Məhkəmə qərarları › İş №2(102)-3093/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3093/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3093/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2830/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2000-ci il təvəllüdlü olmaqla, anası X1 himayəsində, nənəsi X7 və bacısı X2 ilə yaşamışdır.

2. Cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı anasını, nənəsini və bacısını itirmişdir. Belə ki, 28 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Keşlə qəsəbəsi Ə.Əzimzadə küçəsi 23/1-də yerləşən mənzildə yaşayan X7, X3 və azyaşlı X2 yatdıqları zaman dəm qazının təsirindən boğularaq ölmüşdür.

3. Aparılmış cinayət işi üzrə Bakı şəhəri Nizami rayonu Qaz İstismar sahəsinin 2 saylı Qaz istismar xidmətinin sahə ustası X10 tərəfindən işə vicdansız və laqeyd münasibət bəsləyərək vəzifə səlahiyyətlərini lazımi qaydada həyata keçirməyib təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəza ların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqcadan yerinə yetirilən tədbirlərin həyata keçirilməsinə, istismarda olan qaz kəmərlərinin, cihazların və qurğuların texniki vəziyyətinə nəzarətə, təbii qazın istifadəsindən hər hansı təhlükə yaranarsa, həmin an qazın nəqlini dayandırıb, müvafiq tədbirləri yerinə yetirməyə, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə bütün tədbirləri yerinə yetirməyə və qaz kəmərlərinin təftiş qrafikinin tərtibində iştirak edib, vaxtlıvaxtında qrafik üzrə təftişi yerinə yetirərək, nəticələri barədə akt tərtib etməyə cavabdeh şəxs olaraq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, səhlənkarlıq etməsinə görə 28 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Keşlə qəsəbəsi Ə.Əzimzadə küçəsi 23/1-də yerləşən mənzildə ya şayan X7, X3 və azyaşlı X2 yatdıqları zaman dəm qazının təsirindən ölmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-210/2010 nömrəli, 2 iyun 2010-cu il tarixli hökmü ilə cavabdeh təşkilatın əməkdaşı olmuş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 100.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırılmışdır ki, ailə üzv lərinin vəfat etməsi nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçı davamlı iztirab, sarsıntı keçirir. Cavabdehin işçisinin təqsiri üzündən iddiaçı ana qayğısından məhrum olmuş, bacı qayğısından da məhrum olmuşdur. Cavabdehin işçisinin vurduğu mənəvi zərərin ağırlığı üçqatdır. Çünki iddiaçı hər bir nəvənin sevimlisi olan nənə nəvazişindən də məhrum qalmışdır. Nizami Rayon Məhkəməsinin 1(007)-210/2010 nömrəli 2 iyun 2010-cu il tarixli qanuni qüvvə minmiş hökmü ilə müəyyən olunan hallar hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlığını ifadə etmək üçün əlavə sözlərə ehtiyac duyulmur. Şəxsin yaxı nlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. 6.. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim X8) xx.xx.2023-cü il tarixli, e2(011)-3777/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq cavabdehdən 75.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 315 manat dövlət rüsumunun alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

7. Birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının anası, bacısı və nənəsinin vəfatında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz doğma anası, bacısı və nənəsini itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində f ormalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən anasının, bacısının və nənəsinin ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

9. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.

10. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı mənəvi zərəri nəvələrinin yanğından aldıqları xəsarətlər nəticəsində tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərləri n daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir.

11. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının anasının, bacısının və nənəsinin dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

12. Məhkəmə bildirmişdir ki, iddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz anası, bacısı və nənəsini itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir.

13. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının anası, bacısı və nənəsinin ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, anası, bacısı və nənəsinin ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.

14. Məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 75.000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab etmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 82.4-cü maddəsinə istinadla istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkə məsindəki birinci icraat

16. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənəvi zərərə görə 75.000 manat məbləğində pul vəsaiti alınması ilə bağlı ümumiyyətlə iddiaçı tərəf iddia tələbini təsdiq edən heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmənin qətnaməsində də cavabdehdən 75.000 manat mənəvi zərərin alınaraq iddiaçiya ödənilməsi ilə bağlı heç bir əsaslandırma aparılmamış, hər hansı bir sübuta istinad edilməmişdir. Məhkəmə X6 təqsirli bilindiyi cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin Zaur Məstanovdan şikayət və tələbinin olmaması, ümumiyyətlə X6 mənəvi zərəri ödəyib-ödəməməs i hallarını yoxlamamış, qətnamədə bu məsələləri araşdırmamışdır. Hazırki qətnamə üzrə cavabdehdən tutulacaq mənəvi ziyanın məbləği gələcəkdə cavabdeh tərəfindən iddia qaldırılaraq X4 tələb oluna bilər. Bu da özlüyündə Zaur Məstanovun eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilməsinə səbəb olacaqdır.

18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6108/2023 nömrəli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C. Musayeva, G.T. Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin mübahisəsiz halları ilə müəyyən edildiyi kimi şübhəsiz ki, iddiaçının öz doğma anası, bacısı və nənəsini itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mənəvi ziyan tələbi ilə bağlı iddianı qismən təmin etməsini də düzgün hesab etmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz anası, bacısı və nənəsini itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir.

21. Məhkəmə kollegiyası apel lyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh İB-nin işçisi barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmaması, iddiaçının hazırki iddianı qaldırması və onun yaxın insanlarının ölümü nəticəsində mənəvi iztirab keçirməsini istisna etmir.

22. Bundan başqa kollegiya apellyasiya şikayətinin “hazırki qətnamə üzrə cavabdehdən tutulacaq mənəvi ziyanın məbləği gələcəkdə cavabdeh tərəfindən iddia qaldırılaraq X4 tələb oluna bilər. Bu da özlüyündə Zaur Məstanovun eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilməsinə səbəb olacaqdır” barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, X10 barəsində aparılan cinayət işi üzrə sonuncu heç bir mülki hüquqi məsuliyyətə cəlb edilməmişdir. Digər tərəfdən C avabdeh İB tərəfindən işçisinin ona vurduğu ziyan tələbi ilə sonradan öz işçisinə qarşı iddia qaldırması onun öz hüququdur. Onun öz hüququndan istifadə edib-etməməsinin hazırki iddia ilə hər hansı bir bağlılığı və hazırki iddianın əsassızlığına təsiri yoxdur.

23. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 21.2.,1096.1,1096.2,1097.1., 1099.1, 1099.2.-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəmə sinin Plenum Qərarına, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına,“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 82.4.-cü maddələrinə istinadla əsaslandırmışdır. c). Kassaiya instansiyası məhkəməsində birinci icraat

25. Cavabdeh (vəkil Nümayəndə Alisahib oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə oxşar əsa slandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının qəyyumu təyin olunmuş babası cavabdeh “Azəriqaz İB”-dən ümumilikdə 74.000 manat məbləğində pul vəsaiti almış və həmin pul vəsaitinin alınmasına əsas olmuş səbəblərdən biri də elə iddiaçının sağlamlığının qeydinə qalması, onu himayəyə götürməsi, iddiaçının ana və atasını itirməsi və s. hallar olmuşdur. Lakin görünən odur ki, qanuni nümayəndə təyin olunmuş baba nəvəsinin sağlamlığının qeydinə qalmır və vicdansızcasına nəvəsinin adından təkrarən “Azəriqaz İB”-yə qarşı qanuni nümayəndə qismində iddia qaldırır. Bundan əlavə, məhkəmə iddiaçının əmək qabiliyyətini itirməsini qeyd etsə də bununla bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Həmçinin müvafiq iş üzrə iddiaçının ailə üzvünə “Azəriqaz İB” tərəfindən kifayət qədər mənəvi zərər məbləğinin ödənilmiş olması səbəbindən iddiaçının yardım və digər qulluq növlərinə möhtac olması sübut olunmur. Məhkəmələr mənəvi ziyan barədə iddiaçının tələbini əsaslı qeyd etsələr də tələbin həcmi barədə qətnamələrində hər hansı əsas gətirməmişdir. Belə ki, məhkəmələr bilirlər və bilməlidirlər ki, Vətən uğrunda canlarından keçən hər hansı şəhid və şəhidlərə ödənilmiş pulun məbləği 11000 manat təşkil etdiyi halda gözlənilməz bədbəxt hadisə və ya hadisələrə ödəniləcək pul məbləğinin həddi və ya həcmi ondan arıq olmamalıdır. Bununla yanaşı 15 il əvvəl vəfat etmiş şəxslərə qətnamədə qeyd edilmiş məbləğin ödənilməsi düzgün sayılmamalıdır. Nəzərə alsaq ki iddiaçı tərəfin ata və anasının ölümü, eləcə də səhhətində yaranmış yanıq izləri Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı nəticəsin də baş vermişdir, məhkəmələr zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallarını da nəzərə almamışdır. Məhkəmələr müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən “Azəriqaz İB”-nın üzərinə 75.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyini qoyması düzgün və ədalətli deyildir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024cü il tarixli, 2(102)-641/2024 saylı qərarı ilə (hakimlər Ə.Xıdırov (məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir.

28. Məhkəmə kollegiyası gəl diyi nəticəni belə əsaslandırmışdır ki, iztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır.

29. Mənəvi təzminatın məbləğinə təsir edən elementlə rdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.

30. Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçının nənəsinin, anasının və bacısının ölümünə ehtiyatsızlıqla törədilmiş cinayət səbəb olmuşdur.

31. Həmçinin, mənəvi zərə r bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən, yuxarıda şərh edilən hallar həmin məhkəmə tərəfindən işin faktiki halları ilə birlikdə dəyərləndirilməmişdir.

33. Bundan əlavə, iddiaçı mənəvi zərərə görə 100.000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mənəvi zərərə görə müəyyənləşdirilən 75000 manat məbləğin ədalətli olmadığı və işin hallarına uyğun olmadığı barədə dəlilinə əsaslandırılmış hü quqi qiymət verməmişdir.

34. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2830/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apelly asiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3777/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsinin mənəvi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilməsi, mənəvi zərərin əvəzinin azaldılaraq 45.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 100.000 manat tələb edib, məhkəmə isə 75.000 manat həcmində təmin etmişdir. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərini müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.

37. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin iddia tələbinə etirazı və apellyasiya şikayətinin dəlilləri isə anlaşılan ola bilər. Lakin bu da o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf anasını, nənəsini və bacısını itirən azyaşlının (hadisə baş verərkən iddiaçı 9 yaşında olmuşdur) mənə vi sarsıntı keçirməsinə inanmaya bilməz. Mülki məsuliyyətdən yayınmaq xatirinə şikayətlərdə uğursuz müqayisələrdən istifadə etmək isə yolverilməzdir. Çünki iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun doğmalarını itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin qismən təmin edilməsini uyğun hesab etməyib iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Ona görə də, cavabdehin bu dəlilləri əsassız olmaqla yanaşı, həm də ziddiyyətlidir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının babası və digər qohumları qeyd olunan faktla əlaqədar cavabdehə qarşı əvvəllər ayrıca məhkəməyə müraciət etməmişdir. Düzdür, kassasiya şikayətində iddiaçının babasının guya əvvəllər cavabdehdən 74.000 manat təzminat aldığı qeyd edilmişdir. Lakin belə bir hal olmamışdır. Ən azından yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bu halın həqiqi olduğunu təsdiq etmədi. Apellyasiya baxışı zamanı tərəflərin izahatından bəlli oldu ki, iddiaçının hazırki iddia ilə məhkəməyə hadisə baş verəndən uzun illər sonra müraciət etməsi onun azyaşlı və sonradan hərbi xidmətdə olması ilə bağlı olmuşdur. Bununla yanaşı, iddiaçının təzminat təl əbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır. Yəni, iddiaçının təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin az olması qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı daha az mənəvi sarsıntı və iztirab keçirmişdir. Əlbəttə ki, iddiaçının hələ uşaqikən hər kəsdən artıq keçirdiyi bu mənəvi əzab ölçüyə gəlməz sayılır. Ona görə də iddiaçının alacağı mənəvi zər ərin əvəzinin onu həddən artıq zənginləşdirməsi barədə yanaşma da açıq-aşkar əsassız hesab edilir.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddiasının qismən təmin edilməsini mübahisələndirməsə də cavabdeh təmin edilən həmin hissəni mübahisələndirir. Kassasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin və bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin məbləği hissəsində gəldiyi nəticə ilə razılaşmamışdır. Əsas təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğunun kifayət qədər əsaslandırılmaması olmuşdur. Ona görə də kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən məcburi göstərişlər, cavabdeh tərəfin iqtisadi vəziyyəti, təqsirinin dərəcəsi və hər bir ölmüş şəxsə görə 11.000 manat həcmində iddianı qəbu l etməsi nəzərə alınmaqla qət edilən məbləğ azaldılmalıdır.

41. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı (Vəkil1 Ağaməmməd oğlu) kassasiya şikayəti verərək, qətnamənin zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdehdən 75.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçının fiziki əzab çəkdiyinin birmənalı olduğunu qəbul edir. Həmçinin apellyasiya instansiyası məhkəməsi 75.000 manat pul vəsaitinin iddiaçıya vurulmuş mənəvi zərər i aradan qaldıracağının inandırıcı və ağlabatan olmadığını qeyd edir. Apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni mənəvi zərərin həcmi hissədə dəyişərək məbləği azaldıb 45.000 manat müəyyən etməsi, yəni iddiaçını cüzi miqdarda təzminat ilə təmin etməsi anasının, bacısının, nənəsinin itirilməsi nəticəsində mənəvi hüzursuzluğun aradan qaldırılmasına deyil, daha da artmasına xidmət edir. Bu isə mülki qanunvericiliyə aid maddi və prosessual hüquq normalarını pozur. Digər tərəfdən məhkəmə kollegiyası işin hallarına əsasən qət edilmiş məbləği azaltması iddiaçının Konstitusiyada təsbit edilmiş bərabərlik hüququnu da pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi qətnamənin 29 və 30-cu bəndlərində qeyd edir ki, iddanın faktiki əs ası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından ödənilməli mənəvi zərərin məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İşdən də görünür ki, məhkəmə dəymiş mənəvi zərərə görə iddiaçıya təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmamışdır. Bu da iddiaçıya qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası qətnamənin 31-ci bəndinin 5 və 6-cı cümlələrində qeyd etmişdir ki, “iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi m ənəvi sarsıntı və iztirabların maddi formada dəyərini müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.” İddiaçının iddiasında belə bir sözlər, belə cümlələr yoxdur. Apellyasiya instansiyası tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş hüquqi mövqe və qanunun tələbləri nəzərə alınmamış, analoji işlərlə bağlı məhkəmə təcrübəsinə toxunulmamış, bərabərlik, ədalətli məhkəmə araşdırması, hüquq və azadlıqların məhkəmə təminatına dair konstitusion prinsiplər pozulmuşdur. Bu da iddiaçıya qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnmişdir.

44. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni dən baxılması üçün göndərilməsini xahiş etmişdir.

45. Cavabdehin kassasiya şikayəti iş üzrə əvvəlki apelyasiya və kassasiya şikayətlərinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, yuxarı instansiya məhkəməsi qətnamənin 12-ci səhifəsində qeyd etmişdir ki, məhkəmə iddiaçının əmək qabiliyyətini itirməsini qeyd etsə də bununla bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Həmçinin müvafiq iş üzrə iddiaçının ailə üzvünə “Azəriqaz İB” tərəfindən kifayət qədər mənəvi zərər məbləğinin ödənilmiş olması səbəbindən iddiaçının yardım və digər qulluq növlərinə möhtac olması sübut olunmur. Sübutlara məhkəmə tərəfindən hərtərəfli və tam baxılmamış, iş materialları hərtərəfli araşdırılmadan əsassız olaraq iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

49. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.

50. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

51. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

52. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı

53. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarı

54. «İnsan hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məh kəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X5 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikd ə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsa s deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərar 55. “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxı nlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər i

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mənəvi zərərə görə 45.000 manat məbləğində təzminatın ödənilməsi barədə nəticəyə gələrkən işin halları tam nəzərə alınmamışdır. Buna görə də iddiaçının kassasiya şikayəti rədd olunmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2024cü il tarixli 2(103)-2830/2024 nömrəli qətnaməsi dəyişdirilərək, İddiaçı dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdehndən 15.000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmalıdır.

69. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən edilmiş halları bu qərarın 1-3-cü paraqraflarında əksini tapmışdır.

70. İddia tələbinin maddi-h üquqi əsası kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

71. İşə baxmış məhkəmələr də mübahisənin həllinə bu normaları tətbiq etmiş, işin hallarını bu normaların dispozisiya şərtləri əsasında təhlil edərək yuxarıdakı nəticəyə gəlmişlər.

72. Məhkəmə kollegiyası qeyd edir ki, v erilmiş iddia üzrə delikt hadisəsinin baş verməsi, bu hadisənin nəticəsində iddiaçının mənəvi zərərə uğraması, habelə mənəvi zərərin ödənilməsinə görə Cavabdehlik daşıması mübahisələndirilmir. Kassasiya şikayətlərinin dəlilləri mənəvi zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlıdır.

73. Nəzərə alınmalıdır ki, şəxsin ailə üzvlərinin ölməsi halında mənəvi zərərə görə ödənilən təzminat, hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində ke çirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

74. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin ümumi qaydaya görə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik meyarlarına uyğun müəyyən etməlidirlər.

75. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkən in keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), hadisənin baş verdiyi vaxt, pozuntunun davam etdiyi müddət, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

76. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər diqqətdə saxlanılır. 77. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəm ələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

78. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şü urunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalması dərəcəsi və s. kimi halları məhkəmə qarşısında sübut etməlidir.

79. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında mənəvi zərərlə bağlı məsələyə bu baxımdan yanaşaraq göstərmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.

80. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya mənəvi zərərin vurulduğunu müəyyən edərkən işin hallarını bu meyarlara uyğun təhlil edərək düzgün nəticəyə gəlmişdir.

81. Lakin valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 45.000 manat kompensasiyanın müəyyən edilməsi, işin hallarına uyğun olan nəticə deyildir. Belə ki, yuxarıda da bəhs olunduğu kimi mənəvi ziyan, hadisənin insanın şüuruna mənfi təsir etməsi səbəbindən məruz qaldığı iztirab və sarsıntının nəticəsidir. Başqa sözlə, mənəvi sarsıntı və iztirab, şəxsin hadisəyə psixi münasibəti, hadisəni təhlil edib çıxardığı nəti cədən sonra onu neqativ qiymətləndirməsi, bundan sonra mənfi emosiya yaranması ilə mümkündür. Hadisəyə görə sarsıntı və iztirab keçirmə, bilavasitə hadisəyə şüurlu münasibətlə bağlıdır. Hər hansı səbəbdən (azyaşlı, kəmağıllıq, psixi inkişafdan qalma və s.) hadisənin aktiv şüurlu təhlilə məruz qalmaması, daha az sarsıntı və iztiraba səbəb olur (yaxud səbəb olmur). Bu baxımdan görünür ki, iddiaçı hadisə baş verən zaman 10 yaşda olmuşdur və ailə üzvlərinin ölməsinə yetkinlik yaşında olan şəxslərə uyğun adekvat mənfi psixi münasibəti mümkün deyildi. Lakin böyüdükcə ailə üzvlərinin yoxluğunu dərk edib bundan mənfi emosional təsirə məruz qalması, sarsıntı keçirib iztirab çəkməsi təbiidir və inkar olunmur. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüu runa təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Bu baxımdan mənəvi təzminatın 15000 manat məbləğdə müəyyən olunması ağlabatandır. Həmin məbləğ mənəvi təzminatın məqsədləri, sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından mütənasib və ədalətli hesab olunur.

82. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada apelyasiya instansiyası məhkəməsinin ailə üzvlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə müəyyənləşdirdiyi 45000 manat kompensasiya məblə ği həmin meyara cavab vermir.

83. Məhkəmə kollegiyası tərəflərin kasasiya şikayətlərində irəli sürdüyü dəlilləri məhz yuxarıda qeyd olunan hüquqi mövqelər əsasında cavablandırır və ayrılıqda ələ alınıb təhlilinin verilməsinə zərurət görmür.

84. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2024-cü il tarixli 2(103)-2830/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdehndən 15.000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar