Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3082/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilidən çıxarılma, özbaşına tikiliyə köçürülmə, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 14 yanvar 2020-ci il tarixli şəhadətnamə əsasında İddiaçı (bundan sonra “iddiaçı”) ünvan 1 ünvan) yerləşən 326 m torpaq sahəsi üzərində yerləşən sahəsi 202.55 kv.m olan fərdi yaşayış evinin vergi ödəyicisidir. 2. 16.12.2015-ci il, xx.xx.2014-cü, xx.xx.2018-ci il, xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinin surətinə əsasən, İddiaçı tərəfindən 50 manat, 37 manat, 50 manat, 40 manat olmaqla torpaq və əmlak vergisi ödənilmişdir.
3. Mübahisəli ünvanda iki özbaşına tikili mövcuddur. Vəliyeva (Xəlilova) Aygün Mahmud qızı (bundan sonra “cavabdeh”) iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu F əxrəddin Xəlilovla 2002-ci ildən 2022-ci ilədək rəsmi nikah münasibətlərində olmuş, 2008-ci ildən mübahisəli ünvanda yerləşən, sonradan inşa edilmiş özbaşına tikiliyə köçərək orada yaşamışdır. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etsə də, cavabdeh orada yaşamağa davam edir.
4. Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1/584 nömrəli məktubunda göstərilmişdir ki, Xəlilov X10 qəsəbəsi, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində uzun müddət bundan qabaq özünün inşa etdiyi özbaşına tikilidə ailəsi ilə birlikdə qeydiyyatsız olaraq yaşamışdır. 5. “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən tərtib edilmiş abonent saldolarına əsasən, ünvan 2 ünvanı üzrə abonent X5r (cavabdehin əri). 6. "xxxx" ASC-nin abonent saldosuna əsasən, ünvan 3 ünvanı üzrə abonent X5r. "xxxx" ASC-nin abonent saldosuna əsasən ünvan 4 ünvanı üzrə abonent X5r.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001- 4010-cu məhəllə ev 13, 56 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X4 mülkiyyət hüququnun tanınması, Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6cı bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/ 2 hissədə X4 paylarının müəyyən edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X8 ilə X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və “Mercedes Benz 230” minik markalı 90-EO452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X8 ilə X17 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva 1/2 hissədə X4 paylarının müəyyən edilməsi, cavabdeh X2 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır.
8. Cavabdeh adına İmişli rayonu, Qızıl kənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli ünvanda inşa etdiyi ümumi sahəsi 202.55 kv.m olan, iki mərtəbəli, birinci mərtəbəsində zal (sahəsi 28,52 kv.m), mətbəx (sahəsi 21 kv.m), sanitar qovşaq (sahəsi 5.7 kv.m), hol (sahəsi 24.3 kv.m), qaraj (sahəsi 21.2 kv.m), ikinci mərtəbəsində zal (sahəsi 23.8 kv.m), yataq otağı (sahəsi 17.01 kv.m), yataq otağı (sahəsi 11.4 kv.m), yataq otağı (sahəsi 13.2 kv.m), sanitar qovşaq (sahəsi 5.9), holl yerləşən fərdi yaşayış evindən (tikilidən) cavabdehin çıxar ılması və özünün həmin fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının oğlu Fəxrəddin Xəlilov 2002-ci ildə cavabdehlə rəsmi nikaha girmişdir. Yaşamağa yerləri olmadığından onlar müvəqqəti olaraq iddiaçının evində yaşamışlar. Daha sonra onlar (cavabdeh və əri) kirayə mənzilə köçmüş və bir müddət kirayə mənzildə yaşamışlar. İddiaçı 2007-ci il ərzində yaşadığı evin həyətyanı torpaq sahəsində əlavə olaraq daha bir 2 mərtəbəli evi inşa edib təmir etdirmişdir. Təxminən 8 ay ərzində həmin tikilini tam hazır vəziyyətə gətirdikdən sonra iddiaçı oğlu Fəxrəddinin yaşamağa evinin olmadığını görüb özünə ev alanadək yaşaması üçün ailəsi ilə birgə yeni inşa etdiyi 2 mərtəbəli evə köçməsinə icazə vermişdir. Onlar övladlar ı ilə birgə bu evdə yaşamağa başlamışlar. Daha sonra 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanda yerləşən mənzili almış və oğluna həmin mənzilə köçə biləcəklərini bildirmişdir. Buna baxmayaraq onlar inşa etdiyi bu evdə yaşamağa davam etmişlər.
11. Son dövrlər iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər korlanmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı onların arasında olan mübahisələrdən kənar qalmaq üçün tələb etmişdir ki, onun bu evini tərk etsinlər. İddiaçının oğlu 2 övladı ilə birgə həmin evi tərk edib getmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanda yaşamağa başlamışdır. Cavabdeh isə evi tərk etməmiş, yaşamaqda davam edir. Cavabdehin bu evdə yaşaması, ədəbsiz və qeyri-etik davranışları iddiaçının hüquqlarını pozur, onun rahat yaşayışına maneçilik törədir. İddiaçı cavabdehdən qadağan edilmiş hərəkətlərə son qoymasını, ona məxsus torpaq sahəsini və tikilini tərk etməsini tələb etsə də, bunun heç bir faydası olmamışdır.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 11.1, 135.2, 152.1, 152.3, 157.4, 158.1.2, 158.4, 164.1, 165.1, 181.4, 190, 228.2 və 228.5-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, o gəlin getdiyi gündən sözügedən torpaq sahəsində iddiaçının özünün evi bu günədək vardır. Hazırki mübahis predmenti olan ev isə onun və ərinin vəsaiti hesabına tikilmişdir. Bütün kommunal ödənişlər onun ərinin adınadır. Son dövrdə isə onu evdən çıxartmaq üçün qaz sayğacını iddiaçı öz adına keçirmişdir.
14. Birinci instansiya məhkəməsində Şahi d1 bildirmişdir ki, iddiaçının evində usta işlədiyindən onu tanıyır, lakin cavabdehi tanımır. 2007-ci ildə iddiaçıya məxsus evdə işlər görmüşdür. Həmin vaxt onunla birgə fəhlə kimi Arif adlı şəxs də işləmişdir. Onu iddiaçı ilə qonşusu tanış edib. Orda işlədiyi zaman ona yeməyi iddiaçının həyat yoldaşı vermişdir. Eyni zamanda işlədiyi işin haqqını ona iddiaçı ödəyib. 2 aya yaxın həmin evdə işləmişdir. İşlədiyi evin həyətində iddiaçının başqa bir evi də var idi. Həmin müddət ərzində həyətdə iddiaçını, onun həyat yoldaşını və evin balaca oğlunu görmüşdür. Ara-sıra iddiaçının oğlu Fəxrəddində ora gəlmiş, lakin cavabdehi heç vaxt orada görməmişdir. İddiaçıya məxsus evdə suvaq işləri görmüş, həmin evə 2007-ci ildə təxminən 2 ay işləmişdir. Tikinti sahibi olaraq iddiaçını tanıdıqları üçün iddiaçı dan başqa, heç kim onlara ödəniş etməmişdir.
15. Birinci instansiya məhkəməsində şahid X6 bildirmişdir ki, 2000-ci il tarixdən iddiaçı ilə qonşudur. İddiaçının oğlu Fəxrəddini tanısa da, onun arvadı Aygün xanımı tanımamışdır. Eyni zamanda 2008-ci ildə iddiaçı tərəfindən ev tikilən zaman o, həmin evin plastik pəncərə işini görmüşdür. Pəncərələrin pulunu ona iddiaçı vermişdir. O, həmin ev üçün 8-10 pəncərə düzəltmiş olsa da, nə qədər pul almış olduğunu xatırlamır. İddiaçını oğlunu ev tikilən zaman görməmişdir.
16. Birinci instansiya məhkəməsində şahid X9 bildirmişdir ki, o, həm iddiaçının oğlu Fəxrəddinə məxsus evlə, həm də iddiaçıya məxsus evlə divar qonşudur. Cavabdehi tanımasa da, onu da həmin məhəllədə görmüşdür. Fəxrəddinə məxsus olan ev elə əvvəldən Fəxrəddin üçün tikilirdi. Ev tikilən zaman Fəxrəddin atasına məxsus evdə yaşayırdı. O evin tikintisinə çəkilən xərcin kim tərəfindən verilməsini tam olaraq bilmir, lakin bir dəfə ustalar pulu onlara iddiaçının vermiş olduğunu bildirmişlər. İddiaçının gəlir mənbəyinin nədən ibarət olduğunu bilməsə də, tikinti vaxtı Fəxrəddinin telefon alqı-satqısı ilə məşğul olduğunu bilmişdir.
17. Birinci instansiya məhkəməsində şahid X12 bildirmişdir ki, o, 20 ilə yaxındır ki, iddiaçı ilə qonşudur. Cavabdehi isə onların gəlini olduğu üçün misdirşdır. Həyətdə 2 ev olmuşdur, bu tikilən ev Fəxrəddin üçün tikilmişdir. Lakin evin tikintisinə kimin pul xərclədiyini bilmir. Lakin bir dəfə iddiaçı qapı ustası kimi onun qaynının nömrəsini istəmişdir. Lakin qaynına pulu kimin verdiyini bilmir, o, sadəcə, onları tanış etmişdir. Fəxrəddini evin tikin tisi vaxtı tanımamışdır, məhəlləyə çıxan zaman yalnız iddiaçını görmüş, Fəxrəddinin isə işə gedib-gəldiyini görmüşdür.
18. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, iddiaçı onun atası, cavabdeh isə onun keçmiş arvadıdır. 1998-ci ildən etibarən həmin həyatyanı sahə atasının istifadəsində olmuşdur. 2007-2008-ci illərdə kirayədə yaşamış, 2008-ci ildə mübahisəli evə gəlmiş və 2020-ci ilə qədər həmin evdə yaşamışlar. Mübahisəli evi atası qardaşı üçün tikdirmişdir. Ustalardan Şərifi, Zauru, Lətifi tanımışdır. Ustalardan yalnız Lətifi suvaq işi məşğul olmaq üçün atası ilə o, tanış etmişdir. Onlar 2008-ci ildə evə köçərkən ev tam hazır olmuşdur. İnşaat mallarının dəyərini, ustaların məvacibinin hamısını atası vermiş, onun və cavabdehin tərəfindən heç bir ödəniş edilməmişdir. Tikili nin birinci və ikinci mərtəbəsinin arasında beton yoxdur. Tavana alçipan vurulmuşdur. İşıq xətti atasının adına rəsmiləşdirilmişdir.
19. Birinci instansiya məhkəməsində şahid X13 bildirmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Sabunçu Qəsəbəsi nümayəndəliyində işləyir, iddiaçı 2007-2008-ci ildə tikinti üçün onun işlədiyi müəsissəyə müraciət etmişdir. O, iki mərtəbəli yaşayış üçün ev tikmək istədiyini bildirmiş, tikili aparılan müddətdə o, həmin əraziyə gəlib-getmişdir. Gəlib-gedən zaman orada ancaq iddiaçını görmüşdür. Mühəndis işləyir, 2014-2015-ci illərdə, 2008-2009-cu illərdə tikinti üçün icazə verilmişdir. O zamanadək torpaq sahəsi boş, qamışlıq olmuşdur. İddiaçının müraciət etmiş, cavabdehi isə tanımır.
20. Birinci instansiya məhkəməsində şahid X18 bildi rmişdir ki, o, iddiaçı ilə qonşudur. İddiaçının Anaşkin küçəsində yerləşən evini o, hörmüşdür, lakin cavabdehi tanımır. Təxminən işi 2007-2008-ci illərdə görmüşdür. Bütün materialları ona iddiaçı alıb vermişdir. Tikili iki mərtəbəli olmuşdur. Lakin mərtəbələrin arası beton deyildir.
21. Birinci instansiya məhkəməsində şahid X7 bildirmişdir ki, o, iddiaçı ilə Anaşkin küçəsində olan evdə qonşudurlar. Lakin cavabdehi tanımır. İddiaçının Anaşkin küçəsində tikinti apardığı evdə kafel-metlax işlərini görmüşdür. Görülən işlərə görə ona çatacaq olan haqqı iddiaçı vermişdir.
22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(008)1750/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Nilufər Cəfərli)
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının oğ lu ilə cavabdeh 2004-ci il tarixindən rəsmi nikaha daxil olmuş, onlar 2008-ci il tarixindən başlayaraq Bakı şəhəri, ünvan 8 ünvanda yerləşən özbaşına tikilidə yaşamağa başlamışlar. İddiaçının oğlu ilə cavabdeh arasında rəsmi nikah xx.xx.2022-ci il tarixdə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinə görə Bakı şəhəri, ünvan 8 ünvanda yerləşən özbaşına tikili mübahisə predmetidir. Buna görə də işi düzgün həll etmək üçün sözügedən evinin kimin vəsaiti hesabına (yəni iddiaçının, yoxsa cavabdeh ilə iddiaçının oğlunun birgə nikah dövründə əldə etmiş olduqları birgə vəsait hesabına) tikilməsi müəyyən edilməlidir. Belə ki, tərəflər ikimərtəbəli bir evin mövcudluğu və həmin evə kimin haqqı çatmasını mübahisələndir irlər. Nəzərə alınmalıdır ki, evin özbaşına tikili olması özlüyündə həmin evə heç kimin hüququ olmaması demək deyil. Bir yaşayış evi mövcuddursa, həmin evin inşasına vəsait xərclənmişdir və həmin evin inşasına sərf edilmiş vəsait, istifadə olunan materiallar vəsaiti xərcləyən, materialı alan şəxsə məxsusdur. Gələcəkdə özbaşına tikili olması əsası ilə həmin ev söküləsi olsa belə, həmin materialın mülkiyyətçisi öz əmlakını götürmək hüququndan məhrum deyil.
25. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçı tərəf məhkəməyə bir neçə şahid gətirərək evin onun vəsaiti hesabına tikilmiş olduğunun israr etsə də, məhkəmə baxışında müəyyən edilmişdir ki, sözügedən evin inşası 2008-ci ildə başa çatmış və həmin tarixdən də cavabdeh ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamı şdır. Eyni zamanda məhkəmə iclasında tərəflərin, habelə şahidlərin vermiş olduğu izahatdan o da məlum olur ki, mübahisəli evin yerləşdiyi məhəllədə həmin evdən başqa bir dənə də özbaşına tikili olan ev mövcuddur və həmin evdə əvvəldən iddiaçı və onun ailə üzvləri yaşayır. Belə olan halda eyni bir məhəllədə ikinci bir evin iddiaçı tərəfindən tikilməsinə dair iddiaçının gətirmiş olduğu dəlillər inandırıcı deyil. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin hər birinin ifadəsində qeyri-səmimilik müşayət olunur. Belə ki, iddiaçının vəsaiti hesabına evinin tikintisində iştirak edən hər bir şahid vəsaiti iddiaçıdan aldıqlarını, habelə iddiaçı ilə qonşu olduqlarını, onu tanıdıqlarını bildirsələr də, onların hər biri 2008-ci il tarixindən həmin məhəllədə yaşayan cava bdehi tanımadıqlarını bildirdilər.
26. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş vergi ödəyicisi kimi iddiaçının uçota alınmasına dair sənədə, habelə Sabunçu Bələdiyyəsinə ödənilmiş qəbzlərə də hüququ qiymət verərək qeyd etmişdir ki, sözügedən torpaq sahəsində iki ev olduğundan (biri iddiaçının yaşadığı ev və digəri isə cavabdehin yaşadığı ev) sözügedən vergilərin hansı əmlaka ödənilməsi məhkəməyə məlum deyildir. Bundan başqa, məhkəmə iclasında şahid kimi dindirilmiş X1 evin onun tərəfindən deyil, atası tərəfindən inşa edilmiş olduğunu bildirsə də, onun atası ilə olan xoş, cavabdehlə isə gərgin münasibətləri, cavabdehin həmin mənzildən çıxarıldığı halda, bunun onun maraqlarına xidmət etməsi nəzərə alınarsa, onun şahid kimi məhkəmədə vermiş olduğu ifadəsi də səmimi qəbu l edilə bilməz.
27. Belə olan halda sözü gedən evin iddiaçının vəsiti hesabına tikilməsi məhkəmədə təkzibolunmaz sübutlarla sübut edilə bilmədiyindən və cavabdehin mübahisəli evdə 2008ci il yaşaması işin mübahisə edilməyən halı olduğundam iddia tələbi təmin edilə bilməz.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki 152.1, 157.2, 157.4, 180.1 və 180.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
31. Apellyasiya baxışında iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmi şdir ki, mübahisəli torpaq sahəsi mülkiyyətdə deyil, həmin torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd də mövcud deyildir. İddiaçı torpaq sahəsi və üzərində olan tikili ilə bağlı Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yalnız iki əsas hala istinad olunmuşdur. Birinci əsas ondan ibarətdir ki, iddiaçı sözügedən evin onun vəsaiti hesabına tikilməsini məhkəmədə təkzibedilməz sübutlarla sübut edilə bilmir. İkinci əsas ondan ibarətdir ki, cavabdehin həmin tikilidə 2008-ci ildən yaşaması mübahisə edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsində həm maddi, həm də prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Eyni zamanda işin hallarının müəyyən edilməsində yanlışlığa yol verilmişdir. Belə ki, burada iddiaçı olaraq onun ü zərinə düşən məsələ tikilinin iddiaçının vəsaiti hesabına tikilməsini sübut etməkdən ibarətdir. Birinci instansiya məhkəməsində bu halın təsdiqi ilə bağlı yetərli sübutları məhkəməyə təqdim edə bilmişlər. İş materiallarından göründüyü birinci instansiya məhkəməsində 8 şahid dinlənilib. Həmin şahidlərdən biri iddiaçının oğlu Xəlilov Fəxrəddindir, hansı ki, Xəlilov Fəxrəddin həmin tikilinin başlanğıcından sonuna qədər bütün baş verənlərin şahidi olmuşdur. Digər 7 nəfər isə birbaşa həmin evin inşası ilə əlaqədar olan şəxslərdir. Şahidlərin biri kafel ustası, biri şifer ustası, biri santexnikdir. Bu şəxslərin hamısı birinci instansiya məhkəməsində geniş şəkildə dindirilmişdir. Həmin məhkəmə iclasında məhkəmə iclasının videoyazısı aparılmışdır. Həmin videoyazıdan da göründüyü kimi şahidlərin di ndirilməsi geniş və əhatəli olmuşdur. Şahidlər öz ifadələrində birmənalı, ziddiyyət olmadan ifadə vermişlər ki, bu fərdi yaşayış evi iddiaçı tərəfindən inşa olunmuşdur. Cavabdeh tərəfindən də müəyyən şahidlər dəvət olunmuşdur. Həmin şəxslər, ümumiyyətlə, evin harada yerləşməsini bilmirdilər. Bundan başqa, iş materiallarında ərazi icra nümayəndəliyinin məktubu vardır. Eyni zamanda Bələdiyyə tərəfindən vergi ödəyicisi kimi qeydiyyat haqqında şəhadətnamə vardır. Həmçinin Bələdiyyə tərəfindən həm torpaq sahəsinin, həm də evin texniki pasportu, plan-cizgisi tərtib olunmuşdur. İş materiallarında saldo vardır. Bu sənədlər hazırkı fərdi yaşayış sahəsinin iddiaçı tərəfindən inşa olunduğunu sübut etmək üçün yetərlidir. İş materiallarında elektrik enerjisi ilə bağlı saldo vardır, həmin saldo məhkəm ə tərəfindən yanlış olaraq qiymətləndirilmişdir. Digər bir məsələ isə maddi hüquq pozuntusu ilə bağlıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş halla bağlı maddi hüquq norması kimi xx.xx.2009cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad olunmuşdur. Hüquq münasibətləri 2007-ci il tarixdə yaranmışdır. Həmin tarixdə yaranmış hüquq münasibətlərə MM-nin 228ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum Qərarları da mövcuddur. Məhkəmə nəyə görə təqdim etdiyi sübutları yetərsiz sayır, hansı hallar bunları təkzib edir, bunları qətnamədə qeyd etməmişdir. Tikilinin birgə nikah dövründə tikilməsi məsələsinə qətnamədə toxunulmur. Hazırki mübahisəyə dair konkret hüquq normaları olmadığından analoji olaraq mülkiyyət hüquq normaları tətbiq olunmalıdır.
32. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, 16 ildir həmin evdə yaşayır. Evdə çox işləri onlar görüb. Kifayət qədər imkanlar olmuşdur. İki ev və iki maşın birinci instansiya məhkəməsi tərəfindən bölünmüş və apellyasiya instansiyası məhkəməsində həmin qətnamə qüvvədə qalmışdır. Həmin evdə uşaqlarla özü işləyib. İddiaçı sayğacını gəlir kəsir, qaz axıb-gedir. Qanunsuz tikilidən heç kim heç kimi çıxara bilməz. Həmin evin döşəməsini, kafelini o, uşağı və yoldaşı vurmuşdur. Birinci instansiya məhkəməsinə kifayət qədər şahidlər gətirmişdir. İddiaçının həmin torpaq sahəsinə aid heç bir sənədi yoxdur. Evin işığını onlar çəkib, evin döşəməsini onlar vurub. Evin alçipanını özü qaldırmışdır və yoldaşı vurmuşdur. O, bunları uşaqları və yoldaşı ilə birgə etmişd ir. Evin alçipanı ağ rəngdə olmuşdur. Evin işlərinin böyük hissəsini özü görüb. Onlar oraya gələndə sadəcə divar hörülmüşdü. Divar yoldaşının vəsaiti hesabına hörülmüşdü. Yoldaşının telefon mağazası var idi, o, işləmirdi. İş materiallarında orada yaşamalarını təsdiq edən akt vardır. Həmin akt qonşular tərəfindən tərtib olunubdur. Bütün abonent dövriyyələri yoldaşının adına olmuşdur. Həmin torpaq sahəsində iki ev vardır. Hasarı yoldaşı tikdirmişdir, ev iddiaçıya məxsus hasarın içərisində yerləşmir. Onun mülkiyyətində evlər vardır, həmin evlər kirayə verilibdir, lakin hazırda yaşadığı evdə 16 ildir yaşayır.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin q ətnaməsi ləğv olunmuş, yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş, cavabdeh mübahisəli evdən çıxarılmış, iddiaçı isə həmin köçürülmüşdür. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və mərizəçi), Fuad Babayev, Günay Axundova)
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq göstərmişdir ki, işin tədqiq olunan faktiki hallarından, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sənədlərdən aydın olduğu kimi, hazırkı mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Cavabdeh tərəfindən bu hal mübahisələndirilməmişdir. Mülki iş üzrə mübahisələndirilən hal mübahisəli fərdi yaşayış evinin kimin vəsaiti hesabına tikilməsidir. Belə ki, sözügedən fərd i yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququnun məhz kimə məxsus olması halı araşdırılmalıdır.
35. Cavabdeh sözügedən fərdi yaşayış evinin iddiaçının oğlu ilə birgə nikahda olduqları müddətdə onlar tərəfindən tikildiyinə istinad etmişdir. Lakin cavabdeh istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə, iddia tələbinin məzmunundan, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sübutlardan aydın olur ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçərkən həmin ev istismara artıq yararlı vəziyyətdə olmuşdur. Başqa sözlə, cavabdehin keçmiş əri ilə birgə nikahda olduğu müddətdə hazırda çıxarılması tələb edilən fərdi yaşayış evinin inşa edilməsində onun, yaxud keçmiş ərinin hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda sözügedən evə dair cavabdehin hər hansı iqtisadi marağının mövcudluğundan söhbət gedə bilməz.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən mübahisəli tikili olan fərdi yaşayış evi iddiaçının uzun müddət ərzində faktiki sahibliyində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, torpaq sahəsi və üzərindəki 1-ci ev 2000-ci il tarixdən, 2-ci ev isə 2008-ci il tarixdən iddiaçının faktiki istifadəsində olduğundan onun adına vergi qeydiyyatına alınaraq, ödəniş portalına salınmış və vergilər də iddiaçının adından ödənilir. Bundan başqa iş materiallarında olan mübahisəli evin esk iz sxemi, tikinti və torpaq sahəsinin baş planı iddiaçının adına tərtib edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının xeyrinə verilmiş şahid ifadələrinin həqiqəti əks etdirməsinə birinci instansiya məhkəməsində şübhələr yaransa da, işin hallarına görə bu ifadələrin şübhə altına alınması üçün əsasların mövcudluğu müəyyən edilməmişdir, ifadələr iş üzrə toplanmış digər sübutlarla uyğunluq təşkil edir.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçının Bakı şəhəri, Əliyar Əliyev küçəsi ünvanında yerləşən 326 m torpaq sahəsinin üzərindəki sahəsi 202.55 kv.m olan fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Əksinə, cavabdeh həmin evin tikilməsində özünün iştirak etdiyini, müba hisəli evə subyektiv hüquqa malik olduğunu qeyd etsə də, yuxarıda göstərilənlərə əsasən onun mübahisə predmeti olan evə mülkiyyətçi kimi qanuni gözlənti hüququnun olması halı öz təsdiqini tapmamışdır.
39. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Hazırki iş üzrə bu cür halların da mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh özbaşına tikilidə yaşasa da, həmin tikilinin inşa olunmasında onun zəhmətinin olması halı təsdiq olunmur.
40. Bundan başqa, məhkəmə araşdırması zamanı cavabdehin nikahda olduğu dövrdə əldə olun muş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001-4010-cu məhəllə ev 13, 56 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) və Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzil üzərində 1/2 hissədə payının olması, İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin olması, bununla da cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi müəyyən edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.3-cü, Mülki Proses sual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
42. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
43. Kassasiya şikayətinin dəlilləri belə olmuşdur: - mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində olmasa da, həmin evin tikildiyi tarixdən hazırki tarixədək olan dövr 16 il ərzində və hazırda da həmin evə və torpaq sahəsinə sahibliyi cavabdeh və onun keçmiş həyat yoldaşı Fəxrəddin Xəlilov həyata keçirmiş, sonra F.Xəlilov həmin evi tərk etmişdir. Hazırda mübahisəli evə və yerləşdiyi torpaq sahəsinə sahiblik edən şəxs cavabdehdir; - iddiaçının mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə hə r hansı bir mülkiyyət hüququ və ya sahiblik hüquq yoxdur. Həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının yaşadığı evin yerləşdiyi torpaq sahəsindən ayrıca hasarla ayrılmışdır, mübahisəli evin ayrıca giriş-çıxışı və yerləşdiyi həyətə (torpaq sahəsinə) darvazası vardır. Buna baxmayaraq, məhkəmə cavabdehin həmin evdən çıxarılması, iddiaçının isə həmin evə köçürülməsi barədə qərar qəbul etməklə cavabdehin konstitusion hüquqlarını kobudcasına pozmuşdur; - iddiaçı o zaman cavabdehin evdən çıxarılmasını və özünün ora köçürülməsini istəyə bilərdi ki, həmin mübahisəli evin mülkiyyətçisi olsun; - bundan başqa, apellyasiya instansiyası məhkəməsi mülkiyyətçiyə məxsus hüquqların iddiaçıya mənsub olması görüntüsü yaratmaq üçün ona əmlaka sahiblik edən şəxs statusu verərək Mülki Məcəllənin 175.8-ci maddə sinə istinad etmişdir. Bu zaman da elə həmin maddi normanın tələbini pozmuşdur. 16 il ərzində heç bir halda iddiaçı həmin əmlaka sahiblik edən şəxs olmamış və buna dair iddia verməmişdir. Hazırkı iddia iş üzrə şahid qismində dindirilmiş iddiaçının oğlu Fəxrəddin Xəlilovun maraqlarına xidmət etmək üçün qaldırılmışdır. Çünki ev özbaşına tikili olduğundan onun əmlak bölgüsü tələbi üzrə mülki işdə bölünməsi mümkünsüz olacaq idi. Həqiqətən də həmin ev iddiaçının evi və onun vəsaiti hesabına tikilmiş olsaydı, iddiaçı 16 il hazırki iddianın qaldırılmasını gözləməzdi. Göründüyü kimi iddiaçı həmin evin həqiqi sahibi kimi hərəkət etməmiş, oğlu və cavabdeh tərəfindən onun evini tərk etmələrini, evi qaytarmalarını və ya pozuntunun aradan qaldırılmalarını tələb etməmiş, yalnız 6 ildən sonra hazırki idd ianı qaldırmışdır. Bu növ iddialara isə qanunverici 1 il iddia müddəti müəyyən etmişdir; - həmçinin özbaşına tikiliyə bələdiyyə tərəfindən eskiz layihə, baş plan verilməsinin, həmçinin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti yanında Sabunçu qəsəbəsi nümayəndəliyinin işçisinin icazə verməsinin qanuni olub-olmamasına, hazırda həmin ərazinin kimin balansında olmasına məhkəmə tərəfindən qiymət verilməmişdir. Sabunçu rayon Bələdiyyəsi tərəfindən yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin 2022-ci il tarixdə verilməsi isə göstərir ki, həmin vaxtadək mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi vergi uçotunda olmamış, iddiaçı tərəfindən həmin evə görə hər hansı bir vergi ödənişi edilməmişdir. Sadəcə olaraq bu sənədlər hazırki iddianı qaldırmaq üçü n sonradan düzəldilmişdir. Məhkəmə torpaq sahəsinə görə vergilərin elə lap əvvəldən iddiaçı tərəfindən ödənildiyi qənaətinə gəlmişdir; - apellyasiya instansiyası məhkəməsi mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olmasını, bu halın mübahisələdirilmədiyini, iddiaçının həmin evə “gözlənti” hüququnun olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, torpaq sahəsi də tərəflərin heç birinin mülkiyyətində deyil, belə olan halda özbaşına tikiliyə heç birinin mülkiyyət hüququ tanınana bilməz; - iddiaçı tərəfindən evə çəkilmiş xərcə dair hər hansı bir sübut təqdim edilməmişdir. Özbaşına tikiliyə bələdiyyə tərəfindən eskiz layihə, baş plan verilməsinin qanuniliyi və hansı tarixdə edilməsi aradırılmamışdır. Həmin torpaq sahələrinin dövlətin və ya bələdiyyənin balansında olması məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi sübutlara da düzgün qiymət verməmişdir. Həmin sübutlardan görünür ki, mübahisəli evlə bağlı bütün kommunal xətlər elə əvvəldən cavabdehin keçmiş ərinin adına olmuşdur. Qonşuların aktından isə aydın olur ki, həmin ev cavabdehin və onun keçmiş ərinin hesabına tikilmişdir.
44. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
45. Kassasiya instansiya məhkəməsi mövqeyi belə əsaslandırılmışdır: - işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə sözügedən ünvan da iki özbaşına tikili mövcuddur. Tikilinin birində iddiaçı yaşayır. Cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçının oğlu Fəxrəddin İddiaçı ilə 2002-ci ildən 2022-ci ilədək rəsmi nikah münasibətlərində olmuş, 2008-ci ildən mübahisəli ünvanda yerləşən və sonradan iddiaçının oğlu ilə birgə nikah dövründə inşa edilmiş digər tikiliyə (mübahisəli tikili) köçərək orada yaşamışlar. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etsə də, cavabdeh orada yaşamağa davam edir; - iddiaçı mübahisəli tikilinin ona məxsus olduğunu iddia edərək cavabdehin oradan çıxarılması, özünün ora köçürülməsini tələb edir. İddiasının əsası kimi həmin ünvanda yerləşən bələdiyyə torpağı üzrə vergi ödəyicisi olması, tikilinin öz vəsaiti hesabına digər övladı üçün tikməsi, cavabdeh və ailəsinin müvəqqəti o laraq ora köçürülməsi, sonradan onlara başqa ev alıb ora köçməsini təklif etsə də, həmin ünvandan çıxara bilməməsini göstərərək, istinad etdiyi halların sübutu kimi məhkəməyə şahid ifadələri təqdim etmişdir. Hazırki iddia iddiaçının oğlu ilə cavabdehin nikah münasibətləri pozulandan, onlar arasında məhkəmə çəkişmələri başlayandan sonra qaldırılmışdır; - cavabdeh isə iddiaya etirazının əsası kimi tikililərin bir-birindən ayrı yerləşdiyini, eyni torpaq sahəsində olmadığını, aralarında hasar olduğunu və həyətə girişin belə ayrı olduğunu, birgə nikah dövründə ər-arvad hər ikisinin işləyərək ailəlikcə birgə vəsait hesabına həmin tikilini inşa etdiyini, 16 il orada fasiləsiz yaşadığını, bütün bu müddət ərzində iddiaçının buna etiraz etmədən öz sahiblik hüququnu tələb etmədiyini, yalnız oğlu ilə ayrıldıqdan sonra aralarında yaranmış əmlak mübahisəsi ilə əlaqədar hazırki iddianı qaldırdığını bildirmiş, yaşadığı tikili üzrə sahiblik hüququnun təsdiqi kimi kommunal ödənişlərin keçmiş ərinin adına olduğuna istinad etmişdir; - birinci instansiya məhkəməsi iddianı rədd etmiş, şahid ifadələrini qeyri-səmimi hesab etmiş, hər iki tikilinin iddiaçı tərəfindən tikilməsini inandırıcı saymamış, cavabdehin keçmiş ərinin cavabdehlə olan gərgin, iddiaçı ilə olan səmimi münasibətindən dolayı şahid kimi ifadəsinin qərəzli olduğunu bildirərək tənqidi yanaşmışdır; - apelyasiya instansiyası məhkəməsi isə əksinə, şahid ifadələrinə və iddiaçının bələdiyyə vergi ödəyicisi olmasına mötəbər sübut kimi yanaşaraq evin iddiaçı tərəfindən tikilməsini, cavabdehin evin tikilməsində hər hansı rolunun olmaması və ya evin birgə nikah dövründə əldə edilən gəlir hesabına tikilməsini sübuta yetirə bilməməsini, həmçinin, cavabdehin mübahisəli fərdi yaşayış evinə köçərkən həmin evin istismara artıq yararlı vəziyyətdə olmasını, bundan başqa, cavabdehin xüsusi mülkiyyətində torpaq sahəsi və daşınmaz əmlakların olmasını göstərərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir; - kassasiya şikayətinin əsas dəlilləri iddiaya etirazın əsasları təşkil edir; - Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi zamanı şahid ifadələrinə qiymət verərkən cavabdehin keçmiş ərinin cavabdehlə olan gərgin, iddiaçı ilə olan s əmimi münasibətindən dolayı şahid kimi ifadəsinin qərəzli olmasına diqqət yetirmədən tənqidi yanaşmamış, digər şahidlərin isə yalnız iddiaçının tikintinin aparılmasında iştirakına dair ifadə verməsinə, tikiliyə sərf edilmiş vəsaitin kimə məxsus olması ilə bağlı məlumatsız olmalarına əhəmiyyət verməmişdir; - apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, iddiaçı özü hazırki iddia ilə məhkəməyə məhz cavabdehlə oğlunun ailəsində münaqişəli vəziyyət yarandıqdan sonra, əmlakla bağlı məhkəmə çəkişmələri zamanı müraciət etmişdir; - apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olmasına baxmayaraq, mülki qanunvericiliyin mülkiyyət hüquqları ilə bağlı normalarına (MM, maddə 157.8, 158.2) istinad etmiş, hazırki təl əbə mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşmış, iddiaçının əmlaka sahiblik edən şəxs qismində mübahisəli özbaşına tikilidən cavabdehin çıxarılmasını və özünün köçürülməsini tələb etmək üçün subyektiv hüququnu tanımışdır. Bununla da apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir; - həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsinin mövcudluğunu göstərərək, hazırki iş üzrə bu cür halların da öz təsdiqini tapmamasını cavabdehə münasibətdə tətbiq etmiş, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakları sadala yaraq mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi göstərmişdir; - halbuki bu münasibət iddiaçıya münasibətdə araşdırılmalı, iddiaçının mübahisəli tikiliyə köçürülməsi məsələsinə qiymət verilərkən onun özünün həmin ünvandakı digər tikilidə illər ərzində fasiləsiz yaşaması kontekstindən yanaşılmalı, ümumiyyətlə, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu məsələsinə qiymət verilməli idi; - bundan başqa, hazırki mübahisəyə baxılarkən, məhz cavabdehin 16 il ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin, iddiaçının bir ailə üzvü kimi tikinti işlərinin aparılmasına nəzarət etməsinin mümkün olması, bu halın, eləcə də bələdiyyə uçotu üzrə vergi ödəyicisi olma sının mübahisəli tikilinin sırf onun vəsaiti hesabına inşa edilməsi anlamına gəlməməsi, uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair abonent saldolarının cavabdehin ərinin adına olması halı da araşdırılmalı, işə təkrar baxılarkən sübutların qiymətləndirilməsi zamanı tikilinin həqiqətən də iddiaçının vəsaiti hesabına tikilməsi ilə bağlı təqdim edilən sübutların mötəbərliyi, o cümlədən şahid ifadələrinin işin əhəmiyyəti baxımından sübut kimi nəzərə alınıb-alınmamalı olması qiymətləndirilməlidir; - apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli evin tikilməsində zəhməti olmamış və onun digər yaşayış sahələrinə malik olması mübahisəli evdən ehtiyacının aradan qalxdığını təsdiq edir; - bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiya məhk əməsi ilkin olaraq cavabdehin mülkiyyətində olan evlərin birgə nikah dövründə, birgə vəsait əsasında əldə edilib- edilməməsi, məhz cavabdehin həyat yoldaşı ilə münasibətlərinin pozulmasından sonra baxılan iş üzrə tələbin irəli sürülməsi, həqiqətən bu tələbin cavabdehin ehtimal olunan mülkiyyət hüququnun aradan qalxmasına yönəlməsini (çünki cavabdeh bu tələbin irəli sürülməsini birgə nikah müddətində birgə vəsait əsasında tikilmiş mübahisəli evdən onun məhrum edilməsi ilə bağlı olmasını göstərir), göstərilən evlərin birgə mülkiyyət olmasının təsdiq olunması zamanı bu evin ər-arvad tərəfindən tikilməsinin mümkün ola biləcəyi müəyyən edilməli idi. Lakin göstərilən halların aydınlaşdırılmasının nəticəsində yuxarda göstərildiyi kimi iddiaçının subyektiv hüquqa malik olması müəyyən oluna bilər. Bunların aydınlaşdırılmadığı təqdirdə isə digər yaşyayış sahələrinin mövcud olması və evin tikilməsində cavabdehin zəhmətinin olmamasına istinad edilərək iddianın təmin olunmasına dair apelyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz; - “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci ele ment isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz; - bu hallar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır; - qeyd edilənlər həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan m addi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir; - buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir; - təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsasl andırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3120/2024 saylı, 14 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməıdən saxlanmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və mərizəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)
47. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikilidir, ümumiyyətlə, sözügedən ünvanda iki özbaşına tikili mövcuddur. Tikilinin birində iddiaçı yaşayır. Cavabdeh iddiaçının keçmiş gəlinidir, cavabdeh iddiaçının oğlu Fəxrəddin Xəlilov ilə 2002-ci ildən 2022-ci ilədək rəsmi nikah münasibətlərində olmuş, 2008-ci ildən mübahisəli ünvanda yerləşən və sonradan iddiaçının oğlu ilə birgə nikah dövründə inşa edilmiş digər tikiliyə (mübahisəli tikili) köçərək orada yaşamışlar. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etsə də, cavabdeh orada yaşamağa davam edir.
48. İddiaçı hazırki tələbində mübahisəli tikilinin ona məxsus olduğunu iddia edərək cavabdehin çıxarılmasını və özünün köçürülməsini tələb etsə də, cavabdeh də tikililərin bir-birindən ayrı yerləşdiyini, eyni torpaq sahəsində olmadığını, aralarında hasar olduğunu və həyətə girişin belə ayrı olduğunu, birgə nikah dövründə ər-arvad kimi hər ikisinin işləyərək ailəlikcə birgə vəsaitləri hesabına həmin tikilini inşa etdiyini bildirmişdir.
49. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
50. İddiaçı tələbinin əsası kimi həmin ünvanda yerləşən bələdiyyə torpağı üzrə vergi ödəyicisi olması, tikilini öz vəsaiti hesabına digər övladı üçün tikməsi, cavabdeh və ailəsinin müvəqqəti olaraq ora köçürülməsi, sonradan onlara başqa ev alıb ora köçməsini təklif etsə də, həmin ünvandan çıxara bilməməsini göstərərək, istinad etdiyi halların sübutu kimi məhkəməyə şahid ifadələri təqdim etmişdir.
51. Bələdiyyə torpağı üzrə vergi ödəyicisi olmasına münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bələdiyyə uçotu üzrə vergi ödəyicisi olması mübahisəli tikilinin sırf onun vəsaiti hesabına inşa edilməsi nəticəsinə gəlməyə əsas vermir.
52. İddiaçı mübahis əli evi digər övladı üçün tikdiyini bildirsə də, məhz iddiaçının özü tərəfindən şahid qismində dəvət edilmiş X9 göstərmişdir ki, “o, həm Fəxrəddinə məxsus, həm də Akifə məxsus ev ilə divar qonşusudur. Fəxrəddinə məxsus olan ev elə əvvəldən Fəxrəddin üçün tikdirilirdi. Ev tikilən zaman Fəxrəddin atasına məxsus evdə yaşayırdı.”
53. Digər şahid X12 da göstərmişdir ki, tikilən ev Fəxrəddin üçün tikilirdi.
54. İddiaçının özü tərəfindən iştirak edən şahidlərin bəziləri evin məhz Fəxrəddin üçün tikildiyini bildirmişlər. Digər şahidlər də evin məhz iddiaçının digər oğlu üçün tikildiyini göstərməmişlər.
55. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı mübahisəli evin məhz onun tərəfindən, öz vəsaiti hesabına tikilməsini təsdiq edən əsaslı sübutlar təqdim edə bilməmişdir. İddiaçı tərə findən dəvət edilmiş şahid ifadələri qeyri-səmimi olmaqla, konkret və müfəssəl olmamışdır. Digər tərəfdən şahidlərin bir qismi iddiaçının bildirdiyinin əksinə olaraq, mübahisəli evin Fəxrəddin (cavabdehin əri) üçün tikildiyini bildirmişlər.
56. Həmçinin məlumdur ki, mübahisəli ev iddiaçının özünün yaşadığı evlə hasarla ayrılmışdır, ayrıca darvazası, giriş-çıxışı vardır. Evə aid kommunal xidmətlərə dair abonent saldoları da məhz cavabdehin ərinin adınadır.
57. Göründüyü kimi, əvvəla iddiaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsinə aidiyyəti müəyyən edilməmiş, mübahisəli evin məhz iddiaçı tərəfindən onun vəsaiti hesabına tikilməsi də təsdiqini tapmamışdır.
58. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hətta evin tikilməsində iddiaçının hər hansı formada (fiziki, maddi və s.) iştirakı müəyyən edilmiş olsa idi belə, mübahisəli ev məhz iddiaçının oğlunun ailəsi ilə birlikdə yaşaması üçün tikildiyindən, iddiaçı tərəfindən çəkilən maddi vəsaitin həmin vaxt ər-arvad olmuş iddiaçının oğlu və cavabdehə bağışlanması kimi dəyərləndiriləcəkdir.
59. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni kimi Mülki Məcəllənin 180.1180.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. İddiaçı kassasiya şikayəti verərək (vəkili Vəkil1) qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
61. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.
2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəlləni n 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
65. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçü n əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
68. İddia tələbi özbaşına tikinti hesab edilən evdən keçmiş gəlin olan cavabdehin çıxarılması barədədir. İddiaçı mübahisəli evin özü tərəfində n inşa edildiyinə, cavabdehin onun oğlu ilə olan nikahına xitam verilməsinə, cavabdehin həmin evdə müvəqqəti yaşamasına istinad etmişdir.
69. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə iddiaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsinə aidiyyəti müəyyən edilməmiş, mübahisəli evin məhz iddiaçı tərəfindən onun vəsaiti hesabına tikilməsi təsdiqini tapmamışdır.
70. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə isə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
71. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 47-58-ci bəndlərində əks edilən qiymət ləndirməsi ilə razılaşır.
72. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
73. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
74. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddiaçının iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlil lərə də müvafiq olaraq birinci və apellyasiya instansiyaları məhkəmələri qiymət verməklə, iddianı təmin etməyiblər. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.
75. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3120/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvə