Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3085/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə mənzildən çıxarılma) Bakı şəhəri, 22 iyul 2021-ci il 22.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı vəkili Nuriyev Samir Akif oğlunun və Cavabdeh iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(106)-2574/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 02.05.2019-cu il tarixdə qeydiyyat aparılmışdır.
2. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 10 sentyabr 2019-cu il tarixli, 2(106)-2811 saylı qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı ilə birlikdə qeyd olunan evə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladı ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına 3.000 manat kompens asiya verilmək şərti ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının mülkiyyətindədir. Məhkəmə qərarlarına əsasən Cavabdeh azyaşlı qızı ilə birlikdə həmin evə köçürülmüşdür. Lakin iddiaçı hesab edir ki, cavabdehin onun evinə köçürülməsi bir mülkiyyətçi kimi onun hüquqlarını pozur və əmlakından maneəsiz istifadə hüquqlarını məhdudlaşdırır. Cavabdehə dəfələrlə kompensasiya verilməsini təklif etsə də, sonuncu bundan imtina etmişdir. Hazırda cavabdehə 3.000 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. Ona görə də, cavabdehin övladı ilə birlikdə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, kompensasiyanın 15000 manat müəyyən edilməsinə və ya bunun əvəzində ona bir otaqlı mənzil alınmasına razıdır. Məhkəmənin qətnaməsi ilə onun iddiaçının dörd otaqlı evinə köçrülmısi qət edilmişdir. Təklif olunan 3000 manat onun əlverişli şəraiti olan yaşayış sahəsi ilə təmin olunmasına imkan verməyəcək.
6. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehin azyaşlı övladı ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına 3.500 manat kompensasiya verilmək şərti ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Füzuli Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(064)-992/2020 saylı qətnaməsi ilə (hakim Y.X.Həşimov) iddia tələbi təmin e dilərək, Cavabdeh azyaşlı uşağı ilə birlikdə X. ünvanında yerləşən 38 nömrəli evdə olan istifadə hüquqlarına İddiaçı tərəfindən Cavabdeh 3.500 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki vəziyyətdə ər-arvadın birgə yaşaması və ailə münasibətlərinin bərpası mümkün olmadığından ədalətli kompensasiya müqabilində tərəflərin mənzil hüququnun ayrı-ayrılıqda reallaşdırılması onların hər ikisinin maraqlarına cavab verir. Məhkəmə Füzuli rayonu, Horadiz şəhərində yerləşən mübahisəli fərdi yaşayış evinin orta bazar qiymətini və kirayə haqqını nəzərə alaraq iddiaçı tərəfindən cavabdehə təklif olunmuş 3.500 manat məbləğində kompensasiyanın məbləğini ədalətli hesab etmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh Füzuli Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(064)992/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, onun və azyaşlı qızının X. ünvanında yerləşən 38 saylı evdən istifadə hüquqlarının qüvvədə saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-690/2020 saylı qərarının qanuni qüvvəsində saxlanılması və yaxud İddiaçı tərəfindən 15.000 manat kompensasiya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(106)-2574/2020 saylı qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və E.Ə.Camalov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(064)-992/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən aslı deyildir. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə on a xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətçi olaraq komensasiya verməklə cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi mülkiyyət hüquqlarının müdafiəsini özündə ehtiva etməklə yanaşı, cavabdehə yaşayış sahəsinin istifadəçisi olaraq ədalətli kompensasiya təklif edilmişdir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, 43-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, işə mahiyyəti üzrə baxılması (müvafiq ekspertizanın keçirilməsi) və ədalətli qətnamə çıxarılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iddiaçı tərəfin təqdim etdiyi saxta qiymətləndirmə arayışını əsas götürmüş, cavabdehin təqdim etdiyi həmin ərazidə real qiymətləri əks etdirən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə arayışını nəzərə almamışdır. "xxxx" MMC-nin 05 avqust 2020-ci il tarixli, 36 nömrəli qiymətləndirmə arayışından görünür ki, Füzuli rayonu, Horadiz şəhərinin mərkəzində orta təmirli, iki-üç otaqlı fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı müvafiq olaraq 150-200 manat, çoxmənzilli yaşayış binalarındakı orta təmirli iki-üç otaqlı mənzillərin orta aylıq kirayə haqqı müvafiq olaraq 100.00-150.00 manat civarındadır. Cavabdeh işsizdir, maddi imkanı çox aşağıdır, azyaşlı uşağını təkbaşına böyütməkdə çətinlik çəkir və başqa yerdə yaşamağa mənzili yoxdur. Cavabdeh 5 ildir mübahisəli mənzildə təsərrüfat və digər təmir tikinti işlərində iştirakçı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi həmçinin aidiyyatı üzrə müvafiq ekspertizanın keçirilməsi barədə cavabdehin şifahi vəsatətinə heç bir qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında İddiaçı vəkili Nuriyev Samir Akif oğlu kassasiya şik ayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
19. Cavabdeh məhkəmə iclasında vəkillə təmin olunmadığına görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirə sinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompe nsasiya verməsi yolu ilə xitam verilə bilər. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətn amənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildi yindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının və onun vəkilinin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
27. Tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir və işə baxmış məhkəmə mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsini tətbiq etmişdir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna x itam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.
29. Həmin qərarlardan biri olan «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələ batlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
30. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
31. Eyni zamanda bir cəhət i nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır.
32. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülk iyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbl əği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, c avabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təklif etdiyi 3500 manat məbləğdə kompensasiyanın cavabdehə davamlı surətdə başqa yerdə əvvəlki evdə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi barədə gəlinən nəticə kifayət qədər əsaslandırılmamışdır.
35. Belə ki, məhkəmə bu nəticəyə gələrkən yaşayış sahələrinin kirayə haqlarını müəyyən etmək üçün "xxxx" MMC-nin 05 avqust 2020-ci il tarixli, ** saylı qiymətləndirmə arayışına və "xxxx" MMC-nin 31 may tarixli arayışlarına istinad etmişdir. Birinci arayışda Horadiz şəhərinin mərkəzində orta təmirli iki-üç otaqlı fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqının müvafiq olaraq 150-200 manat, çoxmənzilli yaşayış binalarındakı orta təmirli iki-üç otaqlı mənzillərin orta aylıq kirayə haqqı olaraq 100-150 manat civarında olduğu qeyd olunur. İkinci arayışda isə Horadiz şəhərində yerləşən 1 və 2 otaqlı orta təmirli mənzilin orta aylıq kirayə haqqının müvafiq olaraq 50-60 manat, 70-80 manat təşkil etdiyi göstərilir.
36. Göründüyü kimi bu arayışlarda eyni ərazidə yerləşən yaşayış sahələrinin kirayə qiymət ləri bir birindən əhəmiyyətli dərəcədə fərqli göstərilmişdir. Lakin məhkəmə bu arayışların hansında göstərilən qiyməti əsas götürdüyünü göstərməmişdir.
37. Bu halda məhkəmə əgər birinci arayışda göstərilən minimum kirayə haqqı rəqəmi olan 100 manat götürülərsə, bu halda o nəticə hasil olur ki, işə baxmış məhkəmə yuxarıda bəhs olunan “müəyyən müddət daxilində” ifadəsindən irəli gələn zaman həddini 35 ay, ikinci arayışda göstərilən kirayə haqqının orta qiymətini əsas götürmüşsə təxminən 53 ay nəzərdə tutmuşdur.
38. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davam lı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin.
39. Bu baxımdan “müəyyən müddət daxilində” ifadəsinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir.
40. Hazırki ddia tələbi cavabdehə münasibətdə onu ehtiva edir ki, kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi bаrədə iddia olmasaydı, cavabdehin istifadə hüququ müddətsiz xarakter daşıyacaqdı. Yəni mübahisəli mənzildə onun istifadə hüququ müvvəqəti deyil, uzunmüddətli xarakter daşıyır, onun kifayət qədər uzun müddət yaşayış sahəsinə malik olmasını, mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməsini təmin edir.
41. Məhkəmə kollegiyası hesab edir ki, “müəyyən müddət daxilində” anlayışı onu тələb edir ki, istifadə hüququna xitam verilən cavabdeh bu müdd ət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin edə bilsin və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olsun. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsinə malik olmaması faktiki olaraq həmin şəxsin yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir.
42. İddiaçının cavabdehin evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün 3500 manat məbləğində kompensasiya təklifi yetərlilik baxımından əsaslı hesab edilə bilməz.
43. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri işə əlavə olunmuş "xxxx" MMC-nin 05 avqust 2020-ci il tarixli, 36 saylı qiymətləndirmə arayışını və "xxxx" MMC-nin 31 may tarixli arayışı kompensasiya məbləğinin müəyyən edilməsi üçün sübut (iddiaçının yaşadığı evlə oxşar şəraitə malik yaşayış sahələrinin kirayə haqqı barədə məlumat daşıyıcısı) kimi qəbul etmişdir. Lakin məhkəmə həmin sübutların Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməsini aparmamışdır.
44. Bu normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Sübutların qiymətləndirilməsi dedikdə məlumat daşıyıcısının qanunun tələblərinə uyğun olması, tamlığı, mümkünlüyü, mötəbərliyi, aidliyi və onlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxılması əsasında düzgün nəticəyə gəlinməsi başa düşülür.
46. Sübutun qiymətləndirilməsi qaydası məhkəmələrdən evlərin kirayə haqqının məbləği barədə arayışları verən subyektlərin bu cür səlahiyyətə malik olub-olmamasını (kirayə haqları barədə məlumat verməyə imkan verən fəaliyyətlə məşğul olması və s.) yoxlamağı, ziddiyyətli məlumatları təhlil edib obyektiv nəticəyə gəlməyi tələb edirdi. Lakin işə baxmış məhkəmə bu tələblərə əməl etməmiş, arayışları verən şəxslərin həqiqətən də əmlak bazarının iştirakçısı kimi fəaliyyət göstərməsi araşdırılmamış, arayışlarda olan ziddiyyəti aradan qaldırmamış, bir-birindən fərqli kirayə haqlarından hansı məbləğin düzgün olduğu müəyyən edilməmidir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 12 iyul 2016-cı il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.
48. Konstitusiya Məhkəməsi eyni zamanda izah etmişdir ki, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olara q kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.
49. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında kompensasiya məbləğinin iddianın predmetinə daxil olub-olmaması və həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsinin mümkünlüyü məsələsinə də aydınlıq gətirərək göstərmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia nın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür.
50. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasın ı təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
51. Məhkəmə kollegiyası yixarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(106)-2574/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.