Məhkəmə qərarları › İş №2(102)-308/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-308/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-308/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə hüquqların yaranması, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1581/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikay ətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X8 və Rzayeva (Hüseynova) Zəkiyyə İmran qızı xx xxxxxx 1992-ci il tarixdə nikaha daxil olmuşlar. Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2003-cü il tarixli, 67 nömrəli orderi ilə Ermənistan Respublikasından qaçqın olan X7 Şəmkir şəhərində qaçqınlar üçün tikilmiş yaşayış massivində 1 otaqlı 30 No-li ev verilmişdir. X8 xx xxxxxx 2007-ci ildə vəfat etmişdir. Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli, 1 nömrəli orderi ilə Şəmkir şəhəri, “İpək Yolu” yaşayış sahəsi, 30 No-li evə görə İddiaçı istifadəsinə verilmişdir. Ermənistan Respublikasının Vardenis rayonunun Daşkənd kəndindən qaçqın düşmüş Cavabdeh ailə üzvləri ilə birlikdə faktiki olaraq Şəmkir şəhəri İpək Yolu qəsəbəsində Ermənistan qaçqınları üçün tikilmiş həmin evdə yaşayır. (Cavabdeh istifadə etdiyi evin ünvanı ünvan 1in İddiaçı istifadəsinə verilmiş evlə eyni olması mübahisələndirilmir və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şəmkir rayon üzrə nümayəndəliyinin Şəmkir Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə təsdiq olunur). Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Yeni Göyçə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 130 saylı arayışa əsasən Əliyev X9 rayonu, Yeni Göyçə kəndində qeydiyyatdadır və onun Günəşli kəndində fərdi yaşayış evi və pay torpağı vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2009-cu il tarixli 1 saylı Order əsasında iddiaçıya məxsus olan və Şəmkir şəhəri, İpək Yolu qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şəmkir şəhəri, İpək Yolu qəsəbəsində yerləşən ev xx xxxxxxx 2003-cü il tarixli 67 nömrəli Order əsasında iddiaçının mərhum əri X4 adına qeydə alınmışdır. X12 xx xxxxxx 2007-ci ildə vəfat etmişdir. Bundan sonra həmin ev xx xxxxxx 2009-cu il tarixli 1 nömrəli Order əsasında iddiaçının adına qeydə alınmışdır. Cavabdeh 2018-ci ilin dekabr ayından iddiaçıya məxsus olan evdə yaşamağa başlamışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən ev boş olduğundan evə nəza rət edilməsi məqsədi ilə iddiaçı cavabdehin müvəqqəti olaraq həmin evdə yaşamasına icazə vermişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan evdən çıxmaqdan imtina edir. Birinci instansiya məhkəməsi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti yanında Mənzil Komissiyası və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(076)-3185/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim K.C.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının özünə məxsus fərdi yaşayış evinin qa nuni sahibi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ cavabdeh tərəfindən pozulmuşdur. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şəmkir rayon üzrə nümayəndəliyi ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(076)-3185/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1581/2020 nömrəli qətnaməsi ilə (hakimlər L.S.Süleymanovun sədrliyi və məruzəsi, hakimlər F.Ə.Mehtiyevdən və A.H.Hüseynzadədən ibarət tərkibdə) apelyasiya şikayətləri təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(076)-3185/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 4 saylı ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi xx xxxxxx 2009-cu il tarixli, 1 nömrəli order əsasında İddiaçıdır. Cavabdeh isə nə kirayəçinin ailə üzvü statusunda deyildir, nə də mübahisəli evin kirayəçisi olmasını təsdiq edən müqaviləni və ya digər mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu isə cavabdehin mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşamasına dəlalət edir. Cavabdehin Şəmkir rayonu, Günəşli kəndində özünə məxsus fərdi yaşayış evi və 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahə si var. Apelyasiya məhkəməsi həmçinin apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq göstərmişdir ki, İddiaçı adına verilmiş xx xxxxxx 2009-cu il tarixli, 1 nömrəli orderin etibarlılığı (etibarsızlığı) iddia predmetinə aid deyildir və həmin order məhkəmə qaydasında mübahisələndirilməmiş, hazırda qüvvədədir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1581/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev 2003-cü ildə iddiaçının mərhum əri X7 verilsə də, sonuncu xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Rzayeva X5 rayon sakini olmaqla, qaçqın statusuna malik deyildir. İddiaçı həmin evdə heç vaxt yaşamamış və evdə də əşyaları olmamışdır. İddiaçı başqa şəxsə ərə gedərək, Daşkəsən rayonunda yaşayır. Cavabdeh isə ailə üzvləri ilə birlikdə 8 ildən çoxdur ki, həmin evdə yaşayır. Onlar qaçqındırlar və onların bu mənzildə yaşamasına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin icazəsi vardır. Məhkəmə iddiaçının ərinin vəfatından sonra iddiaçının adına tərtib olunmuş orderi əsas götürmüşdür. Lakin Şəmkir Rayon İcra Hakimiyyəti qaçqınlar üçün nəzərdə tutulmuş mənzilə görə heç bir hüquqi statusu olmayan şəxsin adına order tərtib edə bilməzdi. Həmçinin cavabdeh iddiaçının adına olan or derin etibarsız hesab olunması ilə bağlı ayrı icraatda iddia qaldırmış, lakin apelyasiya instansiyası məhkəməsi iş üzrə icraatı dayandırmamışdır. Bununla da, həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kasasiya şikayətinə yazılı etiraz verərək, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasını göstərmiş və kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandır ılmalarına baxmayaraq, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Şəmkir Rayon İcra Hakimiyyəti yanında Mənzil Komissiyası və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, habelə vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul ol unan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kasasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 91.1.6-cı maddəsinə əsasən qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə m üqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki kasasiya şikayətinin dəlillərinə uyğun olan apelyasiya şikayətinə hüquqi qiymət verən apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, mübahisələndirilən yaşayış sahəsi xx xxxxxx 2009-cu il tarixli, 1 nömrəli order əsasında iddiaçının istifadəsinə verilmiş, cavabdeh isə həmin evə dair hər hansı hüququnu təsbit edən sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Həmçinin cavabdeh iddiaçının ailə üzvü deyildir və Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq sonuncu ilə birlikdə həmin evə bərabər hüquq və vəzifələrə malik deyildir. Bu səbəbdən məhkəmə kollegiyası işin fakt iki hallarına qiymət vermədən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1581/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar