Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3094/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3094/2024 (Açar söz: əsassız varlanma, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2930/2024 nömrəli, 6 may 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 tərəfindən İddiaçı yanacaqdoldurma məntəqəsinin işin aparılması məqsədi ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli etibarnamələr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 56000 manat və ödənilmiş dövlət rüsumuna görə 258 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 əvvəllər tan ımışdır. Onunla birlikdə iş görmüşlər. Cavabdeh1 oğlanlarına Sumqayıt şəhərində iki yanacaq doldurma məntəqəsi məxsusdur. Həmin yanacaqdoldurma məntəqələri övladlarının adına rəsmiləşdirilsə də, həmin məntəqələrə Cavabdeh1 rəhbərlik etmişdir. 2018-ci ilin aprel ayında Cavabdeh1 ona məxsus olan Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə iddiaçını dəvət edərək birgə işləməyi təklif etmişdir. O, iddiaçıya təklif etmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində və Sumqayıt şəhəri Dənizkənarı park ərazisində yerləşən hər iki yanacaqdoldurma məntəqəsinə rəhbərlik etsin. İddiaçının işlədiyi həmin müddətdə Cavabdeh1 yanacaqdoldurma məntəqəsinin kassasından 25000 manata yaxın pul götürmüşdür. Sonrakı vaxtlarda Cavabdeh1 kassadan ayrı-ayrı vaxtlarda cəmi 45000 manat pul götürmüşdür. Digər Cavabdeh2 iddiaçıya yanacaqdoldurma məntəqəsinin işinin aparılması və təşkili üçün xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə etibarnamələr vermişdir. 2021-ci ilin noyabr ayında iddiaçının səhhətində yaranmış problemlə əlaqədar olaraq o, işləməmişdir. İddiaçı öz şəxsi vəsaiti hesabına və yaxınlarının köməyi ilə yanacaqdoldurma məntəqəsinin işinin davam etməsi üçün 100000 manat pul xərcləmişdir. İşdən çıxdıqdan sonra o, yaxınlarına olan borcun ödənilməsi üçün ayrı-ayrı vaxtlarda kredit götürmək üçün banklara müraciət etmişdir. İddiaçıya məxsus əmlakları "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə girov qoymuşdur. Girov müqabilində "xxxx" ASC-dən 50000 manat, "xxxx" ASC-dən 15000 manat və "xxxx" ASCdən 30000 manat kredit götürmüşdür. İddiaçı götürülən kred itləri Sumqayıt şəhərində fəaliyyət göstərən və etibarnamə əsasında idarə etdiyi YDM-nin borclarının ödənilməsinə sərf etmişdir. İddiaçı ayrı-ayrı banklardan cəmi 95000 manat kredit götürmüş və həmin pulu YDM-nin borcuna sərf etmişdir. Hal-hazırda Cavabdeh1 iddiaçıya olan borcu 56000 manatdır. O, bu pulu yanacaqdoldurma məntəqəsinin kassasından götürərək öz şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı dəfələrlə 56000 manat məbləği Cavabdeh1 istəsə də, o heç kimə borcu olmadığını bildirmişdir.
4. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq orada göstərmişdir ki, İddiaçı Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehə məxsus Sumqayıt şəhərində və Qaradağ rayonu Lökbatan Qəsəbəsində yerləşən “TOSOİL” yanacaqdoldurma məntəqəsində şərik işlədiyini, həmin yanacaqdoldu rma məntəqəsinin işlərin inkşafı və davam etdirilməsi məqsədi ilə yanacaqdoldurma məntəqəsinə 100,000 manat pul xərclədiyini, pulun bir hissəsinin ödənildiyi və hazırda ona cavabdehin 56,258 manat borclu olduğunu bildirmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh1 onu yanacaqdoldurma məntəqəsinə şərik işləməyə dəvət etmişdir. İddia tam əsassızdır və heç bir sübutu yoxdur. H.Z.Tağıyev qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə o rəhbərlik etmişdir və bu məntəqə ona məxsusdur. İddiaçı atası Cavabdeh1 yaxın dostu olub və atasının xahişi ilə ona yanacaqdoldurma məntəqəsinin işlərində ona kömək etmək məqsədi ilə 120425 saylı etibarnamə vermişdir. İddiaçı bu etibarnamə əsasında ona kömək etmiş və bu işlərin müqabilində zəhmət haqqı olaraq pul vermişdir. İddiaç ı yanacaqdoldurma məntəqəsində heç zaman rəsmi işçi kimi işləməmiş və aralarında heç bir əmək haqqı müqaviləsi bağlanmamışdır. Etibarnamə üzrə iddiaçı 3 il fəaliyyət göstərmiş və gördüyü işlər qarşılığında pulunu almışdır. İddiaçı 2021-ci il tarixdə yanacaqdoldurma məntəqəsinin kassasından məntəqənin vergi borcları və “SOCAR”-a yanacaq almaq üçün ümumilikdə 58.000 manat nağd pul götürmüş, lakin pulu şəxsi istifadəsinə xərcləmiş və təyinatı üzrə ödəməmişdir. İddiaçı etibardan sui-istifadə etmiş və pulları mənimsəmişdir. Cavabdehin əməlləri nəticəsində məntəqənin borcu yaranmış və onun tərəfindən həmin borclar ödənilmişdir və beləliklə onlara xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh səhhətində ciddi problemlər olduğunu bildirmiş, pulu şəxsi istifadəsinə xərclədiyini və borcu qısa müddə tdə ödəməsinə söz vermiş, lakin bu günə qədər heç bir ödəniş etməmişdir. Cavabdehin yanacaqdoldurma məntəqəsinə heç bir maddi dəstəyi olmamışdır və buna zərurət yaranmamışdır. Yanacaqdoldurma məntəqəsi X4 çərçivəsində Beynəlxalq Bankın Sumqayıt filialından kreditlər götürmüş, iddiaçı krediti ödəmək üçün yanacaqdoldurma məntəqəsindən pul götürmüş, lakin iddiaçı həmin kreditləri ödəməmişdir. Bu səbəbdən də onlara xeyli miqdarda maddi ziyan dəymişdir. Məhkəməyə təqdim olunacaq Cavabdeh2 vergilər üzrə VÖEN:********** saylı şəxsi hesab vərəqəsi və “Azərbaycan Beynəlxalq Bank”-ının Sumqayıt filialının bank hesabından çıxarışı məhkəməyə təqdim olunacaqdır. İddiaçının mülki tələbi tam əsassızdır, qeyd olunanlar fakta və iddia ərizəsində göstərilənlər heç bir sübuta istinad olunmamışdır.
5. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir.
6. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o, həmin YDM-də növbə rəisi işləmişdir. YDM-nin pul və maliyyə məsələlərindən xəbəri olmamışdır. YDM-nin mülkiyyətçisi Vasifdir. Onu da işə Vasif qəbul etmişdir. Hər gün yığılan pulu növbə rəisinə təhvil vermişdir. Novruz YDM-də icarəçi kimi oranı işlətmişdir. O, Novruzun icazəsi ilə dəfələrlə Vasifə pul vermişdir.
7. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Tosoil” YDM-də operator kimi işləmişdir. Təxminən 7 ilə yaxın orada işləmişdir. Onu işə Vasif götürmüşdür. Novruzu oranın müdiri kimi tanımışdır. O, hər gün pulu yığaraq növbə rəisin ə vermişdir. Novruz oranı işlədən zaman başlıca növbə rəisi Ataxan olmuşdur. Novruz oranı işlədərkən Vasif oraya gəlib-getmişdir. Novruz icarəçi olsa da, mülkiyyətçi Vasif idi.
8. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, o, qeyd edilən YDM-də mühasib kimi işləmişdir. Novruzu da Vasifi də iş yoldaşı kimi tanıyır. YDMnin hər ikisi Sumqayıt şəhərində yerləşir. Onlardan biri Qalibin, digəri isə Vasifin mülkiyyətindədir. Novruz qeyri-rəsmi olaraq orada işləmişdir. Vasif Novruza etibarnamə vermişdir ki, sonuncu pulu aparıb bankda “SOCAR”-ın hesabına köçürsün. Əvvəlcədən “SOCAR”-ın hesabına pul ödənilir, daha sonra məntəqə yanacaqla təmin edilir. Yanacağın alınması işləri ilə Novruz məşğul olmuşdur. İlk əvvəl Vasif dolu çən vermişdir. Daha sonra Novruz benzin satıldıqca çəni doldurm uşdur. Novruz heç vaxt 85000 manat məbləğində krediti öz adına götürə bilməzdi. Həmin krediti Vasif götürmüşdür. Kredit götürülən zaman YDM girov qoyulmuşdur. Novruz yanacağın gediş-gəlişi və pulun yığılmasına cavabdeh idi. YDM sənədlə Vasifin adına idi. Novruz oranı icarə müqaviləsi əsasında işlədirdi. Gündəlik ümumi dövriyyə 3500-4000 manat olurdu və pul Novruza çatırdı.
9. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, o, qeyd edilən YDM-də operator kimi işləmişdir. Novruzun orada nə işlədiyini bilmir. Maaşı gah kart vasitəsilə, gah da əlbəəl almışlar. Pulu onlara növbə rəisi vermişdir. Təhvil-təslimi növbə rəisi ilə etmişdir.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-397/2024 nömrəli iş üzrə 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) İddiaçı cavabdehl ər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 məxsus olan yanacaqdoldurma məntəqəsində icarəçi qismində orada işləmişdir. İddiaçı yanacaqdoldurma məntəqəsinə yaxşılaşdırmalar edərək oraya 100000 manat məbləğində pul xərclədiyini, həmin pulu öz şəxsi vəsaiti və qohumları vasitəsilə topladığını, daha sonra isə borcunu qaytarmaq üçün müxtəlif banklardan kreditlər götürdüyünü iddia etmişdir. Həmçinin iddiaçı tərəf bildirmişdir ki, Cavabdeh1 borcdan müəyyən qədərini qaytarmış, 56000 manat məbləğində borc qalmışdır. Lakin, iddiaçı iddiasının əsasını təşkil edən halları sübut edəcək hər hansı mötəbər süb utu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş kredit müqavilələrinin iddiaçı tərəfindən hansı məqsədlə istifadə edildiyi müəyyən edilməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 14.2.6, 21.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 6 mart 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tə min edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən şahidlərin ifadələrinə sübut kimi düzgün qiymət verilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi şahidlərin ifadələrində iddia tələbinin təmin edilməsi üçün sübut qismində istifadə edilə biləcək xüsusatların olmasını nəzərə almamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2930/2024 nömrəli mülki iş üzrə 6 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiy a məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İşə baxan məhkəmə şahid ifadələrini düzgün qiymətləndirmişdir. Şahid ifadələri ilə iddiaçının iddia etdiyi hallar öz təsdiqini tapmamışdır. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 362.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinin bir sıra dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr prosesual normaların tələblərini pozmuşdur. İddiaçının öz mövqeyini müdafiə etmək üçün mötəbər sübutları olmasına, cavabdehin isə iddia tələbinə qarşı qanuni və əsaslı mövqeyi olmamasına baxmayaraq, məhkəmənin iş materiallarını və işin faktiki hallarını obyektiv tədqiq etməməsi prosessual hüquq normalarının p ozulması deməkdir. İddiaçı öz şəxsi vəsaiti hesabına və yaxınlarının köməyi ilə yanacaqdoldurma məntəqəsinin işinin davam etməsi və borcların ödənilməsi üçün 100.000 manat pul xərcləmiş, həmin məbləğin 56.000 manat hissəsini Cavabdeh1 yanacaqdoldurma məntəqəsinin kassasından götürərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, lakin sonradan həmin pul vəsaitini iddiaçıya qaytarmamışlar. Cavabdehlərin öz öhdəliklərini yerinə yetirmədiyi məhkəmə iclasında təqdim və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapsa da, lakin apellyasiya instansiya məhkəməsi qanunvericiliyin qeyd olunan normasının tələbini pozaraq sübutlara düzgün hüquqi qiymət vetməmişdir. Bununla da apellyasiya instansiyasıməhkəməsi tərəfindən həmin maddi hüquq normasının tələbi pozulmuşdur.
21. Kassasiya şikayəti Azərbaycan Respub likası Mülki Məcəlləsinin 21.2, 157.5, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmla kının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının tarixli 2(103)-2930/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv