Məhkəmə qərarları › İş №2(102)-3098/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3098/2024

23.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3098/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin İdarəsi Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin İdarəsinin Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) qarşı xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2538/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Baş miçman Cavabdeh2 xxx oğlu xx.xx.1999-xx.xx.2000-ci və xx.xx.2000xx.xx.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. 2. ünvan 1, hərbi yataqxana, mənzil (otaq) 4 (bundan sonra – mübahisəli xidməti yaşayış sahəsi) Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinin balansındadır.

3. Mübahisəli xidməti yaşayış sahəsi xx.xx.2006-cı il tarixində Cavabdeh2 Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət ərzində müvəqqəti yaşaması üçün verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2347/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2002-ci il tarixdə 248 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 anaları Cavabdeh1 yanında qalması, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh2 tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.

5. Cavabdeh2 ilə Cavabdeh1 arasın da xx.xx.2020-ci il tarixli razılaşma müqaviləsi bağlanmış, Cavabdeh2 Cavabdeh1 birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanında yerləşən mənzilin satışından əldə olunan 15732.07 manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ona ödəmişdir.

6. Cavabdeh2 xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən o, xx.xx.2006-cı ildə xidməti evlə təmin olunmuşdur. Hazırda ehtiyata buraxıldığı üçün mübahisəli xidməti yaşayış sahəsini təhvil vermək istəyir, həmin evdə birinci ailəsi yaşadığına görə xidməti yaşayış sahəsini təhvil verə bilmir. Onlar boşanmışlar və boşanma ərəfəsində birinci ailəsini ünvan 1 ünvanında yerləşən evlə təmin etmişdir. Cavabdeh1 boşanma zamanı mübahisəli xidməti yaşayış sahəsinə yığışmış və həmin sahəni təhvil verməyinə maneçilik törətmişdir. Özü mübahisəli xid məti yaşayış sahəsini təhvil vermək istəyir.

7. Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən o, xx.xx.1999-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi müddət ərzində mübahisəli xidməti yaşayış sahəsi ilə təmin olunmuşdur. Xidməti yaşayış sahəsinin geri alınmasına köməklik göstərilməsini xahiş etmişdir.

8. Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzilİstismar sahəsi tərəfindən mübahisəli xidməti yaşayış sahəsində yaşayan sakinə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə məktublar ünvanlanaraq, 6 nömrəli Mənzil-İstismar sahəsinin balansında olan, hal-hazırda yaşadığı mənzilin açarlarının 1 ay müddətində 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi xahiş edilmişdir.

9. Qəbzlərə əsasən Bakı Qarnizonu 6 saylı MİS tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində Cavabdeh1 məktublar göndərilmişdir.

10. Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 6 saylı Mənzilİstismar sahəsi tərəfindən Bakı Qarnizonu MİH-nə ünvanlanan xx.xx.2023-cü il tarixli, 156 nömrəli arayışa əsasən mübahisəli xidməti yaşayış sahəsində Cavabdeh1 və X2 yaşayırlar.

11. Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 6 saylı Mənzilİstismar sahəsi tərəfindən Bakı Qarnizonu MİH-nə ünvanlanan xx.xx.2023-cü il tarixli, 175 nömrəli arayışında mübahisəli xidməti yaşayış sahəsində N saylı hərbi hissənin xx.xx.2006-cı il tarixli 1 nömrəli protokoluna əsasən Cavabdeh2 müvəqqəti yaşadığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzilİstismar İdarəsi (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (bundan sonra – cavabdeh) mübahisəli xidməti yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsində Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir.

14. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarıxli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahli Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydalar ı haqqında Əsasnamə”yə əsasən həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan şəxslər) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Ehtiyatda olan baş miçman Cavabdeh2 xx.xx.2006-cı il tarixdə mübahisəli xidməti yaşayış sahəsi ilə təmin olunmuşdur. Müdafiə Nazirinin xx.xx.2020-ci tarixli 023 gm nömrəli əmri ilə Cavabdeh2 “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən Sil ahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra Cavabdeh2 Mudafiə Nazirliyinin Bakı Qarnızonu Mənzil-İstismar hissəsinə ərizə ilə müraciət edərək, mübahisəli xidməti yaşayış sahəsinin ondan təhvil alınmasını xahış etmişdir. Lakin hazırda həmin sahədə məskunlaşmış cavabdehə (Cavabdeh2 keçmiş həyat yoldaşı) sahənin Müdafiə Nazırliyinin mənzil fonduna təhvil verməsi üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, xidməti yaşayış sahəsi hazırkı vaxta qədər təhvil verilməmiş və cavabdeh tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir.

15. Birinci instansiya məhkəməsində üçüncü şəxs Cavabdeh2 bildirmişdir ki, Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət ərzində xx.xx.2006-cı ildə mübahisəli xidməti yaşayış sahəsi ilə təmin olunmuş, hazırda ehtiyata buraxı ldığı üçün həmin sahəni təhvil vermək istəmişdir. Həmin evdə birinci ailəsi yaşadığına görə evi təhvil verə bilməmişdir. Onlar boşanmış və boşanma ərəfəsində birinci ailəsini ünvan 1 ünvanında yerləşən evlə təmin etmişdir. Cavabdeh boşanma zamanı indiki mübahisəli xidməti yaşayış sahəsinə yığışmış və xidməti sahəni təhvil verməyinə maneçilik törətmişdir. Xidməti sahənin təhvil verilməsi ilə bağlı hətta müvafiq quruma ərizə ilə müraciət edərək, xidməti yaşayış sahəsinin ondan geri alınmasını xahiş etmişdir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-448/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin mübahisəli xidməti yaşayış sahəsindən çıxarılması qət edilmişdir. (hakim Şəhriyar Əliyev)

17. Birinci instansiya məhkəməsi iş materialları əsasınd a müəyyən etmişdir ki, mübahisəli xidməti yaşayış sahəsi Müdafiə Nazirliyinin hərbi hissəsinin xx.xx.2006-cı il tarixli 1 nömrəli protokoluna əsasən müvəqqəti yaşamaq üçün Cavabdeh2 kirayəyə verilmiş, həmin mənzilin yerləşdiyi bina Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzilİstismar hissəsinin balansında olmuş, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ilə Cavabdeh2 xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh2 ilə cavabdeh arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, nikaha xitam verildikdən sonra tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən mənzilin satışından əldə olunan 15732.07 manat məbləğin Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilməsi barədə onlar arasında razılaşma müqaviləsi bağlanmışdır. Eht iyatda olan Cavabdeh2 Müdafiə Nazirliyinin Bakı Qarnizonu MİS-nə ərizə ilə müraciət edərək, mübahisəli xidməti yaşayış sahəsinin ondan təhvil almasını xahiş etmişdir. Lakin adıçəkilən mənzildə məskunlaşmış iş üzrə cavabdeh mənzilin təhvil verilməsi ilə bağlı ona göndərilən xəbərdarlıqlara baxmayaraq, həmin xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməmiş və oradan çıxmamışdır. Bununla belə, cavabdehin iddiaçıya məxsus xidməti yaşayış sahəsindən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi həqiqi hərbi xidmətdə olan və müddətdən artıq həqiqi xidmət hərbi q ulluqçuları üçün nəzərdə tutulduğundan, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılan Cavabdeh2 adıçəkilən xidməti yaşayış sahəsinin ondan təhvil alınması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etdiyindən, cavabdehin Müdafiə Nazirliyi ilə əmək münasibətləri olmadığından və həmin xidməti yaşayış sahəsinə heç bir mülkiyyət hüququ əldə etmədiyindən, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, bu da cavabdehin mübahisəli xidməti yaşayış sahəsindən çıxarılması üçün əsasdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 157, 178-ci, 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4, 5, 93, 100, 101 və 105-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayətini məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, cavabdehin keçmiş əri Cavabdeh2 iddiaçı ilə əlbir olub cavabdehi və uşaqlarını mənzildən çıxarmaq istədiyi, mənzilin iddiaçının mülkiyyətində olduğunun sübuta yetirilmədiyini nəzərə almadığı, cavabdehin maddi imkanlarını və ailə vəziyyətini araşdırmadığı, mənzilin təmirinə və abadlaşdırılmasına xərclər çəkdiyinə əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2538/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Xumar Mərdanova)

23. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı inzibati orqan olsa da, cavabdeh fiziki şəxs olmuş və tərəflər arasında mübahisə əvvəllər iddiaçı ilə xidməti münasibətlərdə olmuş, lakin hazırda həmin münasibətlərinə xitam verilmiş şəxsə hərbi xidmətlə bağlı ayrılmış xüsusi təyinatlı mənzildən cavabdehin çıxarılması ilə bağlı olmuşdur. Xüsusi təyinatlı mənzillərin ayrılması və həmin mənzillərlə bağlı sosial kirayə müqavilələrinə xitam verilməsinə dair müəyyən məsələlərin inzibati orqanların publik hüquq münasibətlərindən irəli gələn səlahiyyətləri ilə əlaqədar o lması istisna edilməsə də, ümumilikdə xüsusi təyinatlı yaşayış sahələrinin ayrılması, onların istifadə edilməsi, bununla bağlı sosial kirayə müqavilələrinə xitam verilməsi, həmin yaşayış sahələrinin boşaldılması qaydaları hazırkı mübahisənin halları baxımından qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir.

24. İddia ərizəsində də iddiaçı cavabdehin keçmiş həyat yoldaşı ilə xidməti hüquq münasibətlərinə xitam verildiyinə, onun ərizəsinə əsaslanaraq və aralarında bağlanmış sosial kirayə müqaviləsinə xitam verilmiş hesab edərək, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 91-ci, 92-ci və 103.3-cü maddələrinə istinadla cavabdehin mənzildən çıxarılmasını tələb etmişdir. Baxılan iş üzrə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onlar arasındakı mövcud münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aid olmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi İnizibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinin mübahisəyə tətbiq olunub-oluna bilməməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, həmin normaya əsasən inzibati orqanla sabiq hərbi qulluqçu arasında yaranmış hüquq münasibətləri o halda inzibati hüquq münasibətləri kimi xarakterizə oluna bilərdi ki, həmin münasibətlər əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri (misal, ödənilməmiş əmək haqqının, yaxud məzuniyyət pulunun ödənilməsi, məlumat vərəqəsinin verilməsi və ya aidiyyəti quruma göndərilməsi və sair) ilə bağlı olsun. Lakin işdən müəyyən edilmişdir ki, cavabdehin keçmiş həyat yoldaşının hərbi qulluqçu kimi xidmətinə xitam verildiyindən o, hazırda hərbi qulluqçu statusuna malik olmamış, xidmə ti yaşayış sahəsinin kirayə müqaviləsi isə qulluqda qalma müddətlərini əhatə etmişdir. Başqa sözlə, iddiaçının cavabdehə yönəltdiyi tələb artıq hərbi qulluqçu statusu olmayan fiziki şəxsin keçmiş həyat yoldaşının yaşadığı xidməti mənzildən çıxarılması ilə bağlı olmuşdur ki, bu hal da İPM-in 2.1-ci maddəsi ilə təsbit olunan "Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” qaydasına istisna təşkil etməmişdir. Bu baxımdan hazırkı iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə müvafiq olaraq xitam verilməsi üçün əsas olmamışdır.

26. Apellyasiya instansiya məhkəməsi iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hala görə cavabdehin keçmiş həyat yoldaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin miçmanı olmuş, o, hərbi xidmətdən buraxıld ığı zaman ona ayrılmış mənzili təhvil vermək istəsə də, cavabdeh mənzili boşaltmamışdır

27. Cavabdehin keçmiş həyat yoldaşına xidməti mənzil xx.xx.2006-cı il tarixdə verildiyindən, iddia tələbinin qanuni əsası kimi xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 93-cü maddəsi nəzərdən keçirilə bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, həmin maddi hüquq normasının tətbiqini istisna edən halların mövcud olmadığı təqdirdə iddianın təmin olunması mümkündür.

28. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, keçmiş hərbçi olan Cavabdeh2la cavabdeh boşanmış və birlikdə yaşamamışlar, eyni zamanda Cavabdeh2 özü də xidməti yaşayış sahəsindən çıxarılması qadağan olunan kateqoriya şəxslərdən deyil.

29. Bu baxımdan, apellyasiya instansiya məhkəməsi qənaətinə görə, cavabdehi “xidməti yaşayış sahəsindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilən şəxs” kimi qiymətləndirmək hüquq normasının həddindən artıq geniş təfsiri olardı. Başqa sözlə cavabdehə münasibətdə, xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 93-cü maddəsinin tətbiqini istisna edən hal mövcud olmamışdır.

30. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4, 5, 93, 100, 101, 105-ci və “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş) Maddə

4. Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Maddə

5. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə

93. Həqiqi hərbi xidmətdən istefaya və ya ehtiyata buraxılanlar SSRİ Silahlı Qüvvələrinin zabitləri, praporşikləri və miçmanları, müddətdən artıq xidmətdə olan hərbi qulluqçuları və onlara bərabər tutulan şəxslər, habelə onlarla birlikdə yaşayan şəxslər hərbi şəhərciklərdəki yaşayış sahələrindən digər abad yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. SSRİ Silahlı Qüvvələri ilə əlaqəsi kəsilmiş başqa şəxslər də hərbi şəhərciklərdən eyni qaydada çıxarılırlar. Maddə

100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrıl ır. Maddə

101. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına xidməti yaşayış sahəsi verilə bilər. Maddə

105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİni müdafiə edərkən, yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində, yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən, yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12 (hissə İ). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəy yən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Maddə 12 (hissə İİ). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluq çularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq s ahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üç ün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdi yi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi v ə apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

39. İddia tələbi iddiaçının balansında olan yaşayış sahəsindən cavabdehin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi yaşayış sahəsinin xidməti mənzil olmasına, cavabdehin orada heç bir əsas olmadan yaşamasına istinad etmişdir.

40. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli xidməti yaşayış sahəsi Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansındadır, həmin sahə müvəqqəti yaşamaq üçün Cavabdeh2 kirayəyə verilmiş, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh2 ilə cavabdeh arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, nikaha xitam verildikdən sonr a tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən mənzilin satışından əldə olunan 15732.07 manat məbləğin Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilməsi barədə onlar arasında razılaşma müqaviləsi bağlanmışdır. İş üzrə cavabdeh mənzilin təhvil verilməsi ilə bağlı ona göndərilən xəbərdarlıqlara baxmayaraq, həmin xidməti yaşayış sahəsini Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməmiş və oradan çıxmamışdır. Eyni zamanda nə cavabdeh, nə də onun keçmiş əri Cavabdeh2 xidməti yaşayış sahəsindən çıxarılması qadağan olunan kateqoriya şəxslərdən hesab edilmirlər.

41. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv ş ərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən məhz həmin dəlillərə qiymət verilməklə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırmış, gəldiyi nəticəni qətnamədə əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2538/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar