Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3089/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-576/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Lənkəran ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 1333 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surətinə əsasən Lənkəran şəhəri, şəhid Etibar Əliyev küçəsi, ev 13 ünavnında yerləşən **********47-10301 reyestr nömrəli fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur.
2. Lənkəran şəhəri, şəhid Etibar Əliyev küçəsi, ev 13-də yerləşən 0.10343 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. 3. ünvan 1 ünvanında yerləşən 0.02449 ha t orpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbində dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 qanunsuz olaraq zəbt etdiyi ünvan 2 ünvanında yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi və cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi, cavabdeh X2 mülkiyyətində olan Lənkəran şəhəri X6, 40a ünvanında yerləşən torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ün vanında yerləşən torpaq sahəsi arasında olan daş hasarın sökülməsi və onun üzərində tikinti işlərinin aparılmasının cavabdeh X3 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında ona məxsus olan 0.10343 ha torpaq sahəsində qeyri-yaşayış binası var. Bu xüsusat adına verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin torpaq sahəsinin sağ tərəfi olan hissəsindən uzun müddətdir ki, qanunsuz zəbt edərək istifadə edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət etmiş, adına çıxarış alarkən onlar gəlib torpaq sahəsini göstərmişlər və bir daha məlum olmuşdur ki, ona məxsus torpaq sahəsini cavabdeh zəbt edərək öz torpaq sahəsi kimi istifadə edir və orada qanunsuz tikinti işləri aparır. Ondan qanunsuz zəbt etdiyi torpaq sahəsini buraxmasını tələb etdikdə isə qanunsuz olaraq zəbt etmiş olduğu torpaq sahəsini buraxmaq istəmir. Cavabdeh onun tələblərinə əhəmiyyət verməyərək qanunsuz hərəkətlərini davam etdirir. Cavabdeh nəinki, ona məxsus torpaq sahəsini zəbt edib, eyni zamanda ona məxsus torpaq sahəsində qanunsuz tikinti işləri də aparmışdır. Belə ki, cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsində tövlə tikib və indi isə orada özləri üçün qeyri-yaşayış binası tikirlər.
6. Məhkəmə baxışında cavabdeh X4 iddia tələbini qəbul etmədiyini və tələbin rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi Manafov Kamil Camaləddin oğlu izahatında b ildirmişdir ki, iddiaçı mövcud olan daş hasarın yerində tikinti işləri həyata keçirməlidir. Lakin hazırkı mübahisə olduğundan tikinti işlərini apara bilmir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi 12 dekabr 2022-ci il tarixli 10/7866 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahələrinin sərhədində 50-60 sm enində, 20 metr uzunluğunda olan daş hasarın yerləşməsi müəyyən olunmuşdur. Tərəflərin sözügedən torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsi mübahisəli daş hasarın yerləşdiyi hissədə üst-üstə düşür. Buna görə də tərəflərin torpaq sahələrinin sərhədində yerləşən 50-60 sm enində, 20 metr uzunluğunda olan mübahisəli daş hasarın tam olaraq hansının mülkiyyətində olan torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
9. Lənkəran Rayon Məhkəməsinin 2(049)-697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddianın qismən təmin edilərək, cavabdeh X2 mülkiyyətində olan Lənkəran şəhəri X6, 40a ünvanında yerləşən torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi arasında olan daş hasarın sökülməsi və onun üzərində tikinti işlərinin aparılmasının cavabdeh X3 qadağan edilməsi, iş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 311 manat və 95 manat pul İddiaçı özünə aid edilmişdir. İddia qalan hissədə rədd edilmiş, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin cavabdeh X1 tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir.
10. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.4-cü maddələrinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəm ə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-576/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)697/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim olunmuş ekspert rəyinə əsasən iddiaçı ilə cavabdehin arasında mübahisə edilən qonşu sərhəd hesab edilən 50-60 sm enində, 20 metr uzunluğunda olan daş hasar mövcuddur və sözügedən torpaq sahələri üzərində xü susi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh X2 mülkiyyətində olan Lənkəran şəhəri X6, 40a ünvanında yerləşən torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi arasında olan daş hasarın sökülməsi və onun üzərində tikinti işlərinin aparılması cavabdeh X3 qadağan edilməlidir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu və Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 170.2, 176.1, 176.2, 176.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam rədd olunmasını xahiş etmişdir.
17. Kassator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 176.3 və MPMnin 372.7-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Kasasiya şikayətin dəliləri apelyasiya şikayətinin dəliləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməs ini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlü klə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərd ə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 176.1 Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranma sın. Maddə 176.2 Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Maddə 176.3 Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi i lə sərhədi məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2 Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
1. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, qanunvericilikdə mülkiyyət hüququnun məhdudlaşdırılması şərtləri müəyyən edilmişdir. Bu cür məhdudlaşdırmanın əsaslarından biri qonşuluq münasibətlərindən irəli gələn qarşılıqlı təsirlərlə bağlı mənafelərdir. Bu baxımdan tərəflərin arasında yatanmış mübahisə Mülki Məcəllənin 8-ci fəslinin müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin həmin fəslinə aid 176.2-ci maddəsinə əsasən, nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
2. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normaya əsasən təhlil etmiş və müəyyən olunmuş hallarına uyğun əsaslandırılmış nəticəyə gəlmişdir.
3. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki pros essual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
4. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
5. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şi rvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-576/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.