Məhkəmə qərarları › İş №2(102)-3084/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3084/2021

22.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3084/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məmməd oğlunun Cavabdeh Nazirliyinə qarşı “vəzifə maaşı və rütbəyə görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: (məhkəmə aidiyyəti, inzibati icraat qaydasında baxılmalı olması əsası ilə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı Məmməd oğlunun, Cavabdeh Nazirliyinin nümayəndəsi X1 və vəkili Səfərov Fəxrəddin Heydər oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8297/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 mart 1993-cü il tarixli, ***saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, Azərbaycan Respublikası Milli Məclisinin 26.07.1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının üzvü seçilmişdir. İddiaçının 27.07.1994-cü il tarixdən hərbi kollegiyanın şəxsi heyətinin siyahısına salınması, həmin tarixdən bütün təminatlarla təmin edilməsi barədə Ali Məhkəmənin Hərbi Koll egiyası 01.09.1994-cü il tarixli əmr vermişdir. 2. 31 mart 1995-ci ildə “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ona ikinci ixtisas dərəcəsi, Müdafiə Nazirliyinin 30 iyun 1997-ci il tarixli əmrinə əsasən ədliyyə polkovniki hərbi rütbəsi verilmişdir.

3. İddiaçı 1994-2000-ci illərdə Ali Məhkəmənin hakimi, 2000-2010-cu illərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2010-cu ildən Cəlilabad Hərbi Məhkəməsinin hakimi işləmiş, 2017-ci ildə ona yaşa görə pensiya təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 01.09.2000-ci il tarixli fərmanı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi ilə əlaqədar 04 oktyab r 2000-ci il tarixdən ehtiyata buraxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Məmməd oğlu Cavabdeh Nazirliyinə qarşı “vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ****saylı, 18 iyun 1998-ci il tarixli qərarının ona aid edilərək, vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin martında Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasına çağırılmış, 1994-cü ilin iyulundan isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının üzvü seçi lərək xidməti vəzifəsini icra etmiş, ədliyyə polkovniki rütbəsinə qədər yüksəlmişdir. 01 sentyabr 2000-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuş və 04 oktyabr 2000-ci ildən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin *** saylı, 30 iyun 1997-ci il tarixli əmri ilə ona “ədliyyə polkovniki” hərbi rütbəsi verilmişdir. Nazirlər Kabinetinin həmin qərarına əsasən Müdafiə Nazirliyinin polkovnik hərbi rütbəsi olan hərbi qulluqçularının hərbi rütbəyə görə əmək haqqı iki dəfə artırılaraq 105.000 manat məbləğində müəyyən edilmişdir. Rütbəyə görə maaşın məbləğinin artırılması barədə müraciətini cavabdeh rədd etmişdir ki, guya o, hərbi qulluqçular sırasına aid olmamışdır, lakin bunu qanunsuz və əsassız hesab edir və Azərbaycan Respublikası Nazirlər Kabine tinin həmin qərarının ona şamil edilməsi və buna müvafiq vəzifə maaşı və hərbi rütbəyə görə əmək haqqının tam ödənilməsini təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, 14 may 2002-ci il tarixli qətnaməsi ilə (hаkim İ.B.Ağayev) iddia təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ****saylı, 18 iyun 1998-ci il tarixli qərarının, 4 oktyabr 2000-ci il tarixdə hərbi qulluqçular sırasından tərxris olunmuş ehtiyatda olan ədliyyə polkovniki İddiaçı Məmməd oğluna şamil edilməsi, həmin qərara müvafiq 1998-ci ilin iyunundan 4 oktyabr 2000-ci il tarixə kimi vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyin dən 11.000 (on bir min) manat məbləğində dövlət rüsumunun dövlətin xeyrinə alınması qət edilmişdir. 7.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Silahlı Qüvvələr sırasına çağırılmaqla hərbi qulluqçu statusuna malik olduğundan, cavabdehin hərbi qulluqçularına şamil edilən bütün qərarlarıda iddiaçıya şamil edilməli, yəni iddia təmin edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin ****saylı, 18 iyun 1998-ci il tarixli “Hərbi qulluqçuların vəzifə maaşları və hərbi rütbəyə görə maaşlar haqqında” qərarına əsasən iddiaçının da hərbi rütbəyə görə maaşının məbləği orta hesabla iki dəfə artırılmaqla 3 saylı əlavəyə uyğun olaraq tam şəkildə ödənilməlidir.

8. Mülki iş materialları saxlama müddəti bitdiyinə görə məhv edilmişd ir. Cavabdehin nümayəndəsi qətnamədən apelyasiya şikayəti vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.08.2020-ci il tarixli qətnaməsi ilə məhv edilmiş məhkəmə icraatı bərpa edilmiş və apelyasiya şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(103)-8297/2020 saylı qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) Cavabdeh Nazirliyinin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21020/2002 saylı, 14 may 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Cavabdeh Nazirliyi kassasiya şikayəti verərək apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmiş, təqdim edilən sənədləri, o cümlədən normativ-hüquqi aktlardan çıxarışları, məhkəmə çıxışlarını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh Nazirliyi kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilənlər tam əsassız və qanunsuzdur. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli *** saylı və 2014-cü il 26 dekabr tarixli *** saylı qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.06.2016-cı il tarixli, heç bir orqan və ya şəxs tərəfindən ləğv e dilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməyən, qəti olan Qərarında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə görə hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları malikdirlər. 2001-ci il 30 noyabr tarixinədək qüvvədə olmuş “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hərbi tribunallar Azərbaycan Respublikasının məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərirlər. Qanunverici bu müddəada konkret olaraq hərbi tribunalların fəaliyyətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxilində təşkil olunmasını qeyd etmişdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən 25 yaşına çatan, həqiqi hərbi xidmətdə olan ali hüquq təhsilli və zabit heyətinə aid əsgəri rütbəsi olan Azərbaycan Respublikası vətəndaşları hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri seçilirdilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi qanunverici hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlüyünə əsas tələb kimi onların həqiqi hərbi xidmətdə olmalarını müəyyən etmişdi. Konstitusiya Məhkəməsi Pelnumunun Qərarında həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafisəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına həyata keçirilirdi, “hərbi qulluqçu” müddəası hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlər ini də ehtiva edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh Nazirliyinin nümayəndəsi X2 və vəkili Səfərov Fəxrəddin Heydər oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasında İddiaçı Məmməd kassasiya şikayəti ilə razılaşmadığını bildirərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

16. MPM-nn 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillər i üzrə araşdırma aparmır və onlara qiymət vermir.

17. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə

151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin t ələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.9. işə məhkəmə aidiyyəti qa ydalarının pozulması ilə baxılmışsa

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə ə laqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4. digər hallarda iddialara ca vabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8297/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, işə mülki mühakimə qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin göstərişinə əsasən, qətnamə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmal ıdır.

22. Mülki məhkəmə icraatını tənzimləyən prosessual qaydalar, iddianın mahiyyəti üzrə təhlilindən əvvəl verilmiş iddianın məhkəmə aidiyyətinin müəyyən edilməsini tələb edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, işə baxmış məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarına görə, yaranmış mübahisə inzibati orqanla hərbi qulluqçu (eyni zamanda hakim) arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddiadır. Bu iddia Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü və 8.1.3-cü maddələrinə görə inzibati məhkəmə icraatında baxılmalı olan iddiadır.

23. Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində deyilir ki, işlər in Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

24. Məhkəmə aidiyyəti, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusio n baxımdan ciddi əhəmiyyət kəsb edir.

25. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur.

26. Göründüyü kimi hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Ona görə də iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.0.1-ci maddə sinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndində də göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə ic raata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 261.0.1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Nazirliyinin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8297/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Məmməd oğlunun Cavabdeh Nazirliyinə qarşı “vəzifə maaşı və rütbəyə görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar