Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3088/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı «Azəriqaz» İb-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(106)-447/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «Azəriqaz» İstehsalat Birliyinin (bundan sonra iddiaçı təşkilat) Lənkəran RQİİ-nin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran şəhəri, Koroğlu küçəsi 59 ünvanında yerləşən ona məxsus «İnnovasiya» xidmət mərkəzi qarşısından keçən D-57 mm-lik, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin L=12 pm hissəsinin və mühafizə zonasının Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən metlaxla örtülməsi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı təşkilat cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddiaçı təşkilata məxsus X2 İstismarı İdarəsinin Lənkəran ray onu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran şəhəri, Koroğlu küçəsi 59 ünvanında yerləşən, cavabdehə məxsus «İnovasiya» xidmət mərkəzinin qarşısından keçən D-57 mm-lik, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin mühafizə zonasının cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383, VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq «Azəriqaz» İB-nin Lənkəran RQİİ-nin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran şəhəri, Koroğlu küçəsi 59 ünvanında yerləşən ona məxsus «İnnovasiya» xidmət mərkəzi qarşısından keçən D-57 mm-lik, orta təzyiqli,yerüstü, daşıyıcı qaz kəmərinin L=12 pm hissəsinin və mühafizə zonasının tərəflərindən metlaxla örtülməsi müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13cü yarımbəndinə əsasən «Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir». Həmin Qaydalara əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 metr müəyyən edilmişdir. Tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Buda qaz kəmərində baş verə biləcək hər hansı sızma və yazədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb olur. Cavabdeh tərəfin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qaz kəmərinin üstünü örtməsi və mühafizə zonasını pozması fiziki şəxslərin həyatı və sağlamlı ğı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də daşıyıcı qaz kəmərinin mühafizə zonası cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməlidir. «Azəriqaz» İB Lənkəran RQİİ tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin qaz kəmərinin mühafizə zonasından 5 gün müddətində şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək adı çəkilən qanunsuz tikili hazırkı vaxtadək mühafizə zonasından sökülüb çıxarılmışdır. 4. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində Lənkəran şəhəri, Koroğlu küçəsi 59 ünvanında yerləşən cavabehə məxsus «İnnovasiya» xidmət mərkəzi qarşısından keçən orta təzyiqli, yerüstü d-57 mm-lik qaz kəmərinə baxış keçirildi. Baxış zamanı həmin kəmərin L=12 pm hissəsinin üstünün qanunsuz olaraq beton və metlaxla örtüldüyü müəyyən edilmişdir. 5. 19.08.2021-ci il tarixli xəbərdalıq məktubuna əsasən Lənkəran şəhəri, Koroğlu küçəsi 59 ünvanında yerləşən, “İnovasiya” xidmət mərkəzi qarşısından keçən orta təzyiqli, daşıyıcı yerüstü d-57 mm-lik qaz kəmərinin L=12 pm hissəsinin və mühafizə zonasının metlaxla ötürülməsi və qaz kəmərinin müəyyən hissəsinin metlaxın altında qalması müəyyən edilmişdir. İnşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qaz kəmərinə vaxtında texniki xidmət göstərilməsinə və yarana biləcək qaza hallarının aradan qaldırılmasına çətinlik yaranmasına səbəb ola bilər. Qaz kəmərinin mühafizə zonasında və üzərində tikilinin inşa olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinin kobud surətdə pozulması deməkdir.
6. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2175 nömrəli ekspert rəyinə əsasən Lənkəran şəhəri, Koroğlu küçəsi 59 ünvanında yerləşən “İnovasiya” Xidmət mərkəzinin binasının qabaq divarının birbaşa qarşısı ilə pilləkənin altına salınmaqla, binanın uzununa boyunca diametri 57 mm-lik qaz kəmərinin keçdiyi müəyyən edilir. Lənkəran şəhəri, Koroğlu küçəsi 59 ünvanında yerləşən “İnovasiya” Xidmət mərkəzinin bin asının qabaq divarının birbaşa qarşısı ilə pilləkənin altına salınmaqla, binanın uzununa boyunca diametri 57 mm-lik qaz kəmərinin keçdiyini nəzərə aldıqda, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən “İnnovasiya” Xidmət mərkəzinin binası həmin qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil etmişdir.
7. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: R.Məmmədov), iddia təmin edilməmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı təşkilatın Lənkəran RQİİ-nin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan Lənkəran şəhəri, Koroğlu küçəsi 59 ünvanında yerləşən cava bdehə məxsus «İnovasiya» xidmət mərkəzi qarşısından keçən D-57 mm-lik, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin 12 paqonometr hissəsi və mühafizə zonasının həmin mərkəzində qarşısında olan beton pilləkanın altında yerləşir. Qeyd olunan hallar Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2175 nömrəli ekspert rəyi ilə təsdiq edilməklə işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı onunla əlaqədardır ki, iddiaçı D-57 mm-lik, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin 12 paqonometr hissəsi və mühafizə zonasının qanunsuz olaraq cavabdeh tərəfindən beton ötrüklə və metlaxla örtüldüyünü, cavabdeh isə həmin hərəkətlərin onun tərəfindən deyil, qaz xəttini çəkən əməkdlar tərəfindən edildiyini bildirir. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın.
9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, şəhərlərdə, qəsəbələrdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. Hazırki işin hallarından müəyyən olunur ki, ünvan 1 ünvanda orta təzyiqli qaz kəməri ixtisaslaşdırılmış layihə təşkilatı tərəfindən cavabdehə məxsus «İnovasiya» xidmət mərkəzinin qarşısında olan beton pilləkanın altından keçirilmişdir. İddiaçı qaz kəmərinin mühafizəsi zonasının cavabdeh tərəfindən betonla ötrüldüyü və həmin borunun cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməsi tələb edilsə də lakin məhkəmə araşdırması zamanı qaz kəmərinin məhz ixtisaslaşdırılmış layihə təşkilatı tərəfindən çəkildiyi şahidlərin ifadələri ilə təsdiq edilir. Digər tərəfən iddiaçıya həmin boru kəmərinin əvvəlki vəziyyətini təsdiq edən lahiyə sənədlərinin məhkəməyə təqdim edilməsi təklif olunsa da, sonuncu həmin sənədləri məhkəməyə təqdim etməmişdi r.
10. Məhkəmə bu qənaətə gələrkən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaların”-a, MPM-nin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı təşkilat apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-447/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Heydərov Tofiq (sədrlik edən və məruzəçi), Əsədov İlham və Mayılov Samir) apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın təmin olunmasına dair yeni qətnamənin qəbul olunması qət edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı təşkilatın cavabdehə qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən şahidlərin ifadələrini tələbin əsassız olması və rədd edilməsinə yönələn əsas kimi qiymətləndirmiş, ekspert rəyini isə tələbin təmin edilməsinə yönələn əsas kimi qiymətləndirməmişdir. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsində prosessual fəallıq göstərməmiş, təqdim olunmuş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verməmiş, nəticədə iddia tələbini təmin etməməklə qəbul etdiyi qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır.
14. Məhkəmə iddia üzrə ekspertiza təyin edərkən cavabdeh tərəfindən inşa edilmiş iaşə obyektinin X1 məxsus 57 MM-lik, orta təzyiqli, daşıyıcı qaz kəmərinin sahəsində yerləşib-yerləşməməsini müəyyən etməyə çalışmışdır. Halbuki iddiaçı iddiasında cavabdehin qaz xəttinin mühafizə zonasının pilləkənlər inşa olunaraq metlaxla örtülməsi nəticəsində qaz sızmanın və həyat üçün təhlükəli olan partlayışın baş verməsinin qarşısının alınması, həmçinin qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirdiyini iddia etmiş, iş materiallarına cavabdeh tərəfindən qaz boru xəttinin üzərində pilləkənlərin hörülməsi və üzərinin metlaxlarla örtürülməsini təsdiq edən foto şəkilləri əlavə etmişdir. İşin bu halı cavabdeh tərəfindən (işin mübahisəsiz halıdır.) mübahisələndirilməmiş, mübahisələndirilən isə Azəriqaz istehsalat birliyinin əməkdaşları tərəfindən sonradan yəni pilləkənlərin hörülməsindən sonra qaz boru xəttinin pilləkənlərin altından keçirilməsi halıdır ki, hansı ki, cavabdeh bu halın təsdiqi barədə nə birinci instansiya nə də, ki, apellyasiya icraatı zamanı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi qeyd olunan hallara prosessual qanunvericiliyin tələbi baxımından hüquqi qiymət verməmişdir.
15. Kollegiya qeyd etmişdir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizli k tədbirləri qaydaları”-nın 3.4-cü bəndinə əsasən “Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Hal-hazırkı mübahisədə isə qaz xəttinin mühafizə zonasının pilləkənlər inşa olunaraq metlaxla örtülməsi, qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Buda qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın hav aya sovrulması, həyat üçün təhlükəli olan partalayışa səbəb olması, həmçinin kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməsinin qarşısını alır. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, o, qaz xətti üzərindəki süni maneələri, yəni quraşdırılmış pilləkələrin və onun üzərində örtülmüş metlaxların sökülərək qaz xətti üzərində yaranan maneənin aradan qaldırılmasını tələb edir ki, gələcəkdə baş verə biləcək hər hansı bir hadisə zamanı təcili müdaxilə etmək mümkün olsun. Qeyd olunanlara kollegiya məcmu halda qiymət verərək hesab etmişdir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın tələbləri baxımından, qaz xətti üzərində yerləşən pilləkən və onun üzərinə örtülmüş metlaxlar sökülərək qaz boru xətti açıq görünən vəziyyətə gətir ilməklə əvvəlki vəziyyət bərpa olunmalıdır.
16. Məhkəmə kollegiyası öz mövqeyini MM-in 6.1,152.1,180.1,560.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylıqərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları 1.2,1.4,2.11,2.13,3.2-ci,Mülki Prosessual Məcəllənin 77.1,14.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil və nümayəndəsi Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 100.4 manat dövlət rüsumunun habelə 102 manat ekspertiza xərcinin iddiaçı təşkilata aid edilməsi və kassasiya şikayəti verilməs i üçün ödənilmiş 50.4 manat dövlət rüsumunun və iddiaçıdan tutularaq cavabdehin nümayəndəsi Nümayəndə2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli qaz boru kəmərinin üzərində hər hansı tikinti və ya quraşdırma işləri aparılmamış. Bu hal tərəflərin izahatları, şahid ifadələri, fotoşəkillər və digər materiallarla təsdiqini tapmışdır. Cavabdehin qaz boru kəmərinin üzərində pilləkan inşa edərkən iddiaçı təşkilata zərər vurması, onun əməlinin qanuna zidd olunması və cavabdehin qanuna zidd əməli ilə nəticəsi arasında səbəbli əlaqəsi olması işin nəinki mötəbər sübutları ilə ümumiyyətlə sübuta yetirilmədiyindən, iddiaçının cavabdehdən qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilm əsini tələb etməkdə haqlı deyildir.
19. Məhəllələrarası qaz kəmərlərinin çəkilməsinin həm yeraltı, həmdə yerüstü, habelə dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə aparıla bildiyi halda, qaz idarəsinin əməkdaşları 2015-ci ildə qanunsuz olaraq qaz borusunu pilləkənin altından salmışlar. Cavabdeh 20 ildən çoxdur ki, yaşadığı fərdi yaşayış evinin mübahisəli pilləkəninə heç bir müdaxilə etməmiş və sonradan pilləkəninin altına salınan və hələ üstəlik cavabdehin özünə metlaxların sökülməsi ilə ziyan vuran qaz idarəsinə heç bir narazılıq belə etməmişdir.
20. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qə bul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə etiraz verərək, əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi;
22. Maddə.6.1. Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqlar ın məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir.
23. Maddə. 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
24. Maddə.152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə.180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə.560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqs ədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın: 1.2. Bu Qaydalar şəhərlərin, qəsəbələrin və yaşayış məntəqələrinin ərazisində qaz kəmərlərini və qaz kəmərlərindəki qurğuları, qazdan xammal kimi istifadə edən sənaye müəssisələrinə təbii qaz verən qəsəbələrarası qaz kəmərlərini, habelə mayeləşdirilmiş qazdoldurma məntəqələrini, təbii qazdan neftlə birlikdə çıxarılan, mayeləşdirilmiş karbohidrogen qazlarından yanacaq kimi istifadə edilməsini layihələndirən, tikən,quraşdıran və istismar edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün məcburidir. 27. 1.4. Şəhərlərdə, qəsəbələ rdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. 28. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağ andır: 29. a) hər hansı tikinti və ya quraşdırma işləri 30. 2.13. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 31. 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, 32. kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razıdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 3.4-cü bəndinə əsasən “Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrar ası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Hal-hazırkı mübahisədə isə qaz xəttinin mühafizə zonasının pilləkənlər inşa olunaraq metlaxla örtülməsi, qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Buda qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması, həyat üçün təhlükəli olan partalayışa səbəb olması, həmçinin kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməsinin qarşısını alır.
37. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir.
38. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublik ası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2023-cü il tarixli, 2(106)-447/2023 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.