Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3099/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2336/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli 11 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2016-cı il tarixdən Cavabdeh (bundan sonra – cavabdeh) “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasında laboratoriya müdiri vəzifəsinə işə qəbul edilmişdir. 2. xx.xx.2021-ci il tarixli 1767 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasına 0,5 ştat əvəzi assistent vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2022-ci ilədək müddətə bağlanmışdır. 3. 04-1432 nömrəli xx.xx.2021-ci il tarixli əmr ilə elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul ola n elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının, universitetin tədris köməkçi heyətinin və tyutorların attestasiyasının keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. 4. xx.xx.2022-ci il tarixli 03 nömrəli attestasiya protokolundan müəyyən edilir ki, laboratoriya müdiri vəzifəsində çalışan iddiaçı komissiyaya attestasiya materiallarını təqdim etmiş, lehinə “0”, əleyhinə “7” nəfər səs vermiş, iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qərara alınmışdır. 5. 04-469 nömrəli xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu “Faydalı qazıntı yataqlarının ge ologiyası və işlənməsi” kafedrasının laboratoriya müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu nəzərə alınaraq, ştat cədvəlindən laboratoriya müdiri vəzifəsi ləğv edilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 04-578 nömrəli əmrlə Əmək Məcəlləsinin 68.2.b - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 04-469 nömrəli, x x.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli, 04-578 nömrəli əmrlərin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, əmək kitabçasının geri qaytarılması, əmək kitabçasının geri qaytarılan günədək ona işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi, həmçinin 50 manat məbləğində mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.1987-ci ildən əmək fəaliyyətinə başlamış, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, xx.xx.2008- ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Cavabdeh) “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedrasına laboratoriya müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə keçirilmiş attestasiyadan keçmiş hesab olunmuşdur. xx.xx.2016-cı il tarixdən “Minerologiya, petroqrafiya və litologiya” və “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedraları fəaliyyətini dayandırmış və həmin kafedraların bazasında “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrası yaradılmış və həmin laboratoriyanın müdiri vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə heç bir qüsuru, iradı, töhməti, xəbərdarlığı, pozuntusu və s. olmamışdır. Əksinə işlədiyi müddət ərzində davamlı olaraq, yüksək və aparıcı işinə görə nümunəvi işçi kimi rəhbərlik tərəfindən mükafatlandırılmışdır. ADNSU-nun yeni təyin olunmuş rəhbərliyi son aylarda müxtəlif yo llarla onu və digər əməkdaşları kütləvi şəkildə tutduğu vəzifədən uzaqlaşdırmaq istəmiş, bu məqsədlə dəfələrlə ona və digər bir çox əməkdaşlara ərizə yazaraq öz xahişləri ilə işdən uzaqlaşmaqlarını bildirmişlər. Əgər könüllü olaraq işdən ərizəsi ilə getməsə, o zaman qanunvericiliyin digər imkanlarından istifadə etməklə, qondarma bəhanələrlə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) işdən qovulacağını bildirmişlər. Hətta attestasiyanın nəticələri bilindən sonra da ona öz xahişi ilə işdən azad olunmağı üçün ərizə verməsini tələb etmişlər. Əks təqdirdə “əmək kitabçan ləkələnəcək və səni heç kim işə qəbul etməyəcək” deyə təzyiqlər də göstərmişlər. Nəhayət, işdən çıxmaq haqqında ərizə vermədiyinə görə cavabdeh, “Attestasi ya komissiyası” adı altında yaratdığı komissiyanın qərəzli, sifarişli “attestasiyası” ilə “attestasiyadan keçməyib” kimi qərəzli əməllərlə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə cavabdehin qanunsuz, ədalətsiz, əsassız 04-469 saylı xx.xx.2022-ci il tarixli əmri ilə xitam verilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, təqdim olunan iddia ərizəsində iddiaçının tələbini əsaslandıran hər hansı sübuta, dəlilə, əsaslı fikrə rast gəlinmir. İddiaçı yalnız 1-ci səhifədə ADNSU-nun rektorunun ona qarşı qərəzli olduğunu, attestasiya komissiyasının qərarının isə sifarişli və qərəzli olmasını qeyd edir. Bu ittihamları təsdiq edəcək isə hər hansı əsas gətirilmir. Bu “ittihamlar” iddia ərizəsinə dramatik notlar vermək xətrinə yazılmışdır. Növbəti səhifələrdə isə əmək məcəllə sindən müxtəlif maddələr və attestasiya prosesinin keçirilməsi barədə maddi normalar sadalanır. İddiaçının işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinin təmin edilməsini əsaslandıracaq hər hansı mötəbər dəlil gətirilməmişdir. Mahiyyət etibarı ilə adi şikayətdir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qərəzdən və ya “sifarişdən” söhbət gedə bilməz. xx.xx.2021-ci il tarixində ADNSU ali idarəetmə orqanı olan Elmi Şuranın iclasında Cavabdehndə elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan elmitədqiqat laboratoriyalarının əməkdaşlarının və Universitetin tədris-köməkçi heyətinin attestasiyasının keçirilməsi qərara alınmış və müvafiq qaydalar təsdiq edilmişdir. ADNSU-nun rektorunun əmri ilə attestasiya komissiyası formalaşdırılmışdır. Attestasiyanın keçirilməsi barədə bütün əməkdaşlar, o cümlədən iddiaçı da rəsmi xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixində baş tutmuş attestasiya iclasında iştirak edən İddiaçı komissiya tərəfindən tutduğu vəzifəyə uyğun olmaması barədə qərar qəbul olunmuşdur. İclas protokollaşdırılmış və imzalar ilə təsdiq edilmişdir. Auditoriyada quraşdırılmış kamera vasitəsilə proses görüntülənmişdir. xx.xx.2022-ci il tarixində Cavabdehndə elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının və ADNSU-nun tədris köməkçi heyətinin 01-08 aprel 2022-ci il tarixlərində baş tutmuş attestasiyasını həyata keçirən attestasiya komissiyasının Qərarı imzalanıb təsdiq edilmişdir. Həmin Qərarın 3-cü səhifəsində “Faydalı qazıntı yataqlarının geologiyası və işlənm əsi” kafedrasının əməkdaşlarının nəticələri öz əksini tapmışdır. Siyahıda adı İ yazılmış iddiaçının tutduğu laboratoriya müdiri vəzifəsinə uyğun olmaması barədə attestasiya komissiyasının qərarı qeyd olunub. xx.xx.2022-ci il tarixində 04-469 nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmrin və əmək kitabçasının təqdim olunması üçün kadrlar şöbəsinə yaxınlaşması bildirilsə də, iddiaçı bu günə kimi gəlməmiş və hər hansı səbəb gətirməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin “Vahid X1” Ali Təhsil Müəssisələrinə aid İV bölmədə tədris labora toriyasının (emalatxanasının) müdirinin “bilməlidir” adlı abzasında aşağıdakılar qeyd olunub: - Laboratoriyada saxlanılan cihaz və avadanlıqların xüsusiyyətlərini, iş prinsipini; laboratoriyanın profilinə uyğun fənnin məzmununu; emalatxanadakı cihaz, dəzgah, alət və avadanlıqların xüsusiyyətlərini və işləmə prinsipini; informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini, müəllimlərə metodiki tövsiyə verilməsini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. Attestasiya komissiyasının verdiyi sualların heç birinə iddiaçı tərəfindən düzgün və ətraflı cavab verilməmişdir. İddiaçının çalışdığı “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasında tədris olunan fənlər sırasında petroqrafiya fənni də var. Həmçinin, iddiaçının müdir olduğu laboratoriyada tədris planına uyğun olaraq petroqrafiyaya dair saatlar nəzərdə tutulub. Tədris planları isə Təhsil Nazirliyinin təsdiq etdiyi hər bir ixtisas üzrə təhsil proqramına uyğun olaraq tərtib olunur. Hesab edir ki, məhkəmənin hazırlıq iclasında iddiaçının səsləndirdiyi “petroqafiya mənim ixtisasıma aid deyil” fikri kökündən yanlışdır. Belə ki, attestasiya ilk növbədə işçinin tutduğu vəzifəyə uyğun olub-olmamasını müəyyən edir. İddiaçıya da sırf vəzifəsinə uyğun olaraq suallar verilmiş və suallardan biri də tədris planında nəzərdə tutulmuş petroqrafiyaya aid olmuşdur. xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə 2022ci ilin iyulun 01-dən xitam verilmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli əmr qəbul olunmuşdur. Bu fakt barədə iddiaçı məlumatdırılmışdır. Bundan başqa, həmin əmrin surəti xx.xx.2022-ci il tarixinə 1 ay qalmış ADNSU-nun İ mərtəbəsində “elanlar” lövhəsində vurulmuşdur. Bütün əməkdaşlar, o cümlədən iddiaçı bu əmrlə tanış olmuşdur. Uzun illərdir ki, 0.5 ştat əvəzçi assistent vəzifəsi üçün əmək müqavilələri tədris ili müddətinə yəni, sentyabr-iyun ayları müddətinə bağlanılır. İddiaçı bunu bilməməsi, guya ki, ona xəbərdarlıq etmədən müqavilənin köhnə tarixlə xitam verilməsi cəfəngiyyatdır. İddiaçı ilə uzun illərdir ki, bu tip əmək müqavilələri (0.5 ştat əvəzçi assistent) bağlanılırdı və iddiaçı onunla bağlanmış müqavilənin iyun ayının sonunda xitam veriləcəyini gözəl bilirdi. Ali təhsil müəssisəsi olan Cavabdehndə tədris ili hər il iyun ayının sonunda başa çatdığından əməkdaşların mütləq əksəriyyəti iyul ayını n əvvəlindən məzuniyyətə çıxırlar. Bundan başqa, Cavabdeh büdcədən maliyyələşən müəssisə olduğundan və hesabında kifayət qədər pulun olmaması səbəbindən zəruri vəsaitin ayrılması üçün Təhsil Nazirliyinə müraciət edilmişdir. Xahişlərinə Təhsil Nazirliyi tərəfindən müsbət baxıldıqdan və tələb olunan həcmdə maliyyə vəsaiti iyul ayında hesabına köçürüldüyündən sonra əmək haqqı və digər maliyyə ödənişləri həyata keçirilmişdir. Əmək kitabçasının ona verilməməsi iddiası da həqiqətə uyğun deyil. İddiaçı ADNSU-nun kadrlar şöbəsinin rəisinə bildirmişdir ki, kitabçanı ona poçtla göndərməsinlər, çünki əmək kitabçasını şəxsən götürmək fikrindədir. İddiaçı həm iddia ərizəsinə, həm də iddia tələbinin həcminin artırıması barədə ərizəsində qeyd olunan “faktlar” ilə bağlı iki dəfə Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Bu faktı iddiaçı məhkəmə prosesi zamanı vurğulamamış, səbəbi isə şikayətlərindən heç birində X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən qanun pozuntularının aşkar olunmaması olmuşdur.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-3646/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 11 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2016cı il tarixdən “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının müdiri vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh in 04-1432 nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının, universitetin tədris-köməkçi heyətinin və tyutorların attestasiyasının keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Keçirilmiş attestasiya üzrə iddiaçı tərəfindən komissiyaya təqdim edilmiş attestasiya materiallarının lehinə “0”, əleyhinə “7” nəfər səs vermiş, attestasiya komissiyasının qərarı ilə iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qərara alınmışdır. Cavabdehin 04-469 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğ u vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən attestasiya komissiyası yaradılmış və keçirilmiş attestasiya üzrə attestasiya komissiyasının qərarı ilə iddiaçı tutduğu vəzifəyə uyğun hesab olunmamışdır. İddiaçı tərəfindən attestasiya komissiyasının gəldiyi nəticənin təkzib edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı attestasiya komissiyasının fəaliyyətində, o cümlədən iddiaçı barəsində qəbul edilmiş əmrlərin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
13. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xə tşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1625 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 144-cü vərəqində İddiaçı adında olan 29 dekabr 2021-ci il tarixli aktda “İmza:” qrafasının” qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 126 manat təşkil etmişdir.
14. Məhkəmə xx.xx.2021-ci il tarixli akta münasibətdə qeyd etmişdir ki, həmin aktdakı imzanın iddiaçıya məxsus olmaması və aktın qanunsuz olması, işin mahiyyətinə aidiyyəti olmamaqla əmrlərin ləğv edilməsinə əsas vermir. Belə ki, aktda göstərilən əmr üniversitetin “elanlar” lövhəsində vurulmuş, iddiaçı attestasiyadan keçən vaxt buna etiraz etməyərək, müvafiq əmri mübahisələndirməmiş, həmin əmrlə razılaşaraq attestasiyadan keçmişdir. Ona görə də tutduğu vəzifəyə uyğun olmamasına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə istinad edilməklə xitam verilməsi qanuni və əsaslı olmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 65, 68 (a), 70 (c)-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş et mişdir.
17. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, kifayət qədər sübutların toplanmasına baxmayaraq, məhkəmə həmin sübutlara münasibət bildirməmişdir. İşdən azad olunmasına baxmayaraq rəhbərlik tərəfindən əmək kitabçası ona təhvil verilməmiş, işə məhkəmədə baxılarkən 2022-ci ilin sentyabr ayında verilmişdir. Attestasiyanın 3 nömrəli protokolu düzgün tərtib edilməyib, komissiyanın bütün üzvləri iştirak etməyib, 7 üzvündən 5 nəfər iştirak edib. Universitetin həmkarlar ittifaqının sədri Məzahir Babayev və Lətifə Məmmədova 01 aprel 2022-ci il tarixdə keçirilən attestasiyada iştirak etməyiblər, onun lehinə 2 nəfər, əleyhinə 3 nəfər səs verib. Həmkarlar ittifaqının sədri Məzahir Babayev və Lətifə Məmmədova iştirak etmədikləri halda sənəddə onların imzası var. Attestasiyanın başlanmasından əvvəl ona hər hansı rəsmi bildiriş verilməmişdir. Rektor tərəfindən qərarlar attestasiyanın keçirildiyi gündən başlayaraq 30 təqvim günü müddətində qəbul edilməli olduğu halda, müddət ötürülmüşdür.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2336/2023 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (xx.xx.2022-ci il tarixli əmrə münasibətdə) ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04-469 nömrəli xx.xx.2022-ci il tarixli ə mrin ləğv edilməsi, İddiaçı tutduğu “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının laboratoriya müdiri vəzifəsinə bərpa edilməsi, həmin vəzifə üzrə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, attestasiyanın keçirilməsində Komissiyanın 5 üzvünün iştirak etməsinə baxmayaraq, attestasiya protokolu Komissiyanın 7 üzvü tərəfindən imzalanmış, səsvermə nəticələri də ona uyğun göstərilmişdir. Komissiya üzvlərindən Lətifə Məmmədova və Məzahir Babayev attestasiyanın keçirilməsində iştirak etməmişdir. Məzahir Babayev isə HİK-in sədri olmuşdur. Attestasiya iclasında həmkarlar ittifaqının üzvü iştirak etməmiş, habelə 5 nəfər kommisiya üzvü iştirak etdiyi halda, protokola 7 üzv imza atmaqla saxtalaşdırmaya yol verilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Bundan başqa Cavabdeh elmi işçilərinin attestasiyasının keçirilməsi qaydalarının tələblərinə əsasən də Komissiyanın tərkibində elmi şura üzvlərinin nümayəndələrinin və həmkarlar ittifaqının nümayəndəsinin iştirakı məcburidir. Qeyd olunanlara əsasən keçirilmiş attestasiya qanunvericiliyin tələblərinə cavab verməmiş, protokol düzgün tərti b edilməmiş, iştirak etməyən komissiya üzvləri tərəfindən səsvermə nəticəsi qeyd edilmiş və onlar tərəfindən də protokol imzalanmışdır.
21. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, digər tərəfdən attestasiyanın keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarına əsasən, attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Həmçinin Cavabdeh elmi işçilərinin attestasiyasının keçirilməsi qaydal arınında da nəzərdə tutulmuşdur ki, komissiyanın gəldiyi nəticələrə əsasən Universitetin rektoru tərəfindən qərarlar attestasiyanın keçirildiyi gündən başlayaraq 30 gün müddətində qəbul edilir.
22. Məhkəmə kollegiyasının bu hissədə mövqeyi ondan ibarət olmuşdur ki, attestasiya 01 aprel 2022-ci il tarixdə keçirilmiş və iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. İddiaçı isə 30 gün keçdindən sonra, xx.xx.2022-ci il tarixli əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi nəzərdə tutulmuş müddət qurtardıqdan sonra işçi işdən azad edilmişdir, qanunvericiliyin tələbinə görə isə bu müddət qurtardıqdan sonra işçini işdən azad etməyə yol verilmir. Ona görə də xx.xx.2022-ci il tarixli əmr lə ğv edilməli və o, tutduğu vəzifəyə bərpa edilməli, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 01 aprel 2022-ci il tarixdə attestasiyanın keçiriləcəyi barədə tanış olma cədvəlində xx.xx.2022-ci il tarixdə imza etmişdir. Bundan başqa, iddiaçı əmək kitabçasını 2022-ci ilin sentyabr ayında götürmüşdür. Belə olan halda həmin tələbin təmin olunmasına ehtiyac qalmır. Əmək kitabçası geri qaytarılan günədək iddiaçıya işə düzələ bilmədiyi bütün müddət üçün aldığı əmək haqqının həcminin orta əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi tələbi isə əsassızdır. İddiaçı hesab edir ki, əmək kitabçası cavabdeh tərəfindən vaxtında ona qaytarılmadığı üçün o, başqa işə düzələ bilməmişd ir, həmin müddət üçün ona ödənilməli olan məbləğ də əmək haqqı yox, orta aylıq əmək haqqı nəzərə alınmaqla ödənilməlidir. Hazırki halda isə iddiaçı başqa işə düzəlmək niyyətində olmamış, hazırki mübahisəni açmaqla, işdən azad olunması ilə razılaşmayaraq, işinə bərpa olunmasını tələb etmişdir.
24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli, 04-578 nömrəli əmrə münasibətdə iddiaçının tələbi əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasına 0,5 ştat əvəzi assistent vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2022-ci il tarixə qədər müddətə bağlanmışdır. Belə olan halda haqlı olaraq müqavilənin müddətinin bitməsi əsası ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Yəni xx.xx.2022-ci il tarixli əmr qanunvericiliyin tələblərinə uyğun olmaqla onun ləğv edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 65, 67.1, 67.2, 67.6, 68.1, 68.2 (b), 70 (c), 300.1-ci maddələri, MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələri, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarının 1.1, 2.7, 3.3-cü bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Qətnamədən cavabdeh (vəkili Vəkil2) kassasiya şi kayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 28. - ADNSU tərəfindən qanunvericiliyin tələbi yerinə yetirilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, 7 üzvdən 5 üzv iştirak etmişdir. Qeyd olunan 2 üzvün kiçik fasiləyə ayrılması (təcili telefonla danışması) apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Cavabdeh hesab edir ki, attestasiya prosesi tam şəkildə qanuni təşkil edilmiş və keçirilmişdir. İddiaçı heç bir suala düzgün cavab verə bilməmişdir. Komissiya tam tərkibdə fəaliyyət göstərmiş, iclasda iştirak edən üzvlər protokolda müvafiq imzalar atmışdırlar.
29. Apel lyasiya məhkəməsi səhv olaraq “Attestasiya komissiyasının tövsiyələri” qismində xx.xx.2022-ci il tarixli protokolunu qəbul etmişdir. Qeyd olunan tarixdə iddiaçının attestasiya olunması prosesi baş tutmuş və məhz bu hal xx.xx.2022-ci il tarixli protokolda öz əksini tapmışdır. Protokol heç bir halda qanunvericinin tələb etdiyi kimi, müəssisəyə təqdim olunmalı olan “tövsiyyə” qismində qəbul edilməməlidir. Bu protokolda ADNSU-nun rektoruna müraciət kimi şərh oluna biləcək bir cümləyə belə rast gəlmək mümkün deyil. AR Nazirlər Kabinetinin 97 nömrəli Qərarının 3.3-cü bəndində qeyd olunan “tövsiyyə” kimi qəbul edilməli olan sənəd “Cavabdehndə elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının və ADNSU-nun tədrisköməkçi heyətinin 01-08 aprel 2022- ci il tarixlərində baş tutmuş attestasiyasını həyata keçirən attestasiya komissiyasının Qərar”ıdır. Bu sənəd 26 aprel 2022-ci il tarixində möhürlə və imzalarla təsdiq olunaraq ADNSU-nun rektoruna təqdim olunmuşdur. Deməli, AR Nazirlər Kabinetinin 97 nömrəli Qərarının 3.3-cü bəndində qeyd olunan tələb ADNSU tərəfindən düzgün olaraq gözlənilmiş və iddiaçı barəsində əmr xx.xx.2022-ci il tarixində yəni, 9 gün ərzində qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin əsassız olmasını göstərmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
31. Maddə
65. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq o laraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətlənd irilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir.
32. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsi nin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
33. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
34. Maddə 67.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
35. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsasla rla və qaydada xitam verilə bilər.
36. Maddə 70.“c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə mə şğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
37. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərə flərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı
38. Bənd. 1.1. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir.
39. Bənd. 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iş tirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.
40. Bənd. 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, attestasiyanın keçirilməsində Komissiyanın 5 üzvünün iştirak etməsinə baxmayaraq, attestasiya protokolu Komissiyanın 7 üzvü tərəfindən imzalanmış, sə svermə nəticələri də ona uyğun göstərilmişdir. Komissiya üzvlərindən Lətifə Məmmədova və Məzahir Babayev attestasiyanın keçirilməsində iştirak etməmişdir. Məzahir Babayev isə HİK-in sədri olmuşdur. Attestasiya iclasında həmkarlar ittifaqının üzvü iştirak etməmiş, habelə 5 nəfər kommisiya üzvü iştirak etdiyi halda, protokola 7 üzv imza atmaqla saxtalaşdırmaya yol verilmişdir. Qanunvericiliyin tələbinə görə işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Bundan başqa Cavabdeh elmi işçilərinin attestasiyasının keçirilməsi qaydalarının tələblərinə əsasən də Komissiyanın tərkibində elmi şura üzvlərinin nümayəndələrinin və həmkarlar ittifaqının nümayəndəsinin iştirakı məcburidir. Qeyd olunanlara əsasən keçirilmiş attestasiya qanunvericiliyin tələblərinə cavab verməmiş, protokol düzgün tərtib edilməmiş, iştirak etməyən komissiya üzvləri tərəfindən səsvermə nəticəsi qeyd edilmiş və onlar tərəfindən də protokol imzalanmışdır. Digər tərəfdən attestasiyanın keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarına əsasən, attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və y a ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Həmçinin Cavabdeh elmi işçilərinin attestasiyasının keçirilməsi qaydalarınında da nəzərdə tutulmuşdur ki, komissiyanın gəldiyi nəticələrə əsasən Universitetin rektoru tərəfindən qərarlar attestasiyanın keçirildiyi gündən başlayaraq 30 gün müddətində qəbul edilir.
54. Apellyasiya məhkəmə kollegiyası daha sonra qeyd edir ki, attestasiya 01 aprel 2022-ci il tarixdə keçirilmiş və iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. İddiaçı isə 30 gün keçdindən sonra, xx.xx.2022-ci il tarixli əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi nəzərdə tutulmuş müddət qurtardıqdan sonra işçi işdən azad edilmişdir, qanun vericiliyin tələbinə görə isə bu müddət qurtardıqdan sonra işçini işdən azad etməyə yol verilmir.
55. Cavabdehin kassasiya şikayətindən aydın olur ki, o, apellyasiya instansiya məhkəməsinin mövqeləri ilə razılaşmır və həmin əsaslandırmanı əsaslı hesab etmir. Bu zaman isə göstərir ki, komissiyanın üzvlərindən iki nəfər həmin gün vəzifələrini icra etmişdir. Həm apellyasiya məhkəməsində, həm də kassasiya icraatı zamanı işə əlavə edilmiş iddiaçının attestasiya olunduğu gün üçün təqdim edilmiş görüntülərdən aydın olur ki, həmin gün 5 nəfərin iştirakı ilə attestasiya keçirilmiş, sualla məhz həmin şəxslər tərəfindən verilmiş, həmkarları ittifaqı komitəsinin üzvünün iştirakı olmamışdır. Lakin protkolda iclasının 7 nəfər tərkibində keçirilməsi və 7 nəfərin iştirakı ilə akt tərtib edilməsi müəyyən e dilir ki, bu isə yolverilən hesab edilmir. Cavabdeh isə bu halları təkzib edən heç bir sübut təqdim etmir və əsaslandırılmış mövqeyə malik deyildir.
56. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin o mövqeyi ilə də razılaşır ki, faktiki olaraq attestasiya komisiyasının işəgötürəni məlumatlandırmasından 30 gün keçdikdən sonra mübahisələndirilən əmr verilmişdir. Bu müddətin keçməsi zamanı isə işəgötürənin əmr verməsi və iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməsi yolverilən hesab edilmirdi.
57. Kassasiya kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət veril məklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-c u maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli 2(103)- 2336/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.