Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3083/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili Quliyev Məhəmməd Rəhim oğlunun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Məmmədov) iddia tələbləri təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş xx xxxx 2019-cu il tarixli, 103 saylı əmr ləğv edilməklə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh XXXinin 8 saylı meşə dolayının gözətçisi vəzifəsinə işə bərpa olunması və xx xxxx 2019-cu il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov (sədrlik edən, məruzəçi), T.Heydərov və T.Kərimov, 2(106)3422/2019 saylı mülki iş) hazırki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi Lənkəran Rayon Məhkəməsinin 2(049)-2164/2019 saylı iş üzrə xx x xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələblərinə dair iddiası təmin olunmamışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun işdən azad olunma əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsində dəqiqləşdirmə apararaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh tərəfindən onun barəsində verilmiş xx xxxx 2019-cu il tarixli, 103 sayl ı əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh XXXyinin 8 saylı meşə dolayının gözətçisi vəzifəsinə işə bərpa olunması və xx xxxx 2019-cu il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: O, rayonun Sori kəndində ailəsi ilə birgə yaşayır. 2017-ci ilin iyul ayndan Lənkəran Regional X8 Lerik rayon Meşə təsərrüfatı idarəsində meşə gözətçisi işinə qəbul olunmuşdur. Ona Kürdəsər meşəbəyliyın 8 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsi verilmişdir. İşlədiyi dövrdən öz işinə vicdanla yanaşmışdır. Ona qonşu olan 7 saylı dolay baxımsızlıqdan və məsuliyyətsizlikdən bərbad vəziyyətə düşmüşdür. Həmin vaxt 7 say lı dolayın gözətçisi xəstə olduğu uçun işə çıxa bilməmişdir. Regional idarənin rəhbəri Vüqar Ələkbərov ona zəng vuraraq 7 saylı dolayı ona şifahi tapşırmışdır. O, isə bildirmişdir ki, onun 8 saylı dolayının ərazisi çox böyük bir sahəni əhatə edir, onun yaşadığı evə də çox uzaqdır, həm də onun həmin sahəni gəzmək üçün minik vasitəsi yoxdur. Bu onun üçün çox çətin olacaqdır. Xahiş etmişdir ki, bu işi ona həvalə etməsinlər. Sonradan xx xxxxxx 2018-ci il tarixində qoruduğu 8 saylı sahəni gəzərkən görmüşdür ki, naməlum şəxslər tərəfindən 18 ədəd fıstıq ağacı qanunsuz olaraq kəsilmişdir. O həmin an telefon ilə bu barədə idarə rəhbərinə, X7 telefon vasitəsilə məlumat vermişdir. Eyni zamanda həmin gün idarəyə gələrək bu barədə idarəyə rəsmi olaraq yazılı surətdə məlumat vermişdir. Verdiyi məlumat əsasında idarə rəhbərliyi xx xxxxxx 2018-ci il tarixində meşəbəyi Qüdrət Babayev, meşəbəyi köməkçisi Çingiz Nəsirov və onun iştirakı ilə həmin meşə sahəsinə baxış keçirilmiş, faktların doğru olduğu aydın olmuşdur. Bu haqda rəsmi akt tərtib edilərək imzalanmışdır. Kəsilmiş ağaclar qanunauyğun olaraq saxlanması üçün ona təhvil verilmişdir. Bu cür hallar meşə təsərrüfatı üçün xarakterik olan hallardır. xx xxxx 2019-cu il tarixində ona gələn məktubdan məlum olmuşdur ki, xx xxxx 2019-cu il tarixində X9 idarəsi onu idarəyə, idarə həmkarlar təşkilatının iclasına çağırmışdır. İclasda qərəzli və sifarişli olaraq onun 2 məsələsi müzakirə olunmuşdur. Sifarişlə çıxış edən həmkarları bildirmişlər ki, guya həmin ağacları o kəsmişdir. İdarədən xəbərsiz iş görmüşdür. Halbuki, bu işi özü idarəyə xəbər verm iş və yazılı məlumat vermişdir. Bunun üçün akt tərtib edilmişdir. Sondakı müzakirə mövzusu idarə rəhbərliyinin ona 7 saylı dolayın telefon ilə tapşırması olmuşdur. O daima idarə rəhbərliyinin hər bir tapşırıq və rəsmi sərəncamlarına hörmətlə yanaşmışdır. Ancaq bu işlə bağlı o rəhbərlikdən xahiş etmişdir ki, bu dolaya baxmaq onun fiziki imkanı olmamaqla və həm də minik vasitəsi yoxdur. Bundan sonra idarə rəhbərliyinin ona qarşı qərəzli mövqeyini aydın görmüşdür. İclasda çıxış edənlərdən Qüdrət Babayev çıxış edərək 18 ağacın naməlum şəxslər tərəfindən kəsildiyini, meşə gözətçisinin bu haqda idarəyə məlumat verdiyini bildirmişdir. Ancaq iclasın protokolunda çıxış edən həmkarının çıxışını dəyişərək, ona qarşı qərəzli sözlər yazılmışdır. Görünür protokol iclasdan sonra xüsusi sifarişlə onun əle yhinə yazılmışdır. Meşəbəyi köməkçisi Çingiz Nəsirov iclasda çıxış etmədiyi halda, protokolda onun əleyhinə çıxışları yazılmışdır. O, bütün bunları Regional İdarənin rəhbərliyinə demək istəsə də, onu qəbul etməmişdir. Hətta indiyə kimi ona təhvil-təslim aktı da verilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilə bilər. Eyni zamanda idarə rəhbəri onun ailədə maliyyə vəziyyətini nəzərdə tutmalı idi. Lakin idarə rəhbəri onun çoxsaylı ailə olduğunu nəzərə almamışdır. Haqqında olan ədalətsiz qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdı r. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının işdən çıxmasına əsas iddiaçının 7 saylı meşə dolayının sabiq gözətçisi Sədi Əbdülovun işdən çıxarılmasından sonra Cavabdeh direktorunun 63 saylı əmrinin icrasından imtina edərək, 7 saylı meşə dolayısının ərazisini heç bir üzrlü səbəb olmadan rəsmi olaraq müvəqqəti mühafizə üçün qəbul etməkdən imtina etməsi olmuşdur. Digər əsas kimi göstərilir ki, guya iddiaçının məsuliyyətsiz hərəkətləri nəticəsində Lənkəran RMTM-ə, X12 3037,37 manat miqdarında ziyan dəymişdir. Araşdırma zamanı məlum olmuşdur ki, guya "DOKR" adlı meşə sahəsində 54.31 kub.m həcmində 1755 manat miqdarında 6 ədəd ağaclar özbaşına kəsilmiş, bundan əlavə həmin dol ayda xx xxxxxx 2018-ci il tarixində XXXyinin meşəbəyi gözətçisi Ç.XXXov və iddiaçının iştirakı ilə aparılan yoxlama zamanı 61.35 kub.m həcmində 1282.25 manat miqdarında 18 ədəd ağacların özbaşına kəsilmiş, yerində qalmışdır. Üstəlik araşdırma zamanı həmin ağacların bilərəkdən satış məqsədi ilə qanunsuz kəsilmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Quliyev Məhəmməd Rəhim oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasın ı mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh direktoru Qardaş Əfəndiyev tərəfindən imzalanmış xx xxxx 2019-cu il tarixli, 103 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad edilməsinə səbəb işçinin öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi olmuşdur. İddiaçının işdən çıxarılmasının əsasını təşkil edən pozuntular bunlardır:
1. İddiaçı 7 saylı dolayın gözətçisi vəzifəs inin ona həvalə olunması barədə əmri yerinə yetirməmiş və nəticədə həmin sahədən ağacların kəsilməsi faktı aşkar edilmiş, bununla da idarənin qanuni mənafeyinə zərər vurulmuşdur.
2. İddiaçı öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün gözətçisi olduğu 8 saylı dolayda ağacların kəsilməsi baş vermiş və bununla da idarənin qanuni mənafeyinə zərər vurulmuşdur. Əvvəla, qonşu dolayın gözətçisi vəzifəsinin iddiaçıya həvalə edilməsi ilə bağlı qeyd edilməli ki, iddiaçının bu qərara əvvəldən etiraz etməsi işin mübahisəsiz halıdır. İddiaçı bildirir ki, onun gözətçi olduğu ərazi böyük olduğu, nəqliyyat vasitəsi olmadığı üçün həmin sahəyə gözətçilik edə bilmədiyindən 7 saylı dolaya gözətçi vəzifəsini başqa şəxsə həvalə edilməsini dəfələrlə xahiş etmişdir. İddiaçı nın 7 saylı əraziyə gözətçi olmağına etiraz etməsi meşə sahələrində ağacların kəsilməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı da təsdiqini tapmışdır (mülki iş, səhif 86-107). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən işçi onun razılığı olmadan istehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Göründüyü kimi əmək qanunvericiliyi işçiyə başqa vəzifənin həvalə olunmasının qaydalarında qarşılıqlı razılaşmadan başqa digər istisna nəzərdə tutmamışdır. Əgər qanunverici belə bir istisnanı nəzərdə tutmamışdırsa işəgötürənin birtərəfli qaydada belə bir əmr verməsi, əmək müqaviləsi bağlanmadan bunu həyata keçirməsi qanunsuz olmaqla yanaşı bunu icra etməyən işçi üçün məsuliy yət yarada bilməz. Belə halın mövcudluğu Əmək Məcəlləsinin 10-cu maddəsinin pozuntusu kimi dəyərləndirilə bilməz (işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və.s). Əksinə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə məhkəmələr işçinin hərəkətlərini onun vicdanlılıq baxımından başqa qaydada da dəyərləndirə bilərdilər ki, işçi həqiqətən öhdəsində gələ bilmədiyi üçün vicdanlı davranaraq daha artıq öhdəliyi öz üzərinə götürməkdən imtina etmişdir. Çünki işdən görünür ki, meşələrin qorunması çox zəhmət tələb edən, təhlükəli, əsasən gecələr gözətçilik etməyi tələb edən bir peşədir. Meşələrin kəsilməsi hadisələri əsasən gecələr baş verir. Gözətçi ancaq gecələr işl əməklə ağac kəsənlərə qarşı mübarizə apara bilər. Hansıki, iddiaçının özünün gözətçisi olduğu 8 saylı meşə sahəsində də ağaclar gecə vaxtlarında kəsilmiş, doğranmış, lakin meşədən çıxarılmasına müvəffəq ola bilməmişlər (materiallardan görünür). İddiaçının işdən çıxarılmasına əsas verən faktlarla bağlı: İddiaçının işdən çıxarılmasına meşə sahəsində baş vermiş iki fakt səbəb olmuşdur. 1-ci fakt ondan ibarətdir ki, gözətçiliyini öz üzərinə götürməyən 7 saylı dolayda xx xxxxxxxx 2018-ci il tarixdə ağacların kəsilməsi faktı aşkar edilmiş, 2-ci hal isə xx xxxxxx 2018-ci il tarixdə iddiaçının özünün qoruduğu 8 saylı sahədə ağacların kəsilməsi halı aşkar edilmişdir. 1-ci halda Lənkəran RMTM-nin baş meşəbəyisi Niyaz Tağıyev, Lerik rayonu üzrə baş mütəxəssis Tərlan Qəribov, Gürdəsər meşəbəyiliyinin meşəbəyi köməkçisi XXX, 8 saylı meşə dolayının sabiq meşə gözətçisi İddiaçı iştirakı ilə, XXXyinin “Dokr” adlı meşə sahəsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, dolayıda fıstıq ağacı cinsindən 64 sm diametrində 2 ədəd işlik, fısdıq cinsindən 80 sm diametrində 1 ədəd işlik, 100 sm diametrində 2 ədəd işlik, ağcaqayın ağacı cinsindən 64 sm diametrində 1 ədəd işlik, dolayın ikinci hissəsində fıstıq cinsindən 88 sm diametrində 1 ədəd işlik, 96 sm diametrində 2 ədəd işlik, 100 sm diamterində 1 ədəd işlik, ağcaqayın cinsindən 56 sm və 88 sm diamterlərdə işlik ağaclar matorlu mişarla kəsilərək, 1,10 sm uzunluğunda, müxtəlif enliliklərdə meşə materialı “şpal”lar tədarük edilmişdir. Tədarük edilən meşə materiallarından 380 ədədi fıstıq, 96 ədədi isə ağcaqayın ağacı cinsindən olması müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə isə XXXiyinin 8 saylı meşə dolayında müxtəlif cins və diametrlərdə 6 ədəd odunluq, 12 ədəd isə işlik olmaqla ümumilikdə 18 ədəd ağacların özbaşına (qanunsuz) olaraq kəsilməsi Mərkəz əməkdaşları tərəfindən aşkarlanmış, nəticədə 61,36 kub.m həcmində (o cümlədən 22,64 kub.m həcmində işlik) 1282,25 manat miqdarında ağacların kəsilməsi aşkar edilmişdir. 2-ci fakt barədə iddiaçı özü xx xxxxxx 2018-ci il tarixdə idarəyə rəsmi surətdə məlumat vermiş və onun məlumatından sonra yerli baxış keçirilərək akt tərtib edilmişdir. Cavabdeh XXXnin meşələrində ağacların kəsilməsi faktlarına görə Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini tərəfindən Azərbaycan Respublikası CM-nin 259.2.3. və 314.1. maddələri ilə başlanaraq istintaq olunan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx xxxxx 2019-cu il tarixli qərarının məzmunundan görünür ki, həmin hadisələrlə bağlı da müvafiq araşdırma aparılmış, iddiaçının ətrafında istintaq hərəkətləri həyata keçirilmiş, qeyd olunan faktların kimlər tərəfindən törədilməsi müəyyən edilmədiyindən, həmin faktların heç birində 1000 manatdan artıq məbləğdə ziyanın vurulması müəyyən edilmədiyi üçün həmin xüsusatların icraatına xitam verilmişdir. Eyni zamanda işin mübahisəsiz hallarıdır ki, hər iki fakt aşkar olunan gün müvafiq sənədləşmə aparılmış və akt tərtib edilmişdir. İstər 7 saylı dolayda 2018-ci ilin sentyabr ayında baş vermiş hadisə və istərsə də 8 saylı dolayda xx xxxxxx 2018-ci il tarixdə ağacların kəsilməsi barədə hadisə həmin gün rəsmiləşdirilmişdir. Qeyd olunan pozuntular həmkarlar ın iclasında müzakirə olunmuş, həmin pozuntulara görə iddiaçının idarənin qanuni mənafeyinə zərər vurulması qənaətinə gələrək onun işdən çıxarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci bəndinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə isə 3-cü bəndində isə deyilir ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonr a işçiyə intizam tənbehi verilə bilməz. Əmək Məcəlləsinin 186-cı maddəsini “ç” bəndində əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi də intizam tənbehi kimi nəzərdə tutulmuşdur. Qeyd olunan faktlar hadisə baş verən günlər aşkar edilməsinə və rəsmiləşdirilməsinə baxmayaraq iddiaçı xx xxxx 2019-cu il tarixdə baş vermiş pozuntularla bağlı izahatı alınmadan işdən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara hüquqi qiymət verilmədən iddianın rədd edilməsi əsaslı görünmür. İşə baxan Apellyasiya İnstansiyası Məhkəməsi qanundan irəli gələn həmin hallara qiymət verməmişdir. Ona görə işə yenidən baxarkən məhkəmə yuxarıda şərh olunanlarla bağlı yenidən hüquqi dəyərləndirmə aparmalı və bunun nəticəsindən asılı olaraq qərar qəbul etməlidir. Nəticə: Kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunaraq işə yenidən apellyasiya icraatında baxılması üçün qaytarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yeni məhkəmə baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.