Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-310/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İlkin iddiaçı X5 vəkili Nümayəndə, qarşılıqlı iddiaçı Cavabdeh və vəkili Hüseynov Müsafiq Səfər oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)2588/2019 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə X6 məxsus zəbt edilmiş torpaq sahəsindən və evdən çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ünvan 1 ünvanında xüsusi mülkiyyət hüququ ilə məxsus olan 0,2454 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li (qeydiyyat tarixi xx.xx.2015-ci il № 2********) çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına tutulmaqla qanunsuz zəbt edilmiş, o heç bir qanuni əsas olmadan ailəsi ilə birlikdə torpaq sahəsində olan evə girərək yaşamaqla torpaq sahəsinə və evə faktiki sahiblik və istifadə edir. Dəfələrlə cavabdehə özbaşına tutduğu evdən və torpaq sahəsindən çıxmasıvə torpaq sahəsini boşaltması bildirilsə də qanunsuz hərəkətlərini davam etdirir və torpaq sahəsini boşaltmır. Bununla da cavabdeh tərəfindən iddiaçının hüquqları uzun müddətdir pozulmuş və torpaq sahəsinə bu qaydada istifadə etməsinə maneə yaradılmışdır. Ona görə də Cavabdeh ailə üzvləri ilə birlikdə X6 məxsus zəbt edilmiş torpaq sahəsindən və evdən çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddiaçı Cavabdehlər X8 və AR ƏMDK yanında DƏDRX17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 məxsus Mingəçevir şəhəri M.Bəkirov küçəsi 13-də DƏDRX-nin 17 saylı Ərazi idarəsində qeydə alınmış RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Çıxarışın ləğv edilməsi və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,2454 ha torpaq sahəsi üzrə verilmiş dövlət aktının ləğv edilməsi, onun həyətinə girişdə maneələrin aradan götürülməsi və yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 1993-cü ildə ünvan 2 ünvanda yerləşən gənclik klubunda məskunlaşmışdır. Həmin tarixdən bu günə qədər 8 nəfərdən ibarət ailə üzvləri ilə həmin ünvanda yaşayır. Həmin ərazidə olan ağaclara Cavabdeh tərəfindən qulluq edilmişdir. Cavabdeh və ailə üzvlərinin başqa yerdə yaşamağa imkanları yoxdur. Cavabdeh və ailəsi Gənclik klubuna məskunlaşarkən ora Mədəniyyət Nazirliyinin tabeliyində olmuş və özəlləşməmişdir. Həmin torpaqların özə lləşməsindən onların məlumatı olmamışdır. Cavabdeh və ailəsi uzun illərdir həmin ərazidə məskunlaşmış və ailənin xeyir və şər məclisləri həmin yerdə olmuşdur. X9 tərəfindən göstərilən torpaqların özəlləşməsi isə tam əsassızdır və bu barədə sənədlər və mülkiyyəti təstiq edən çıxarış ləğv olunmalıdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-1245/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.M.Hüseynov) X5 Cavabdeh qarşı «Cavabdeh ailə üzvləri ilə birlikdə Lex Şərafətə məxsus qanunsuz zəbt edilmiş evdən və torpaq sahəsindən məcburi qaydada çıxarılması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh və ailə üzvlərinin X6 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən və qeyri yaşayış sahəsindən (evdən) çıxarılmaları, Cavabdeh X8 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini n 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «özəlləşmənin ləğvinə və məskunlaşdıqları yerin yolunun açılması» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)2588/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)2588/2019 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh və vəkili hüseynov Müsaqif Səfər oğlu kas sasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına qaytarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı Lex Şərafət Bakı şəhər sakini olmaqla, Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi ev 87 də yaşayır. Həm də X8 yaşlı insan olmaqla haradan müəyyən edə bilərdi ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi vardır. X4 adı altında iddia ərizəsində göstərilən və göstərilə bilməyən digər şəxslər havadarlıq etməklə onun yaşadığı ünvan 5 ünvanda yerləşən torpaq sahəsini ələ keçirib onu həmin şəxslə bu ahıl yaşlı adamın adından satmaq istəyirlər. Həmçinin adını çəkdiyi şəxslər Lex Şərafətin adından Mingəçevir şəhər Prokurorluğuna və Mingə çevir şəhər Polis şöbəsinə müraciət edib guya o-Ağdam rayonundan olan məcburi köçkün Qəhraman Aslanov və ailə üzvlərinin adının göstərdiyi ünvanı və torpaq sahəsini zəbt etmişlər. Hesab edir ki, bu iş kifayət qədər araşdırılmadığına görə həmin qətnamənin ləğv edilməsinə kifayət qədər əsaslar vardır. Bundan əlavə, məhkəmələr əsassız olaraq onun həyətə və qeyri-yaşayış sahəsinə baxış keçirilməsi barədə vəsatətlərini təmin etməmişlər. Bundan əlavə, məhkəmə şahid ifadələrinə, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə 1993-cü ildən bugünə kimi kommunal xərclərin kimin tərəfindən ödənilməsini nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən ilkin iddiaçı X5 vəkili Nümayəndə kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşıl ıqlı iddiaçı Cavabdeh və vəkili Hüseynov Müsafiq Səfər oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. AR ƏMDK yanında DƏDRX17 saylı Yevlax Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apel lyasiya şikayəti təmin etməyib, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-1245/2019 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 0,2454 ha torpaq sahəsi və qeyri yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi Mingəçevir şəhəri Gənclik mərkəzində məskunlaşmışlar. X1 şəhəri, Mehman Bəkirov küçəsi 13 ünvanında yerləşən 235 kv.m qeyri-yaşayış binasını Azərbaycan Respublik asının Əmlak Məsələləri Dövlət Komitəsindən 18742 manata almışdır. X1 şəhəri, Mehman Bəkirov küçəsi 13 ünvanında yerləşən 235 kv.m qeyri-yaşayış binasının altında yerləşən 2454 m2 torpaq sahəsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyindən 3558 manata almışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsi 18 ünvanında yerləşən fərdi evdə məskunlaşmışdır. Cavabdeh öz adına olan elektrik sayğacından və digər komunal xidmətlərdən ailəsi ilə birlikdə həmin ünvanda istifadə edirlər. ünvan 6a olan Cavabdeh adına qeydiyyat kodu proqram bazasında öz əksini tapmışdır. xx.xx.2009-cu il tarixdə smart kart tipli sayğac qurlaşdırılmış, hal-hazırda aktiv abonentlər siyahısındadır və sonuncu ödəniş tarixi xx.xx.20 19-cu il tarixdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli məktubdan görünür ki, mübahisəli əraziyə komitənin Ərazi şöbəsinin işçiləri tərədindən obyektin özəlləşdirilməsi zamanı baxış keçirilmiş və bu barədə müvafiq baxış aktı tərtib olunmuşdur. Baxış zamanı ərazidə hər hansı şəxsin yaşaması aşkar edilməmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanınınvə ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüquq müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərlə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 67.1-ci maddəsinin tələbinə əsasən torpaq üzrində hüquqların dövlət qeydiyyatı qanunvericillikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.4-cü maddəsinə görə topaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına döv lət təminat vermir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinə yerdə müəyyən edil edilməsindən, onların plan və ölçüsünü tərtib edilməsindən torpaq sahələri verilməsi barədə müqavilənin bağlanmasında və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatında keçməsindən sonra yaranır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən torpaqların istifadəsinin və mühafizəsinin plaşdırmasında zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur.Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx xxxx 2008-ci il tarixli Qərarında şərh edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etməkimkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münas ibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu)şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementinin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1- ci maddəsinə əsasən müvafiq ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxarılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyərə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülki yyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, X1 şəhəri, Mehman Bəkirov küçəsi 13 ünvanında yerləşən torpaq sahəsini və qeyri yaşayış sahəsini qanuna müvafiq olaraq satın almış və öz mülkiyyət hüquqlarını təstiq edən sənədləri almışdır. Torpaq və qeyri yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qanunun tələbindən də göründüyü kimi mülkiyyət hüququ daha üstün hüquq kimi götürülməli və ilkin iddia tələbi üzrə Cavabdeh və ailə üzvləri Lex Şərafətə məxsus torpaq sahəsindən və evdən çıxsarılmalıdır. Bundan başqa məhkəmə Cavabdeh tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, göstərilən iddia əsassız olduğu üçün rədd olunmalıdır. Belə ki, Cavabdeh X8 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı DƏDRX-nin 17 saylı Ərazi idarəsində qeydə alınmış RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Çıxarışın ləğv edilməsi və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,2454 ha torpaq sahəsi üzrə verilmiş dövlət aktının ləğv edilməsi, onun həyətinə girişdə maneələrin aradan götürülməsi və yolun açılması tələbi tam əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinin qanunvericiliyin normaları ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının və ya Bələdiyyə qərarı ilə ayrılması və tərəflər arasında müqavilənin olması, torpaq sahəsinin ayrılması barədə müvafiq orqanın rəyinin olması, həmin torpaq sahəsinin, sərhədlərinin yerində müə yyən edilməsi onun yer qruluşu planı və təsvirinin tərtib edilməsi, torpaq sahəsinin üzərində ikinci iddia üzrə iddiaçının hüququnun dövlət reyestrndə qeydə alınması barədə məlumat mövcud deyildir. Beləliklə, Cavabdeh həmin iddianı qaldırmaq hüququna malik deyildir. Belə ki, Cavabdeh göstərilən torpaq və qeyri yaşayış sahələri üzərində hər hansı hüquqları yoxdur və onun hüquqları dövlət qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminat vermir. Həmçinin mübahisəli torpaq və qeyri yaşayış sahəsi ilkin iddiaçı Lex Şərafət tərəfindən alınarkən və özəlləşdirilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında əməkdaşları tərəfindən ünvanda baxış keçirilmiş və ünvanda heç kimin yaşamaması müəyyən olunmuşdur. Bundan əlavə göstərilən yerdə bütün m əcburi köçkünlərin mənzillə təmin edildiyi halda A.Qəhrəmanovun və ailəsinin mənzillə təmin olunmaması onlarınuzun müddətdir həmin yerdə yaşamamasına dəlalət etmişdir. Bundan əlavə iş materiallarında olan Azər İşıq ASC-nin və Qaçqınkomun məktubundan da aydın görünür ki, Cavabdeh və ailəsi daimi olaraq 2009-cu ildən başqa yerdə yaşayır, işıq sayğacı və digər komunal ödənişlər həmin evə aid edilmişdir. Bundan əlavə Cavabdeh tərəfindən öz iddiasını təstiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. İşə A.Qəhrəmanov tərəfindən təqdim olunmuş yaşayış yerindən arayışlar və şahid ifadələri Lex Şərafət tərəfindən təqdim olunmuş sübutlarla təkzib olunur. Belə ki, Azər İşıq ASC-nin və Qaçqınkomun məktubundan da aydın görünür ki, Cavabdeh və ailəsi daimi olaraq 2009-cu ildən başqa yerdə yaşayır, işıq sayğacı və digər komunal ödənişlər həmin evə aid edilmişdir. Bundan başqa mübahisəli torpaq və qeyri yaşayış sahəsi ilkin iddiaçı Lex Şərafət tərəfindən alınarkən və özəlləşdirilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında əməkdaşları tərəfindən ünvanda baxış keçirilmiş və ünvanda heç kimin yaşamaması müəyyən olunmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kas satora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən y alnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kommunal ödənişlərin kim tərəfindən ödənildiyinin aydınlaşdırılmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya hesab edir ki, bu ödənişlərin həmin sahədə yaşayış üçün qanuni əsas olmadan ödənilməsi hər hansı hüquqi nəticə yaratmadığından dəlil özü=özlüyündə əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2588/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-310/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-310/2020
13.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver