Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3086/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qılız-zinət əşyaları tələbinə dair 03.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-628/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2011-ci il tarixdə İdd iaçı rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2011-ci il tarixdə Aydan, xx.xx.2013-cü il tarixdə Ayaz adlı iki övladları doğulmuşdur.
2. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və onların birgə nikahından doğulmuş hər iki uşağın İddiaçı yanında saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəyəri 1.870 manat olan, 17 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan badam formalı qızıl sırğa – üzük dəstinin və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 4.400 manat olan 40 qram çəki də 585 əyarlı Rusiya istehsalı olan mafioz qızıl sepin və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 660 manat olan 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan tək qaşlı üzüyün və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 990 manat olan 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl nişan üzüyünün və ya həmin əmlak olmadıqda onun dəyərinin, dəyəri 550 manat olan 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan gül formalı qızıl üzüyün və ya həmin əmlak olmadıqda onun dəyərinin, məhkəmə məsrəflərini təşkil edən 50 manat mediasiya rüsumunun və 104 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə faktik nikah münasibətinə girməklə ailə həyatı qurmuş, xx.xx.2011-ci il ta rixdə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladları vardır. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2. Cavabdeh ilə onun arasında olan rəsmi nikahın pozulması və uşaqların onun yanında qalmasının müəyyən edilməsi və cavabdehin aliment öhdəliklərinin yaranması ilə bağlı xx.xx.2023-cü il tarixli Yevlax Rayon Məhkəməsinin qətnaməsi artıq qanuni qüvvəsini almışdır. İddiaçının cavabdehə qarşı qızıl-zinət əşyaları tələbini irəli sürmüşdür. Belə ki, cehiz əşyalarını götürən zaman, qızıllarını tələb etməyinə baxmayaraq, qızılları ona qaytarılmamışdır. Lakin, o, ötən müddət ərzində, yenə də cavabdehə dəfələrlə sifarişlər göndərərək qızıllarının qaytarılmasını tələb etmişdir. Cavabdehdən təlb etdiyi qızıl-zinət əşyalarının siyahısı və qiyməti aşağıdakı kimidir: b adam formalı qızıl sırğa – üzük dəsti – 17 qram çəkidə, 585 əyarlı Rusiya istehsalı, qiyməti 1870 manat, mafioz qızıl sep – 40 qram çəkidə 585 əyarlı Rusiya istehsalı, qiyməti 4400 manat, tək qaşlı qızıl üzük - 6 qram çəkidə. 585 əyarlı Rusiya istehsalı, qiyməti 660 manat, gül formalı nişan üzüyü - 9 qram çəkidə, 585 əyarlı Rusiya istehsalı, qiyməti 990 manat, gül formalı üzük - 5 qram çəkidə, 585 əyarlı Rusiya istehsalı, qiyməti 550 manat. İddia tələbinin predmetini təşkil edən qızılzinət əşyalarının hər biri cavabdehin ailəsi tərəfindən ona toy hədiyyəsi olaraq bağışlanmışdır, o cümlədən iddiaçının ayrıca xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh iddia ərizəsinin predmeti olan 5 adda qızıl əşyalarını ondan icazəsiz girov qoyub pul götürmüş və götürdüyü pul məbləğini borclarına ödəmişdir. Cavabdehin həmişə mənbəyi məlum olmayan borcları olurdu və onların ailəsi də bu kimi səbəblərdən dağılmışdır. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirici rəyinə əsasən, badam formalı sırqa-üzük dəsti – 17 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 17 qr.çəkidə olan qızılın qiyməti – 1870 manat, mafioz sep – 40 qram qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 40 qr.çəkidə olan qızılın qiyməti 4400 manat, tək qaşlı üzük - 6 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 6 qr.çəkidə olan qızılın qiyməti 660 manat, gül formalı nişan üzüyü 9 qr.çəkidə, 585 əy arlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 9 qr.çəkidə olan qızılın qiyməti 990 manat, gül formalı üzük - 5 qr.çəkidə, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 5 qr.çəkidə olan qızılın qiyməti 550 (beş yüz əlli) manat, ümumilikdə 8470 manat təşkil edir.
6. Yevlax Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(039)-405/2025 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuşdur.
7. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. İddiaçı ailə qurduqdan sonra Yevlax rayonu, Aran qəsəbəsinə cavabdehə məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçıya badam formalı qızıl sırğa-üzük, mafioz qızıl sep, tək qaşlı qızıl üzük, gül formalı qızıl nişan üzüyü, gül formalı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi təmin edilməli, qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda, həmin qızıl-zinət əşyalarının dəyəri olan 8.470 manat cavabdehdən tutularaq iddiaçı verilməlidir.
9. Məhkəmə bu qənaətə gələrkən, iddia tələbində olan qızılların birgə nikah dövründə mövcudluğu barədə izahatını, həmçinin qızıl-zinət əşyalarının birgə yaşayış meyarı üçün satılmadığını nəzərə almışdır.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh bu barədə sübut təqdim etməmişdir. Bu barədə sübutun yer almaması izahatının sübut edilməməsi anlamına gəlir.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 225.2-ci, Ailə Məcəlləsinin 32.1 və 34.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, toyda valideynləri və onun tərəfindən hədiyyə olaraq iddiaçıya bir neçə adda qızıl-zinyət əşyası alınmışdır. Lakin həmin qızıl-zinyət iddia ərizəsində qeyd edilən qiymətdən çox aşağı qiymətə alınmışdır ki, iddiaçı bunun əksi olaraq həmin qızılların qiymətini və qramını iddia ər izəsində şişirdilmiş şəkildə göstərmişdir. İddiaçı iddia ərizəsində cehiz əşyalarını apararkən qızıl əşyalarını tələb etməsini qeyd etmişdir. Bununla bağlı qeyd etmişdir ki, cehiz əşyalarının aparılması zamanı onun qızılları tələb etməsi tamamilə əsassızdır. Çünki qeyd edilən qızıllar ailəli olduqları vaxtda onun razılığı ilə “Accesbank”ın Mingəçevir filialına girov qoyularaq pul götürülmüşdür ki, həmin pul isə ailə üçün xərclənmişdir. İddiaçının razılığı olmadan həmin qızılların götürülərək girov qoyulması mümkün deyil. Çünki qızıllar 2017-2018-ci illərdə girovda olmuşdur ki, həmin vaxt onlar bir yerdə yaşayırdılar və birgə təsərrüfatı idarə etmişlər. Qızıllar həmişə iddiaçının özündə olmuşdur və onun razılığı olmadan xəbərsiz onları banka girov qoymağı mümkün deyil. Həmin vaxt maddi və ziyyətləri yaxşı deyildi və ailənin pula ehtiyacı var idi. Onlar da razılaşmışlar ki, qızılları girov qoyub bankdan pul götürsünlər və belə də etmişlər. Sonradan qərara gəlmişlər ki, hər ay banka kredit ödənilməsi müəyyən çətinliklər yaradır və bu səbədən Bank işçisi Natiq adlı şəxsin köməkliyi ilə qızılları götürüb Gəncə şəhərində sataraq banka olan borclarını bağlamışlar və yerdə qalan 180 manata isə evə bazarlıq etmişlər. Həmin vaxt iddiaçı onunla birlikdə olmuş və bankdan qızıllar onun razılığı ilə götrülərək onun iştirakı ilə satılmışdır. Lakin Natiq adlı şəxsi tapa bilmədiyindən onun şahid olaraq məhkəmə iclasına dəvət edə bilməmişdir. Yəni iddia ərizəsində qeyd edildiyi kimi qızılları o icazəsiz satmamış, nun özünün razıllığı ilə iştirakı ilə satılmışdır. Qızıl-zinyət əşyaları nikah pozulndan bir neçə il əvvəl satılmışdır. Eyni zamanda qeyd edilmişdir ki, guya qızıl-zinyət əyaları girov qoyulub pul götrülərkən onun xəbəri olmamışdır. Bu tamamilə əsassızdır, çünki qızıllar daimi olaraq iddiaçının özündə olmuşdur və onun razılığı ilə girov qoyulub, sonra isə satılmışdır. Bununla bağlı bankda sənədlər var və məhkəmə sorğusu əsasında həmin sənədlər tələb olunaraq alınarsa iddiaçının qızılların satılması barədə ərizəsi də ortaya çıxacaq. Qızıllar satılandan sonra bir neçə il ailə olaraq bir yerdə yaşayıb təsərrüfatı idarə etmişlər və bu müddət ərzində bir dəfə də olsa, qızılları tələb etməmişdir. Çünki öz təklifi ilə qızıllar satılmışdır. Guya qızıl-zinyət əyaları qaynanasında və qaynatasında olmuşdur. Bu mümkün olmayacaq bir haldır. Onlar tamamilə valideynlərindən ayrı o laraq yaşamışlar və qızıllar da özündə olmuşdur. Qızılların onun valideynlərində olması həqiqəti əks etdirmir. Məhkəmə işə baxarkən tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, cavabdeh məhkəmə iclasında qızıl-zinyət əşyalarının “Acces Bank”ın Mingəçevir filialına girov qoyularaq birgə nikah dövründə ailənin maddi tələbatı üçün pul götürdüklərini iddia etməsinə baxmayaraq, məhkəmə bununla bağlı banka heç bir sorğu ünvanlamamışdır. Çünki sorğu əsasında həqiqətən də qızılların girov qoyularaq bankdan kredit götürüldüyü və sonradan iddiaçının razılıq ərizəsi əsasında bankdan götürülərək satıldığı müəyyən ediləcəkdi. Lakin bu hal məhkəmə tərəfindən araşdırılmamışdır.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-628/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hak imlər Elman İsayev sədrlik edən, məruzəçi, Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh qızılların satılmasında iddiaçının razılığını ifadə edən imzalı sənədlərin olduğunu və məhkəməyə təqdim edəcəyini bildirsə də, həmin sübutları təqdim edə bilməmiş, bundan başqa məhkəmə araşdırması zamanı cavabdeh ziddiyətli izahatlar vermişdir ki, bu hallar da iddiaçının xeyrinə həll olunması üçün əsasdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci, Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələrinə istinad etməklə əsasland ırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Çünki hərbiçidir və xidmətlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməmişdir. Lakin məhkəmə teleqramı nəzərə almamış və məhkəmə iclasını təxirə salmamışdır. Halbuki, məhkəməyə təqdim etmək üçün sübutları var idi. Bu səbəbdən Şəki Apellyasiya məhkəməsinə sübutlarını təqdim edə bilməmişdir. Həmin sübutları Ali məhkəməyə təqdim edərək araşdrılmasını xahiş etmişdir. Təqdim edilən təhvil-təslim aktlarında banka girov qoyulan və iddiaçıya məxsus olan qızılların siyahısı, əyyarı, çəkisi və qiyməti göstərilmişdir. Həmin sənədləri bankdan özü əldə etmiş və məhkəmə iclaslarında vəsatət verməsinə baxmayaraq, məhkəmə banka sorğu göndərməmişdir. Buna görə də, sübutları Yevlax rayon məhkəməsinə təqdim edə bilməmişdir. Həmin sübutların araşdrılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan i stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
24. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. İddiaçı ailə qurduqdan sonra Yevlax rayonu, Aran qəsəbəsinə cavabdehə məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçıya badam formalı qızıl sırğa-üzük, mafioz qızıl sep, tək qaşlı qızıl üzük, gül formalı qızıl nişan üzüyü, gül formalı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, əksi sübuta yetmədiyi üçün iddia təmin edilməli, qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda, həmin qızıl-zinət əşyalarının dəyəri olan 8.470 manat cavabdehdən tutularaq iddiaçı verilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən, iddia tələbində olan qızılların birgə nikah dövründə mövcudluğu barədə izahatını, həmçinin qızıl-zinət əşyalarının birgə yaşayış meyarı üçün satılmadığını nəzər ə almışdır. Cavabdeh bu barədə sübut təqdim etməmişdir. Bu barədə sübutun yer almaması cavabdehin izahatının sübut edilməməsi anlamına gəlir.
38. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyun 2025-ci il tarixli, 2(107)-628/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.