Məhkəmə qərarları › İş №2(102)-3082/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3082/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3082/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbləri ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma, istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-473/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 bacı-qardaş, digər Cavabdeh2 isə Cavabdeh1 keçmiş arvadıdır.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikah hazırkı məhkəmə icraatının gedişində - Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 3. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər İddiaçı2 və atası X7 birgə paylı mülkiyyətində olmuş, xx.xx.2017-ci il tarixdə isə həmin ev üzərində iddiaçı Reyhan Xəlilovanın paylı 2/3 hissədə və İddiaçı1 payı 1/3 hissə də müəyyən edilməklə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Yevlax Rayon Polis şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, Cavabdeh1 və qeyrilərinin ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxma öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların xüsusi mülkiyyətinə dax il olan ünvan 1 ünvanından - yaşayış sahəsindən (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən) cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, sözügedən əmlakda cavabdehlər qanunsuz və əsassız olaraq yaşayırlar. Belə ki, Cavabdeh1 həmin ünvanda yaşamaq, istifadə hüququ yoxdur. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2833/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 və qeyrilərinin (hazırkı mülki iş üzrə tərəf olmayan şəxslər) həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Yevlax Rayon Polis Şöbəsinin üzərinə qoyulmuş, qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. Digər Cavabd eh2 isə Cavabdeh1 həyat yoldaşıdır. Cavabdeh2 da eynilə Cavabdeh1 kimi orada yaşamaq, istifadə hüququ yoxdur. Habelə, həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda belə deyildir. Buna baxmayaraq, cavabdehlər yaşayış sahəsini könüllü tərk etmələri barədə iddiaçıların tələblərini də rədd edir, hətta əmlakı məhv etmək istəyirlər. Cavabdehlərin həmin ünvanda qanunsuz və əsassız yaşamaları mülkiyyətçi olaraq iddiaçıların istifadə, sahiblik və sərəncam vermək hüquqlarını pozur.

7. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini və evdən çıxmağa razı olduğunu bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, o, 1990-cı ildə Cavabdeh2 ilə evlənmiş və 1992-ci ildə nikahlarını rəsmiləşdirmişdir. 1991-ci ildə işləmək üçün arvadı ilə birgə Rusiya Federasiyasının Omsk şəhərinə getmişlər. Or ada bir ildən artıq müddətə yaşadıqdan sonra yenidən yəni, 1993-cü ildə atasının yaşadığı hazırkı mübahisəli evə qayıtmışlar. Sonra qayınatası, yəni Cavabdeh2 atası ilə bostan əkmişlər, bir müddət keçdikdən sonra yəni, 1993-cü ildə tək Rusiya Federasiyasının Volqoqrad şəhərinə getmiş, daha sonra arvadı Natəvanı, oğlu Zauru da götürüb yanına gəlmiş, digər uşağı Ceyran isə qayınanasının yanında qalmışdır. Bir ilə yaxın orada qaldıqdan sonra yəni, 1995-ci ilin qışında atasının evinə qayıtmışlar. Yenidən eyni qayda ilə bostan əkmişlər, 1996-cı ilin yayının ortalarında artıq arvadı ilə münasibətləri pozulduğundan tək Volqoqrada qaytmış, bu zaman isə Natəvan öz atası evində qalmışdır. 2001-ci ilin dekabr ayının axırlarında atasının rəhmətə getməsi barədə xəbər gəldikdən sonra, Yevlax şəhərinə at asının evinə gəlmiş və bu zaman yasda Natəvanı gördükdə, onun bu evə niyə gəldiyini soruşmuş və Natəvan cavabında onu bacısı Ofelyanın yasa gətirdiyini söyləmişdir. Həmin vaxtadək o evdə ata və anası tək yaşamışlar. 2001-ci ilin dekabr ayının sonlarında atasının vəfatından sonra isə Natəvan iki uşağı və anası ilə birlikdə orada yaşamışlar. O, da təkrar olaraq Volqoqrada qayınlarının yanına qayıtmış, oradan isə Moskvaya getmiş 2022-ci ilədək orada tək yaşamış, 20 il ərzində bir dəfə yalnız 2017-ci ildə anasının yas mərasimində Azərbaycana qayıtmış, həmin vaxt 2 ay hazırkı mübahisəli evdə yaşamış, sonra yenidən Moskva şəhərinə qayıtmışdır. 2022-ci ildə atası evinə qayıtmış, həmin vaxt evdə Natəvan tək yaşamış, gələn gündən tez-tez Natəvanla davadalaşları olmuşdur. Son iki ildə Natəvan günd üz gedib gecə evə gəlirdi. Natəvanın evdə bir neçə əşyası vardır. 2024-cü ilin sentyabr ayından isə Natəvan atası evinə gedib və orada yaşayır. Evin açarını dəyişib bir nüsxəsini Natəvana vermişdir, daha sonra mübahisələri olduğundan açarı bir daha dəyişmişdir.

8. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1991-ci ilin avqust ayında mübahisəli evə gəlin gəlmiş, həmin ilin oktyabr ayında Rusiyaya Omsk şəhərinə gedərək orada 8-9 ay yaşadıqdan sonra geri qayıtmış və həmin mübahisəli evdə yaşamışlar. Bu zaman artıq qızları Ceyran anadan olmuşdu. Bir neçə ay sonra Rusiyanın Volqoqrad şəhərinə getmişlər 1993-cü ildə bir il üç ay orada yaşadıqdan sonra yenə mübahisəli evə qayıtmış, bir neçə il qaldıqdan sonra yenidən Volqoqrad şəhərinə getmişlər. Üç dörd ay yaşadıqdan sonra yenidən mübahisəli evə qayıtmış və o, vaxtdan bəri həmin evdə yaşayır. Həmin mübahisəli evdə hazırda ona məxsus şifoner, stol, stul, sandıq, gəbə, qab-qacaq, paltar yuyan maşın və çarpayı vardır. Həmçinin son bir aydır qızının xəstə olması ilə əlaqədar həmin evdə qalmır.

9. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 çıxışında bildirmişdir ki, Cavabdeh2 1991-ci ildən həmin mənzildə yaşayır və istifadə hüququ da o vaxtdan yaranmışdır. Həmin dövrdə mülkiyyətçi iddiaçıların və digər cavabdehin atası Hidayət kişi olmuşdur. Odur ki, mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun tənzimlənməlidir.

10. Məhkəmə iclasında şahid X9 ifadə verərək bildirmişdir ki, iddiaçıların bacısıdır. Cavabdehlər evləndikdən sonra, Natəvan həmin evə gəlin gəlmişdir. Sonradan qardaşı Rusiyanın müxtəlif şəhərlərində işlədiyindən gəlin də onların yanında olmuşdur. Natəvan 2001-ci ilədək həmin evdə yaşamamışdır. 2001-ci ildə atası vəfat etdikdən sonra həmin evə gəlmiş və bir müddət orada yaşamışdır. Hazırda isə orada yaşamır. Atası Hidayət sağlığında həmin evi digər iki bacısına vermişdir.

11. Yevlax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(039)-65/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şaban X1 arasında 24 iyun 1992-ci il tarixdə nikah bağlanmış dır. Ailə qurduqdan sonra birgə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində fasilələrlə bir müddət yaşayaraq Rusiya Federasiyasının müxtəlif şəhərlərinə köçmüşlər. 2001-ci ilin dekabr ayından X8 övladları ilə birgə mübahisəli evin o zamankı mülkiyyətçisi hazırkı mülki iş üzrə iddiaçıların və onların mərhum analarının şifahi razılığı ilə həmin evdə yaşamışlar. 2024-cü ilin sentyabr ayından X8 həmin evdə yaşamır. X2 əmlakları olan bir neçə əşyası həmin evdə qalmışdır. Eyni zamanda, Şaban X1 arasında olan həmin nikahın pozulması ilə bağlı Cavabdeh1 iddiasına hazırda Yevlax Rayon Məhkəməsinin icraatında baxılır. xx.xx.2017-ci il tarixdən həmin evin mülkiyyətçisi iddiaçılardır. Habelə cavabdehlərdən Cavabdeh1 məhkəmə icraatı zamanı iddianı qəbul etdiyini bildirmiş və həmçinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2833/2023 saylı qərarına əsasən Cavabdeh1 və qeyrilərinin (hazırkı mülki iş üzrə tərəf olmayan şəxslər) ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Yevlax Rayon Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd edilən qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətin müdafiəsi-yaşayış sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 sentyabr 2001-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müvafiq müddəaları tətbiq olunmalıdır. Belə ki, cavabdehlərin hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki hüquq normalarına əsasən mülkiyyətçilər ilə cavabdehlərdən Natəvan Mehtiyeva arasında notarial qaydada təsdiq edilmiş müqavilə olmadığından, həmçinin belə bir hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, digər cavabdeh isə uzun illər 20 ildən artıq həmin evdə yaşamadığından və iddia tələbini qəbul etdiyindən mübahisələndirilən fərdi yaşayış evindən cavabdehlərin hər ikisinin istifadə hüququ yoxdur. Ona görə də iddia təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123-cü, Azərbay can Respublikası Mülki Məcəlləsinin 6.1.4, 152.1, 146.2, 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarına, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

15. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkilin Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 istifadə hüququnu 1990-cı ildən artıq əldə etmiş dir. Cavabdeh2 ilkin mülkiyyətçilər qeyri-şərtsiz mebel əşyaları ilə birlikdə özlərinə aid olan evə yerləşdirməklə onun istifadə hüququnu artıq təmin etmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsi çıxandan bir ay əvvəl yaşadığı evin açarları dəyişdirildiyindən Cavabdeh2 evə daxil ola bilməmişdir. Bu faktı süni olaraq cavabdeh qismində cəlb etdikləri, onun keçmiş həyat yoldaşı, guya cavabdeh hesab edilən Cavabdeh1 da təsdiq etmişdir.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-473/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elman İsayev) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın Cavabdeh2 qarşı təmin edilmiş ünvan 4 ünvanında yerləşən iddiaçılara məxsus fərdi yaşayış evindən Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddiaçıların iddia tələbi onların xüsusi mülkiyyətlərinə daxil olan ünvan 7 ünvanından-yaşayış sahəsindən (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən) Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması hissəsində rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1990-cı ildə qeyri-rəsmi ailə qurmuşlar, nikahlarını isə xx.xx.1992-ci il tarixdə rəsmi qaydada qeyd etdirmişlər. Cavabdeh2 Cavabdeh1la ailə qurub, Cavabdeh1, həmçinin iddiaçıların mərhum ataları X7 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh2 Cavabdeh1 ilə ailə qurduqdan sonra 2000-ci ilədək bir neçə dəfə Rusiya Federasiyasına gedib-gəlmişlər. 5 mart 1993-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən Hidayət İbrahimov mülkiyyətində olan, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini qızı İbrahimova (Xəlilbəyova) Reyhan Hidayət qızına bağışlamışdır. X7 2001-ci ilin dekabr ayında, onun arvadı X5 isə 15 dekabr 2016-cı il tarixdə vəfat etmələrindən sonra ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi İddiaçı2, 1/3 hissəsi isə İddiaçı1 mülkiyyətlərinə rəsmiləşdirilmişdir. 1990-cı ildə Cavabdeh1 ilə ailə qurub, mübahisəli evə gəlib yaşamasından sonra Cavabdeh2 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini daimi əsaslarla tərk etməsi halı müəyyən edilməmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən, Cavabdeh2 istifadə hüququnun 1990-cı ildən, hazırkı Mülki Məcəllə qüvvəyə minməmişdən əvvəl əldə etməsinə dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh2 Cavabdeh1 ilə ailə qurub, mülkiyyətçinin razılığı ilə ailə üzvü qismində ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçməsi işin mübahisəsiz halıdır.

20. Birinci instansiya məhkəməsi iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində gəldiyi nəticəni mülkiyyətçi ilə cavabdeh Natəvan Mehtiyeva arasında notarial qaydada təsdiq edilmiş müqavilənin olmaması, belə bir hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əsaslandırmışdır.

21. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, Cavabdeh2 ünvan 7 ünvanında yerləşən fərdi yaşay ış evinə ən geci Cavabdeh1 ilə nikaha daxil olduğu 1992-ci ildə köçməsi öz təsdiqini tapdığı halda, Cavabdeh2 həmin evi 1996-cı ildən 2001-ci ilin dekabr ayınadək olan müddət ərzində tərk etməsinə dair fikir iddiaçılarla eyni mövqedə olan Cavabdeh1, həmçinin Cavabdeh2 2001-ci ilin dekabr ayınadək olan müddət ərzində mübahisəli evdə yaşamamasına dair mövqe birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş iddiaçıların bacısı X6 aid olsa da, birinci instansiya məhkəməsi iddiaçıların özlərinin iddia ərizələrində, iddiaçı tərəfin birinci instansiya məhkəməsinin iclaslarında verdiyi izahatında buna dair aydın bir fikir ifadə etməmələrini, iddiaçı tərəfin Cavabdeh2 mübahisəli evi 2001-ci ilin dekabr ayınadək olan müddət ərzində daimi əsaslarla tərk etməsini təsdiq edə biləcək hər hansı bir sübut təqdim etməməsini nəzərə almamışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində sübut qismində istinad etdiyi Cavabdeh1 izahatı və X4 ifadəsi onların iddiaçılarla qohumluq münasibətlərində olmaları, baxılan məsələ üzrə neytrallıq təşkil etməmələri nəzərə alınaraq iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.

23. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozmasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə mübahisəli hüquq münasibətinin 01 sentyabr 2001-ci ildən sonra yaranması nəticəsinə gələrək, ona aid hissədə iddianı təmin etməkdə haqlı olmamış, həm in hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, Cavabdeh2 aid hissədə qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamış, eyni zamanda Cavabdeh2 aid hissədə iddianı təmin etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.

24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hazırkı mülki iş üzrə Cavabdeh2 aid hissədə hüquq münasibətləri 2001-ci ildən əvvəl yarandığından, ona aid hissədə tərəflər arasında yaranmış mübahisə Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğul həll edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi za manı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş materialları ilə Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranması müəyyən edildiyi halda, Cavabdeh2 istifadə hüququnun aradan qalxmasına əsas ola biləcək, yəni 2021-ci ilin dekabr ayınadək olan müddətdə həmin fərdi yaşayış evindən daimi əsaslarla çıxıb getməsi halı sübuta yetirilməmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 video görüntü ilə qeydə alınmış ifadələrinin dinlənilməsi, iddiaçıların video görüntü ilə çəkilmiş ifadələrinə diqqət yetirilməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən bütünlükdə iş materialla rı öyrənilmiş, lakin videogörüntü ilə qeydə alınmış ifadələrin, izahatların dinlənilməsi zərurəti müəyyən edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 158.3, 158.4-cü, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 217, 218.1, 384-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən iddiaçılar (Vəkil3) kassasiya şikayəti verərə k, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər bir müddət mübahisəli evdə yaşasalar da sonradan daimi yaşamaq üçün Rusiya Federasiyasına gedib orada yaşamışlar. Yalnız 2001-ci ildən sonra həmin mübahisəli evdə fasilələrlə yaşamışlar. Odur ki, evdən istifadə hüquqları Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq həll edilməli idi. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə notariat qaydada təsdiqlənmiş razılıq əsasında yaranır. Buna baxmayaraq işə baxan apellyasiya məhkəməsi 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-c ü maddələrini tətbiq etmiş, bu isə iş üzrə qanuni olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

30. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Hazırkı halda isə cavabdehlərin heç birinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əksinə, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin apellyasiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

31. Cavabdeh Sevda Məhərrəmovanın nümayəndəsi və vəkili X10 tərəfindən kassasiya şikay ətinə qarşı yazılı etiraz verilmiş, etirazda kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

35. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

36. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

37. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şə xslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

38. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

39. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özün ə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı. 40. 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunla rda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normal arına uyğun çıxarılmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötə bər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-473/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar