdirməsini xahiş etmiş, daha sonra isə qızının həbsdən azad etdirilməsi qarşılığında yaşadığı evin onun adına keçirilməsi və bundan sonra hissə-hissə ona S.Məmmədova vermiş olduğu pulu ödənilməsi barədə ilkin iddia üzrə cavabdehlə şifahi razılığa gəldiyini bildirmişdir. Məhkəmə iddia tələbinin bu dəlilinə münasibətdə bildirmişdir ki, İddiaçı hazırkı iddiasında göstərdiyi bu halı hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilməmişdir.

8. Məhkəmə ilkin iddia üzrə iddiaçının digər dəlili ilə bağlı qeyd etmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh2 istintaqı aparılan cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması və 24 may 2024-cü il tarixdə azadlığa buraxılmasının Cavabdeh1lə bağlılığı sübut edilməmişdir. Belə ki, Cavabdeh2 tutulması və azadlığa buraxılması hüquq mühafizə orqanı tərəfindən həyata keçirilmişdir və bu da cinayət işinin araşdırılması ilə əlaqəli olmuşdur. Həmin məktubda isə Cavabdeh1 adı zərərçəkmiş, şahid, şübhəli və təqsirləndirilən şəxs qismində göstərilməmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ev satıldıqdan sonra 35.000 manat pul məbləğini satıcı kimi bankdan çəkdikdən sonra bankdan çıxan kimi İftixarın özünə qaytardığını bildirsə də, bununla da bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı cavabdehlə pulun qaytarılması barədə şifahi razılaşmaya gəldiklərini, alğısat qı müqaviləsindən sonra cavabdehə ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 3000 AZN pul göndərdiyini bildirərək məhkəməyə qəbzlər təqdim etsə də, həmin razılaşma ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

10. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd emişdir ki, Cavabdeh1 tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mübahisəli mənzildən cavabdehlərin çıxarılmasından ibarədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında cavabdeh İddiaçı almasına, mənzilin mülkiyyət hüququ ilə artıq ona məxsus olmasına istinad etmişdir. İşin həmin iddia tələbi üzrə müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli mənzil qarşılıqlı iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdeh isə hazırda da həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.

11. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı ilkin iddiası üzrə gəlinən nəticə yuxarıda göstərilənlər baxımından əsassız olduğu üçün, Cavabdeh1 iddiasının təmin edilməsi barədə gəlinən nəticə həm də buna görə əsaslıdır. Çünki Cavabdeh1 iddiasının təmin edilməsi məhz İddiaçı iddiasının təmin edilməməsi ilə bağlı olmuşdur.

12. Məhkəmə Cavabdeh1 iddiası üzrə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatını n nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 152.1, 152.5, 157.2, 337.1, 337.2, 337.4, 337.5, 340.1, 340.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddə sinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarna, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 217.3, 217.4, 14.2, 76.1, 76.2, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı X2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunaraq, qarşılıqlı iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın əsaslı olmasını təsdiq edən sübutları qanunun tələblərinə uyğun deyil, özünün subyektiv işin hallarına uyğun olmayan mülahizələrinə əsasən qiymətləndirmişdir. Tərəflər arasındakı mübahisə olunan alğı-satqı müqaviləsi Mülki Məcəllənin 337.1-ci maddə sinin şərtləri pozulmaqla bağlanılmışdır. Həmin müqavilə konkret olaraq ilkin İddiaçı sərbəst olaraq iradəsini ifadə etməmişdir. Həmin müqavilə ilkin iddiaçının aldadılması və onu bağlamağa məcbur edilməsi ilə əldə olunmuşdur. Nə qədər ki, tərəflər arasında olan bu müqavilə ilkin iddiaçını aldatma və məcbur etmə yolu ilə əldə olunmuşdur və bu müqavilənin bağlanılması ilə əlaqədar tərəflər arasında mübahisə mövcuddur, ona görə də həmin bu müqavilə MMnin 337.2-ci maddəsinin təsiri altına düşür və bağlanıldığı andan etibarsız sayılmalıdır. Həmin müqavilə ilkin iddiaçının iradəsinə zidd olaraq bağlanılmışdır və bununla bağlı iddiaçı ilə cavabdeh arasında ilk gündən mübahisə olmuşdur. Cavabdeh bu müqavilənin bağlanılmasına iddiaçını aldatmaq və təhdid etməklə nail olmuşdur. Qeyd edilən faktları təsdiq edən video yazı və sorğu əsasında Gəncə ŞPİ-dən alınmış cavab məhkəməyə təqdim olunsa da, məhkəmə onlara əhəmiyyət verməmiş və ilkin iddianın təmin olunması üçün kifayət etmədiyi qənaətinə gəlmişdir. Hansı ki, həmin dəlil və sübutlar qanuni yolla əldə olunmuş mötəbər sübutlardır. İddia tələbindən və ilkin iddiaçının izahatlarından, həmçinin məhkəməyə təqdim olunan video yazı və Cavabdeh2 Gəncə ŞPİ-də həbsdə saxlanılmasının təsdiq edilməsi barədə verilmiş arayışdan görünür ki, cavabdeh əvvəlcə ilkin iddiaçıya hədə-qorxu gəlmiş, onu təhdid etmiş, qızını həbs etdirəcəyi ilə bağlı hədələmiş, sonra isə onu aldadaraq mənzili girov olaraq müvəqqəti aldığını, orada iddiaçının yaşayacağını və onun Cavabdeh2 tanış etdiyi şəxsə verdiyi pulu ona ödəyib qurtardıqdan sonra, aralarındakı müqavilə ni ləğv edərək, yenidən mənzili iddiaçıya qaytaracağına inandırmışdır. Cavabdeh bu məcburetmə və aldatma olmadan müqavilənin bağlanılmasına nail ola bilməzdi. Ona görə ki,ilkin iddiaçının heç vaxt mənzilini satmaq niyyəti olmamışdır. Belə ki, iddiaçı mənzilin satılması ilə bağlı hər hansı elan verməmiş, hər hansı vasitəçiyə, maklerə bu barədə müraciət etməmişdir. İlkin iddiaçı təqaüddə olan qadındır və yeganə yaşayış yeri və əmlakı olan bu mənzili satmaq fikri heç vaxt olmamışdır. Lakin, cavabdeh onun qadın olmasından, yeganə övladı olan qızının həbs olunacağı ilə təhdid olunmasından və real həbs edildikdən sonra bu müqaviləni bağlamağa məcbur olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, ilkin iddiaçı təqaüddə olan qadın olmaqla, onun aldadılması və müqavilə bağlamağa məcbur edilməsi ilə bağlı k ifayət qədər mötəbər dəlillər məhkəməyə təqdim olunsa da, məhkəmə onları nəzərə almamış və bununla da MM-nin 339.4-cü maddəsinin tələblərinə əməl etməmişdir. Ona görə də tərəflər arasındakı bu alğısatqı müqaviləsi qanuni hesab oluna bilməz. Məhkəmə tərəfindən MPM-in 8.1-ci maddəsinin tələbləri ilkin iddiaçıya münasibətdə kobud şəkildə pozulmuşdur. Faktlar məsələsinə gəldikdə isə görünürki, məhkəmə faktları təhrif etmişvə onları qanunun tələblərinə uyğun deyil, özünün heçbirhüquqi əsası olmayan sübyektiv mülahizələrinə uyğun qiymətləndirmiş, ilkin iddiaçının qeydetdiyi halları və təqdim etdiyi dəlilləri əsassız olaraq qəbul etməmişdir. Məhkəmə, ilkin iddiaçının əsaslandığı halların obyektiv araşdırılmasında maraqlı olmamış, onun dəlil və sübutlarının məhkəməyə təqdim olunmasına şərait yarat mamışdır. Beləki, məhkəmə ilkin iddiaçının vəsatəti əsasında özünün Gəncə ŞPİ-nə verdiyi sorğulara cavab alınmasını təmin etməməklə, ədalət mühakiməsinin hamının qanun qarşısında bərabərliyi prinsipini kobud şəkildə pozmuşdur. Məhkəmə qətnamədə iş üzrə müəyyən edildən halları və tərəflərin hansı münasibətdə olmalarını nəzərə almamış və öz qətnaməsində bu hallara bildirməmişdir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsində icraat zamanı maddi və prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə düzgün əməl olunmamış və bu da özlüyündə məhkəmənin iş üzrə düzgün olmayan nəticəyə gəlməsi ilə yekunlaşmışdır. Qeyd olunan bu hallar isə məhkəmənin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə iş üzrə özünün Gəncə ŞPİ-nə verdiyi sorğunun cavabını almamış yekun nəticəyə gəlmişdir. Həmçinin,digər cavabdehin iştirakını təmin etməmişdir. Ona görə də hesab edir ki, işə obyektiv hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə sorğuya cavab alınmalı və digər cavabdehin nümayəndəsinin iştirakı apellyasiya baxışında təmin olunmalıdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-942/2025 nömrəli, 9 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Günay Axundova və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddiaçının qeyd etdiy i hallar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamış, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı bir mötəbər sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellaysiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi təqdim edilmiş sübutlara və faktlara qiymət verməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla qanunvericiliyin tələblərini pozu lmuşdur. Belə ki, iradə zədələnməsi hallarının mövcud olmasına baxmayaraq “alğı-satqı” müqaviləsi Apellyasiya Məhkəməsi tərəfindən mübahisələndirilən əqd hesab edilməmiş, məhkəmənin yalnış və qanunsuz mövqeyi düzgün hesab edilərək qətnaməsi qüvvədə saxlanılmış, İddiaçı mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. Məhkəmə sübutları tam,hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutlara, verilmiş izahatlara hüquqi qiymət verməmiş, iddiaçı tərəfin əsaslandırmalarına səthi, işə isə qeyri-obyektiv şəkildə yanaşmış, etibarsız əqdin etibarsızlığını təsdiq etməmiş, hətta həmin əqdi iş üzrə əsas sübut növü kimi dəyərləndirərək mülki hüquq subyektinin hüquqlarını pozmuş, beləliklə də qətnamə qəbul edərkən yanlış mülahizələrə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İlk iddi a üzrə Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-942/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bi lər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

30. Maddə 324.5. İ radə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

31. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahis ələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

34. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

35. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

36. Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan ya lnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

37. Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

38. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. Maddə 398.1.Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunauyğun qiymətləndirmə aparılmışdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gə linmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-942/2025 nömrəli iş üzrə, 9 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar