Məhkəmə qərarları › İş №2(102)-31/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-31/2021

28.01.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-31/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: razılaşdırılmış şərtlər daxilində müqavilənin bağlanmış hesab edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3646/2019 nömrəli iş üzrə 30 may 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh qarşı «razılaşdırılmış şərtlər daxilində müqavilənin bağlanmış hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İşin mübahisə edilməyən hallarına görə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 18 noyabr 2013-cü il tarixli, 58 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 18% faiz ödəmək şərtilə 131.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsinin iclasının 09.06.2017-ci il tarixli qərarı ilə müştəri tərəfindən kredit borc məbləğinə hesablanmış faiz məbləğindən ilkin olaraq 5000 (beş min) ABŞ dolları məbləğində ödənişin edilməsinin təmin edilməsi, bu məsələ üzrə 11.1-ci qərarın icrası təmin edildikdən sonra qalıq faiz borc məbləğinə güzəşt tətbiq edilərək yaradılmış ehtiyatlar hesabına silinməsi, müştəri İddiaçı ilə məhkəmə qaydasında borc məbləğinin etiraf edilməsi ilə bağlı barışıq sazişinin imzalanması və məhkəmənin qərardadı ilə təsdiq edilməsi, kreditin ABŞ dollarında ifadə edildiyi nəzərə alınaraq kredit müqaviləsi üzrə illik faiz dərəcəsinin 18% həcmindən 5% həcminə aşağı salınması və kredit müqaviləsi üzrə borc məbləğinin ödənişi 36 (otuz altı) ay müddətinə uzadılması, borclu tərəfindən 11.1-ci qərar üzrə üzərinə götürdüyü öhdəliklər 01 təqvim ayı ərizində yerinə yetirilmədiyi və ya yerinə yetirilməsi gecikdirdiyi hallarda mülki iş məhkəmə qərarına əsasən icraya yönəldilməsi və borc məbləğinin borcludan icra qaydasında tutulması ilə bağlı tədbirlərin görü lməsi qərara alınmışdır. 4. 20.07.2017-ci ildə iddiaçı yuxarıda qeyd edilən qərarda göstərilən 5000 ABŞ dolları məbləğində pulu banka ödəmişdir.

5. Bundan sonra Kredit Komitəsi 18.11.2013-cü ildə yeni məzmunda qərar qəbul etmişdir. Həmin qərarla ləğv prosesində olan Cavabdeh ASC-nin müştərisi İddiaçı tərəfindən 18.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun yarısının (50% miqdarında) ödənilməsi təmin edilməsi, bu məsələ üzrə 18.1-ci qərarın icrası təmin olunduqdan sonra hesablanmış qalıq faiz məbləğinə güzəşt tətbiq edilərək yaradılmış ehtiyatlar hesabına silinməsi, kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18% həcmindən 5% həcminə aşağı salınması, kredit müqaviləsi üzrə borc məbləğinin ödənişi Kredit Komitəsinin Protokolu üzrə qərar çıxdıqdan sonra 24 ay müddət inə uzadılması qərara alınmışdır.

6. İddiaçı bildirir ki, Cavabdeh ASC-yə ərizə ilə müraciət edərək 18.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə bank əməliyyat sistemindən hesablanmış faiz məbləğinə güzəştin edilməsini xahiş etmişdir. Müraciətdən sonra Kredit Komitəsi tərəfindən 09.06.2017-ci ildə borcalanın müqavilə üzrə hesablanmış faiz borcundan 5000 ABŞ dolları ödənildikdən sonra, müştəri ilə olan müqavilə əsasında nəzərdə tutulan kredit faizinin 5 faizə kimi azaldılması, borcun müddətinin isə 36 aya qədər uzadılması barədə qərar qəbul etmişdir. Onun tərəfindən 09.06.2017-ci il tarixli qərar üzrə öhdəlik yerinə yetirilsə də, bank həmin qərar üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Onun tərəfindən 5000 ABŞ dolları ödənildikdən və bank tərəfindən heç bir güzəştin edilmədiyi məlum olduqdan sonra o, banka müraciət etmiş, bank isə onun üzərinə yenidən öhdəlik qoyaraq, faiz borcunun yarısını ödənildikdən sonra kredit müddətinin 24 aya qədər uzadılmasını və faizin 5 faizə endirilməsini qərara almışdır. Halbuki, bank tərəfindən qəbul edilmiş 09.06.2017-ci il tarixi qərarda isə, 5000 ABŞ dolları məbləğində pul ödənildikdən sonra, kreditin müddəti 36 ay uzadılmalı, kreditin faiz dərəcəsi isə 5 faizə endirilməli idi. Lakin bank buna əməl etməmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, yenidən qərar qəbul edərək, ilk qərarla üzərinə götürdüyü öhdəliyin tələblərini pozmuşdur. Ona görə də, bank tərəfindən qəbul edilmiş 09.06.2017-ci il tarixli qərar üzrə müəyyən edilmiş, şərtlər daxilində tərəflər arasında müqavilə bağlanmış hesab edilməlidir.

7. Cavabdeh bil dirir ki, 09.06.2017-ci ıl tarixli Kredit Komitəsinin qərarının 11.2.5-ci maddəsinə əsasən Borclu tərəfindən qərarın 11.1-ci maddəsi üzrə üzərinə götürdüyü öhdəliklər 1 təqvim ayı ərzində yerinə yetirilmədiyi və ya yerinə yetirilməsi gecikdirdiyi hallarda mülki işin məhkəmə qərarına əsasən icraya yönəldilməsi və borc məbləğinin borcludan icra qaydasında tutulması ilə bağlı tədbirlər görülməsi qərara alınmışdır. İddiaçının özünün də etiraf etdiyi kimi, 5000 ABŞ dolları məbləğində ödəniş 20.07.2017-ci il tarixində həyata keçirilmişdir. Yəni Kredit Komitəsinin qərarının 11.2.5-ci maddəsi daha əvvəl müştəri tərəfindən pozulmuş və razılaşmanın etibarsız sayılmasına səbəb olmuşdur, beləliklə qarşı tərəf cavabdeh hərəkət və ya hərəkətsizliyini mübahisələndirmək hüququnu itirmiş olur. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5665/2018 nömrəli iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia təmin edilmiş, Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən qəbul edilmiş 09.06.2017-ci il tarixli qərarda nəzərdə tutulmuş şərtlər daxilində İddiaçı ilə müqavilə bağlanmış hesab edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh banka müraciət edərək 18.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə faiz məbləğinə güzəşt edilməsini xahiş etmiş, müraciətdən sonra Kredit komitəsi tərəfindən müqavilə üzrə hesablanmış faiz borcundan 5000 ABŞ dolları ödənildikdən sonra, müştəri ilə ola n müqavilə əsasında nəzərdə tutulan kredit faizinin 5 faizə kimi azaldılması, borcun müddətinin isə 36 aya qədər uzadılması şərtləri ilə 09.06.2017-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən 5000 ABŞ dolları məbləğində ödəniş edilsə də, bank tərəfindən 09.06.2017-ci il tarixli qərar üzrə heç bir şərt yerinə yetirilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 390.1, 405.2, 408.1, 409.1, 385.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3646/2019 nömrəli iş üzrə 3 0 may 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5665/2018 saylı mülki iş üzrə qəbul etdiyi 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh qarşı qərarda nəzərdə tutulmuş şərtlərlə müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən kredit borc məbləğinə hesablanmış faiz məbləğindən ilkin olaraq 5000 ABŞ dolları məbləğində ödənişin edilməsinin təmin edilməsi, bu məsələ üzrə 11.1-ci qərarın icrası təmin edildikdən sonra qalıq faiz borc məbləğinə güzəşt tətb iq edilərək yaradılmış ehtiyatlar hesabına silinməsi, müştəri İddiaçı ilə məhkəmə qaydasında borc məbləğinin etiraf edilməsi ilə bağlı barışıq sazişinin imzalanması və məhkəmənin qərardadı ilə təsdiq edilməsi, kreditin ABŞ dollarında ifadə edildiyi nəzərə alınaraq kredit müqaviləsi üzrə illik faiz dərəcəsinin 18% həcmindən 5% həcminə aşağı salınması və kredit müqaviləsi üzrə borc məbləğinin ödənişi 36 ay müddətinə uzadılması, borclu tərəfindən 11.1-ci qərar üzrə üzərinə götürdüyü öhdəliklər 01 təqvim ayı ərizində yerinə yetirilmədiyi və ya yerinə yetirilməsi gecikdirdiyi hallarda mülki iş məhkəmə qərarına əsasən icraya yönəldilməsi və borc məbləğinin borcludan icra qaydasında tutulması ilə bağlı tədbirlərin görülməsi qərara alınmışdır. Ləğv prosesində olan Cavabdeh ASC-nin müştərisi İddiaç ı ilə bağlanmış kredit müqaviləsi üzrə hesablanmış qalıq faiz borcunun silinməsi barədə qərarı ilə ləğv prosesində olan Cavabdeh ASC-nin müştərisi İddiaçı tərəfindən 18.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun yarısının (50% miqdarında) ödənilməsi təmin edilməsi, bu məsələ üzrə 18.1-ci qərarın icrası təmin olunduqdan sonra hesablanmış qalıq faiz məbləğinə güzəşt tətbiq edilərək yaradılmış ehtiyatlar hesabına silinməsi, kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18% həcmindən 5% həcminə aşağı salınması, kredit müqaviləsi üzrə borc məbləğinin ödənişi Kredit Komitəsinin Protokolu üzrə qərar çıxdıqdan sonra 24 ay müddətinə uzadılması qərara alınmışdır.

14. Göründüyü kimi 09.06.2017-ci il tarixli qərarın 11.2.5-ci maddəsi ilə tərəflərin üzərlərinə düşən hərəkətləri yerinə yetirməsi üçün konkret müddət – 01 təqvim ayı müəyyən edilib. Həmçinin işin mübahisəsiz halıdır ki, İddiaçı qərarla müəyyən edilmiş hərəkəti - 5000 ABŞ dolları məbləğində ödənişi 20.07.2017-ci il tarixdə, yəni nəzərdə tutulmuş müddət bitdikdən sonra həyata keçirmişdir. Belə bir nəticəyə gəlmək olar ki, qərarda müəyyən edilmiş müddətdə heç bir tərəf qərarın icrası ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir. Qərarda nəzərdə tutulmuş şərtlərin realizə olunmaması tərəflərin bu cür hərəkətsizliyi ilə şərtləndirilir.

15. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389); Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsin də tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1); Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır (maddə 405.2); Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır (maddə 407); Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Of ertada müqavilənin mühüm şərtləri əks olunmalıdır (maddə 408).

16. Sadalananlar baxımından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə-razılaşma olması iş materialları ilə müəyyən olunmur. Belə olduğu təqdirdə iş üzrə tərəflər hazırki mübahisə üzrə müqavilə tərəfi kimi nəzərə alınmalı deyildi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən müddətin axımının hansı tarixdən başlanmasını düzgün nəzər ə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütünlükdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

26. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə b ağlanır.

28. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.

29. Eyni Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.

30. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifə sinin icrasını tələb etmək hüququ vardır.

31. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başq a qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

36. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı Kredit Komitəsinin 09.07.2017-ci il tari xli qərarını 5000 ABŞ dolları məbləğində pulun ödənilməsi hissəsində qərarda nəzərdə tutulmuş 1 ay müddətində icra etməmişdir. (14)

37. Bundan başqa Kredit Komitəsinin 09.07.2017-ci il tarixli qərarı müqavilə anlamını vermir. Ona görə də iddiaçının razılaşdırılmış şərtlər daxilində müqavilənin bağlanmasına dair iddiasının təmin edilməsi qeyri-mümkündür.(16)

38. Əvvəla apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən 5000 ABŞ dolları məbləğində pulun Kredit Komitəsinin qərarının qəbul edilməsindən 1 ay sonra ödənilməklə müddəti ötürməsi nəticəsinə gələrkən iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq həmin qərardan iddiaçının hansı tarixdən məlumatlı olmasını araşdırmamışdır. Belə ki, qeyd edilən qərarda 5000 ABŞ dollarının ödənilməsi ilə bağlı göstərilən aylıq müddətin axımı iddiaçıya mü nasibətdə həmin qərardan məlumatlı olduğu vaxtdan başlamalı idi. İddiaçının kassasiya şikayətinin dəlillərindən göründüyü kimi sonuncu qərarı aldığı vaxtdan dərhal sonra 5000 ABŞ dolları ödəmişdir.

39. Apelyasiya instansiyası məhkəməsinin qeyd etdiyi 2-ci əsasla bağlı məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış 18.11.2013-cü il tarixli kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsinə yönəldiyindən Kredit Komitəsinin 09.07.2017-ci il tarixli qərarı tərəflər arasında bağlanmış yeni razılaşma kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, Kredit Komitəsinin 09.07.2017-ci il tarixli Qərarı iddiaçının müraciəti əsasında qəbul edilmiş, iddiaçı qeyd edilən qərarla razılaşmış və həmin qərara uyğun olaraq 5000 AB Ş dollarını ödəmişdir.

40. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə yeni apelyasiya baxışında apelyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3646/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar