Məhkəmə qərarları › İş №2(102)-31/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-31/2022

10.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-31/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı qarşılqlı iddiasına dair iş üzrə QƏRARİ iş № 2(102)-31/22 (Açar sözlər: ipoteka predmeti olmuş evin boşaldılması, mülkiyyət hüququnun müdafiəsi, vindikasiya iddiası, bankın hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyinin və vəzifəsinin bankın üzərinə qoyulmas) Bakı şəhəri, 10 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaqubo viçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyinin və vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3715/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin veridyi 16.07. 2019-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir.

2. Cavabdehlər həmin evdə yaşamaqda davam edirlər. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bankın mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılmış halda Banka təhvil verilməsi və cavabdehlərin həmin evə olan istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinin veridyi 16.07.2019-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı fərdi yaşayış evi bankın mülkiyyətinə keçmişdir. Cavabdehlərin Banka məxsus fərdi yaşayış evindən istifadə etmələri bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və Bankın mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur.

5. Bu səbəbdən də ipoteka predmeti olmuş və sonradan bankın mülkiyyətinə keçmiş fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları və yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə zərurət yaranmışdır

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etmişdir.

7. Cavabdeh1 da İddi açı ASC-yə qarşı qarşılıqlı iddia verərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərin dayandırılması öhdəliyinin və vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandrılıb ki, mübahisədə adı keçən evlə bağlı qarşılıqlı iddiaçının məhkəməyə müraciət etmək imkanı tükənməyib. Belə ki, həmin evin yenidən qiymətləndirilməsi aparılmalıdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-422/2021 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzildən çıxarılmaları, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğ lu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, hazırkı məhkəmə qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Günel Abbasova)

10. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1136/2013 saylı, 04.04.2013-cü il tarixli qətnaməsi ilə X1 116.500 ABŞ dolları əsas, 117.023,50 ABŞ dolları faiz borcu və 20.486,50 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 254.010 ABŞ dolları məbləğinə pulun alınan gündə manata olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun “Kapital Bank“ ASC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə istifadə olunan 0.01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.1 kv.m yaşayış, 38.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən pul vəsaiti hesabına X2 İddiaçı ASCyə olan əsas kredit borcu, qətnamə çıxarılan günə qədər hesablanmış faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumunun ödənilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı ev İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir.

11. Birinci instansiya məhkəməsi qeyd edib ki, mübahisəli mənzil mənzilin keçmiş mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, cavabdehlər isə qeyd edilən mənzildən çıxmadığından, iddia qeyd təmin edilməlidir.

12. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini əsassız sayan birinci instansiya məhkəməsi bunu onunla əsaslandırıb ki, MPM-nin 82.3-cü maddəsinə əsasən“ bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.“

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 178.1, 203.1, Mənzil Məcəlləsinin 29.1, “İpoteka haqqında” Qanunun 59.3, 59.4-cü maddələri və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş ediblər.

15. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3715/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinin 2(001)-422/2021 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Ziya Şirinov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş, öhdəliklər lazımınca yerinə yetirilmədiyindən məhkəmə qərarı ilə kredit borcunun bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə (hazırki iş üzrə mübahisəli yaşayış sahəsinə) yönəldilməsi qət edilmiş, hərrac zamanı ev iddiaçı tərəfindən əldə edilmiş və mülkiyyət hüquqları 16 iyul 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Cavabdeh mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olsa da, həmin yaşayış sahəsi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin (Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə yuxarı instansiya məhkəməsinin qətnam əsi) icrası ilə bağlı kredit borcunun ödənilməsi istiqamətində açıq hərraca çıxarılmış, nəticədə iddiaçı onu əldə etmiş, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

19. İpoteka qoyulmuş əmlak qətnaməsinin icrası sahəsində iddiaçının mülkiyyətinə keçmiş, lakin cavabdeh “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin tələblərinə zidd olaraq ən geci bir ay ərzində mənzili tərk etməmişdir (cavabdeh yaşayış sahəsini məhz kreditin qaytarılması üçün ipoteka qoymuş, bununla da qeyd edilən normaya əsasən müvafiq halda yaşayış sahəsini tərk etmək vəzifəsini daşımışdır).

20. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına və qanunvericilik normalarına əsasən hesab edib ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (ist ifadə etməsi) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırk i işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh eyni predmet üzrə işə bir dəfə baxılmasını göstərsə də, qeyd edilən qətnaməyə (Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)-4812/2020 saylı qətnaməsi) əsasən iddiaçı X3 cavabdeh «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə» qarşı «hərracın keçirilməsinə dair bildirişin ləğv olunması» tələbinə dair iddiası təmin olunmamışdır. Qeyd edilən iddia tələbi və həmin tələbin rədd olunması barədə məhkəmə qərarı hazırki işə baxılmasını istisna etmir, üstəlik, cavabdeh qeyd edilən işlə hazırki işin səbəbli əlaqəsini əsaslan dırmamışdır).

23. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaya da qiymət verərək belə hesab edib ki, qarşılıqlı iddia tam əsassız olmuş, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. Çünki cavabdeh ümumiyyətlə qarşılıqlı iddia üzrə tələbini əsaslandıra bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmadını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, şikayət tam əsassızdır, şikayətdə maddi və prosessual hüquq normalarının pozulması bildirilsə də, bunu əsaslandıran faktlar qeyd edilməyib. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil şikayəti müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, “Kapital Bank“ASC-nin nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq ed ilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Qanun Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqda n sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Hazırkı kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini də cavabdeh Cavabdeh1 vermiş və apellyasiya məhkəməsi onun şikayəti əsasında qətnaməni dəyişdirmədən saxlamıdşır. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə ap ellyasiya məhkəməsinin yoxladığı hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

33. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

34. İddia tələb i xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus yaşayış sahəsinə cavabdehlərin istifadə hüquqlarının itirilməsi barədədir.

35. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 saylı evi hərrac vasitəsilə İddiaçı ASC almış və ev hazırda mülkiyyət hüquq ilə İddiaçı ASC-nin adına qeydə alınıb.

36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

37. Məhkəmə kollegiyası iddia və qarşılıqlı iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarı n 17-23-cü bəndlərində əks edilən dəyərləndirməsi və mövqeyi ilə razılaşır.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

39. Kassasiya ş ikayətinin dəlillərinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olub və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verib.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3715/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar