Məhkəmə qərarları › İş №2(102)-3079/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3079/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3079/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər X1, X2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3079/21 (Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, kredit məbləği və ipoteka predmetinin likvid qiyməti, ekspert rəyi) Bakı şəhəri, 09 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-362/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin kassasiya şikayətinə 09 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı QSC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2012-ci il tarixli, krdit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 50000 ABŞ dolları kredit xətti açılmışdır. 03 aprel 2014-cü i tarixli kredit razılaşması üzrə Cavabdeh1 60 ay müddətinə, aylıq 2 faizlə 30000 ABŞ dolları kredit verilib. Sonuncu dəfə 13 oktyabr 2015-ci il tarixli əlavə sazişlə kredit razılaşmasına və ödəniş planına dəyiş iklik edilib.

2. Kredit xətt müqaviləsi üzrə öhdəliyini təminatı olaraq X3 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanıb. Eləcə də 31 yanvar 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xxx yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evini ipoteka ilə bankın xeyrinə yüklü edib. İpoteka predmeti 11796 manat qiymətləndirilib.

3. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Xaçnmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 25388,13 ABŞ dolları məbləğində əsas, 7135,44 ABŞ dolları məbləğində faiz və 10504,38 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 43028,95 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və yaşayış evinin açıq hərracdan satılması və 43028,95 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 m anat dövlət rüsumunun və 42 manat xidmət haqqının hərrac vasitəsilə satışdan əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

6. Borc məbləği 15 fevral 2017-ci ilə hesablanmışdır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci, “İpoteka haqqında” Qanunun 4, 34.1.1-34.1.3,36.,2 39.1, 39.3, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh3 iddiaya etiraz olaraq bankın tələb etdiyi məbləğlə razı olmadığını göstərib, mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsi 12 iyul 2017-ci tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edib, ekspertin qarşısında cavabdehin (borclunun) 15 fevral 2017-ci il tarixinə borcunun məbləği barədə suallar qoymuşdur.

10. Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2018-ci il tarixli, 20399 saylı rəyinə əsasən borclu Cavabdeh1 15 fevral 2017-ci il tarixinə 25091,10 ABŞ dolları əsas, 6925,14 ABŞ dolları faiz borcu vardır.

11. Cavabdeh1 mühasibatlıq ekspertizasının rəyi ilə razı olduğun u göstərsə də, ipoteka predmetinin qiymətləndirilməsi üçün ekspertiza təyin edilməsi barədə vəsatət də vermişdir.

12. Birinci instansiya məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərardadı təyin edilən qiymətləndrimə ekspertizası üzrə "xxxx" MMC-nin 03 sentyabr 2018-cİ il tarixli ƏEM/A 84800/18 saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 62000 manatdır.

13. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-95/2018 nömrəli, 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25091,10 ABŞ dolları məbləğində kredit borcu, 6925,14 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları məblə ğində cərimə borcu tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqı müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, ipoteka qoyulmuş Cavabdeh3 məxsus Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına borcun qaytarılması, ipoteka predmetinin 62.000 manat məbləğində qiymətləndirilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin cavabdehlərdən tutulması qət edilmişdir. (hakim Rövşən Xəlilov)

14. Birinci instansiya məhkəməsi əsas və faiz üzrə borc məbləğini, eləcə də ipoteka predmetinin ilkin satış qiymətini ekspert rəylərinə əsasən müəyyən etmiş, cərimə borcunun tənasübsüz surətdə yüksək hesablanmasını qeyd edərək, cəriməni 20 manat saxlamışdır.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.2, 307.1-307.3, 309.1, 317.1, 319.1, 385.1, 425.1, 443.1, 448.1, 458.1, 465.2, 467, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2, 36.1, 39.3.3 və 59.3 və 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı İddiaçı QSC apellyasiya şikayəti verib, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin 62000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, həmin əmlakın ilkin satış qiymətinin qiymətləndirmə keçirməklə yenidən qiymətləndirilməsi bə cərimə borcu hissəsində iddianının tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: - ipoteka müqaviləsində əmlakın dəyəri 11796 manat müəyyən edilib. Hazırda həmin əmlakın 5,25 dəfədən çox olması real deyil; - məhkəmə kəskin qiymət fərqini araşdırmamışdır;

17. Apellyasiya baxışında məhkəmə kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

18. Əmlak Ekspert Mərkəzinin ƏEM/İ 26-265/20 saylı 22 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predm etinin olan xxx yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 63000 manatdır.

19. İddiaçı bankın nümayəndəsi vəsatət verərək, ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsini xahiş etmişdir.

20. İş üzrə 12 avqust 2020-ci il tarixli qərardadla təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında əmlakın likvid dəyərinin nə qədər olması ilə bağlı suallar qoyulmuşduir. 21. "xxxx" MMC-nin A-04/359 saylı 15 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh3 məxsus xxx yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 55000 manat, likvid dəyəri 52.000 manat təşkil edir.

22. Sumqayıt Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(105)-362/2020 nömrəli 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan Xaçmaz şəhəri, Mehmandarov küçəsində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 52 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 52000 (əlli iki min) manat müəyyən edilməsi, ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulması qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov)

23. Apellyasiya şikayətini qismən təmin edən apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

24. Apellyasiya instansiyası ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi məqsədilə tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edərək, əmlakın likvid dəyərini müstəqil qiymətləndirici olan "xxxx" MMC-nin A-04/359 saylı 1 5 sentyabr 2020-ci il tarixli ekspert rəyinə 52.000 manat müəyyən etmişdir.

25. Cərimə məbləği hissəsində apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətinə ağırlaşmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən, məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə pulu məbləği barədə gəlinən nəticə qanuni və əsaslıdır.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 462.1, 467 və “İpoteka haqqında” 39.3.3-cü maddələrinə istinad et mişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı QSC (Vəkil) kassasiya şikayəti verib, qətnamənin qismən, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və həmin hissədə isin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayətinin dəlilləri: - Apellyasiya şikayətinin dəlilləri: - ipoteka müqaviləsində əmlakın dəyəri 11796 manat müəyyən edilib. Müqavilənin həmin şərti mübahisələndirilməyib; - ipotekanın qiyməti ekspert rəyinə əsasən müəyyən edilsə də, rəyə düzgün qiymət verilməyib, rəyin məcburi qüvvəsi yoxdur; - həmçinin "xxxx" MMC-nin 15 yanvar 2020-ci il tarixli rəyində ipoteka predmetinin hətta bazar qiyməti 25500 manat müəyyən edilib. Məhkəmə nin istinad etdiyi "xxxx" MMCnin rəyində əlavə tikilmiş və sənədləşdirlməyən tikililərə də qiymət qoyulmuşdur. Bununla da qiymət süni olaraq artmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh3 isə teleqram vuraraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh3 üzrlü səbəblə bağlı teleqrama hər hansı sənəd təqdim etmədiyi üçün Mülki Proses sual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin, o cümlədən Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Kassasiya şikayətlərində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini qismən – yalnız ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirmişdir. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini də yalnız mübahisələndirilən həmin hissə təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

35. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tam qiymət verib.

36. Belə ki, iddiaçı ipoteka predmetinin birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmiş qiymətini (62000 manat) mübahisələndi rmiş, apellyasiya məhkəməsi həmin dəlili yoxlamaq üçün qiymətləndirmə keçirmiş və qiymətləndircinin rəyinə əsasən qiymətin 63000 manat (bazar dəyəri) olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi həmin rəylə də razı olmadığını göstərib, vəsatətlə müraciət edərək ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsini xahiş etmişdir.

37. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçının bu vəsatətini də təmin edərək, əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və ipoteka predmetinin likvid dəyərinin 52000 manat olmasını da sonuncu rəyə əsasən müəyyən etmişdir.

38. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstə qil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddəyə əsasən apellyasiya məhkəməsini gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

39. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.

40. Ekspert rəyinə düzgün qiymət verilməməsi ilə bağlı kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sonuncu rəylə bağlı iddiaçı bankdan hər hansı etiraz daxil olmamış, rəy alınandan sonra apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi rəyi mübahisələndirməmişdir. Halbuki apellyasiya baxışında alınan birinci rəyi iddiaçının nümayəndəsi təkrar ekspertiza təyin edilməsi barədə yazılı vəsatətlə müb ahisələndirmişdisə, ikinci rəylə razı olmamasına dair dəlillərini də eyni qaydada bildirə bilərdi.

41. İpoteka müqaviləsində əmlakın dəyərinin 11796 manat müəyyən edilməsi barədə müqavilə şərtinin qüvvədə olması ilə bağlı kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, ipoteka predmetinin qiymətinin müqavilədə müəyyən edilməsi “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbləri baxımından həmin qiymətin yenidən müəyyən edilməsini istisna etmir.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-362/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar