Məhkəmə qərarları › İş №2(102)-308/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-308/2020

14.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-308/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cuil tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli qətnаməsi ilə (hakim R.Şirinov, iş № 2(037)-xx/19) İddiaçı Cavabdeh qarşı kompensasiya tələbinə dair iddiası qismən təmin olunaraq Cavabd eh 36000 (otuz altı min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cuil tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən, M.Əsədli-məruzəçi, İ.Quliyev, iş № 2 (107)-xx/19) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50.000 manat məbləğində kompensasiyanın alınaraq ona ödənilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili N.Abbasov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak et diyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil N.Abbasovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üz rə xx xxx 2019-cuil tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi Cavabdeh qarşı yönəldilməklə ondan 50.000 manat məbləğində kompensasiyanın tutulması barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı saymış və müəyyən etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsini satın almaq niyyəti ilə həmin torpağın tərəflər arasında razılaşdırılmış dəyərinə uyğun olaraq 1050 ABŞ dolları məbləğini Mətləb Baxışov və arvadı Cavabdeh vermişdir. Mətləb Baxışov və arvadı Cavabdeh mübahisəli torpaq sahəsini İddiaçı satmaq adı altında sonuncudan 1050 ABŞ dolları məbləğini alaraq həmin torpaq sahəsini İddiaçı vermişlər. İddiaçı mübahisəli torpaq sahəs ini abadlaşdırmış, meyvə ağacları əkmiş və fərdi yaşayış evi inşa edərək ailə üzvləri ilə birlikdə orada yaşayır. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin yaşayış evi ilə birlikdə hazırkı bazar qiymətləri ilə dəyəri təxminən 36000 manata bərabərdir. Mətləb Baxışov və arvadı Cavabdeh mübahisəli torpaq sahəsini İddiaçı satmaq niyyəti ilə verdikdən sonra alqı-satqı müqaviləsi bağlamaqdan yayınmaqla və həmin torpaq sahəsini içərisindəki fərdi yaşayış evi ilə birlikdə İddiaçı geri tələb etməklə sonuncunun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxsdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki,apellyasiya şikayəti ə saslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Cavabdeh mərhum əri Mətləb Baxışovla birlikdə mübahisəli torpaq sahəsini İddiaçı satmaq niyyəti ilə ondan 1050 ABŞ dolları alması, Əmirxan adlı şəxslə birlikdə mübahisəli torpaq sahəsini və evi sənədləşdirmək üçün Rəsmiyyə Abdullayevadan iş yerində iş yoldaşlarının yanında 100 manat pul alması şahid ifadələri və işin digər halları ilə təsdiq edilmişdir. Bundan əlavə öz evləri olduqları halda Cavabdeh əri Mətləblə birlikdə uzun müddət qaynının evində yaşamaları Cavabdeh və mərhum ərinin mübahisəli torpaq sahəsini İddiaçı satmaq niyyəti ilə ondan 1050 ABŞ dolları almasını təsdiq edir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2, 14.2.7, 152, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci və MPM-nin 14.2, 77.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, İsmayıllı rayonunun Mican kəndində yerləşən mübahisəli 0,10 ha torpaq sahəsi mərhum X4 mülkiyyətində olmuş və onun 27.03.2005-ci il tarixdə vəfatından sonra həm 0,10 ha torpaq sahəsi, həm də həmin torpaq sahəsi üzərində inşa edilmiş 41,1 kvm yaşayış sahəsi olan fərdi yaşayış evi üzərində Cavabdeh və 3-cü şəxs X2 ümumi birgə mülkiyyət hüququ 01.04.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh mübahisəli to rpaq sahəsinin və fərdi yaşayış evinin yeganə mülkiyyətçisi deyil, həmin daşınmaz əmlaklar üzərində onunla yanaşı 3-cü şəxs Nüşabə Baxışovanın da mülkiyyət hüququ var və onların ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı ümumi birgə mülkiyyətçi Nüşabə Baxışovaya qarşı hər hansı tələb irəli sürməmişdir. Onun tələbi yalnız Cavabdeh yönəlmişdir və tələb etdiyi kompensasiya məbləğinin yalnız ondan tutulmasını istəyir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə vurulmuş ziyanın əvəzi kimi tələb olunan bütün məbləğin yalnız Cavabdeh tutulmasını qət etməklə onun üzərinə həddən artıq yük qoymuşdur. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehin və 3-cü şəxsin mülkiyyətinə hansı əsasla keçməsi işdən aydın olmadığına görə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını da təmin etmək mümkün deyil. Belə ki, işə apellyasiya qaydasında yenidən baxılarkən Cavabdeh və 3-cü şəxs Nüşabə Baxışovanın mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsaslandığı müəyyən edilərsə və mərhum Mətləb Baxışovun iddiaçı qarşısında öhdəliyinin olduğu sübuta yetirilərsə, bu zaman iddiaçının tələbi Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbinə müvafiq şəkildə təmin oluna bilər. Yəni, Mətləb Baxışovun iddiaçıya ziyan vurması, onun qarşısında öhdəliyinin olması sübuta yetirilərsə, o zaman onun vərəsələri iddiaçı qarşısında alınmış mi ras aktivində hər birinin payına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmə mütəxəssis rəyini əsas götürməklə mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin hazırkı bazar dəyərini cavabdehdən tutarkən də səhvə yol vermişdir. Belə ki, iddiaçı öz tələbində mübahisəli torpaq sahəsinə görə mərhum Mətləb Baxışova cəmi 1050 ABŞ dolları verdiyini, evin tikintisinə və həyətin abadlaşdırılmasına görə isə 50 000 manat xərc çəkdiyini göstərmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı evin həqiqətən də onun tərəfindən inşa olunduğunu sübuta yetirdiyi halda evin bazar dəyərini deyil, Mülki Məcəllənin 157-ci maddəsi ilə müəyyən olunmuş qaydada həmin tikintiyə, tikinti materiallarına çəkdiyi xərci məhkəmə qaydasınd a tələb edə bilər. Ona görə də işə yenidən baxılarkən evin bazar dəyəri deyil, tikintiyə, tikinti materiallarına çəkilən xərcin miqdarı müəyyən edilməli və lazım gələrsə müvafiq ekspertiza təyin olunması məsələsi müzakirə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdı r. İşə yenidən baxan məhkəmə qeyd olunan pozuntuları aradan qaldırmalı, apellyasiya baxışının hədləri gözlənilməklə, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehkassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar