Məhkəmə qərarları › İş №2(102)-3083/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3083/2023

13.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3083/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 2(1*4)-682/2*23 nömrəli, 2* fevral 2*23-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 22 sentyabr 2*11-ci il tarixdə X2 əsasında 3* iyun 2*12-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin memarlıq və dizayn kafedrasına əvəzçiliklə *,5 ştat vahidi ilə assistent vəzifəsinə təyin edilmişdir. 2. *2 iyul 2*12-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 16 sentyabr 2*13-cü il tarixli əmrə əsasən memarlıq və dizayn kafedrasına assistent vəzifəsinə təyin edilmişdir. 15 sentyabr 2*14-cü il tarixədən 15 sentyabr 2*2*-ci il tarixədək əmək müqaviləsinin müddəti fasilərlə 1 il uzadılmışdır. 15 sentyabr 2*2*-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair 15 sentyabr 2*2*-ci il tarixli 344 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışd ır ki, 2**9-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetində memarlıq və dizayn kafedrasında assistent müəllim kimi işə başlamış və 2*2*-ci ilin sentyabr ayınadək "Dizayn" kafedrasında dizayn fənni üzrə müəllim işləmişdir. 2*2*-ci il sentyabr ayında universitetdə qəbulla əlaqəli kafedranın bağlanması bəhəanəsi ilə rəhbərlik tərəfindən əmək müqaviləsi birtərəfli qaydada pozulmuş və işindən ixtisara düşmüşdür. Başqa kafedraya keçirəcəyi, yaxud qəbulla əlaqədar kafedraya işə bərpa olunacağı bildirilmişdir. Pandemiya ilə əlaqədar dərslər "onlayn" qaydada keçirildiyi üçün universitetlə əmək münasibətlərinin hansı qaydada davam etdiyi tam müəyyən olunmamışdır. Həmçinin həmin vaxtlar o və ailə üzvləri Covid 19 xəstəliyinə yoluxmuşlar və bir müddət ailəsi ilə birlikdə evdə müalicə olunaraq karantin də qalmışlar. Bu müddət universitetlə telefonla əlaqə yaratmış və ona bildirilmişdir ki, kafedra haqqında heç bir yenilik yoxdur. Sonradan məlum olmuşdur ki, universitet rəhbərliyi onunla olan əmək müqaviləsini birtəfəfli qaydada pozmuş və bu barədə ona məlumat verməmiş, yəni ona əmrin surətini və əmək kitabçasını göndərilməmişdir. Ona görədə Məşğulluq idarəsinə iş və müavinət üçün müraciət etmiş, lakin ona bildirmişlər ki, ixtisara düşməmiş və əmək müqaviləsinə xitam verildiyi üçün müavinət təyin oluna bilməz. Bundan sonra Əmək Müfəttişliyinə müraciət etmiş və aparılan araşdırmalardan sonra ona rəsmi surətdə bildirdirmişlər ki, 16 sentyabr 2*13-cü il tarixdə bağlanmış X2 fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi müdiriyyət tərəfindən nəzərə alınmamış, Azərbaycan Respublikası Əmə k Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin (X2 fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir) tələbi pozulmuşdur. Universitetin rəhbərliyi qanunun tələbini pozaraq 15 sentyabr 2*2*-ci il tarixli 344 nömrəli əmrlə onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 maddəsinin "b" bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Hüququnun pozulduğunu bilmiş və 2*21-ci noyabr ayında əmək kitabçasını universitetdən götürmüşdür. Cavabdeh özü tərəfindən bir tərəfli qaydada və məqsədli hazırlanmış müqaviləyə xitam verməklə onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Əmək kitabçasında olan qeydiyyatlardan görünür ki, əmək müqaviləsi 16 sentyabr 2*13-cü il tarixdə X2 kimi bağlanmış, bundan sonra 2*14-2*19-cu il tarixlərdə hər il uzadılmışdır. Axırı ncı uzadılma müddəti 15 sentyabr 2*2*-ci il tarixdə başa çatdığına görə, həmin vaxt cavabdeh birtərəfli qaydada əmək müqaviləsinə xitam vermişdir. Bağlanan əmək müqaviləsi fasiləsiz olaraq 7 ildən artıq bir müddəti əhatə edir.

5. Gəncə Şəhər Məhkəməsinin (hakim C.Tağıyev) 13 oktyabr 2*22-ci il tarixli, 2(125)1417/2*22 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin olunmaması qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuş və o, əmək kitabçasını qəbul etdiyi vaxtdan hüquqlarının pozulduğu ona məlum olmuşdur. Bununla belə hüquqlarının pozulduğunu aşkar etdikdən sonra X3 Xidmətinə mür aciət etmişdir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia müddətinin keçməsi ilə bağlı cavabdeh tərəfin verdiyi vəsatətinə etiraz olaraq hüquqlarının pozulduğunu əmək müfəttişliyinin araşdırmalarından sonra 17.*3.2*22-ci il tarixli məktubdan məlum olduğunu bildirmişdir.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbini qanunla müəyyən olunmuş iddia müddət keçdikdən sonra vermişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2*21-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi işəgötürən tərəfindən verilmiş əmrin əmək qanunvericiliyin tələblərinə uyğun olmamasını və pandemiya dövrünə düşməsini nəzərə almamışdır.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) 2(1*4)-682/2*23 nömrəli, 2* fevral 2*23-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin 13 oktyabr 2*22-ci il tarixli 2(125)-1417/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı əmək kitabçasının 16 sentyabr 2*21-ci il tarixdə almış və sonuncuya *9 sentyabr 2*2*-ci il tarixdən 15 sentyabr 2*2*-ci il tarixədək, yəni 4 iş gününə 45,*5 manat əmək haqqı kart hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən 16 sentyabr 2*21-ci il tarixdə xəbərdar olmuşdur.

14. Apellyasiya instansiyası məhkəməs i həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun ərizəsindən müəyyən olunur ki, sonuncu iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, iddia müddətini tətbiqi barədə ərizə nəzərə alınmaqla iddianı rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1, 68, 7*, 72, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 375.1, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edil məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin hallarını dəqiq araşdırmamış, işdən çıxarılma ilə əlaqədar olan əmri qanuni hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlamış, qanunvericilikdən fərqli mövqe ortaya qoymaqla yalnış nəticəyə gəlmiş, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdı r ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsindən xəbəri olmuş, belə ki, *9.*9.2*2*-ci il tarixdən 15.*9.2*2*-ci il tarixinədək iddiaçıya ödəniləcək əmək haqqı 29.*9.2*2*-ci il tarixdə onun kart hesabına köçürülmüş, həmin tarixdən ona əmək haqqının verilməsi dayandırılmış, o, əmək kitabçasını 16.*9.2*21-ci il tarixdə qəbul etmişdir. Bunlara baxmayaraq iddiaçı məhkəməyə iddia müddəti keçdikdən sonra yəni *3 avqust 2*22-ci il tarixdə iddia müddəti (1 təqvim ay) ötürülməklə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 372.2.Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsi

22. Maddə 68.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində mü əyyən etdiyi hallar.

23. Maddə 7*.Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

24. Maddə 296.Hissə İ.Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutul muş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

25. Maddə 296.Hissə İİ.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

26. Maddə

296. Hissə İİİ.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2**4-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-682/2*23 nömrəli, 2* fevral 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar