Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3080/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «X1» Publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh «X1» Publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3462/2024 nömrəli, 5 iyun 20 24-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 2001-ci ildən İqtisadi İnkişaf Nazirliyi Nəzdində Respublika Auksion Mərkəzinin Güzəştli satışın təşkili şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunub. 2021-ci ilə qədər həmin idarədə müxtəlif vəzifələrdə müddətsiz müqavilə əsasında işləmişdir. 2021-ci ildən sonra iddiaçı ilə müddətli müqavilə bağlanmış və 2023-cü ildə müddətin bitməsi ilə bağlı müqaviləyə “X1” publik hüquqi şəxsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli K-105 nömrəli əmri (bundan sonra – xitam əmri) ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xitam əmrinin ləğv edilməsi, cavabdeh qurumda mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixindən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi işin faktiki halına istinadla belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü ildə işlədiyi şöbədə vakant yer olduğundan X2 daxili müsabiqədən imtahan verərək baş məsləhətçi vəzifəsinə təyin olunub. Cavabdehin keçmiş sədri E.Rəsulov iddiaçını işində heç bir nöqsan və səbəb olmadan, əsassız olaraq əvvəlcə aparıcı mütəxəssis, daha sonra isə mütəxəssis vəzifəsinə, beləliklə üç pillə aşağı vəzifəyə salmışdır. xx.xx.2022-ci il tarixindən etibarən xx.xx.2022-ci il tarixinədək Dövlət Arxiv İdarəsinə işləmək üçün ezamiyyətə göndərilib. Daha sonra iddiaçıya heç bir xəbərdarlıq edilmədən və məlumat verilmədən analıq məzuniyyətində olan digər işçi N.Qədirlinin yerinə mütəxəssis vəzifəsinə təyin edilib. Həmin işçi xx.xx.2023-cü il tarixindən etibarən analıq məzuniyyətinin bitməsi ilə əlaqədər yenidən işə başlamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixində AR-nın İqtisadiyyat nazirliyinə, eyni zamanda cavabdeh orqana rəsmi müraciət edərək iddiaçıya köməklik göstərilməsini xahiş etsə də, müraciətinin heç bir nəticəsi olmamış, ümumiyyətlə, müraci ətinə cavab verilməmişdir. xx.xx.2023-cü il tarixində xitam əmri ilə əmək müqaviləsinə əsassız şəkildə xitam verilmişdir. Belə ki, cavabdeh qurumda 23 il, ümumilikdə 43 il iş stajı var. Əmək fəaliyyəti ilə bağlı dövrlər ərzində müəssisənin davranış qaydalarının tələblərini pozmamış, nizam-intizam məsuliyyətinə cəlb edilməmiş, və işəgötürən tərəfindən nə yazılı, nə də şifahi töhmət almamışdır. Hal-hazırda 61 yaşı var, ailəlidir, 4 nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Ailədə iddiaçıdan başqa işləyən yoxdur. Gündəlik ailə tələbatları iddiaçı tərəfindən ödənilir. Heç bir əsas olmadan qanunsuz olaraq iddiaçının işdən azad olmağı iddiaçını və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üz-üzə qoyur. Həmçinin qeyd etmişdir ki, işdən azad olunarkən xitam əmri ilə tanış olmamış və həm in əmrin surəti iddiaçıya təqdim olunmamışdır. Digər tərəfdən cavabdeh orqan iddiaçıya işçi olaraq digər mövcud vakansiyalar üzrə iş təklifi belə edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfdən iddiaçıya qarşı ədalətsiz mövqe sərgilənərək qərəzli şəkildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunla işçinin iradəsinin əleyhinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, yaxud hər hansı başqa üsulla əmək müqaviləsini xəbərdarlıq etmədən və məlumat vermədən qərəzli şəkildə ləğv etmək qadağandır.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı müqavilənin şərtləri barədə məlumatlı olmuş və maneəsiz müqaviləni imzalamışdır. 2022-ci ildə yenidən şöbələrin birləşdirilməsi ilə əlaqədar olaraq struktur dəyişikliyi nəticəsində iddiaçı işdən çıxarılmış və işə qəbul olunmuşdur. İşçinin işdən azad edilməsi qanunauyğun olmuşdur.
5. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1453/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehin xitam əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir (hakim Solmaz Ədilova).
6. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bununla da həmin məcəllənin 76 və 83-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək fu nksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli Konstitusiyanın 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İş materiallarına əsasən iddiaçı ilə əmək müqaviləsi də əvvəl müddətsiz olub, eləcə də hazırkı əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdə müəyyən edilməmişdir. Həmçinin iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yet irdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.
7. Məhkəmə qeyd etmişdir ki, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmadıqda belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Belə ki, eyni strukturda iş stajına (2 0 ildən çox) malik kifayət qədər ixtisaslı işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Göründüyü kimi hazırkı mübahisədə əmək müqaviləsində müddət təyin edilməsi iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Bu baxımdan məhkəmə cavabdehin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi ilə əsaslandırmasını əsaslı saymamışdır.
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırkı halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olma sı mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbləri əsaslıdır.
9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 7-ci bənddə qeyd edilən səbəblərə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Həmçinin iddia tələbinin dəlillərini təkzib edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə qoyulmalıdır.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitu siyasının 35-ci (İV bənd), 125-ci (Vİİ bənd), Əmək Məcəlləsinin 40, 45, 47 (f bəndi), 68.1, 68.2 (b bəndi), 73.1, 76, 83.1, 300.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 217.4-ci maddələrinə, o cümlədən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əs aslandırılmışdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq iddiaçı öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Göründüyü kimi məhkəmə bu maddəyə əhəmiyyət verməmiş, yalnız iddiaçının formal mülahizələrini əsas götürməklə yanlış nəticəyə gəlmişdir. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən iddiaçının əmək müqaviləsinin müddəti 5 dekabr 2023-cü il tarixində bitmişdir, Həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Göründüyü kimi cavabdeh bir həftəlik tələbi nəzərə almışdır. Bundan başqa iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutları q eyri mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları heç bir əsas olmadan əsaslı hesab etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3462/2024 nömrəli, 5 iyun tarixli qətnaməsi ilə (hakimlər: X.Mərdanova – sədrlik edən və məruzəçi, E.Həsənov və A.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halla rı müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilməmişdir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı öz razılığı ilə işəgötürənlə müddətli əmək m üqaviləsi bağlamışdır, əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməmişdirsə, iddiaçı müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı müxtəlif instansiyalara şikayət ərizələri ünvanlamış olardı, bu isə baş verməmişdir, deməli tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında nəzərdə tutulmuşdur ki, məhkəmələr digər işçilərlə oxşar müqavilələrin bağlanıb bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməlidir. Hazırkı halda isə digər işçilərlə də müddətli əmək müqavilələri bağlanmışdır, lakin məhkəmə kollegiyası göstərilən halı araşdırmamış və digər işçilərlə oxşar müqavilələrin bağlanı b bağlanmamasına diqqət yetirməmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən iddia tələbinin əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur, lakin hazırkı iddia ilə bağlı sübutetmə yükü iddiaçının üzərində olmalıdır.
17. Şikayət Əmək Məcəlləsinin 45.1, 45.4, 47 (f bəndi), 73.1-ci, MPM-in 77.1-ci maddələrinə, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarına istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
19. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
20. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstər ilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
21. Maddə 47 (f bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
22. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
23. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
24. Maddə 83.
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
25. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hiss əsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı 26.... Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istif adə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər... 27.... İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqs ədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar... Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırkı halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbləri əsaslıdır.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, ocavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiya sı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiy a şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3462/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.