Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3085/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iş üzrə QƏRARİ Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa, əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-nin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “ Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X2 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3176/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosia l Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin proqram vasitələrinin tətbiqi və texniki xidmət şöbəsində kompüter operatoru vəzifəsinə təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə ləğv edilmiş və eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafi ə Məsələləri üzrə Milli Observatoriya" X4i yaradılmışdır. İşlədiyi Mərkəz ləğv edildiyindən o, öz ərizəsi ilə xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş və xx.xx.2020-ci il tarixdən yeni yaradılmış "Əmək Bazarı və Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X3 sonradan bildikləri müddətə, yəni 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanaraq "Ümumi" şöbədə mütəxəssis vəzifəsinə işə götürülmüş, daha sonra xx.xx.2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam əmri verilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(001)1727/2021 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriy a” X4inə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4in “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4in “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4i tərəfindən ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8526/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, həmçinin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-3564/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qətnamənin icrası ilə əlaqədar İddiaçı xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ca vabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X2 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-477/2023 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə (Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici) bərpa edilməsi və məcburi iş buraxmaya görə əm ək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bir müddət müxtəlif bəhanələr gətirərək sənədi qəsdən yubatmış və nəhayət ki, icra sənədi qismən, yəni əmrin ləğv edilərək işə bərpa hissəsində təmin edilmiş və o, xx.xx.2022-ci il tarixində 3 ay müddətinə Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir. Müqavilə bitdikdən sonra yenidən müqavilə bağlanmadan 3 ay müddətinə uzadılmış və növbəti 3 ay tamamında, yəni xx.xx.2023-cü il tarixində yenə də əvvəlki əsaslarla əmək müqaviləsinin bitməsi əsası ilə hansı ki. o əsas artıq bütün məhkəmə instansiyalarında əsassız sayılmışdır, o, yenidən işə bərpa edilmişdi r. Hətta əvvəlki icra sənədi belə əmək haqqının ödənilməsi hissəsində tam icra edilməmiş və bununla bağlı artıq məhkəməyə müraciət etmişdir. İcra sənədinə hazırda xitam verilməmiş və icra məmurunun icraatında olmuşdur. Müddətin bitməsi ilə onun işlədiyi X3 işdən çıxarılması əsassız və qanunsuz olmuşdur. Belə ki, işlədiyi X4 və təyin edildiyi vəzifəsi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olan iş olduğu qabaqcadan bəlli olmuşdur. O, işdən azad olunan tarixdə isə hamilə olduğunu bildirsə də, buna məhəl qoymadan onu qanunsuz olaraq işdən çıxartmışdılar. Cavabdehin onu işdən çıxarmağı qanunsuz və əsassız olduğundan iddiası təmin edilməlidir. Belə ki, əmək müqaviləsinin müddətli bağlanmasına işçi olaraq onun iradə ifadəsi üzrə razılığı işəgötürənin razılığı isə 47-ci maddənin "f' bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlmədiyindən, əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılmalıdır. Həmçinin eyni əsaslarda bir dəfə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam vermə əmri məhkəmə tərəfindən əsassız hesab edilərək ləğv edilmiş və qismən də olsa icra edilmişdir.
6. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassız olduğundan və formal mülahizələrə əsaslandığından rədd edilməlidir. (təmin olunmamalıdır). İddia tələbinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən o hamilə olduğunu bildirmiş, lakin işəgötürən tərəfindən bu fakt nəzərə alınmadan onun əmək müqaviləsinə xitam verilmişdir. İddi açının əmək müqaviləsinə də məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsindəki hal üzrə (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda) və həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Odur ki, iddiaçının hamilə olması onunla bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsini əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq istisna etmir. İddia tələbinin digər dəlili iddiaçının təyin edildiyi vəzifənin əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik iş olduğunun qabaqcadan bəlli olduğu halda onunla müddətli əmək müqaviləsinin bağlanması olmuş və həmin halı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü his səsi ilə əsaslandırmağa çalışmışdır. Belə ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyi ümumi halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı olmasını müəyyən etsə də, bu ümumi qaydadan istisna hallardan biri kimi hətta əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda belə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanmasını mümkün hesab etmişdir. Odur ki, iddiaçının əmək funksiyalarının xarakterindən asılı olmayaraq tərəflərin hüquq bərabərliyinə əməl edilməklə onların qar şılıqlı razılığı əsasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddət müəyyən edilməklə bağlanması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin və həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinin tələblərinə uyğun olmuşdur. İddia tələbinin digər dəlili iddiaçının müvafiq əmək müqaviləsinin müddətli bağlanmasına güya özünün iradə ifadəsinin, razılığının olmamasından, dolayısı ilə həmin müqavilənin müddət müəyyən edən şərtinin uydurma əqd olmasından ibarət olmuş və bu dəlillərini də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi və Mülki Məcəlləsinin 324.1-ci, 340.1-ci maddəsi ilə əsaslandırmışdır. İddiaçının xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətli şərtlərlə bağlanmasına güya razılığının olmaması, həmin şərtlərin sonun cunun həqiqi iradəsinə zidd olması tamamilə əsassız olmuşdur. Həmin əmək müqavilənin müddət şərtlərinin müəyyən olunması zamanı Mülki Məcəlləsinin 339-cu maddəsində sadalanmış, tərəflərin iradə ifadəsinin zədələnmiş hesab olunması üçün müəyyən edilmiş hallar baş verməmişdir. İddiaçının Observatoriyada Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində İnformasiya üzrə əlaqələndirici vəzifəsinə təyin olunması barədə 22 dekabr 2022-ci il tarixli əmrə əsasən, sonuncu məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi məqsədilə həmin vəzifəyə təyin edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən əmək müqaviləsi və onun müvafiq şərtləri əmək qanunvericiliyində müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun tərtib edilmiş və bağlan ılmış, əmək müqaviləsinin iddiaçiya çatan nüsxəsi də sonuncuya müvafiq qaydada təqdim edilmişdir. Şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri - qeyd olunduğu kimi sözügedən əmək müqaviləsi fərdi əmək mübahisəsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindəki tələbin işə bərpa hissəsinin icrası çərçivəsində və icra məmurunun tələbi və yaxından iştirakı ilə bağlanmış, onun məzmunu, o cümlədən müddət şərtləri razılaşdırılarkən və müqavilə bağlanılarkən İddiaçı diqtə edən tərəf kimi tələbkar qismində üstün mövqedə, Observatoriya isə prosessual baxımdan ondan asılı tərəf kimi icra sənədi üzrə borclu qismində iştirak etmiş, sonuncunun iddiaçıya hər hansı formada (inzibati, iqtisadi, maliyyə, təşkilati-sərəncamver ici) təsir imkanı mövcud olmamış, sonuncu könüllü əsaslarla və hər hansı prosessual və ya qeyri-prosessual müdaxiləyə məruz qalmadan əmək müqaviləsinin müddət şərtləri ilə razılaşmışdır. Belə ki, iddiaçı Observatoriyada müddətli əmək müqaviləsi əsasında işlədiyi dövrdə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin müddətlə bağlı şərtlərini hər hansı bir formada mübahisələndirməmiş, bu barədə nə icra sənədinin icraatını həyata keçirən icra şöbəsinə, nə də əmək qanunvericiliyinin tələblərinə nəzarət orqanı kimi X2 Xidmətinə, nə də işgötürənə hər hansı formada şikayət, etiraz və ya müraciət ünvanlamamışdır. İddiaçının xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlandıqdan sonrakı hərəkətləri də sonuncunun sözügedən müqavilədəki iradə ifadəsinin həqiqi iradəsi ilə üstü stə düşdüyünü təsdiq etmişdir. Bütün bunlarla yanaşı, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bütün səhifələri, o cümlədən onun müddətli əsaslarla bağlanmasını müəyyən edən 2.2-ci bəndinin əks olunduğu birinci səhifəsinin alt hissəsində İddiaçı öz imza-xətt nümunəsi ilə müqaviləni təsdiq etmiş, bununla da müqavilənin bütün şərtlərinə, habelə onun müddət müəyyən edən şərtinə razılığını sərbəst iradəsini imzası ilə ifadə etmişdir. İddiaçı icra sənədi üzrə tələbkar kimi “İcra haqqında" Qanununda müəyyən edilmiş qaydada borclunun ona təqdim etdiyi tələbin icra üsulunu və ya təklifi qəbul etməyə, ondan imtina edə bilərdi. Hətta, iddiaçı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.0.2-ci maddəsinə müvafiq olaraq müraciətinə baxılm asının dayandırılması barədə ərizə ilə müraciət etmək hüququna malik olmuşdur. Lakin buna baxmayaraq sonuncu Observatoriyanın vəzifə təklifini xx.xx.2022-ci il tarixdə aksept etdikdən 1 gün sonra xx.xx.2022-ci il tarixdə quruma ərizə ilə müraciət edərək məhkəmə qərarının icrası ilə əlaqədar ona təklif olunmuş işə qəbul olunmaq üçün müvafiq sənədlərini rəsmi qaydada təqdim etmişdir. Bununla da iddiaçı ona təklif olunmuş vəzifənin əmək şəraiti şərtlərinə, o cümlədən müddət şərtinə razılığını, sərbəst iradə ifadəsini ardıcıl olaraq bəyan etmişdir. Bütün bunlarla yanaşı iddiaçı iddia ərizəsində özünün Observatoriyada eyni tərəflər arasında eyni əsaslarla iddia tələbinin təmin olunması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası çərçivəsində sözügedən vəzifəyə təyin edildiyini, l akin bu təyinatın əmək qanunvericiiliyinin tələbinə uyğun aparılmadığını iddia etmişddir. Belə olan halda iddiaçı tələbkar kimi “İcra haqqında" Qanunun 29.1, 87-ci maddəsinə əsasən həmin icra sənədini icra edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayət verə bilər və ya icranı qəbul etməyə bilərdi. Hazırkı mübahisə yeni məhkəmə baxışının ayrıca iddia predmeti və ya əsası yox, faktiki olaraq Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2021-ci il larixli, 2(001)-1727/2021 saylı icra sənədinin icrasına “İcra haqqında” Qanununun 26-cı maddəsi üzrə məhkəmə və ya icra qurumu rəhbərinin nəzarət predmeti olmuşdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 2(001)420/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edimi şdir.
8. Məhkəmə qeyd etmişdir ki, mərkəzin işçisi olmuş 29 nəfər şəxslə sonradan cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müddət qurtardıqdan sonra onların yalnız 17 nəfəri ilə yeni müddətli əmək müqaviləsinin bağlanması məqsədmüvafiq hesab edilmiş, digər 12 əməkdaşla, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikasında koronavirus (COVİD 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər çərçivəsində iddiaçı 1 aydan da az müddət ərzində öz əmək funksiyalarını yerinə yetirə bilmişdir. Nəticə etibarı ilə hansı meyarlara əsasən və hansı tələblərə uyğun gəlmədiyi üçün iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmək mümkün olmamışdır. Belə ola n halda cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da iddiaçıya münasibətdə ayrıseçkiliyə yol vermişdir. Həmçinin, yeni yaradılan X4 (cavabdeh) iddiaçının əvvəl işlədiyi mərkəzin hüquqi varisi olmasa da, eyni istiqamətlər üzrə fəaliyyət göstərmişdir. Hüquqi nəticə etibarı ilə mərkəz ləğv edildikdən sonra eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılmış və iki ilə yaxın müddətdə həmin mərkəzdə işləmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olduğundan, iddiaçının əmək funksiyaları Əmək Məcəlləsinin 47-ci maddəsinin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallarına uyğun gəlməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməzdi.
10. Məhkəmə iddia tələbinin “iş ə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsini də əsaslı hesab edərək belə qənaətə gəlmişir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X4inin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X4i tərəfindən ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin İ və İV hissəsi, 45-ci maddəsinin İ və İV hissəsi, 68-ci maddəsinin İİ hissəsinin “b” bəndi, 300-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin işçinin əvvəlki işlədiyi və ləğ v edilmiş mərkəzi ilə cavabdeh qurumu eyniləşdirməsi, birinin digəri ilə eyni funksiyaları icra etməsi və ya hüquqi varisi olması barədə mülahizələri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4in yaradılması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarın və həmin Qərarın 1 saylı Əlavəsi ilə təsdiq edilmiş Nizamnaməsinin məzmunu ilə təkzib edilir. Belə ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya iddiaçının daha öncə işlədiyi ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin hüquqi varisi olmamış, onun öhdəlikləri ilə bağlı cavabdeh deyildir, o cümlədən ləğv edilmiş Mərkəz qarşısında onun sərbəstləşən işçilərini işlə təmin etmək kimi bir öhdəliyi olmamışdır. Milli Observatoriya ləğv edilmiş Mərkəzdən tamamilə fərqli səlahiyyətləri icra edərək, onun fəaliyyət istiqamətləri sonuncudan əsaslı şəkildə fərqlənmişdir. Belə olan halda iddiaçının Observatoriyadakı əmək funksiyalarının Mərkəzdəki fəaliyyətinin davamı kimi qiymətləndirilməsinin və Mərkəzdəki xidmət illərinin Observatoriyaya da aid edilməsinin heç bir hüquqi və faktiki əsası mövcud deyildir. Qeyd olunduğu kimi, müqayisə olunan qurumların fəaliyyət istiqamətləri, fəaliyyət metodları, maliyyələşmə əsasları, hüquqi statusları və təşkilati-hüquqi formaları tamamilə fərqli olmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-3176/2024 nömrəli iş üzrə 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı 2018-ci ildən davam edən əmək fəaliyyətində eyni xarakterli vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının gördüyü işin daimi xara kterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna etmişdir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır.
16. Bundan əlavə, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından bəlli olmuşdur ki, bundan əvvəl də iddiaçı ilə əmək müqaviləsi eyni əsasla ləğv edildiyi üçün cavabdehin həmin əmri ləğv edilmiş və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə aktlarında iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün əsasların olmadığı xüsusi vurğulansa və bu hal işə bərpa olunması üçün əsas olsa da cavabdeh yenə də məhkəmə qətnaməsinin icrası ilə əlaqədar iddiaçı ilə müddətli, yəni üç ay müddətinə əmək m üqaviləsi bağlamış, bu müddət bir dəfə uzadıldıqdan sonra növbəti dəfə uzadılmadan əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh işəgötürən məhkəmə aktlarında göstərilən hüquqi mövqeləri nəzərə almadan və buna əhəmiyyət vermədən yenə də iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamış və sonradan eyni əsasla əmək müqaviləsini yenidən ləğv etmişdir. Bu cür vəziyyətdə cavabdeh xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstər ilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı 2018-ci ildən davam edən əmək fəaliyyətində eyni xarakterli vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil ) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və iddi anın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.
19. Kassasiya şikayəti iddia tələbinə etiraz və apellyasiya şikayətini ilə oxşar məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
22. Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağla nmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
23. Maddə 47. (f bəndi) Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
24. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
25. Madd ə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:...b) əmək müqaviləsinin müddətinin qurtarması.
26. Maddə 73.
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
27. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilər sə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
28. Maddə 300 (İ hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ər izəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilmə si üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı.
36. Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı: 37. “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olu nmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.”
38. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab etmişdir. Məhkəmələr Azə rbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəmə si tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
43. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktik hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3176/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.