Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3085/2025 23.10.2025 ALİ MƏHKƏMƏ AZərbaycan Respublikası adından AZərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASC, Bakı şəhəri 50 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı (AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsi müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; mülkiyyət hüququnun müdafiəsi; alğı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi AZərbaycan Respublikası Ali Məhkəməs inin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASC, Bakı şəhəri 50 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-750/2025 nömrəli 3 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yAZılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ərAZisində yerləşən 0,05 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmAZ əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
2. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş “DaşınmAZ Əmlakın alqı-satqısına dair ilkin müqavilə”yə əsasən iddiaçı mülkiyyətində olan bu torpaq sahəsini ipoteka yüklülüyündən AZad edildikdən sonra 50.000 manat pula (iddiaçı 50.000 manata qiymətləndirmişdir) Cavabdeh3 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair onunla rAZılığa gəlmişdir. Müqaviləyə əsasən Cavabdeh3 torpağın satış məbləğindən 10.000 manat pulu hAZırda, 40.000 manat pulun isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlanarkən iddiaçıya ödəməyi öhdəsinə götürrmüşdür. xx.xx.2019-cu il tarixdə əmlak ipoteka yüklülülüyndən AZad edilmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh4 etibarnamə verərək, harada yerləşmədən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, bununla bağlı bütün əqdləri bağlamağı, o cümlədən almağı, satmağı, bağışlamağı və digər hərəkətləri etməyi sonuncuya etibar etmişdir. Etibarnamə 1 ay müddətinə verilmiş və xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçının arvadı Hüseynova nübar əli qızı isə bunda n əvvəl, yəni xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə qeyd edilən torpaq sahəsinin satılmasına etirAZ etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.
4. Cavabdeh4 həmin etibarnamə ilə iddiaçının adından çıxış edərək, xx.xx.2019-cu il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş “DaşınmAZ əmlakın alqı-satqı müqaviləsi”nə əsasən qeyd edilən torpaq sahəsini 50.000 manata Cavabdeh3 satmış və bu pulun qalıq qalmış 42.000 manat hissəsini (8.000 manat xx.xx.2019-cu il tarixdə bağlanmış ilkin müqaviləyə əsasən ödənilmişdir) notariusun depozit hesabı vasitəsi ilə X10 ödəmişdir. Bundan sonra əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ daşınmAZ əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. C avabdeh3 ilə Cavabdeh5 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış “DaşınmAZ əmlakın alqı-satqı müqaviləsi” nə əsasən Cavabdeh3 həmin torpaq sahəsini 5.000 manat pula Cavabdeh5 satmış və bu əmlaka dair sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmAZ əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Torpaq sahəsi Cavabdeh5 mülkiyyətində olan zaman onun üzərində olan fərdi yaşayış evi özəlləşdirilmiş (314,1 kv.m) və xx.xx.2020-ci il tarixdə onun mülkiyyəti kimi (torpaq sahəsi ilə bilrikdə) daşınmAZ əmlakın dövlət reyestrində qeydə alınmışdır.
7. Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X15) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisi t ərəfindən təsdiq edilmiş “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən Cavabdeh5 əmlakı (fərdi yaşayış evini və torpağı) 170.000 manat pula Cavabdeh6 satmış, bu məbləğin 51.000 manat hissəsi Cavabdeh6 (alıcı-ipoteka qoyan) tərəfindən, 119.000 manat məbləğində hissəsi isə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh8 ASC tərəfindən Cavabdeh6 verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Eyni zamanda, Cavabdeh6 bu müqavilə üzrə yaranmış hüquqa əsasən qeyd edilən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh8 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin əmlaka dair Cavabdeh6 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır, hAZırda da mülkiyyətindədir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1 079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh4 AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 7 il 6 ay müddətə AZadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh4 məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 5 ay 26 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh4 üzərində qəti olaraq 7 il 4 gün müddətə AZadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh4 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2022-ci tarixdən hesablanmışdır. Həmin hökmdən zərərçəkmiş şəxs lər İddiaçı Vekiloviç və Zeynalov Elmafr israfil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)580/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü onlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)1005/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh6 cavabdehlər İddiaçı, X11, X22, X12, X9, Hüseynov Vəkil Manuel oğluna və Hüseynov Vəkil Teymur oğluna qarşı “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə” tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X4, X16, X5, X3, Hüseynov Vəkil Manuel oğlunun və Hüseynov Vəkil Teymur oğlunun mübahisəli evdən və torpaq sahəsindən çıxarılması, evin və torpaq sahəsinin cavabdehlərin hesabına boşaldılması, evə və torpaq sahəsinə Cavabdeh6 köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)-691/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1906/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh 5, Cavabdeh6, "xxxx" ASC, Bakı şəhəri 50 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsi müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb edilməklə iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə və mexaniki səhvlərin düzəldilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək, müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sah əsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50000 (əlli min) manata Cavabdeh3 gələcəkdə satılması barədə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 3M-1204 reyestr nömrəli daşınmAZ əmlakın alqı-satqına dair ilkin müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* nömrəli, 4Ə-1560 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmAZ əmlakın əsas alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən qeydin ləğv edilməsi, Cavabde h3 ilə Cavabdeh5 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satılmasına dair 4Ə-135 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmAZ əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən qeydin ləğv edilməsi, Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 kv metr fərd i yaşayış evi üzərində AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X15) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli xx.xx.2021-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə, Cavabdeh6 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşay ış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh8 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi əsasında kredit müqaviləsinin təminat kimi xüsusi mülkiyyət hüquqları ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ərAZisində yerləşən 0,05 ha torpaq sahəsi "xxxx" ASC-nin Neftçilər filialında ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc vaxtında ödənilməsi təmin edilmirdi. Ailə daxilind ə həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş 314,1 kv.m fərdi yaşayış evinin satılması qərarına gəlinmişdir. Bununla əlaqədar olaraq o, qohumu X23 vasitəsi ilə makler Cavabdeh4 ilə tanış edilmişdir. Cavabdeh4 fərdi yaşayış evinə baxış keçirdikdən sonra fərdi yaşayış evinin satışını həyata keçirə biləcəyini bildirmişdir. Onun tərəfindən fərdi yaşayış evinə 340.000 manat məbləğində satış qiyməti müəyyən edilmiş, lakin evin çıxarışının olmadığı və 0,05 ha torpaq sahəsinin isə "xxxx" ASC-də ipoteka ilə yüklü olunduğu bildirilmişdir. Mövcud məsələnin pul vəsaiti hesabına həll olunacağı və girovdan AZad edilməsi kimi problemlərin həfif məsələ olduğu Cavabdeh4 tərəfindən ona bildirilmişdir. Sonradan fərdi yaşayış evinin alıcısı qismində Cavabdeh3 çıxış etmişdir. Fərdi yaşayış evinin 340.00 0 manat məbləğində alınmasına rAZılıq əldə edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 5 saylı "ASAN xidmət" mərkəzində notariat ofisində Cavabdeh3 bir ay müddətinə 7E-27154 reyestr nömrəli etibarnamə vermiş (bütün əmlak və hüquqlarla bağlı), 0,05 ha torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsinin bağlanmasına rAZılıq əldə edilmişdir. 0,05 ha torpaq sahəsinin satış qiyməti 50.000 manat, 8.000 manat ödəniş notariusun depozit hesabı vasitəsi ilə, qalan 42.000 manat isə nağd formada ona borclarının bağlanması və torpaq sahəsinin girovdan AZad edilməsi üçün ödəniləcəyi barədə rAZılaşmışlar. O, Rusiya Federasiyasına gedəcəyini tərəflərə bildirmişdir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə, bir ay müddətinə (xx.xx.2020-ci il tarixinədək) 24864 reyestr nömrəli etibarnamə verilmişdir (bütün əmlak və hüquqlarla bağlı). Alıcı qismində iştirak edən Cavabdeh3 6.000 manat pul vəsaitini torpağın alınması ilə bağlı beh kimi ona elə notariusda vermişdir. Sonradan Cavabdeh3 torpaq sahəsini 5.000 manat pula Cavabdeh5 satmış və sonuncu əmlaka dair çıxarış almışdır. Sonradan Cavabdeh5 torpaq üzərində olan fərdi yaşayış evinə dair də çıxarış əldə etmiş və xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh6 170.000 manata satmış və rəsmi olaraq 170.000 manat pul əldə etmişdir. O, işi ilə bağlı AZərbaycan Respublikasını tərk etmiş və 2021-ci ilin may ayında ölkəyə qayıtmışdır. Həmin vaxt Cavabdeh3 bank işçiləri ilə birlikdə gəlib, evin girov qoyulmasını və ona 300.000 manat pulun verilməsini təklif etdi. O da artıq evi satmaq fikrindən daşındığını söylədikdə Cavabdeh3 onu evin satılması ilə hədələmişdir. Bundan sonra onun evinə müxbirlərlə birlikdə özünü qAZi kimi təqdim edən Süleyman adlı şəxs gəlmiş və evin ona məxsus olduğunu, onların onun evində qanunsuz yaşadıqlarını bildirmişdir. Sonradan ona evlə bağlı hAZırda mübahisələndirdiyi digər müqavilələrin də bağlandığı məlum olmuşdur. Yaranmış vəziyyətlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və faktla bağlı cinayət işi başlanılaraq, Cavabdeh4 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin cinayət işi çərçivəsində Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 etirafedici ifadələr vermişdilər. X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, AZadlıqdan məhrum etmə cəzasına məhkum ed ilmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, eyni zamanda qeyd etmişlər ki, iddiaçı Cavabdeh3 40000 manat pul almış və həmin pulu qaytarmağa hAZırdır.
13. Cavabdeh6 vəkili Vəkil3 iddia ərizəsinə etirAZ verərək bildirmişdir ki, Cavabdeh6 AZrəbaycan Respublikasının Müdafiə NAZirliyinin hərbi qulluqçusu, Baş gizir kimi AZrəbaycan Ordusunda xidmət etmişdir. 2010-cu ildən Orduda xidmət etdiyi dövdə qüsursuz xidmətə görə müxtəlif vaxtlarda Ordu Komandanlığı tərəfindən fərqləndirilməklə İİ-ci Qarabağ Müharibəsi zamanı AZərbaycan Respublikasının Müdafiə NAZiri, generalpolkovnik Zakir Həsənovun imzaladığı 3 noyabr 2020-ci il tarixli əmrə əsasən AZərbaycan Respublikasının “şücaətə görə” medalı ilə təltif edilmişdir. Bununla belə, AZərbaycan Respublikasının ərAZi bütövlüyü uğrunda gedən döyüşlərdi iştirak etmiş, qəlpə partlaması zamanı (xx.xx.2020-ci il tarixdə) hər iki əli, sol budu, sol diz oynağı, sağ ayağı kor qəlpə yaraları ilə zədələnmişdir. Müvafiq reabilitasiya kursundan sonra xidmətini davam etdirmişdir. Uzun müddət Orduda xidmət etdiyini, ailəli olmaqla, lakin şəxsi mənzilinin olmaması ilə bağlı o, dövlət ipotekası ilə fərdi mənzil almaq qərarına gəlmişdir. Beləliklə də, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş 30 aprel 2021-ci il tarixli, AİF/23 N°-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən o Cavabdeh5 onun xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 3 ünvanda yerl əşən 314,10 kv.m-dən ibarət fərdi yaşayış evini Cavabdeh8 ASC-nin Qara Qarayev filialında ipotekaya qoymaqla almışdır. HAZırki müqavilə bağlanan tarixdən etibarən o, həmin kredit borcu üzrə üzərinə düşən bank öhdəlikırini yerinə yetiririr. İddiaçının etibarsızlığını tələb etdiyi müvafiq kredit və ipoteka müqavilələri tam qanuna uyğun bağlanılmış və iddiaçının hAZırki halda həmin müqavilələr üzrə tərəf olmadığından onun subyektiv hüququ yoxdur həm də ona görə ki, bu gün də Cavabdeh6 qeyd edilən müqavilələr üzrə kredit öhdəliyi ilə yüklənmişdir. Bunun bariz nümunəsi kimi Bankın hAZırki mülki iş üzrə elektron sistemə yüklədiyi sənədlər onu deməyə əsas verir ki, Cavabdeh6 vicdanlı şəkildə əmlakı əldə edəndir. Bunuunla yanaşı qeyd edilməlidir ki, iddiaçı vaxtı ilə xüsusi mülkiyyətində olan torp aq sahəsi ilə bağlı müvafiq əqd imzalamaqla öz iradə ifadəsini bildirmişdir. Yəni, əmlak kompleksi olan yalnız torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur, fərdi ev deyil. Eyni zamanda, müvafiq icra vərəqəsinə əsasən iddiaçı və onun ailə üzvləri məcburi qaydada əmlak kompleksindən çıxarılmış, həmin əmlak kompleksi Cavabdeh6 əməli istifadısinə verilməklə oraya köçürülmüşddür. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi hər hansı məhkəmə hökmünün və orada qeyd edilən şəxslərin verdiyi ifadələrin hAZırki iddia üzrə kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməklə Cavabdeh6 xüsusi mülkiyyət hüququnu təsdiq edən Çıxarışın ləğv edilməsinə dəlalət edə bilməz. Belə olan halda isə hesab edir ki, iddia tam qanunsuz və əsassız olmaqla rədd edilməlidir.
14. Cavabdeh8 ASC iddia ərizəsinə etirAZ edərək bildirmişdir ki, Cavabdeh6 xx.xx.2021-ci il tarixli AİF/23 saylı kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli AİF/23 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq, ********** qeydiyyat nömrəli çıxarılşla Cavabdeh6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi, ev 121 ünvanında yerləşən daşınmAZ əmlak Bankın xeyrinə yüklü edilmişdir. Həmin müqavilələr bağlanarkən, Bank qanunveiricilikdə nəzərdə tutulan özündən asılı olan bütün hərəkətləri etmişdir. Bundan başqa iddiaçının ərizədə qeyd etdiyi hallardan da görünür ki, iddiaçının məruz qaldığı problemə görə cinayət icraatı qaydasında Cavabdeh4 barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin məhkəmə icraatı zamanı faktiki hal lara qiymət verilərkən, Banka münasibətdə Bankın heç bir hüquqAZidd hərəkətə etməsi aşkar edilməmişdir. Bir daha qeyd edək ki, Bank özündən asılı olan bütün hərəkətləri edib. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir (S.N.Məmmədovanın şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 27.10.200-4cü il tarixli qərar). Digər bir qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, əşya üz ərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur (Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərar). “DaşınmAZ əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmAZ əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmAZ əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmAZ əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddia ərizəsinin "Kapital Bank ASC-nin (ipoteka kağızın ın mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ləğv edilməsi" hissəsində təmin edilməməmi barədə qətnamə qəbul etməyinizi xahiş edirlər.
15. Cavabdeh6 vəkili Vəkil3 iddia müddətinin tətbiqinə dair ərizə verərək qeyd etmişdir ki, mülki tələb üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı 2022-ci ildən (Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 №-li qətnaməsi) bilirdi ki, Cavabdeh6 ona və ailə üzvlərinə qarşı mənzildən çıxarılma tələbi irəli sürmüşdü və həmin müddətdən etibarən ona bilirdi ki, (hətta iddiaçı həmin iş üzrə də qarşılıqlı iddia vermişdir) həmin fərdi yaşayış evi ilə bağlı mübahisə vardır. Lakin, bütün bunlara baxm ayaraq o, qanunvericiliklə müəyyən edilmiş müddətdə hAZırki iddia tələbini irəli sürməli olduğu halda öz iradə ifadəsini bildirərək həmin iddianı verməmişdir. HAZırki halıda isə ilkin əqdin bağlanması tarixindən (xx.xx.2019-cu ildən) etibarən həmin əqdi vaxtında mübahisələndirmədiyindən və bunun üçün MM-lə müəyyən edilmiş 1 il müddəti ötürdüyündən hAZırki halda isə təxminən 4 ilə yaxın müddətin keçməyinə baxmayaraq yenə də iddianı qaldırmışdır. Eyni zamanda, hesab edirik ki, Cavabdeh6lə "xxxx" ASC arasıdna bağlanmış kredit və ipoteka müqaviləsi tam qanuni əsaslarla bağlanmış müqavilə olmaqla onun ləğvi və yaxud istənilən başqa üsullarla onun mübahisələndirilməsi üçün hər hansı əsas yoxdur.
16. Cavabdeh8 ASC də iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, c ari iş üzrə preyudisial xarakter daşıyan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 №-li qətnaməsindən aydın olur ki, İddiaçı qeyd edilən əmlakın "xxxx" ASC-də ipoteka müqaviləsi ilə yüklü edilməsi barədə məlumatlıdır (həmin qətnamənin 2-ci səhifəsi). xx.xx.2024-cü il tarixdə isə İddiaçı "xxxx" ASC-yə qarşı əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsində deyilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Preyudisial xarakter daşıyan bu ərizədə istinad edilən qətnamədən aydın olur ki, iddiaçı Bankla Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə barədə ən AZı xx.xx.2022-ci ildən məlumatlıdır. Bu o deməkdir ki, cari iddia üzrə kəsici müddət ən geci xx.xx.2023-cü ildə bitmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq, Məhkəmədən İddiaçı iddiasının iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın "xxxx" ASC-nə münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər.
17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim-Tahirə Əsədova) xx.xx.2024cü il tarixli, 2(008)-187/2024 saylı qətna məsi ilə iddia tələbinin təmin edilərək, müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50000 (əlli min) manata Cavabdeh3 gələcəkdə satılması barədə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 3M-1204 reyestr nömrəli daşınmAZ əmlakın alqı-satqına dair ilkin müqavilə etibarsız hesab edilməsi, Cavabdeh4 ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* nömrəli, 4Ə-1560 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmAZ əmlakın əsas alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən qeyd ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh5 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satılmasına dair 4Ə-135 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmAZ əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən qeyd ləğv edilməsi, Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 kv metr fərdi yaşayış evi üzərində AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeyd ləğv edilməsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X15) arasında Bakı şəhəri 53 sa ylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli xx.xx.2021-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh6 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeyd ləğv edilməsi, Cavabdeh8 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi iddia tələbinin “müqavilələrin etibarsız hesab edilməsi v ə həmin müqavilələr əsasında aparılmış dövlət reyestrindəki qeydlərin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının onun iradə ifadəsindən kənar əmlakından hAZırki iş üzrə cavabdeh olan fiziki şəxslər tərəfindən məhrum olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunmuşdur, bu halın əlavə araşdırılmasına zərurət aradan qalxmışdır. Fiziki şəxs olan cavabdehlərdən əmlak almaq niyyəti olmamış, onların niyyəti nəticə etibarı ilə əmlakı banka girov qoyub pul götürüb aralarında bölməkdən ibarət olmuşdur. Belə ki, qeyd edildiyi kimi, mübahisəli əmlaka iddiaçının adına öncədən vahid əmlak kimi çıxarış verilməmiş, çıxarış yalnız 0,05 ha torpaq sahəsinə olmuş, onun üzərində inşa edilmiş yaşayış evinə çıxarış verilməmişdir. Cavabdeh3 mübahisəli torpaq sahəsinə xx.xx.2019 -cu il tarixdə çıxarış aldıqdan bir ay sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh5 torpaq sahəsini 5.000 manata, yəni şərti bir məbləğə satmış, sonuncu torpağa dair çıxarışı xx.xx.2020-ci il tarixdə almış, altı ay ərzində 314,10 kv metrdən ibarət olan fərdi yaşayış evinə sənədləri hAZırlamış və xx.xx.2020-ci il tarixdə vahid əmlaka dair çıxarış almışdır. Cavabdeh5 cinayəti işində verdiyi ifadəsindən məlum olmuşdur ki, o, evli olmadığından onun adına sənədləşdirmə işlərinin aparılması problemsiz olmuş, o, evi, torpaq sahəsini heç görməmiş, onların yerləşdiyi yeri belə bilməmiş, yalnız atasının məsləhəti ilə onun tanışı olan Cavabdeh3 xahişini icra etmişdir. Cavabdeh5 xx.xx.2020-ci il tarixdə çıxarışı aldıqdan 8 ay sonra xx.xx.2021-ci mənzili ipoteka yolu ilə Cavabdeh6 satmışdır. Cavabdeh6 məhk əmədə bildirmişdir ki, evi almaq istəyəndə sadəcə həyətindən evə baxmış, evin içərisinə baxmamış, vizual baxışdan evi bəyənmiş, sonra verdiyi məlumatı dəyişərək, evin birinci mərtəbəsinə baxdığını, lakin yuxarılara çıxmadığını qeyd etmiş, iddiaçı isə bu halın olmadığını demişdir. Cinayəti işində Cavabdeh6 evə Şamxal ilə birlikdə baxdığını, evi aldıqdan sonra evə köçməklə əlaqədar Şamxal ilə əlaqə saxladığını, sonuncun ailəsi ilə birlikdə yaşadığından 1 ay vaxt verməsini xahiş etdiyini, bir ay gözlədikdən sonra Şamxalın yenidən möhlət istədiyini, Şamxal evdə qaldığı üçün aylıq ödənişlərini edəcəyinə vəd verdiyini, lakin heç bir ödəniş etmədiyini, bundan sonra evə getdikdə orada başqa adamların yaşadığını gördüyünü, sonuncuların evin onlara məxsus olduğunu bildirdiyi barədə izahat vermişdir. Lakin, Cavabdeh5 cinayəti işində evi, torpaq sahəsini heç görmədiyini, onların yerləşdiyi yeri belə bilmədiyi barədə izahat vermişdir. Qeyd edildiyi kimi, Cavabdeh6 xx.xx.2021-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanılmış, xx.xx.2021-ci il tarixdə çıxarış almış, xx.xx.2021-ci il tarixdə Cavabdeh5 qarşı evdən çıxarılmasına dair iddia qaldırmış və yalnız xx.xx.2022-ci il tarixdə tələbi İddiaçı və onun ailə üzvlərinə yönəltmiş, həmin ərizəyə Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərAZi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli mübahisəli evdə İddiaçı və onun ailə üzvlərinin yaşamaqları barədə məktubunu əlavə etmişdir. Yəni, Cavabdeh6 xx.xx.2021-ci il tarixdə 170.000 manat müqabilində əldə etdiyi evdə satıcının deyil, hAZırki iş üzrə iddiaç ı olan İddiaçı və onun ailəsinin yaşadığını 11 ay sonra, xx.xx.2022-ci il tarixdə bilmiş, halbuki işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin evdə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarınadək İddiaçı və onun ailə üzvləri yaşamışdılar. Beləliklə, Cavabdeh6 ən AZı xx.xx.2021-ci il tarixdən (ipoteka üçün sənədlərin hAZırlanması bir neçə ay əvvəl başlanmışdır) xx.xx.2022-ci il tarixədək həmin evdə İddiaçı yaşadığını bilməmişdir, bu hal da onun evi heç görmədəyini, bununla da evi almaq niyyətininin olmadığın sübut edir. Bundan başqa, həmin evi ona göstərməli olan Cavabdeh5 evin harada yerləşməsi barədə məlumatının olmadığını bildirmişdir. Yəni, evin yerini bilməyən satıcı onu alıcıya göstərə bilməzdi. Beləliklə, Cavabdeh6 cinayət işi üzrə məhkəmədə, hAZırki mülki işin hAZırlıq icla sında birbirinə ziddiyyətli məlumatlar vermişdir, bu hal da onun ümumiyyətli mübahisəli evi heç bir zaman (məhkəmə qətnaməsi icra edilənədək) görmədiynə dəlalət edir. Bundan başqa, hökmdən göründüyü kimi, Cavabdeh4 törətdiyi cinayətin tərkibini ilkin alqı-satqı müqaviləsindən sonuncu alqı-satqı və ipoteka müqaviləsinə kimi olan hərəkətləri yaratmışdır. Yəni, Cavabdeh8 ASC, Cavabdeh6 və Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi Cavabdeh4 törətdiyi cinayətin tərkib hissəsi olmuşdur. Bundan başqa, hərbiçi olan Cavabdeh6 ipoteka yolu ilə əldə etdiyi evi evə köçən gündən satışa çaxırtmışdır. Bu hal bir daha onun ev almaq niyyətinin olmadığına dəlalət edir. Qeyd edildiyi kimi, məhkəmə hökmü ilə Cavabdeh4 bir qrup şəxs tərəfindən İddiaçı maddi ziyan vu rmaqla dələduzluq etdiyi müəyyən edilmiş, lakin həmin bir qrup şəxs barədə hökm çıxarılmamış, hAZırki iş üzrə cavabdehlər şahid qismində dindirilmiş və bununla da məhz onların Cavabdeh4 ilə eyni niyyətdə olduqları müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Cavabdeh8 ASC-də mübahisəli evi ipoteka ilə yüklü edərkən, həmin evə baxış keçirməmişdir. Belə ki, Cavabdeh8 ASC tərəfindən evin fotoşəkilləri təqdim edilmiş, lakin iddiaçının verdiyi məlumata əsasən həmin fotoşəkillər zamanında Namiqlə Vüsal tərəfindən çəkilmişdir. Həmin fotoşəkillərin Bank tərəfindən çəkilməsi üçün evi satan Cavabdeh5 tərəfindən evin Banka təqdim edilməsi tələb olunur, lakin qeyd edildiyi kimi, Şamxal həmin evi heç bir zaman görməmiş, orada bir gün də olsun yaşamamışdır. Bundan başqa, məhkəmə hesab et mişdir ki, Bank tərəfindən evə baxış keçirilmiş olsaydı, evdə satıcının deyil, digər şəxslərin yaşadığı və evin mübahisəli olduğu müəyyən olunardı. Cinayəti işinə baxan məhkəmə Cavabdeh4 bir qrup şəxslə (hAZırki işdə fiziki şəxslər olan cavabdehlər nəzərdə tutulur) mübahisəli əmlakı "Kapital Bank” ASC-yə girov qoyub İddiaçı 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurduğu müəyyən edilmişdir. Yəni, məhkəmə xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin qanuniliyini müəyyən etməmiş, məhz həmin müqavilə də daxil olmaqla, bütün müqavilələrin iddiaçının aldatmaq yolu ilə bağlandığını müəyyən etmişdir. Yəni, məhkəmədə mübahisəli əmlakın iddiaçının mülkiyyətindən çıxması ilk addımdan son addıma kimi dələduzluğun obyekti kimi qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab et mişdir ki, mübahisə predmeti olan müqavilələr (ilkin alqı-satqı müqaviləsi istisna olmaqala) uydurma əqd olmaqla onlara uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlərdir və onlar məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. İddiaçı öz iradəsinə zidd olaraq mülkiyyət hüququndan məhrum olmuşdur. Odur ki, birinci müqavilə istisna olmaqla, digər bütün müqavilələr etibarsız hesab edilməli və həmin müqavilələrin əsasında daşınmAZ əmlakı reyestrində aparılmış qeydlər ləğv edilməlidir. Belə ki, cavabdehlər reyestrdəki qeydlərin qeyri-dəqiq olduğunu bilirdilər və bu qeydlər ləğv edilməlidir.
19. Məhkəmə ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə qeyd etmişdir ki, əsas müqavilə nin xx.xx.2019-cu il tarixə kimi bağlanması nəzərdə tutulmuş, lakin əsas müqavilə İddiaçı adından Vüsal tərəfindən xx.xx.2019-cu il tarixdə (etibarnamənin qüvvədə olduğunun sonuncu günündə) bağlanmışdır. Artıq müəyyən edildiyi kimi, İddiaçı digər tərəf olan Cavabdeh3 həmin müqaviləni bağlamaq barədə təklif göndərməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Lakin, həmin müqavilə ilə Cavabdeh3 10.000 manat ödəməli olduğu halda, 40.000 manat pul ödəmiş və hAZırda İddiaçı həmin pulu Cavabdeh3 geri qaytarmağa hAZırdır. HAZırki mülki işdə Cavabdeh3 iki hAZırlıq iclasında iştirak etsə də, qarşılıqlı iddia verməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçı artıq öhdəliklərə xitam verilmiş müqavilənin etiba rsız hesab edilməsini istəyir, həmin müqavilə etibarsız hesab edilməlidir.
20. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizələrə də münasibət bildirirərək qeyd etmişdir ki, birinci müqavilə istisna olmaqla, digər bütün müqavilələr əhəmiyyətsiz əqd olduğundan və onlar bağlandığı andan etibarsız olduğundan, hAZırda iddia yalnız əhəmiyyətsizliyin təsdiqi barədə olduğundan iddia müddəti tədbiq edilə bilməz.
21. Məhkəmə cavabdeh "Kapital Bank” ASC-nin “Cavabdeh4 elan edilmiş itiham üzrə onunla əlbir olmuş şəxslərə qarşı iddianın qaldırılmalı olması ilə bağlı” mövqeyinə münasibətdə qeyd etmişdir ki, əvvəla X14 və X19 iddiaçı ilə heç bir əlaqəsi yoxdur, X20 isə vasitəçi olmuş, onunla hər hansı bir müqavilə bağlanılmamışdır, hAZırki iddia pul tələbi barədə deyil, müqavilələrin etibarsızlığı barə də olduğundan ona qarşı iddianın hAZırki işdə irəli sürülməməsi məntiqlidir.
22. Məhkəmə öz mövqeyini “İnsan Hüquqlarının və Əsas AZadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, AZərbaycan Respublikası Konstitusiyasının 13-cü, AZərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7ci, 140-141-ci, 152-ci, 337-ci, 340-cı, 354-cü, 402-ci, “İpoteka haqqında” AZərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 107-ci, 119.1-ci, 217.4-cü, 360-cı maddələrinə və AZərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra Plenum qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh6 həmin qətnamədən apellyasiya şikayəti verərək, qə tnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
24. Cavabdeh6 apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirAZın və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, predusial əhəmiyyətə malik hökmdə iddiaçının əmlakından məhrum olmasına görə məhkum edilmiş şəxs Cavabdeh4 tərəfindən ona 300.000 manat ziyan vurulması, bu səbəbdən də İddiaçı zərərçəkmiş şəxs kimi tanınması təsbit olunmuşdur. Bununla da iddiaçının Cavabdeh4 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Buna baxmayaraq, İddiaçı həmin tələblə məhkəməyə müraciət etməyərək, müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair əsasız iddia tələbi irəli sürmüşdür. İşə baxan birinci instansiy a məhkəməsi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı zərəçəkmiş şəxs kimi tanınmasına, eləcədə Cavabdeh6 sonuncu alıcı olaraq həmin fərdi yaşayış evini “vicdanlı ələd edən” şəxs olması faktlarına əhəmiyyət verməyərək, iddia tələbinin təmin edilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Etibarsızlığı mübahisələndirilən xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqavilələri qanunvericiliyin tələblərinə tam riayət edilməklə bağlanmış və bunun əksini, yəni cavabdehin əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilməsini təsdiq edən hər hansı hal, sübut mövcud deyildir. O, əmlakı əldə edən zaman əqdin legitimsizliyi barədə mübahisə olmadığından, onun üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığından vicdanlı alıcı q ismində qəbul olunmalıdır. Həmçinin, İddiaçı hAZırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən AZərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik mübahisələndirmə müddətini də ötürmüşdür. Belə ki, mülki iş materillarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun hAZırkı iş üzrə İddiaçı və qeyrilərinə qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə baxılan zaman İddiaçı qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin onun mülkiyyətində olması məlum olmuşdur. Buna baxmayaraq, İddiaçı hAZırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələrini həmin vaxt deyil, faktın ona məlum olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. İşə baxmı ş birinci instansiya məhkəməsi işə yalnız formal mülahizələr və ehtimallar əsasında baxmış, Mülki Məcəllənin 337-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmiş, bununla da məhkəmə tərəfindən həmin maddi hüquq normasının pozulmasına yol verilmişdir. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar və iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar araşdrılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da iddia tələbinin təmin edilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir.
25. Cavabdeh "Kapital Bank” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın ipoteka hüququna xitam verilməsi ilə bağlı hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Cavabdeh "Kap ital Bank” ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Şamxal ilə Süleyman arasında bağlanmış alqı-satqı müqaviləsinin uydurma əqd olmasını bildirərək əmlakın mülkiyyətçisinin başqa şəxs olması qənaətinə gəlmişdir. Lakin məhkəmə burada reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını unutmuşdur. Məhkəmənin “cavabdehlər reyestrdəki qeydlərin qeyri-dəqiq olduğunu bilirdilər” təsbitinin isə nəyə əsaslanması qeyri müəyyəndir. Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyindən bəlli olur ki, əqd bağlanarkən dövlət reyestrindəki yAZının qanuniliyinin yoxlanılması tələb edilmir, həmin yAZının mövcudluğu əqd üzrə vicdanlı kimi tanınmağa kifayət edir. Süleyman ilə Şamxal arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflər öz üzərinə düşən öhdəlikləri icra ediblər. Hətt a alqı-satqıdan sonra evin boşaldılaraq təhvil verilməsi ilə bağlı Süleyman tərəfindən iddia qaldırılması onun bu evə sahiblik etmək niyyətində olmasını, yəni alqı-satqı münasibətlərinin uydurma olmamasını göstərir. Bundan irəli gələrək əmlakın ipotekaya qoyulması zamanı isə Bank tərəfindən vicdanlılığın pozulmasına dair hal mövcud olmamışdır. Belə ki, reyestr məlumatlarına əsasən əmlakın mülkiyyətçisinin Şamxal olduğu müəyyən edilmiş, bundan sonra alqısatqı və ipoteka müqaviləsi bağlanaraq mülkiyyət hüququ Süleymana keçmiş və onun tərəfindən əmlak ipotekaya qoyulmuşdur. Süleyman ilə Şamxal arasında bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab olunsa belə, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən Bankın ipoteka hüququ ilə əlaqədar maraqları qorunmalıdır. Bakı şəhər i Sabunçu Rayon Məhkəməsi tərəfindən Cavabdeh6 iddiasına baxarkən tərəflər arasında bağlanmış müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin etibarlılığı məhkəmə tərəfindən yoxlanılmış və iddia təmin edilmişdir. Belə olduğu halda Cavabdeh6, Cavabdeh5 və Bank arasında bağlanmış müqavilənin etibarlılığı yenidən məhkəmə tərəfindən qiymətləndirilə bilməzdi. Məhkəmə mülki işə baxarkən səlahiyyət hədlərini aşaraq iş üzrə cavabdehləri cinayət əməli törətməkdə ittiham edərək təqsirsizlik prezumpsiyasını pozmuşdur. Məhkəmənin istinad etdiyi hökm yalnız Cavabdeh4 əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı olduğu halda məhkəmə iddia ərizəsinə baxarkən mülki iş üzrə cavabdehlərin əməllərinə cinayət hüququ mövqeyindən qiymət verərək, iddiaçının əmlakından məhrum olmasının hAZırki iş üzrə cavabde hlərin əməlləri nəticəsində olduğunu və bunun guya hökmlə də təsdiq edildiyini qeyd edir. Məhkəmə bu mövqeyini qətnamənin digər hissələrində də göstərmiş, hətta hökmlə müəyyən edilməyən halları hökmlə müəyyən edilmiş kimi təqdim etmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin qanuniliyini müəyyən etməmiş, məhz həmin müqavilə də daxil olmaqla, bütün müqavilələrin iddiaçının aldatmaq yolu ilə bağlandığını müəyyən etmişdir. Yəni, məhkəmədə mübahisəli əmlakın iddiaçının mülkiyyətindən çıxmasını ilk addımdan son addıma kimi dələduzluğun obyekti kimi qiymətləndirilmişdir.” (18-ci səhifə, 4-cü abzas). Belə olduğu halda məhkəmə tərəfindən hökmlə müəyyən edilməyən hallara istinad edilməsi pozuntudur. Bundan başqa, iddia tələbi əqdin etibarsızlığı və bunun nəticəsi olar aq ipoteka hüququnun ləğv edilməsidir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəmədə cavabdeh qismində cəlb edilərkən artıq işin hallarından, o cümlədən alqısatqı və ipoteka müqaviləsinin mövcudluğundan, həmin müqavilənin icra olunduğundan məlumatlı idi. Lakin onun tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsi verilərkən yalnız xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsini tələb etmiş, yalnız xx.xx.2024-cü tarixli ərizəsində alqı-satqı və ipoteka müqaviləsi mübahisələndirmişdir. Belə olduğu təqdirdə Məcəllə ilə müəyyən edilmiş kəsici müddətin ötürüldüyü aşkardır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “qanuni qüvvəsini almış hökmlə müəyyən edilmişdir ki, bankdan kredit götürülüb bir neçə şəxsin arasında bölünmüşdür” (15-ci səhifə, 2-ci abzas). Məhkəmə bunu hökmlə müəyyən edilmiş hal kimi təqdim etsə də, əslində bu həmin işdə şahid qismində dindirilmiş bəzi şəxslərin ifadələridir. Bununla yanaşı həmin işdə şahid qismində dindirilmiş və hAZırki işdə cavabdeh olan Cavabdeh6 cinayət işi üzrə verdiyi ifadəsində pulun Şamxal tərəfindən götürüldüyünü bildirmişdir. Məhkəmə hökmlə müəyyən edilən şahid ifadələrinə istinad edərkən yalnız bir tərəflə bağlı ifadələri nəzərə almış, Şamxalın ifadəsində deyilənlərə qiymət verməmişdir. Bununla da məhkəmə Banqalor prinsiplərinin,həmçinin MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qətnaməsində qeyd edir ki, hadisələrin baş verdiyi zaman hAZırki iddianın məhkəməyə verilənədək və ondan da sonra 7-8 ay ərzində mübahisəli əmlakda İddiaçı ailəsi yaşayıb və bu işin mübahisəsi z halıdır. (13-cü səhifə, 7ci abzas). Lakin məhkəmənin bu mövqeyi heç bir sübuta əsaslanmadan, yalnız iddiaçının şifahi bildirdiklərini ehtiva edir. Belə ki, Cavabdeh6 ifadəsindən məlum olur ki, o, evə baxarkən orada heç kimi olmamışdır. Həmçinin onunla alqı-satqı müqaviləsi bağlandıqdan sonra Şamxal evin təhvil verilməsi üçün ondan vaxt istəmiş, lakin bu, uzun müddət çəkdiyindən Şamxala qarşı evin boşaldılmasına dair iddia qaldırmış, bundan sonra evdə Manuelin və ailəsinin olduğunu müəyyən edərək, onları da cavabdeh qismində cəlb etmişdir. Manuelin və ailəsinin cavabdeh qismində cəlb edilməsi onların ötən müddət ərzində həmin evdə yaşadıqlarını təsdiqləyən mübahisəsiz hal deyildir. Belə ki, həmin şəxslərin o evi daha əvvəl tərk edib sonradan ora qayıdıb yaşamaqları da mümkün haldır. Belə olduğu halda həmin şəxslərin həmin evdə hansı müddətlərdə yaşadıqları mübahisəsiz hal hesab edilə bilməz. Bununla yanaşı onların həmin evdə yaşamış olması belə Cavabdeh6 tərəfindən evin almaq niyyətinin olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnamədə əmlaka bank tərəfindən baxış keçirilmədiyini, evin şəkillərinin Namiq və Vüsal tərəfindən çəkildiyini, evin Şamxal tərəfindən Süleymana təqdim edilmədiyini, hökmlə guya alqı-satqı və ipoteka müqaviləsinin dələduzluğun obyekti kimi qiymətləndirildiyini bildirərək bu əqdin uydurma əqd olması qənaətinə gəlmişdir. Halbuki qeyd edilənlər yalnız iş üzrə iştirak edən şəxslərdən bəzilərinin ifadəsinə əsaslanıb, digər şəxslərin ifadələri, təqdim edilmiş sənədlər (qiymətləndirmə aktı) nəzətə alınmamış, olmayan hallar barədə məhkəmə tərəfindən uy durmalar edilmişdir. Məhkəmə Cavabdeh4 barəsində olan hökmə preyudisial əhəmiyyətli yanaşaraq hətta həmin hökmlə müəyyən edilməmiş hallara istinad edərək nəticə çıxartsa da, iş üzrə preyudisial xarakter daşıyan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 saylı qətnaməsinə əhəmiyyət verməmişdir.
27. Məhkəmə iclasında iştirakı təmin edilmiş Cavabdeh4 izahatında bildirmişdir ki, Manuellə onun arasında pul haqq-hesabı olmuşdur. Bu ərəfədə Manuel evini satmaq istəyirdi. Evin 340.000 manata ona satılması ilə bağlı Manuellə aralarında rAZılıq əldə edildi. O, həmin pulu ona hissəhissə ödəməli idi. Mənzil üzərində sərəncam verilməsi ilə bağlı Manuel tərəfindən ona etibarnamə verildi. Dostu olan Namiqlə aralarında da borc məsələsi var idi. Bununla bağlı Namiqlə aralarında rAZılıq oldu ki, Namiq ona mənzili ipotelaya qoymaqda və pul götürməkdə kömək etsin və əldə edilən puldan ona olan borcu qaytarsın. Bununla bağlı tərəfindən ona etibarnamə verildi. Daha sonra Namiq ona ipoteka yolu ilə Cavabdeh8 ASC-dən 80.000 manat pul götürdüyünü bildirdi. Halbuki daha sonra ona məlum oldu ki, o bankdan 120.000 manat pul götürmüşdür. Mənzil Manuelin mülkiyyətindən Namiqə, Namiqdən Şamxala, Şamxaldan isə Süleymanın mülkiyyətinə keçmişdir. Süleymana gəlincə isə o Qarabağ qAZisidir. Onun statusundan istifadə edərək illik 4% dərəcəsi ilə ipoteka krediti götürməsi mümkün olduğundan onu Namiq tapmışdır. Namiq ona bildirmişdi ki, o Süleyman adlı qAZi tapmış və ona öz adından ipoteka krediti götürməsi müqabilində 10.000 manat ödəniş etmişdir. Daha sonra isə aralarında əldə edilən rAZılığa əsasən Süleyman Manuelə etibarnamə verəcək və aylıq ödənişləri Manuel edəcəkdi. Nəticə etibarı ilə Süleymanın hAZırki məsələdə yeganə iştirakı məhz ödəniş müqabilində öz adına ipoteka kreditinin rəsmiləşdirilməsinə rAZı olmaq idi. O mübahisəli mənzili ümumiyyətlə görməyib, onu almaq niyyətində olmayıb və bunun üçün heç bir ödəniş etməyibdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - X6 (sədrlik edən və məruzəçi), X2 və X13 ibarət tərkibdə) 2(103)-750/2025 nömrəli 17 aprel 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh8 ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-187/2024 nömrəli q ətnaməsinin “Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X15) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli, xx.xx.2021-ci il tarixli, 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh6 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh8 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi, iddia ərizəsinin verilməsi ü çün ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh8 ASC-dən və Cavabdeh6 tutulması” hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə çıxarılması, iddia həmin hissələrdə rədd edilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının apellyatorların özlərinə aid edilməsi qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X24 ərAZisində yerləşən 0,05 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı Cavabdeh3 ilə həmin əmlakın alqısatqısına dair xx.xx.2019-cu il tarixdə ilkin müqavilə bağladıqdan sonra xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən bu əmlakı 50.000 manata sonuncuya satmışdır. Həmin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən veril miş etibarnamə əsasında onu bu münasibətlərdə təmsil edən X17 tərəfindən imzalanmışdır. Bu əmlaka dair mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alındıqdan sonra Cavabdeh3 xx.xx.2020-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əmlakı Cavabdeh5 satmışdır. Torpağın mülkiyyətçisi olduqdan sonra Cavabdeh5 onun üzərində olan fərdi yaşayış evini də özəlləşdirmiş və bu əmlakı (torpaq və üzərində olan fərdi yaşayış evi) Cavabdeh6 və Cavabdeh8 ASC ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən 170.000 manat pula Cavabdeh6 satmışdır. Həmin məbləğin 51.000 manat hissəsi Cavabdeh6 (alıcı-ipoteka qoyan) tərəfindən, 119.000 manat hissəsi isə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh8 ASC tərəfindən Cavabdeh6 v erilmiş kredit vəsaiti hesabına ödənilmiş və kredit öhdəliklərinin təminatı olaraq əmlak Cavabdeh8 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin əmlaka dair Cavabdeh6 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. HAZırda bu əmlak Cavabdeh6 mülkiyyətindədir və Cavabdeh8 ASC qarşısında ipoteka ilə yüklüdür.
30. İddiaçı həmin, o cümlədən xx.xx.2021-ci il tarixli müqavilənin hər hansı hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığını iddia edir və onların etibarsız hesab edilməsini, həmin müqavilələrə uyğun olaraq mülkiyyət hüququ ilə bağlı daşınmAZ əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsini və bu əmlak barəsində ipotekaya xitam verilməsini tələb edir.
31. Cavabdehlər Cavabdeh6 və Cavabdeh8 ASC iddianı qəbul e tmirlər, real olaraq alqı-satqı və ipoteka müqaviləsi bağlandığını, bu münasibətlərdə vicdanlı davrandıqlarını, həmin əmlakın dəyərinin Cavabdeh5 ödənildiyini, bu səbəbdən onlara qarşı irəli sürülmüş tələblərin əsassız olduğunu bildirlər, əsassızlığı ilə yanaşı iddiaçı tərəfindən kəsici (iddia) müddətinin də ötürüldüyünü göstərirlər və kəsici (iddia) müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bu əsasla da iddianın rədd edilməsini xahiş edirlər.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi (müqavilə tərəfləri birinci instansiya məhkəməsinin bu mövqeyini mübahisələndirməmişdilər) həmin əsasla xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin də etibarsız hesab edilməsin i şərtləndirmir. Hər bir halda, xx.xx.2021-ci il tarixdə bağlanmış “Alqı-satqı və ipoteka müqaviləsi”nin əhəmiyyətsiz əqd olduğunu və görünüş üçün bağlandığını sübut etmək yükü məhz iddiaçının üzərinə düşür.
33. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh4 AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və nəticə etibarı ilə 7 il 4 gün müddətinə AZadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hökmdən zərərçəkmiş şəxslər İddiaçı Vekiloviç və Zeynalov Elmafr israfil oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 1(103)-580/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü onlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin icraat çərçivəsində bir sıra digər epizodlarla yanaşı Cavabdeh4 iddiaçının mülkiyyətində olmuş əmlakı xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə 170.000 manata həmin banka girov qoyub 118.000 manat çıxarıb iddiaçıya (zərərçəkmiş şəxsə) 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi sübuta yetirilmişdir.
34. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş iddiaçı m əhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək, X7, Cavabdeh3 Nürəddin oğlunun, Cavabdeh5 və X8 bir qrup şəxs halında onun əmlakını dələduzluq yolu ilə ələ keçirməklə ona külli miqdarda, yəni 300.000 manat məbləğində maddi ziyan vurduqlarını, həmin şəxslərin barəsində qanuni tədbirlərin görülməklə ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etdiyini bildirmişdir. Eyni zamanda, Namiqin evə dair çıxarış alaraq evi Şamxal adlı şəxsə satdığını, Şamxalın evi Süleyman adlı şəxsə satdığını, evin Cavabdeh8 ASC-yə girov qoyulub külli miqdarda ipoteka ilə pul götürüldüyünü sonradan bildiyini vurğulamışdır. Həmin hökmdən verilmiş apellyasiya şikayətində isə artıq Cavabdeh6 da onun əmlakını dələduzluq yolu ilə ələ keçirməklə ona məxsus olan əmlakda n qanunsuz məhrum edən bir qrup şəxsə aid etmişdir.
35. Cavabdeh4 işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçıya məxsus evin bank qarşısında ipoteka ilə yüklü edilməsi müqabilində pul əldə etmək üçün Cavabdeh3 qAZi olan Cavabdeh6 müraciət etdiyini və onun öz adından ipoteka krediti götürməsi müqabilində ona 10.000 manat ödəniş etdiyini, aralarında əldə edilən rAZılığa əsasən Süleymanın Manuelə verdiyi etibarnamə müqabilində aylıq ödənişlərin Manuel tərəfindən edilməli olduğunu, nəticə etibarı ilə Süleymanın hAZırki məsələdə yeganə iştirakı məhz 10.000 manat ödəniş müqabilində öz adına ipoteka kreditinin rəsmiləşdirilməsindən ibarət olduğunu, onun mübahisəli mənzili ümumiyyətlə görmədiyini, onu almaq niyyətində olmadığını və bunun üçün heç bir ödəniş etmədiyini bildirmişd ir. Lakin bundan əvvəl onun ipoteka müqaviləsini 10.000 manat müqabilində imzalanması barədə hər hansı fikir söyləməmişdir.
36. Cavabdeh3 da əmlakın ipoteka ilə yüklü edilməsi yolu ilə bankdan pul götürdüklərini, bu məsələdə iştirak etməyi Cavabdeh6 xahiş etdiyini, evin və torpaq sahəsinin heç vaxt bu şəxsə satılmadığını bildirir, lakin bunun müqabilində ona 10.000 manat pulun verildiyini qeyd etmir (hokmdə ifadəsi, şahidin dindirilməsi protokolu).
37. Cavabdeh5 Cavabdeh3 tapşırığı ilə əmlakın onun mülkiyyətinə keçdiyini, sonradan bu əmlakla bağlı formal ipoteka müqaviləsinin bağlandığını, o cümlədən ilkin ödəniş pulunun ödənildiyini, ilkin ödəniş məbləğinin borc götürüldüyünü, əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsindən sonra götürülən pulun bir hissəsi hesabına borcun qaytarıl dığını, qalan məbləğin Namiq, Rizvan və Süleyman arasında bölündüyünü, həmin puldan ona hər hansı məbləğin verilmədiyini, mübahisəli əmlakda heç vaxt olmadığını, onun yerini bilmədiyini, Süleymana bu əmlakı göstərmədiyini, Süleymanla yalnız Cavabdeh8 ASC-də və notariat ofisində görüşdüyünü qeyd etmişdir. Lakin bu müqavilənin bağlanması, yəni tərəfi olması üçün Cavabdeh6 10.000 manat pulun veildiyini söyləmir (hokmdə ifadəsi, şahidin dindirilməsi protokolu).
38. Cavabdeh6 ev almaq istədiyini, bununla bağlı evlərin alqı-satqısı ilə məşğul olan Rizvan adlı şəxslə tanış olduğunu, həmin şəxsin Cavabdeh5 ev satdığını ona bildirdiyini, bundan sonra onunla əlaqə saxlayaraq, gedib evə baxdığını, hərbi qulluqçu olduğu üçün illik 8 % dərəcəsi ilə ipoteka krediti almaq hüququ olduğundan evi ipoteka qaydasında aldığını, evin rAZılşadırılmış dəyərinin 51.000 manat hissəsini ödədiyini, qalan məbləğin bank tərəfindən ödənildiyini, rəsmiləşdirmə aparıldıqdan sonra Şamxalın ondan 1 ay möhlət istədiyini, sonradan bir ay da möhlət istədiyini, bu səbəbdən evdə qaldıqları dövrdə evin ödənişlərin Şamxal tərəfindən banka ödənilməsi barədə rAZılığa gəldiklərini, lakin evdən çıxmadıqlarını, evə gedəndə orada başqa şəxslərin yaşadığını gördüyünü, onların çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırdığını və iddiasının təmin edildiyini, Cavabdeh3 isə ümumiyyətlə tanımadığını bildirmişdir (hokmdə ifadəsi, şahidin dindirilməsi protokolu).
39. Bununla belə, Cavabdeh6 xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsini görünüş üçün bağladığını, həmin əmlakın ona reallıqda satılmadığını yalnız X1 7, Cavabdeh3 Nürəddin oğlu və Cavabdeh5 bildirir. Lakin nəinki bu halı, ümumiyyətlə heç onun Cavabdeh3 ilə hər hansı münasibətinin olmasını təsdiq edən hər hansı sübut təqdim edilmir. Nəzərə alınmalıdır cinayət mühakimə icraatı çərçivəsində məhz Cavabdeh4 iddiaçıya maddi ziyan vurmaqla dələduzluq etməsi sübuta yetmiş, Cavabdeh5 isə Cavabdeh3 dostunun oğludur. Cavabdeh6 isə ümumiyyətlə onlar tərəfindən göstərilənləri etiraf etmir. HAZırda da xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə öhdəliklər onun tərəfindən icra olunur.
40. Cavabdeh5 istinad edərək, təqdim etdiyi xx.xx.2021-ci il tarixli yAZılı kredit müqaviləsi və bu müqavilənin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilədə göstərilən 81.800 manat məbləğində pul isə məbləğ etibarı ilə xx.xx.2021-ci il tari xli alqısatqı və ipoteka müqaviləsinin bağlanması ilə bağlı ödənilən (51.000 manat) və verilən (119.000 manat) məbləğlərə uyğun deyil. Ümumiyyətlə qeyd edilən 51.000 manat pulun Cavabdeh6 tərəfindən ödənilməməsi, həmin pulun məhz başqa şəxslərə aid olan vəsait olması və sonradan onlara qaytarılması da öz təsdiqini tapmır.
41. Hər bir halda, bu məsələdə Cavabdeh6 digər cavabdehlərlə əlbirliyi olduğu halda, bu təkzib olunmAZ sübutlarla öz təsdiqini tapmalı idi. Lakin belə bir sübutların mövcudluğu müəyyən edilməmişdir. Bu tərəflər arasında üzləşmə istintaq hərəkəti də aparılmamışdır. Hüquqi nəticə etibarı ilə yalnız cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ifadələri, habelə Cavabdeh6 evlə bağlı ziddiyyətli fikirlər bildirməsi, habelə bir neçə ay ipoteka krediti üzrə ödənişlərin onun tər əfindən ödənilməməsi (bu məsələyə aydınlıq gətirmişdir) xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin onun tərəfindən hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanması qənaətinə gəlmək üçün əsas ola bilməz.
42. Həmin müqavilənin tərəfi olan Cavabdeh8 ASC-nin də bu münasibətlərdə, o cümlədən müqavilənin bağlanmasında vicdanlı davranışını istisna edən hər hansı hal mövcud deyil. Müqavilə bağlanan zaman əmlakın mülkiyyətçisi Cavabdeh5 olmuş, onun mülkiyyətçi olmasını şübhə altına alan, habelə bu əmlaka başqa şəxslərin iddiasının olmasını təsdiq edən hər hansı hal mövcud olmamışdır. Hüquqi nəticə etibarı ilə Cavabdeh8 ASC tərəfindən rəsmiləşdirmə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun aparılmış və müqavilə ilə müəyyən edilmiş məbləğ real olaraq Cavabdeh5 ödənilmişdir.
43. Məhkəmə kollegiyası Cavabdeh6 ilə bağlı xüsusilə onu da qeyd etmişdir ki, bu şəxs müqavilənin görünüş üçün bağlandığını və əmlakın həqiqətən də iddiaçıya məxsus olduğunu bilsə idi, həmin evdən çıxarılma və evə köçürülmə tələbini Cavabdeh5 deyil, bir başa iddiaçı və onun ailəsinə qarşı qaldırmış olardı. Lakin o, ilk öncə bu tələbini məhz Cavabdeh5 qarşı qaldırmış, daha sonra tələbini dəqiqləşdirmiş və iddiaçı və onun ailə üzvlərini cavabdeh qismində müəyyən etmişdir. Nəticədə onun iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, iddiaçının, habelə onun ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın cavabdehlərin hesabına boşaldılması və Cavabdeh6 əmlaka köçürülməsi q ət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)-691/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1906/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. HAZırki iddia isə bundan sonra qaldırılmışdır.
44. Nəzərə alınmalıdır ki, həmin icraat çərçivəsində də iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin tərəfi olan Cavabdeh5 əsl mülkiyyətçi olmadığını, onun və Cavabdeh6 vicdanlı əldə edən olmadığını bildirmişdir. Lakin aparılmış araşdırma nəticəsində yaşayış evi üzərində mülkiyyət hüququnun mübahisələndirilmədiyi, reyestrin m əzmununun qeyri-dəqiqliyinin sübuta yetirilmədiyi göstərilmişdir. Başqa sözlə, hüquqi nəticə etibarı ilə Cavabdeh6 əmlakı vicdanlı əldə edən şəxs olmasını istisna edən hər hansı hal müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində xx.xx.2021-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin Cavabdeh6 və Cavabdeh8 ASC tərəfindən hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasını istisna edir və bu baxımdan Cavabdeh8 ASC-nin apellyasiya şikayətinin təmin, Cavabdeh6 apellyasiya şikayətinin isə qismən (hAZırki iş üzrə icraata xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir) təmin edilməsini şərtləndirir.
45. Məhkəmə kollegiyası Cavabdeh6 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin ləğv edilməsi və əmlak barədə ipotekaya xitam verilməsi tələblərinin xx.xx.2021- ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə münasibətdə törəmə tələb olmasını və müqavilənin etibarsız hesab edilməsi barədə tələbin əsassız olduğunu nəzərə alıb, belə qənaətə gəlmişdir ki, qətnamə bu tələblərə münasibətdə də ləğv edilməli və iddia tələbləri həmin hissədə də rədd edilməlidir.
46. Məhkəmə kollegiyası 1 illik müddətin ötməsi səbəbindən iddia (kəsici) müddətin tətbiq edilməsi barədə ərizələrə münasibətdə birinci instansiya məhkəməsinin də mövqeyini nəzərə alıb, “AZərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AZərbaycan Respublikası Konstituisya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, hAZırki münasibətlərə müddət tədbi q edilə bilməz.
47. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi AZərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 140, 144.1, 148.1, 148.2, 324, 337.1, 337.2, 337.3 və 340.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 82.4, 119.1, 217.1, 217.3, 217.4, 384.0.2 və 385.1-ci maddələrinə, AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarına, “AZərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, AZərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “AZə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirAZın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. İddiaçı (vəkil - Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-750/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hAZırkı mübahisəli məsələ üzrə bütün proseslərin iştirakçısı olan Cavabdeh4 məhkəmə iclasında bildirdiyi fikirləri nəzərə almamışdır. Belə ki, Cavabdeh4 bildirmişdir ki, Manuel Hüsenova məxsus evin bank qarşısında ipoteka ilə yüklü edilməsi müqabilində pul əldə etmək üçün Cavabdeh3 qAZi olan Cavabdeh6 müraciət etmişdir. Süleymanın öz adından ipoteka krediti götürməsi müqabilində ona 10.000 manat ödəniş verilmişdir. Aralarında əldə edilən rAZılığa əsasən Süleymanın Manuelə verdiyi etibarnamə müqabilində aylıq ödənişlər Manuel tərəfindən edilməli idi.Nəticə etibarı ilə Süleymanın hAZırki məsələdə yeganə iştirakı məhz 10.000 manat ödəniş müqabilində öz adına ipoteka kreditinin rəsmiləşdirilməsindən ibarət olması idi. Onun, mübahisəli mənzili ümumiyyətlə görmədiyini, onu almaq niyyətinin olmadığını və bunun üçün heç bir ödəniş etmədiyini bildirmişdir. Lakin nədənsə apellyasiya instansiya məhkəməsi qeyd edilən halları araşdırmamışdır. Belə ki, Cavabdeh4 bu cür ifadə verməsində nə marağı ola bilərdi? Görünən isə odur ki, məhkəmə həqiqətlərdən qaçmaq istəmi şdir. Qeyd edilən bu hallar istintaq sənədləri ilə belə öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh6 ilə əmlakın həqiqətən də iddiaçıya məxsus olduğunu bilsə idi, həmin evdən çıxarılma və evə köçürülmə tələbini Cavabdeh5 deyil, bir başa iddiaçı və onun ailəsinə qarşı qaldırmış olardı. Lakin o, ilk öncə bu tələbini məhz Cavabdeh5 qarşı qaldırmış, daha sonra tələbini dəqiqləşdirmiş və iddiaçı və onun ailə üzvlərini cavabdeh qismində müəyyən etmişdir. Bu hal ilə bağlı qeyd edir ki, düzgün yanaşma deyil. Cavabdeh6 mübahisənin ilk günündən vəkilin hüquqlarından istifadə etymişdir. Bu formada bir addım savadlı və uzaqgörən bir vəkilin çəkdiyi xəttdir ki, təqdirə layiqdir. Bu cür atılmış bir addıma görə isə məhkəmənin Cavabdeh6 vicdanlı alıcı adının qoyulması qəbuledilən deyildir. Həmçini n, birinci instansiyada Cavabdeh5 bildirmişdir ki, Cavabdeh3 atasının tanışı kimi tanımışdır. Subay olduğu üçün Namiq ondan torpaq və yaxud evə onun adına çıxarış almasını xahiş etmiş, o da atası ilə məsləhətləşdikdən sonra Namiqlə rAZılaşmışdır. O, həmin torpaq sahəsi və yaxud fərdi yaşayış evində olmamış və onun harada yerləşməsini bilməmişdir. Namiq ona həmin torpaq sahəsinin və fərdi yaşayış evinin özünə məxsus olmasını bildirmişdir. xx.xx.2020-ci il tarixdə evin yerləşdiyi torpaq sahəsi notariat kontorunda onun adına sənədləşdirilmişdir. 2021-ci ilin aprel ayının sonlarında Namiq onunla birgə banka getməli olmasını bildirmişdir. O, 30 aprel 2021-ci il tarixdə Namiqlə notariat kontorunda görüşmüş, orada Namiq ona evi ipotekaya qoyduğunu bildirmişdir. Namiqin tanışı olan Rizvan vasitəsi lə tanımadığı şəxs 81800 manat pul gətirmiş və onunla həmin pula dair formal olaraq bir günlük borc müqaviləsi bağlamış, notariat kontorundan çıxmış və "Kapital banka” ilkin ödəniş kimi görsənməsi üçün 51000 manat pul qoymuş, 53 saylı Notariat kontronunda onunla Süleyman arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və notariusdan ona qəbz verilmiş, həmin qəbz vasitəsi ilə Kapital Bankdan 170000 manat pulu götürüb çıxmış, pulu Süleymana vermiş, sonra həmin puldan 81800 manatı tanımadığı şəxsə verib borc müqaviləsinə xitam verdirmiş, qalan pul Namiq, Rizvan və Süleyman arasında bölünmüşdür. Bu kimi faktlar göstərir ki, Cavabdeh6 atılan bütün addımlardan xəbərdar olmuş, lakin nədənsə son məqamda vicdanlı alıcı rolunu oynamaq qərarına gəlmişdir.
50. Apellyasiya instansiya məhkəməsi işin hallarını ətraflı şəkildə araşdırmamış və düzgün olmayan bir qənaətə gəlmişdir. HAZırda qəbul edilmiş qətnamədə apellyasiya instansiya məhkəməsi tərəfindən kifayət qədər maddi və prosessual normalar pozulmuşdur. İlk öncə mülki iş üzrə vacib əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi həmin əsasla xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin də etibarsız hesab edilməsini şərtləndirmir. Hər bir halda, xx.xx.2021-ci il tarixdə bağlanmış “Alqı-satqı və ipoteka müqaviləsi”nin əhəmiyyətsiz əqd olduğunu və görünüş üçün bağlandığını sübut etmək yükü məhz iddiaçının üzərinə düşür. Məhkəmənin gəldiyi qənaətə və ümumi işi n əhəmiyyət kəsb etdirən halları qeyd etməklə bildirir ki, mübahisəli əmlaka iddiaçının adına öncədən vahid əmlak kimi çıxarış verilməmiş, çıxarış yalnız 0,05 ha torpaq sahəsinə olmuşdur. Cavabdeh3 mübahisəli torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə çıxarış aldıqdan bir ay sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh5 torpaq sahəsini 5000 manata, yəni şərti bir məbləğə satmış, sonuncu torpağa dair çıxarışı xx.xx.2020-ci il tarixdə almış, altı ay ərzində 314,10 kv metrdən ibarət olan fərdi yaşayış evinə sənədləri hAZırlamış və xx.xx.2020-ci il tarixdə vahid əmlaka dair çıxarış almışdır. Cavabdeh5 cinayəti işində verdiyi ifadəsindən məlum olmuşdur ki, o, evli olmadığından onun adına sənədləşdirmə işlərinin aparılması problemsiz olmuş, o, evi, torpaq sahəsini heç görməmiş, onların yerləşdiyi yeri belə bilməmiş, yalnız atasının məsləhəti ilə onun tanışı olan Cavabdeh3 xahişini icra etmişdir. Cavabdeh5 xx.xx.2020-ci il tarixdə çıxarışı aldıqdan 8 ay sonra xx.xx.2021-ci mənzili ipoteka yolu ilə Cavabdeh6 satmışdır. Cavabdeh6 birinci instansiya məhkəməsində bildirmişdir ki, o evi almaq istəyəndə sadəcə həyətindən evə baxmış, evin içərisinə baxmamış, vizual baxışdan evi bəyənmişdir, sonra verdiyi məlumatı dəyişərək, evin birinci mərtəbəsinə baxdığını, lakin yuxarılara çıxmadığını qeyd etmişdir. Halbuki, iddiaçı və onun ailəsi həmin zaman evdə yaşayırdılar və belə bir hal baş verməmişdir. Cinayət işində Cavabdeh6 evə Şamxal ilə birlikdə baxdığını, evi aldıqdan sonra evə köçməklə əlaqədar Şamxal ilə əlaqə saxladığını, sonuncun ailəsi ilə birlikdə yaşadığından 1 ay vaxt verməsini xahiş e tdiyini, bir ay gözlədikdən sonra Şamxalın yenidən möhlət istədiyini, Şamxal evdə qaldığı üçün aylıq ödənişlərini edəcəyinə vədin verdiyini, lakin heç bir ödəniş etmədiyini, bundan sonra evə getdikdə orada başqa adamların yaşadığını gördüyünü, sonuncuların evin onlara məxsus olduğunu bildirdiyi barədə izahat vermişdir. Lakin, Cavabdeh5 cinayəti işində evi, torpaq sahəsini heç görmədiyini, onların yerləşdiyi yeri belə bilmədiyi barədə izahat vermişdir. Qeyd edildiyi kimi, Cavabdeh6 xx.xx.2021-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanılmış, xx.xx.2021-ci il tarixdə çıxarış almış, xx.xx.2021-ci il tarixdə Cavabdeh5 qarşı evdən çıxarılmasına dair iddia qaldırmış və yalnız xx.xx.2022-ci il tarixdə tələbi İddiaçı və onun ailə üzvlərinə yönəltmiş, həmin ərizəyə Sabunçu rayon İcra Hakm iyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərAZi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli mübahisəli evdə İddiaçı və onun ailə üzvlərinin yaşamaqları barədə məktubunu əlavə etmişdir. Yəni, Cavabdeh6 xx.xx.2021-ci il tarixdə 170000 manat müqabilində əldə etdiyi evdə satıcının deyil, hAZırki iş üzrə iddiaçı olan İddiaçı və onun ailəsinin yaşadığını 11 ay sonra, xx.xx.2022-ci il tarixdə bilmiş, halbuki işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin evdə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarınadək İddiaçı və onun ailə üzvləri yaşamışdılar. Göründüyü kimi, Cavabdeh6 ən AZı xx.xx.2021-ci il tarixdən (ipoteka üçün sənədlərin hAZırlanması bir neçə ay əvvəl başlanmışdır) xx.xx.2022-ci il tarixədək həmin evdə İddiaçı yaşadığını bilməmişdir, bu hal da onun evi heç görmədəyini, bununla da evi almaq niyyətininin olmadığın sübut edir. Bundan başqa, həmin evi ona göstərməli olan Cavabdeh5 evin harada yerləşməsi barədə məlumatının olmadığını bildirmişdir. Yəni, evin yerini bilməyən satıcı onu alıcıya göstərə bilməzdi. Beləliklə, Cavabdeh6 cinayət işi üzrə məhkəmədə, hAZırki mülki işin hAZırlıq iclasında bir-birinə ziddiyyətli məlumatlar vermişdir. Bu hal da onun ümumiyyətli mübahisəli evi heç bir zaman görmədiynə dəlalət edir. Bundan başqa, hökmdən göründüyü kimi, Cavabdeh4 törətdiyi cinayətin tərkibini ilkin alqı-satqı müqaviləsindən sonuncu alqı-satqı və ipoteka müqaviləsinə kimi olan hərəkətləri yaratmışdır. Yəni, Cavabdeh8 ASC, Cavabdeh6 və Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi Cavabdeh4 törətdiyi cinayətin tərkib hissəsi olmuşdur. Bundan başqa, hərbiçi olan Cavabdeh6 ipoteka yolu ilə əldə etdiyi evə köçən gündən satışa çıxartmışdır. Bu hal bir daha onun ev almaq niyyətinin olmadığına dəlalət edir. Həmçinin Cavabdeh8 da mübahisəli evi ipoteka ilə yüklü edərkən, həmin evə baxış keçirməmişdir. Belə ki, Cavabdeh8 tərəfindən evin fotoşəkilləri təqdim edilmiş, lakin iddiaçının verdiyi məlumata əsasən həmin fotoşəkilləri zamanında Namiqlə Vüsal tərəfindən çəkilmişdir. Həmin fotoşəkillərin Bank tərəfindən çəkilməsi üçün evi satan Cavabdeh5 tərəfindən evin Banka təqdim edilməsi tələb olunur, lakin qeyd edildiyi kimi, Şamxal həmin evi heç bir zaman görməmiş, orada bir gün də olsun yaşamamışdır. Əgər bank tərəfindən evə baxış keçirilmiş olsaydı, evdə satıcının deyil, digər şəxslərin yaşadığı və evin mübahisəl i olduğu müəyyən olunardı.
51. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməli idi. Lakin apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə hökmə və şahidin dindirilməsi barədə protkola istinad edərək, Cavabdeh6 ev almaq istədiyini, bununla bağlı evlərin alqı-satqısı ilə məşğul olan Rizvan adlı şəxslə tanış olduğunu, həmin şəxsin Cavabdeh5 ev satdığını ona bildirdiyini, bundan sonra onunla əlaqə saxlayaraq, gedib evə baxdığını, hərbi qulluqçu olduğu üçün illik 8 % dərəcəsi ilə ipoteka krediti almaq hüququ olduğundan evi ipoteka qaydasında aldığını, evin rAZılşadırılmış dəyərinin 51.000 manat hissəsini ödədiyini, qalan məbləğin bank tərəfindən ödənildiyini, rəsmiləşdirmə aparıldıqdan sonra Şamxalın ondan 1 ay möhlət istədiyini, sonradan bir ay da möhlət istədiyini, bu səbəbdən evdə qaldıqları dövrdə evin ödənişlərin Şamxal tərəfindən banka ödənilməsi barədə rAZılığa gəldiklərini, lakin evdən çıxmadıqlarını, evə gedəndə orada başqa şəxslərin yaşadığını gördüyünü, onların çıxarılması ilə bağlıməhkəmədə iddia qaldırdığını və iddiasının təmin edildiyini, Cavabdeh3 isə ümumiyyətlə tanımadığını bildirməsini qeyd etmişdir. Halbuki, məhkəmə araşdır ması zamanı qeyd edilənlər inkar olunur.
52. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız Cavabdeh6 və Cavabdeh8ASC-nin mövqeyinə əsaslanmaqla qətnamə qəbul etmişdir.
53. Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. İddiaçının göstərdiyi sübutlara və məhkəmə araşdırması zamanı müəyyən edilən hallara heç bir qiymət verilməmişdir.
54. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materia llarına uyğun deyildir. İddiaçının mülkiyyət hüququ pozulmuşdur. Lakin məhkəmə bu halları əsassız olaraq nəzərə almamışdır. Göründüyü kimi qətnamə işin halları ilə uyğunluq təşkil etmir.
55. Kassasiya şikayəti əsaslandırılarkən AZərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,157.1, 157.2,157.4, 157.5, 337.1, 337.2, 337.3, 340.1, 347.1, 354.1, 354.2, “İpoteka haqqında” AZərbaycan Respublikası Qanununun 32.3-cü maddələrinə, AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar AZərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına, AZərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarına və “Məhkəmə qətnaməsi haqqında” AZərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirAZın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etirAZ ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq AZərbaycan Respublikasının Mülki Məcəlləsi
57. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qey diyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirAZın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
58. Maddə 144.1. DaşınmAZ əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
59. Maddə 148.1. DaşınmAZ əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklül üyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.
60. Maddə 148.2. DaşınmAZ əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmAZ əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
61. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
62. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin müb ahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
63. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
64. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AZərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarı
65. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqAZidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən ö z təsir və nəticələrini göstərir. Beləliklə Konstitusiya Məhkəməsi Plenumu vurğulayır ki, hər hansı əqd istisna edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı münasibətlərə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızılğı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AZərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarı
66. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. AZərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. HAZırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. B u baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətindəki hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə rAZılaşır.
82. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lAZımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
83. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
84. Göstərilənlərə əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-750/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qətnaməsi iddianın rədd edilən his səsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.