Məhkəmə qərarları › İş №2(102)-310/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-310/2021

26.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-310/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Maraqlı şəxs: Musayeva Sənobər Hümbət qızı İddia tələbi: evə köçürülmə və istifadə hüququnun verilməsi Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1071/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Musayeva Sənobər Hümbət qızı tərəfindən verilmiş kasasi ya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Tərəflər xx xxxxxx 1996-cı ildə 42 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Tərəflərin birgə nikahlarından xx xxxxxxx 1997-ci ildə anadan olmuş Ayla, xx xxxx 1999-cu ildə anadan olmuş Leyla və xx xxxx 2008-ci ildə anadan olmuş Ömər adlı 3 uşağı vardır. Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(023)-1490/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Oruc oğlunun İddiaçı ilə Qazax RİHB-nın Çaylı kəndi üzrə nümayəndəliyində xx xxxxxx 1996-cı ildə 42 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrə li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonunun Ağköynək kəndində 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 64,4 kv.m. olan fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx xxxx 2018-ci il tarixli, Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonunun Ağköynək kəndində yerləşən 0,4293 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır. İşdə olan DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx xxxx 2018-ci il tarixli, Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasə n Qazax rayonunun Ağköynək kəndində yerləşən 0,1715 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır. İşdə olan Qazax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli, 12 saylı qərarına əsasən rayonun Qiyasbəyli kənd sakini Cavabdeh ailə üzvü X1 olmaqla 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qazax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(023)-612 saylı qərardadına əsasən İddiaçı ərizəsi təmin edilmiş, Cavabdeh məxsus Qazax rayonunun Ağköynək kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1994-cü ildə el adəti ilə ai lə qurmuşlar. Nikahlarını xx xxxxxx 1996-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxxx 1997-ci ildə Ayla, xx xxxx 1999-cu ildə Leyla və xx xxxx 2008-ci ildə Ömər adlı 3 uşağı doğulmuşdur. Qızları hazırda yetkinlik yaşına çatmaqla universitetdə təhsil alır. xx xxxxxx 2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. xx xxxxxx 2019-cu il tarixdən oğlu ilə birlikdə atası evində yaşayır. Cavabdehlə nikahları pozularkən aralarındakı razılaşmaya əsasən cavabdeh onları evlə təmin edəcəyinə söz vermişdir. Lakin cavabdeh verdiyi vədinə əməl etməmiş, onu döyərək evdən qovmuşdur. Hazırda onun yaşaması üçün evi yoxdur. Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(023)-612/2019 saylı qətnaməsi ilə (hakim N.Ə.Musayev) İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istif adə hüququnun verilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı Cavabdeh məxsus Qazax rayonunun Ağköynək kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun bərpa edilməsi və onun xx xxxx 2008-ci il təvəllüdlü X2 ilə həmin evə köçürülməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Musayeva Sənobər Hümbət qızı apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1071/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.V.Bayramov) maraqlı şəxs Musayeva Sənobər Hümbət qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(023)-612/2019 saylı qətnaməsinin İddiaçı Cavabdeh məxsus, Qazax rayonunun Ağköynək kənd ində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun bərpa edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə İddiaçı Cavabdeh məxsus, Qazax rayonunun Ağköynək kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun verilməsi qət edilmiş, qətnamə İddiaçı xx xxxx 2008-ci il təvəllüdlü X2 ilə həmin evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh iddiaçını yaşadığı evdən çıxarmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən hüquqlarını pozmuşdur. İddiaçı 1991-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə əsasən yaşayış hüququ əldə etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, İddiaçı Qazax rayonunun Ağköynək kən dində yerləşən evdə qeydiyyatda olduğundan və fasiləsiz olaraq uzun müddət orada yaşadığından onun evə istifadə hüququ artıq mövcuddur və belə olan halda həmin evə köçürülməsi düzgün olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli evdən xx xxxxxx 2019-cu il tarixdən çıxması onun həmin yaşayış yerini daimi tərk etməsi anlamına gəlmir. Onun və ailəsinin yeganə yaşayış yeri mübahisəli ünvandır. Bundan başqa iddiaçının mübahisəli evə dair istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcüd deyildir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Maraqlı şəxs Musayeva Sənobər Hümbət qızı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işi n yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qazax rayonunun Ağköynək kəndində yerləşən fərdi yaşayış evi vaxtı ilə onun, yəni kasatorun mülkiyyətində olmuş, sonra (iddiaçı ilə cavabdeh arasında nikaha xitam verildikdən sonra) həmin ev bağışlama yolu ilə Cavabdeh mülkiyyətinə keçmişdir.Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasi ya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, Cavabdeh və maraqlı şəxs Musayeva Sənobər Hümbət qızı hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 1991-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarı n arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla y aşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxs lərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maraqlı şəxs Musayeva Sənobər Hümbət qızına aid hissədə yoxlanıldığından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi də maraqlı şəxs Musayeva Sənobər Hümbət qızının kasasiya şikayəti əsasında yalnız ona aid hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bundan əlavə kasator yuxarıda qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olmadığından onun hazırkı qətnaməni kasasiya qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Musayeva Sənobər Hümbət qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1071/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar