Məhkəmə qərarları › İş №2(102)-3097/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3097/2021

31.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3097/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxx adına Mingəçevir peşə məktəbinə qarşı ”əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, müddətli əmək müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdehin vəkili xxxnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 17 iyun 2020-ci il tarixli,2(107)1280/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı müddətsiz əmək müqaviləsinə əsasən Mingəçevir şəhər Peşə məktəbində istehsalat təlimi ustası vəzifəsində işləmiş, 17 sentyabr 2018-ci il tarixdə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 17 sentyabr 2018-ci il tarixli, 12 №-li əmək müqaviləsi ilə İddiaçı təkrarən xxx adına Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmiş, müqavilənin müddəti 3 ay sınaq müddəti müəyyən edilməklə 1 (bir) il müddətində - 17 sentyabr 2018-ci il tarixdən 17 sentyabr 2019-cu il tarixədək müddətə müəyyən olunmuş, 17 sentya br 2019-cu il tarixli razılaşma ilə müqavilənin müddəti 3 ay uzadılmışdır. xxx adına Cavabdeh direktorunun 16 dekabr 2019-cu il tarixli, 166 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh xxx adına Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəbin direktorunun 16 dekabr 2019-cu il tarixli, 166 №-li əmrinin ləğv edilməsi, iddiaçının müddətsiz əmək müqaviləsi üzrə Cavabdehnə istehsalat ustası vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, işəgötürənin 17 sentyabr 2019-cu il tarixli əmri qanunsuzdur və məktəbin direktorunun iddiaçıya qarşı qərəzli münasibətindən irəli gəlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(051)-332/2020 nömrəli qətnaməsi ilə (hakim H.S.Mirzəliyev) iddianın təmin olunması, Cavabdeh direktorunun 166 №-li, 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdehndə 29 il işləmiş və sonradan eyni iş yerində iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunsuz olmuşdur. b) Apellyasiya ins tansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(051)-332/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbi rədd edilməsi barədə qətnamə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(107)1280/2020 nömrəli qətnaməsi ilə (hakim A.M.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Əliyevdən və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(051)-332/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, Cavabdeh direktorunun 166 №-li 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdeh nə istehsalat təlimi ustası işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianı təmin etməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 14 və 68-ci maddələrinə, habelə Mülki Məcəlləsinin 6, 390.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq işdən çıxarılma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq tərəflərin mübahisələndirmədikləri tələb üzrə, yəni iddiaçının müddətsiz əmək müqaviləsi ilə işə bərpa olunması barədə qətnamə qəbul etmişdir. Bundan başqa, tərəflər müddətli əmək müqaviləsini sərbəst şəkildə bağlamışlar. İddiaçı həmin müqavilənin müddətli bağlamağa məcbur edildiyini təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(107)-1280/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şi kayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 45-ci maddəsinin birinci hissəsini və 47-ci maddəsinin f) bəndini yanlış təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması məhkəmə kol legiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əm ək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqav iləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab etmişdir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı yalnız əmrin ləğv olunmasını və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini deyil, həmçinin onun müddətsiz olaraq əmək müqaviləsi üzrə Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə bərpa olunmağını xahiş etmiş və birinci instansiya məhkəməsi həmin tələbə də hüquqi qiymət vermişdir. Yəni birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini pozması müəyyən olunmur. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız tərəflər arasında müddətli əmək müqaviləsinin bağlanmasına istinad edilməklə iddianın rədd edilməsi əsassız olmuşdur. Belə ki, mübahisəsizdir ki, müddətsiz əmək müqaviləsi işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğundur. Belə müqavilə bağlanılarkən, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əlavə hallar mövcud olmalıdır. Müddətli əmək müqaviləsi bağlandıqda isə yalnız bu müddətin ötürülməsinə istinad edən işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verilməsi üçün əmr verə bilər. Həmçinin işçinin bu hüquqlarının təmin edilməsi məqsədi ilə qanunverici Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində nəzərdə tut muşdur ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək müqaviləsi yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı uzun müddət ərzində cavabdeh təşkilatla müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, sonradan 17 sentyabr 2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilərək, aralarında yeni mü ddətli müqavilə bağlanmışdır. Lakin yalnız həmin müqaviləni əsas götürərək işəgötürənin mübahisələndirilən əmrini qanuni hesab edən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış sonuncu müqavilənin müddətli olmasına Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə və 47-ci maddəsinin f) bəndinin tələblərinə uyğun hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış ilkin müqavilənin müddətsiz olduğu və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu halda, həmin müqavilənin ləğv edilərək, müddətli əmək müqaviləsi ilə əvəz olunmasının tərəflərin hüquq bərabərliyi prinsipinə, o cümlədən iddiaçının həqiqi iradə ifadəsinə uyğunluğu məsələsinə hüquqi qi ymət verilməmişdir. Halbuki iddiaçı iddiasında müddətsiz əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni məhz işəgötürən təşkilatın direktorunun təkidi ilə imzalamasını qeyd etmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Ba bayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsin in hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(107)1280/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar