Məhkəmə qərarları › İş №2(102)-3091/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3091/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3091/2020 20.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı XXXoğlu Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: pulun qaytarılması və zərərin tutulması Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2075/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı XXXoğlu (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 40000 manat məbləğində borcun, 2000 manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)350/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 40000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi, iddinın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki koll egiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) 2(104)-2075/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və N.Quliyev) birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslı hesab edilmiş, cavabdehlərin apelyasiya şikayəti təmin olunmamış, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. Kassasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edilmişdir. Ərizəsində iddiaçı hazırkı iş üzə cavabdehlərə qarşı iddia tələbindən imtina etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını və imtinasının qəbul edilib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-ə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddi adan imtina etmə yazılı formada ifadə edilməlidir. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv e dib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 52.1, 191.2, 261.0.4, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən notarial qaydada təsdiq edilməklə imzalanaraq məhkəməyə təqdim edilmiş iddiadan imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXXoğlunun iddiadan imtinası qəbul edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2075/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı XXX oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun qaytarılması və zərərin tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar