Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3079/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə (hazırda Cavabdeh MTK) və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 qarşı “müqavilənin ləğvinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvinin etibarsızlığı, işdə iştirak etməli şəxsin iştirakı olmadan işə baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 8 yanvar 2022-ci il tarixli, 2(103)861/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 05 sentyabr 2017-ci il tarixli müqavilə ilə Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 145 kv.m-dən ibarət mənzili tikib İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə mənzili mülkiyyətinə qəbul etməyi və mənzilin dəyəri olan 188500 manatı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 3-cü maddəsinə əsasən alıcı 94000 manat məbləğindən ibarət mənzilin ümumi dəyərinin 50% həcmində hissəsini ilkin ödəniş kimi ödəməyə öhdəsi nə götürmüş, ümumi dəyərinin qalan hissəsi isə 36 ay ərzində, hər ayın 5-dək, ayda 2600 manat olmaqla, müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafik əsasında ödənilməlidir. Müqavilənin 4.1.6-cı maddəsinə əsasən mənzil tikintisi ilə əlaqədar “Alıcı” tərəfindən bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada ödəmələr davamlı olaraq 3 dəfə yerinə yetirilmədikdə bir tərəfli qaydada xəbərdarlıq edilərək, bu müqaviləyə xitam vermək satıcının hüquqlarından biridir.
2. İddiaçı tərəfindən 2020-ci ilin mart ayınadək qrafik üzrə ödənişlər aparılmış, lakin həmin ilin aprel ayından başlayaraq ödənişlərin vaxtında gecikmələr başlamış və aylıq ödənilən məbləğlər natamam olmuşdur. Sonuncu ödəniş 05 oktyabr 2020-ci il tarixə 2000 manat olmuşdur.
3. Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 16 oktyabr 2020-ci il tarixli bildirişin surətinə əsasən sonuncu 5900 manat borcu ödənilməmiş qalması barədə məlumatlandırılmış və müqavilənin 4.1.6-cı bəndinə istinad edilərək, müqaviləyə xitam verilməsi barədə məlumat verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı arasında 05 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 145 kv.metr olan mənzil barədə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 2/23 nömr əli müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi və həmin mənzilin iddiaçıya qaytarılması, həmin mənzilin hər hansı bir obyektiv səbəbdən iddiaçıya qaytarılması mümkün olmadığı təqdirdə həmin mənzilin faktiki bazar dəyəri olan 290000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsası kimi iddiaçının son 3 ay ərzində heç bir ödəniş etmədiyini göstərməsi tamamilə əsassızdır. Belə ki, müqaviləyə əlavə olunan aylıq ödəniş qrafikindən və məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən görünür ki, o, müqavilənin son 3 ayında hər ay 1000 manat və oktyabr ayında da 2000 manat ödəniş etmişdir. O, pandemiya ilə ba ğlı ödənişi tam olaraq həyata keçirə bilmədiyi səbəbindən cavabdehin şifahi razılığına əsasən hər ay 2600 manatın yerinə 1000 manat ödəniş etmişdir. Cavabdeh isə buna münasibətdə onun tərəfindən son ayların aylıq ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən az ödənilməsinə etiraz bildirməmiş və həmin pulları qəbul etmişdir. Həmçinin müqavilədə nəzərdə tutulmuş ödəniş müddəti bitdikdən sonra, onun tərəfindən cavabdehə 2000 manat ödəniş edilmiş və cavabdeh həmin ödənişi qəbul etmişdir. Beləliklə, cavabdeh onun pandemiya ilə bağlı baş vermiş böhrana görə aylıq ödənişi natamam ödəməsi ilə bağlı müraciətinə, həmin ödənişləri azaldılmış qaydada qəbul etməklə razılıq vermiş və bununla da müqavilənin ödəmə hissəsində dəyişdirilməsinə razılaşmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avq ust 2021-ci il tarixli, 2(006)1611/2021 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia qismən təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 2/23 nömrəli müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməsi, Bakı şəhəri, Səməd Vurğun küçəsində inşa edilən çoxmənzilli binanın 2-ci blok 9-cu mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 145 kv.metr olan mənzilin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152, 331.1, 337.2, 337.4, 337.5, 405.1, 406.3, 407.2 və 447.3.1-ci maddələrinə, “Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh MTK (əvvəlki Cavabdeh MMC) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)-1611/2021 nömrəli qətnaməsinin qismən - iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-861/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayə ti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)1611/2021 nömrəli qətnaməsi mühahisələndirilən - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, İddiaçı 05 sentyabr 2017-ci il tarixli, 2/23 nömrəli müqavilə üzrə vaxtaşırı ödənişlər etmiş, sonuncu ödənişi 05 oktyabr 2020-ci ildə icra etmiş, cavabdeh tərəf həmin ödənişlə razı olaraq onu qəbul etmişdir. Göründüyü kimi iddiaçı müqavilənin icrasından imtina etmədiyi və həmin müqavilənin ləğv edilməsinə əsaslar olmadığı halda cavabdeh tərəf qanunsuz və əsassız olaraq qeyd edilən müqavilə üzrə öhdəlikdən birtərəfli qaydada imtin a etmişdir.
11. Apellyasiya şikayətinin “X3 ilə Cavabdeh MMC arasında mənzilə dair 28 oktyabr 2020-ci il tarixli, 2/75 saylı alqı-satqı müqaviləsinin bağlanmasının və bununla bağlı C.Məmmədliyə 28 oktyabr 2020-ci il tarixli 2/75 saylı maliyyə arayışının verilməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması, C.Məmmədlinin vicdanlı alıcı və mənzilin mülkiyyətçisi olması, həmin mənzilin satılmasına dair onunla bağlanmış müqavilənin isə qüvvədə olması barədə” dəlilinə qiymət verən məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021ci il tarixli qərarına istinad etməklə hesab etmişdir ki, Cavabdeh MMC ilə üçüncü şəxs X3 arasında mübahisə li mənzilə dair bağlanmış 28 oktyabr 2020-ci il tarixli, 2/75 saylı müqavilə əhəmiyyətsiz əqddir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. Cavabdeh MTK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-861/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 152.1, 152.5, 182.1, 442, 445.1, 445.2, 445.4, 447.1, 448.1, 448.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88-c maddələri pozulmuşdur. Belə ki, məhkəmə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməməsini, MMC tərəfindən müqavilənin birtərəfli ləğvinin aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olmasını, mübahisəli mənzilin Cavabdeh MMC və X3 arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli müqavilə ilə sonuncuya satılmasını və qətnamə ilə onun mülkiyyət hüquqlarının pozulmasını nəzərə almamışdır.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, X4 iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş və hüquqlarının pozulduğunu hesab etdiyi təqdirdə özü qətnamədən kass asiya şikayəti verə bilərdi. Digər şəxsin hüquqlarının pozulması barədə cavabdehin kassasiya şikayəti verməyə və kassasiya şikayətində bu haqda qeyd aparmağa subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı mənzilin dəyərinin əhəmiyyətli hissəsini ödəmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasının yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını qeyd etməmiş, yalnız normaları sadalamaqla kifayətlənmişdir.
17. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin onun mülkiyyətində olmasını, onun işə cəlb olunmasına baxmayaraq məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar olunmamasını və məhkəmə qətnamələrini a lmadığını göstərmişdir. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəl alət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmi ş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
23. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin hazırki iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri iddiaçının müqavilə üzrə öhdəliklərinin icra etməməsi və mübahisələndirilən yaşayış sahəsinin başqa şəxsin mülkiyyətində olmasından ibarət olmuşdur.
24. İddiaçı qeyd olunan halı nəzərə almaqla, ilkin iddia tələbini dəyişdirmiş və alternativ tələb irəli sürmüşdür: cavabdehlə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin əsassız hesab edilməklə mənzilin iddiaçıya qaytarılması və ya bu mümkün olmadıqda mənzilin faktiki bazar dəyərinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması.
25. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli iclasında X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
26. İş materiallarından müəyyən olunur ki, üçüncü şəxs iddianın təmin tədbiri barədə birinci instansiya məhkəməsinin qərardadından şikayət vermiş, həmin şikayətə apellyasiya məhkəməsində baxılmış və iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 11 avqust 2021-ci il tarixli iclasının vaxtı və yeri barədə sonuncuya məhkəmə bildirişi göndərilsə də, həmin iclas təxirə salınmışdır. Lakin sonrakı məhkəmə iclasları barədə məhkəmə tərəfindən üçüncü şəxsə lazımi qaydada məlumat verilməmiş və işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilmişdir. O cümlədən məhkəmə qətnaməsinin üçüncü şəxsə göndərilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.
27. Eyni ilə apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmadan (ona ünvanlanan məhkəmə bildirişinin apellyasiya məhkəməsində tərtib olunması və göndərilməsi iş materialları ilə müəyyən edilmir), işə onun iştirakı olmadan baxmış və yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə həmçinin üçüncü şəxsə rəsmi qaydada verilməmişdir.
28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 418.4.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
29. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin iştirakları təmin edilməli, onların təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-861/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.