Məhkəmə qərarları › İş №2(102)-3097/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3097/2022

19.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3097/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3183/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3183/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, ləğv edilməsi, mahiyyəti üzrə baxılması üçün işin apellyasiya insta nsiyasına qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətində yalnız Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinin məzmunu qeyd edilib, qeyd edilən prosessual hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasi ya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun ic raata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-3183/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şika yətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar