Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3088/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X2 mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiаçı İddiaçı Cavabdeh qarşı (X2 mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zəbt olunmuş to rpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-537/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qərardadından Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 9 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Ağdaş Məhkəməsinə müraciət edərək, ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli çıxarışa əsasən iddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən 1,3957 hektar torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını хаhiş еtmişdir.
2. Məhkəmə tərəfindən X2 mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(014)13/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia qismən təmin edilmiş, ********** qeydiyyat nömrəli, 4 dekabr 2023-cü il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən 1,3957 hektar torpaq sahəsinin 0,29 ha hissəsindən cavabdehin çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi barədə qətn amə qəbul olunmasını xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-537/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Taleh Musayev və Elçin Mehdiyev) cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
6. Qətnamədən cavabdeh (Vəkil) xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107 )-537/2025 nömrəli, 7 avqust 2025-ci il tarixli qərardadı ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Elman İsayev və Taleh Musayev) apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh (nümayəndə və Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmış, cavabdehə bu qərarın rəsmi qaydada təqdim edilməsindən sonra 10 günlük müddət ərzində kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq (ötürülmüş müddətin bərpasına dair ərizə əlavə edilməklə) yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
8. Cavabdeh (Vəkil) 12 avqust 2025-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yenidən kassasiya şikayəti vermiş və şikayətə kassasiya şikayəti verilməsi müddətinin bərpası ba rədə ərizə əlavə etmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizəni onunla əsaslandırılmışdır ki, onun apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinə səbəb bu ilin may ayının 22-də təsərrüfatında olan xırdabuynuzlu heyvana helmintar əleyhinə preparat verərkən qoyun tərəfindən sağ əlinin ikinci barmağını dişlənərək zədələnməsi və bu səbəbdən qoyun və keçilərin kontagioz ektiması adlanan iti gedişli virus xəstəliyinə düçar olmasıdır. Xəstəliyi səbəbindən o, nümayəndəsi və vəkili olduğu cavabdehə qətnamənin elektron məhkəmə sisteminə yüklənməsi barədə xəbər verə də bilməmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-537/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qərardadı ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Elman İsayev və Taleh Musayev) apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh (nümayəndə və Vəkil) tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, kassasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və 2 ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı günd ən başlanır. İşdə olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilmişdir ki, mübahisəli qətnamə 22 may 2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin ilkin kassasiya şikayəti 28 iyul 2025-ci il tarixdə, ötürülmüş müddətin bərpasına dair ərizənin də əlavə edildiyi kassasiya şikayəti isə 12 avqust 2025-ci il tarixdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır.
12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, müddətinin bərpa olunması barədə tələbin prosessual hüquqi əsasını təşkil edən Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştir ak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin üzürlü halı kimi 2025-ci ilin may ayının 22-də təsərrüfatında olan xırdabuynuzlu heyvanın sağ əlinin ikinci barmağını dişləməsi, bu səbəbdən qətnamənin elektron kabinetinə yüklənməsi barədə hüquqlarını müdafiə etdiyi cavabdehə məlumat verə bilməməsinə istinad etsə də, bu həmin hadisədən sonrakı iki aylıq müddət ərzində qətnamədən kassasiya şikayətinin verilməsinə maneçilik törədə bilən hal kimi şərh edilə bilməz. Belə ki, cavabdehin vəkilinin barmağının zədələnməsi qətnamədən şikayətin verilməsi müddətinin başa çatdığı sonuncu günlərdə deyil, qətnamənin ona rəsmi qaydada t əqdim edildiyi ilk günə təsadüf etməklə, qətnamədən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş son günlərdə cavabdehin nümayəndəsi və vəkilinin səhhətində bununla əlaqədar ağırlaşma halının olması müəyyən edilməmişdir.
14. Məhkəmə kollegiyası iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
15. Son olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh (nümayəndə və Vəkil) prosessual müddətin bərpası haqqında ərizədə qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xah iş etsə də, müddətin buraxılması səbəbinin üzürlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.
16. Məhkəmə kollegiya həmçinin hesab etmişdir ki, hazırkı ərizədə göstərilənlər, Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qərardaddan cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayəti verilməsi üçün bur axılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini və kassasiya şikayətinin qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti dəlilləri kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə oxşar məzmunda olmuş, əlavə olaraq qeyd edilmişdir ki, prosessual müddət üzürlü səbəbdən buraxıldığından bərpa edilməsinə dair ərizəyə əlavə etdiyi tibbi arayışdan və fotoşəkillərdən aydın görünür ki, apellyasiya instansiyası məhkəməsinin 21 may 2025-ci il tarixli qətnaməsindən vəkil kimi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürməyinə səbəb 2025-ci ilin may ayinin 22-də təsərrüfatımda olan xırdabuynuzlu ev heyvanına helmintlər əleyhinə preparat verərkən qoyun tərəfi ndən sağ əlinin 2-ci barmağının dişlənərək zədələnməsi və bu səbəbdən qoyun və keçilərin kontagioz ektimasi adlanan iti gedişli virus xəstəliyinə düçar olmağıdır. Virus xəstəliyinin fəsadları nəticəsində sağ əl barmaqlarının hərəkəti məhdudlaşdığından qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. İşin bu faktiki halından aydın görünür ki, iş üzrə qətnamədən kassasiya şikayətinin verilməsi ilə əlaqədar cavabdehin vəkili kimi onun tərəfindən qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddət üzürlü səbəbdən buraxılmışdır. Belə ki, sağ əlinin barmaqlarının hərəkətsizliyi qətnamədən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayətinin tərtib olunmasına mane törətməklə məhdudiyyətlər yaranmasına səbəb olmuşdur. Bununla da, məhkəmə öz qərarda dı ilə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi qənaətinə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini, cavabdeh tərəfin Konstitusiya və digər qanunlarla qorunan hüquqlarını pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
20. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
21. Maddə 10-1.3. Kommersiya mübahisəl əri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin bura xılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
26. Maddə 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin m übahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
28. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
29. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
30. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsin in aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Cavabdehin nümayəndə və Vəkil apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
40. Qeyd olunmalıdır ki, cavabdeh (Vəkili Vəkil) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə oxşar məzmunda əsaslandırmışdır.
41. Lakin apellyasiya inst ansiyası məhkəməsinin də qeyd etdiyi kimi, mübahisəli qətnamə 22 may 2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin ilkin kassasiya şikayəti 28 iyul 2025-ci il tarixdə, ötürülmüş müddətin bərpasına dair ərizənin də əlavə edildiyi kassasiya şikayəti isə 12 avqust 2025-ci il tarixdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil isə qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin üzürlü halı kimi 2025-ci ilin may ayının 22-də təsərrüfatında olan xırdabuynuzlu heyvanın sağ əlinin ikinci barmağını dişləməsi, bu səbəbdən qətnamənin elektron kabinetinə yüklənməsi barədə hüquqlarını müdafiə etdi yi cavabdehə məlumat verə bilməməsinə istinad etsə də, bu həmin hadisədən sonrakı iki aylıq müddət ərzində qətnamədən kassasiya şikayətinin verilməsinə maneçilik törədə bilən hal kimi şərh edilə bilməz.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüy ü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənara çıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
43. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 44. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhə dində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
46. Burax ılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin özünün xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdehin nümayəndə və Vəkil isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin ona təqdim olunmasından, həmçinin xəstələndiyi xx.xx.2025-ci il tarixdən 2 ay 20 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.
47. Göründü yü kimi cavabdehin nümayəndəsi və vəkili Vəkil, xəstəliyi zamanı tapşırıq müqaviləsi üzrə vəkalət alan şəxs kimi üzərinə düşən öhdəliyini şəxsən icra edə bilmədikdə hüquqi xidmətin göstərilməsini cavabdehin razılığı ilə başqa vəkilə həvalə etmək imkanına malik olduğundan, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 ay müddəti üzürlü səbəb olmadan ötürmüşdür.
48. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq no rmalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-537/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.