Məhkəmə qərarları › İş №2(102)-3096/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3096/2025

04.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3096/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının, onun gecikdirilməsinə görə faizin və digər ödənclərin verilməsi tələbi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2439/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" QSC (bundan sonra – QSC) ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, İddiaçı QSC-də “Uşaq və Gənclik Verilişləri” baş redaksiyasının böyük redaktoru vəzifəsində çalışmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh QSC-yə qarşı intizam tənbehi verilməsi barədə əmrin ləğvi, əmək haqqı, əmək qabiliyyətinin olmamasına görə müavinətin tam ödənilməsi, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır.

4. İddiaçı müxtəlif vaxtlarda əmək qabiliyyətinin olmaması barədə vərəqələr verilmişdir:  xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi işdən azad edilmişdir (0300869 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi);  18.12.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix xx.xx.2023cü il müəyyən edilmişdir (0366184 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi);  xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə, xx.xx. 2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmişdir (0640914 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi);  14.08.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmişdir (0641014 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi); 5. 23.09.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix xx.xx.2024-cü il müəyyən edilmişdir (0681076 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi). 6. 09.09.2024-cü il tarixli Aktda əsasən Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddətdir işə gəlməmişdir. Dəfələrlə onun mənzilinə, ***-**** nömrəsinə zəng vuraraq, işə gəlməsi ilə bağlı əlaqə saxlamağa cəhd edilsə də, telefon zənglərinə cavab verməmiş və bir nəticə əldə olunmamışdır.

7. QSC-nin sədrinin QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-6/2-04/1-580/2024 nömrəli məktubla, AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığın bildirilməsi xahiş olunmuşdur.

8. AR ƏM-nin 80-ci maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin iclası keçiril mişdir. Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddətdir işə gəlməmişdir. Kadrlar və Xüsusi İşlər departamentinin rəis müavini Z.Əliyeva dəfələrlə İddiaçı ilə (***-***-**-**) nömrəli telefonla əlaqə saxlayaraq işə gəlməli olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixində isə ona işə gəlməsi barədə bildiriş göndərilmişdir. Bildirişi alan İddiaçı ona heç bir əhəmiyyət verməmişdir. Radionun “Xüsusi Layihələr” redaksiyasının baş direktoru D.Mirzəyeva dəfələrlə onunla əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməmişdir. Həmkarlar İttifaqı Komitəsinə daxil olan sənədlərlə tanış olduqdan sonra yuxarıda qeyd olunan əlaqə nömrəsi ilə onunla əlaqə yaradılmışdır. Danışıq zamanı məktubda qeyd olunan məsələlərlə əlaqədar görüş keçirmək üçün İddiaçı "xxxx" QSC-yə dəvət olunsa da o, QSCyə gəlməkdən imtina etmişdir. Toplanmış materiallar üzrə araşdırma aparılmış və İddiaçı hər hansı hüquqi sənəd təqdim etmədən uzun müddət iş yerinə gəlmədiyi öz təsdiqini tapmışdır. Bununla da İddiaçı AR ƏM-nin 70-ci maddəsinin ç bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Həmkarlar İttifaqı Komitəsi üzvləri qeyd edilənlərlə əlaqədar, habelə məktuba əlavə edilmiş sənədlər üzrə xx.xx.2024-cü il tarixində iclas keçirərək, müvafiq qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Həmkarlar İttifaqı Komitəsi AR ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən QSC-nin Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı işdən azad edilməsinə etiraz etməmişdir.

9. QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri ilə Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı uzun müddət üzrlü səbəb olmadan, habelə heç bir hüquqi sənəd təqdim etmədən iş yerinə gəlməmiş, bununla da o, AR ƏM-nin 72-ci maddəsinin a bəndinin tələblərini pozmuş, bu səbəbdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh QSC-nin ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmrinin ləğv olunması, QSC tərəfindən 2021-ci ilin sentyabr ayından iş yerinə buraxılmamağının qanunsuz hesab edilməsi, işə bərpa edilməsi və 2021-ci il in sentyabr ayından hesablanmaqla qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi işburaxma müddəti üçün əmək haqqının, əmək haqqının hər gecikdirilmiş günü üçün 1% olmaqla məbləğin, eləcə də 2021-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60% deyil 100% hesablanaraq və 7000 manat məbləğində ona dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 3 ildən artıqdır ki, qəsdən işəgötürən tərəfindən iş yerinə buraxılmamış, ona əmək haqqı verilməmişdir. Buna baxmayaraq onun barəsində qanunsuz olaraq əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixdə əmr verilmiş (bu barədə 1 saylı Bakı Dost M ərkəzi PHŞ-dən məlumat almışdır), həmin tarixədək cavabdehin rəsmi işçisi kimi qeydiyyatda olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr eyni zamanda onun xəstə olduğu dövrdə (xəstəlik vərəqəsi olduğu halda) verilmişdir. Belə ki, xx.xx.2024cü il tarixdə 1 saylı Bakı Dost Mərkəzinə müraciət etmiş və ona bildirmişlər ki, xx.xx.2024cü il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. Həmin gün (xx.xx.2024) QSC-nin Həmkarlar İttifaqı Komitəsinə zəng edib məlumat almaq istəmiş və HİK-dən bildirmişlər ki, bu barədə Kadrlar və Xüsusi İşlər Departamenti tərəfindən onlara məlumat verilməmişdir. xx.xx.2024-cü il tarixli (762k/d) əmrdə HİK-in qərarının nəzərə alındığı qeyd edirmişdir. Həmin qərardan onun ümumiyyətlə xəbəri olmamışdır. Həmin əmr barədə ona rəsmi məlumat cavabdehin xx.xx.20 24-cü il tarixli məktubu ilə verilmiş, həmin məktubda “xx.xx.2024-cü il tarixdə işdən azad olunmağınızla bağlı Cəmiyyətə gəlib əmək kitabçanızı və işdən azad əmrinizin surətini götürəsiniz” qeyd edilmişdir. O, 1986-cı ildə QSC-də əmək fəaliyyətinə başlamışdır. Uzun müddətdir ki, həmin müəssisədə “Azərbaycan Radiousunun” Proqramlar Direktorluğunda radionun “Uşaq və Gənclik verilişləri baş redaksiyasında böyük redaktor vəzifəsində işləyirdi. Hər ay “Uğur” adlı iki veriliş hazırlayırdı. 2021-ci ildən başlayaraq ona qarşı iş yerində ayrı-seçkilik başlamış, işçi kimi hüquqlarının pozuntusuna yol verilmişdir. Məqsəd onu işdən çıxmaqla bağlı öz xahişi ilə könüllü ərizə yazmağa məcbur etmək olmuşdur. Heç bir əsas olmadan, izahatı alınmadan cavabdehin Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İ.Hüseynovanın imzası ilə xx.xx.2021-ci il tarixdə ona töhmət verilmişdir. Qonorarı (aylıq əmək haqqı) ona töhmət verilməsi üçün akta imza edən redaktorların qonorarlarına əlavə edilmişdir. Həmin ildən ona əmək haqqının verilməsi dayandırılmışdır. İki ədəd iş kompüteri ondan alınmış, ona məxsus qovluqlar, verilişlər kompüterdən pozulmuş, kodu dəyişdirilmiş və redaksiyada 10 ildən çox işlədiyi iş otağının qapısının açarı dəyişdirilmiş, ona idarəyə daxil olmağa icazə verilməmişdir. Dəfələrlə rəhbərliyə etdiyi şifahi və yazılı müraciətləri nəzərə alınmamışdır. Bundan əlavə hər zaman aylıq qonorarı (əmək haqqı) dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olmuşdur. Dəfələrlə müraciət etdikdən sonra qonorarı 250 manat olmuşdur. 2019-cu il tarixdən müharibə veteranları nın övladları gəlir vergisindən azad edilmişlər. Dəfələrlə müraciət etdikdən sonra iki ay nəzərə alınmış, növbəti aydan isə aylıq qonorarı (əmək haqqı) səbəb olmadan dayandırılmışdır. Müəllifi olduğu verilişin hazırlanması başqa bir redaktora tapşırılmışdır. 2021-ci ilin sentyabr ayından isə qonorarı töhmət əmrinin verilməsi üçün akt imza edən redaktorların qonorarlarına əlavə edilmişdir. Bundan əlavə, Nazirlik tərəfindən verilən Sosial arayışda sentyabr 2021-ci il tarixdə 209 manat qonorar aldığı qeyd edilmişdir. 2021-ci ildə (sentyabr) məzuniyyətdən qayıtdıqdan sonra verilişinin səbəb olmadan efirə verilməsi dayandırılmışdır, həmin aydan (2021-ci il) qonorar almamışdır. Ona töhmət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, verilişlərinin bərpa olunması, 2021-ci ili n sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 6 may tarixindən başlayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişlərin bərpa olunan tarixinədək müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi (alacağı əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarın 60% deyil 100% hesablanaraq) eləcə də mənəvi zərərə görə 2000 manat pul məbləğinin ödənilməsi barədə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)127/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Sonuncu instansiya məhkəməsinin qərarından Konstitus iya Məhkəməsinə şikayət vermişdir. 2023cü ilin avqust ayında cavabdehə müraciət edərək, əmək kitabçasının ona verilməsini və işsiz vətəndaş kimi Nazirliyə müraciət etmək istədiyini bildirmişdir. Növbəti xx.xx.2024-cü il tarixli ərizəsinin hesablanıb, ödənişə göndərilməyən (xx.xx.2023-xx.xx.2023) xəstəlik vərəqələrinin geri qaytarılmasını və onun idarəyə daxil olub, 10 il oturduğu otaqdan şəxsi əşyalarını götürməyə icazə vermələri ilə bağlı yazılı müraciət etmişdir. Növbəti ərizəsini isə xx.xx.2024-cü il tarixdə işəgötürənə təqdim etmişdir. Belə ki, Kadrlar və Xüsusi İşlər Departamentinin rəis müavini Zemfira Əliyeva telefon vasitəsilə ona bildirmişdir ki, onu ixtisar edəcəklər. Bu barədə xx.xx.2024-cü il tarixdə ixtisarla bağlı yazılı müraciət etmişdir. Səhhəti ilə əlaqədar son illər müxtə lif vaxtlarda müalicə almışdır, bununla bağlı xəstəlik vərəqələrini işəgötürənə təqdim etmişdir. 2021-2022-ci illər üzrə xəstəlik vərəqələri üzrə müavinət əmək stajı nəzərə alınmadan qanunsuz olaraq 60%-lə hesablanmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda və məhkəmə ekspertizasının rəyində ətraflı qeyd edilmişdir. Növbəti dəfə cavabdehə təqdim etdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələri hesablanıb ödənişə göndərilməmişdir. Bu barədə işəgötürənə və müvafiq Nazirliyə ərizə ilə müraciət etmişdir. Nazirliyin xx.xx.2024-cü il tarixli məktubunda bu barədə daha ətraflı qeyd edilmişdir. Cəmiyyətin baş mühasibi tərəfindən filiala xx.xx.2024-cü il tarixdə məktub göndərilmiş, hə min məktubda işəmuzd işlədiyi və 2021-ci il tarixdən ona əmək haqqı (qonorar) verilmədiyi və (əmək müqaviləsinə dəyişiklik edilib - işçiyə hər ay 365 manat məbləğində əmək haqqı ödənilir) xəstəlik vərəqələrinin həmin məbləğlə (365 manat) hesablanması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələrinə görə cavabdeh tərəfindən ilk 14 gün üçün müəyyən olunmuş qaydada və miqdarda vəsait hesablanmadan, (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 74 (qeyd hissəsi) qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətin ödənilməsi üçün xəstəlik vərəqələri filiala göndərilmişdir. Filial tərəfindən 388.13 manat məbləğində müavinət hesablanıb ödənişə göndərilmişdir. Sonra isə həmin məbləğin geri qaytarılmasını tələb etmişlər. 351 manat vəsaiti geri qaytarıb qəbzi filiala təqdim etmişdir. Səbəb yuxarıda qeyd etdiyi kimi, Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələrinə görə cavabdeh tərəfindən ilk 14 gün üçün müəyyən olunmuş qaydada və miqdarda vəsait hesablanmadan, (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 74 (qeyd hissəsi) qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətin ödənilməsi üçün xəstəlik vərəqələri filiala göndərilmişdir. Bu barədə filialın xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarında ətraflı qeyd edilmişdir. Belə ki, 388.13 manat vəsaitdən qalan 38.13 manat məbləğində müavinət, xx.xx.2024-cü il tarixinə kimi istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabından tutularaq filialın xəzinə hesabına qaytarılmışdır. Bu barədə, filialın xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan xəstəlik vərəqələri Cəmiyyət tərəfindən qəbul edilməmişdir. Xəstəliyi ilə əlaqədar müalicənin davam etdiyi bir vaxtda xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, xəstəliyi (xx.xx.2024-xx.xx.2024) müqaviləyə xitam verildiyi xx.xx.2024-cü il tarixindən sonra, yəni xx.xx.2024-cü il tarixdə bitmişdir. İşəgötürən tərəfindən xəstəlik vərəqəsi qəbul edilmədiyindən həmin xəstəlik vərəqələrinin surətini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı müraciətinə əlavə etmişdir. Cəmiyyətin Həmkarlar ittifaqı Komitəsində iclası isə xx.xx.2024-cü il tarixdə keçi rilmişdir. AHİK ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd etmişdir ki, “Xəstəlik vərəqələri (2021-2022-ci illər üzrə) 60%-lə hesablanmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan xəstəlik vərəqələri hesablanıb ödənişə göndərilmir, xəstəlik vərəqələrinin (xx.xx.2023-xx.xx.2023) əsli Cəmiyyət tərəfindən geri qaytarılmır, xx.xx.2024-cü il tarixli (xəstəlik davam edir) xəstəlik vərəqələri Cəmiyyət tərəfindən qəbul edilmir”. İş yerinə daxil olmağa ona icazə verilmədiyi bir vaxtda (xx.xx.2023-cü il) və (xx.xx.2023-cü il) razılığı, ümumiyyətlə xəbəri olmadan əmək müqaviləsinə iki dəfə dəyişikliklər edilmiş, bu barədə ona məlumat verilməmişdir. Cavabdehə növbəti dəfə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Kadrlar və Xüsusi İşlər Departamentinin rəis müav ini Zemfira Əliyeva və Ümumi şöbənin müdiri telefon vasitəsi ilə ona bildirmişlər ki, “bu gün sizin yaşadığınız ünvana məktub çatdırılacaq. Biz sənin ştatını ixtisar edirik, sənə pul da verəcəyik, əmək kitabçasını da alacaqsan. Xəstəlik vərəqələri (xx.xx.2023-xx.xx.2023) hesablanmayacaq. Səbəb, sənə 2021-ci ilin sentyabr ayından əmək haqqı verilmir.” Belə ki, rəis müavini həmçinin qeyd etmişdir ki, “biz səni Radionun “Uşaq və Gənclik baş redaksiyasından başqa redaksiyaya keçirmişik Kompüter səndən alınıb, verilişlər, qovluqlar pozulub, redaksiyanın həmin otağına daxıl olmağa sənə icazə verilmir.” xx.xx.2024-cü il tarixdə AHİK-da qəbulda olmuşdur. Görüşdə cavabdehin nümayəndəsinə “Cəmiyyətin Həmkarlar Komitəsi tərəfindən iclas keçirilməsinin vacib olduğu, iclasın vaxtının ona bildirilməli o lduğu qeyd olunmuşdur. Lakin bu deyilənlərin heç biri baş verməmişdir. Cavabdehin onunla müqaviləyə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri qanunsuz və əsassız olmuşdur. Həmin əmrdə müqaviləyə Əmək Məcəlləsinin maddə 70 ç bəndi ilə xitam verildiyi qeyd olunsa da, həmin maddənin tətbiqi ilə bağlı heç bir əsaslandırma gətirilməmişdir. Əmr verilməsinə əsas olmuş sənədlərin heç birisi bu barədə müraciətinin olmasına baxmayaraq ona təqdim edilməmişdir. Əsas kimi saxta formada tərtib olunmuş akt, təqdimat, Həmkarlar İttifaqı Komitəsinin qərarından onun məlumatı olmamışdır. Əmrdən görünmüşdür ki, əmək müqaviləsi birtərəfli qaydada (işəgötürənin təşəbbüsü ilə) ləğv etmişdir. Lakin cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinin ləğv edil məsi barədə əmr versə də, həmin maddədə nəzərdə tutulmuş onun hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyini, Məcəllənin 72-ci maddəsində sadalanan hansı əmək vəzifələrini kobud şəkildə pozmağını əmrdə göstərməmiş və əsaslandırmamışdır.

12. Cavabdeh QSC iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı ərizəsində göstərdikləri həqiqəti əks etdirməmişdir. Belə ki, bununla bağlı iddiaçının iddiası üzrə məhkəmədə araşdırma aparılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. İddia ərizəsinə “3 ildən artıqdır ki, qəsdən işəgötürən tərəfdən iş yerinə buraxılmamışam” ifadələri ilə başlayan iddiaçı dəfələrlə rəsmi qay dada işə çağırılsa da, onlara məlum olmayan səbəbdən iş yerinə gəlməmişdir. Eyni zamanda, gəlməməsinin səbəbinə dair hər hansı sənəd də təqdim etməmişdir. “Kadrlar və Xüsusi İşlər” departamentinin əməkdaşları onunla dəfələrlə əlaqə saxlayaraq işə gəlməli olduğunu bildirmişlər. xx.xx.2024-cü il tarixində isə ona işə gəlməsi barədə bildiriş göndərilmişdir. Bildirişi alan iddiaçı ona heç bir əhəmiyyət verməmişdir. Daha sonra da işlədiyi redaksiyanın baş redaktoru onunla əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməmişdir. Bundan başqa, QSC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda sözügedən Komitənin əməkdaşlarının iddiaçı ilə əlaqə yaratdığı göstərilmişdir. Danışıq zamanı məktubda qeyd olunan məsələlərlə əlaqədar görüş keçirmək üçün HİK-ə dəvət olunsa da, i ddiaçı QSC-yə gəlməkdən imtina etmişdir. Toplanmış materiallar üzrə araşdırma aparılmış və iddiaçının hər hansı hüquqi sənəd təqdim etmədən uzun müddət iş yerinə gəlmədiyi öz təsdiqini tapmışdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və “f” (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinə tələblərindən irəli gələn əmək müqaviləsi üzrə vəzifə borcunu yerinə yetirməmiş və məhz buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Eyni zamanda, QSC ilə işçiləri arasında bağlanmış əmək müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməsi və ona nəzarətin həyata keçirilməsi, əmək qanu nvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məsələlərini tənzimləyən QSC-nin X1 8-ci maddəsi işçinin əmək və icra intizamını müəyyən edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verilmişdir. Həmkarlar İttifaqı Komitəsinin verdiyi məlumata əsasən, Komitə tərəfindən 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinət olaraq 800 manat ödənilmişdir.Hüquqi dəyərləndirmə baxımından iddiaçının iddiası formal mülahizələrdən ibarət olmaqla, onun maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi əsassız olduğundan iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-537/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı hazırda irəli sürdüyü iddia tələblərinin bəzi hissəl əri – “20212022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60% deyil 100% hesablanaraq ona ödənilməsi” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2023 nömrəli mülki işi üzrə irəli sürülmüş iddia tələblərinin bəzi hissələri ilə – “2021-2022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60% deyil 100% hesablanaraq ona ödənilməsi” tələbi ilə eynilik təşkil etdiyindən iddiaçının QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “2021-2022-ci il üzrə xəstəlik vərəqələrinə görə müavinətin 60% deyil 100% hesablanaraq ona ödənilməsi” hissələrində xitam verilməsi qərara alınmışdır.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2 (004)-537/2025 nömrəli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh QSC tərəfindən İddiaçı ödənilməsi, 2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh QSCnin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Kərim Xudayev).

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələblər i pozulmuşdur. Belə ki, iş materiallarında olan ******* nömrəli, ******* nömrəli və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri ilə təsdiq olunmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işdən azad edilmiş, işə başlamalı olduğu tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı bülletendə olmasına baxmayaraq, AR ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin tələbi pozularaq, QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri əsasında Radionun “Xüsusi Layihələr” redaksiyasının böyük redaktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

16. Belə olduğu təqdirdə, əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar ******* nömrəli, ******* nömrəli və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinin olmasına baxmayaraq, əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin tələbi ciddi şəkildə pozulduğundan QSC-nin xx.xx.2024-cü il tarixli, 762k/d nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh QSC tərəfindən İddiaçı ödənilməlidir.

18. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi “2023-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödənilməsi 202 3-2024-cü illər üzrə xəstəlik vərəqələrinə görə müavinətin hesablanıb İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh QSC-nin üzərinə qoyulması” hissəsində də təmin olunmalıdır.

19. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 1% məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Həmin tələbə münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, AR ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırkı mübahisəyə tətbiq edilə bilməz. Hazırkı mübahisədən görünmüşdür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini h əyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırkı mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər.

20. Məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfin dən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, iddia tələbi “7000 manat məbləğində ona dəymiş zərərin ödənilməsi” hissəsində də təmin olunmamalıdır.

21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 79, 80, 83, 84, 300-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ildən sonuncu dəfə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin verilməsinə tarixinə kimi onun işə buraxılmamağı və ona əmək haqqı verilməməsi işəgötürən ucbatından olmuş və məhkəmə tərəfindən bu məsələlərə hüquqi qiymət verilməmişdir. Halbuki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faiz i məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə aralarında əmək münasibətlərinin mövcud olmaması ilə bağlı səhv nəticəyə gəlmiş, bundan əlavə iddiaçıya guya işəgötürən tərəfindən son haqq-hesab ödənişlərinin həyata keçirildiyi qeyd olunmuşdur. Onların aralarında əmək münasibətləri qanunsuz işdən çıxarma əmri verilənədək, yəni xx.xx.2024-cü il tarixinə kimi qüvvədə olmuş, iş yerinə buraxılmamış və ona işəgötürən tərəfindən heç bir əmək haqqı ödənişi verilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya son haqq hesab tam şəkildə ödənilməmiş, onların iddiaçıya sonuncu dəfə ödədikləri məbləğə hansı ödənişlərin aid edildiyini məhkəmə araşdırmamışdır. İşə baxan məhkəmə Əmək Məcəllə sinin 300-cü maddəsini iş üzrə tətbiq etməmiş, nəticədə 7000 manat məbləğində dəymiş zərərin ödənilməsi hissəsində iddia təmin edilməmişdir. O artıq 4 ildir ki, iş yerindən qanunsuz olaraq cavabdeh tərəfindən məhrum edilmişdir. Onun bu müddət ərzində maddi məhrumiyyətlərə məruz qaldığı, əsəb və sarsıntı keçirərək mənəvi ziyana məruz qalmağı açıq-aşkar görünmüşdür. 2021-ci ildən etibarən işəgötürən öz istədiyi kimi birtərəfli qaydada iddiaçının razılığı və iştirakı olmadan müqaviləyə dəyişiklik etmiş, xəbəri və izahatını alınmadan töhmət vermiş, iş otağının kilidi dəyişdirilmiş, iş otağına, Cəmiyyətə daxil olmağa ona icazə verilməmiş, iki komputer ondan alınmış, kompüterdə olan qovluqlar digər işçi C.Budaqova tərəfindən pozulmuş, xəstəlik vərəqələri bu günki günə kimi hesablanmamış (gecikmə nəzərə alınmamış), aylıq qonorarı redaksiyanın işçiləri arasında bölüşdürülmüş, işəgötürən nədənsə 4 ildən sonra 2024-cü ildə əmək müqaviləsinə xitam verməyi qərara almışdır. Məhkəmə həmin müddət ərzində onun əmək hüquqlarının pozuntusuna hüquqi qiymət verməmiş, şahidlərin məhkəməyə gəlməsinə dair vəsatət versə də təmin olunmamışdır. Yalnız xəstə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş, əmrin verilməsindən sonrakı müddət üçün ona məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Halbuki, 2021-ci ildən 2024-cü ilə kimi əmək müqaviləsinin qüvvədə olduğu 2024-cü ilə kimi əmək müqaviləsinin qüvvədə olduğu dövrdəki ödənişlərini işəgötürənin ödəməməsi təkzib olunmaz faktdır. 2021-ci il tarixdən işsiz qal dığı vaxtlarda məcbur olub ev əşyalarını satmışdır. Kommunal borcları bu gündə ödəməkdə problemlər yaranmış, məcbur olub bankdan kredit götürmüşdür. Məhkəmə onun iddia tələblərinə münasibətdə işin həqiqi hallarına münasibət bildirməmiş, işin mübahisə olunmayan halı kimi onun 4 il ərzində işə buraxılmamağı, əmək haqqının ödənilməməsini, xəbəri və razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilməsi, bütün bu müddət ərzində maddi və mənəvi ziyana məruz qalmağı nəzərə alınmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2439/2025 nömrəli mülki iş üzrə 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fərrux Qasımov - sədrlik edən və məruzəçi, Günay Axundova və Fuad Talışınski).

25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin predmetini təşkil edən hissələrinə münasibətdə düzgün araşdırma və hüquqi qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görməmişdir.

26. Apellyasiya şikayətinin 2021-ci ildən sonuncu dəfə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin verilməsi tarixinə kimi onun işə buraxılmamağı v ə ona əmək haqqı verilməməsi işəgötürən ucbatından olması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bu xüsusat məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi əmri qanunsuz hesab etməsinin səbəbi kimi ona əsaslanmışdır ki, əmək qabiliyyətinin olmaması vərəqələrinin olmasına baxmayaraq, əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 79-cu maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin tələbi ciddi şəkildə pozulmuşdur. Yəni, əmrin verilmə əsasını uzun müddət üzrlü səbəb olmadan iş yerinə gəlməməsi təşkil etsə də, həmin əmr qanunsuz hesab olunarkən bu halın düzgün olmadığına istinad olunmamışdır.

27. İşin hallarından da görünmüşdür ki, əmək müqavilələrinə əsasən əmək haqqının işəmuzd hesablanması nəzər də tutulur, 2021-ci ildən iddiaçı tərəfindən heç bir veriliş hazırlanaraq təqdim olunmamışdır. Belə olduğu halda son haqq-hesab ödənişlərinin düzgün həyata keçirilməməsi qənaətinə gəlinməsi də mümkün deyildir.

28. İddianın zərərlə bağlı hissəsi də əsasən 4 il ərzində işəgötürən tərəfindən işə buraxılmama ilə əsaslandırıldığından birinci instansiya məhkəməsi həmin hissədə də iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 79, 80, 83, 84, 172-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesa bına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Şikayət onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında işəgötürənin aralarında mübahisə yarandığı vaxtlardan idarəyə daxil olmağına qadağa qoyulması, vəsiqəsinin ondan alındığını və cavabdehin onun iştirakı və razılığı olmadan əmək müqaviləsini dəyişdirməsi faktlarını dəfələrlə bildirmiş və bununla bağlı dəlillərini (işəgötürənə ünvanlandığı ərizələr və s.) məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 2020-ci il tarixli (işəgötürən-Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İ.Hüseynova tərəfindən imzalanan) əmək müqaviləsində iddiaçının “Uşaq verilişləri” redaksiyasında böyük redaktor vəzifəsində işlədiyi qeyd edilmişdir. 2020-ci il tarixdən sonra işəgötürən iddiaçı ilə əmək müqaviləsi bağlamamış, Radionun “Xüsusi Layihələr” redaksiyasına (xx.xx.2023) keçirildiyi barədə isə 1 saylı Dost Mərkəzindən məlumat əldə etmişdir. Əmək müqaviləsinə (xx.xx.2024) xitam verildikdən sonra, 1 saylı Dost Mərkəzi tərəfindən iddiaçıya xx.xx.20 24-cü il tarixdən işsiz vətəndaş olduğu barədə arayış verilmişdir. Ona işəgötürən tərəfindən xəstə olduğu müddətdə müavinətin ödənilməsi məsələsinə məhkəmələr düzgün araşdırma aparmamışlar. İşəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” müavinətlə bağlı haqq-hesab cədvəlində əmək haqqı 190,86 manat göstərilmişdir. İddiaçının əmək haqqı isə minimum 268 manat idi. İddiaçının RV Xüsusi Verilişlər redaksiyasına keçirilməyi ilə bağlı əmək müqaviləsinin və əmək haqlarının və son-haqq hesabın hesablanması cədvəlləri və məhkəmə tərəfindən tələb edilən digər sənədlər məhkəməyə təqdim edilməmişdir. İşəgötürən tərəfindən xx.xx.2024-cü il tarixli (762 k/d) əmrdə xx.xx.2005-ci ildən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 3 illik məzuniyyət ə görə 96 məzuniyyət gününün hesablanması əmri verilmişdir. O, 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. Məzuniyyət gününün düzgün hesablanmaması barədə X2 Xidmətinə də yazılı müraciət etmişdir. Bundan əlavə 2019-cu ildən qərar var ki, müharibə veteranlarının övladları gəlir vergisindən azad edilsinlər. İki ay 250 manat olan əmək haqqı 268 manat hesablanmış, sonrakı aylarda isə qonorarım (əmək haqqı) töhmət əmrinin verilməsi üçün akta imza edən redaktorların qonorarlarına əlavə edilmişdir. Bundan başqa, 1986-2024-cü ilədək əmək kitabçası Kadrlar və Xüsusi işlər Departamentində olmuş, 2024-cü il tarixdə isə rəsmi poçt vasitəsilə ona göndərilmiş, mükafat səhifəsində xəbəri olmadan 1000 manat həcmində pul mükafatı yazılmışdır.

32. Apellyasiya məhkəməsi apellyasiya şikayətinə münasibətdə Əm ək Məcəlləsinin müvafiq maddi normaları tətbiq etməyi düzgün olmamışdır. Çünki, işə buraxılmadığı bütün dövrlər üçün əmək haqqı hesablanıb ona ödənilməli idi.

33. Cavabdehin mənafeyi əsas götürülməklə, çəkişmə prinsipi həyata keçirilməmişdir. Məhkəmədə verdiyi izahatı nəzərə alınmamışdır. Məhkəməyə sübut olaraq fotolar, əmək kitabçasının surətini və şahidlərin gəlməsi üçün dəfələrlə vəsatət təqdim etsə də nəzərə alınmamışdır.

34. İddiaçı şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54, 62, 172-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 106-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh QSC (vəkil X3) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilənlər həqiqəti əks etdirmir və faktlara söykənmir. Belə ki, işçinin kassasiya şikayəti onun əvvəlki mərhələlərdə irəli sürdüyü və həm birinci instansiya, həm də apellyasiya məhkəmələri tərəfindən ətraflı araşdırılıb rədd edilmiş arqumentlərinin təkrarıdır. Hər iki instansiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsi, əmək haqqının hesablanması və gecikdirilməsi, işə bərpa və digər iddialarla bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işçinin iddialarının sübut olunmadığını, sənədlərlə təsdiqlənmədiyini və nəticə olaraq əmək hüquqlarının pozulması hallarının baş vermədiyini müəyyən etmi şdir.

37. İşçinin kassasiya şikayətində əsas vurğulanan məsələlərdən biri, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinadla, hər gecikdirilmiş gün üçün əmək haqqının 1%i məbləğində ödənc tələbidir. Əmək haqqının 1%-lik ödənci – mövcud mübahisəyə tətbiq edilə bilməz. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. İşçi ilə əmək münasibətləri xitam verildikdən sonra onunla bağlı heç bir əmək funksiyası yerinə yetirilməmiş, əmək haqqı ödəniləcək dövr də mövcud olmamışdır. Son haqq-hesab ödənişləri həyata keçirilmiş, heç bir yubanma və ya gecikmə sənədlərlə təsdiq olunmamışdır.

38. İşçi tərəfindən təqdim edilən sənədlər və arqumentlər əsaslandırılmış sübut deyil. Bundan başqa, işçinin iddialarının fəaliyyət göstərmədiyi dövrlər üzrə əmək haqqı tələblərinə əsa slandığı, lakin bu dövrlərdə iş yerinə gəlmədiyi və iş funksiyası yerinə yetirmədiyi açıq şəkildə məhkəmə sənədlərində əks olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

40. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

41. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funks iyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

42. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

43. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

44. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən ası lı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

45. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

46. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hü quqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgö türənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

47. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd:Bu maddədə“işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyy ə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətin in həddi və dəlilləri üzrə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin normadakı Qeydə əsasən, bu maddədə“işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

57. Baxılan işdə bu normada göstərilən hallar sübuta yetirilmədiyi üçün məhkəmələr iddiaçının faiz tələbini əsaslı saymamışlar.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə, o cümlədən işdən çıxarıldığı tarixədək olan dövr üzrə əmək haqqı və xəstəlik müavinətinə görə ödənc tələblərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiy a məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Kollegiya onu da nəzərə alır ki, iddiaçının təmin olunmuş tələbləri iddia etdiyi mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

60. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verild iyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2439/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar