Məhkəmə qərarları › İş №2(102)-310/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-310/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-310/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-310/2024 (Açar sözlər: istehlakçı hüquqları, yüksək təhlükə mənbəyinin vurduğu maddi zərərin və mənəvi ziyanın ödənilməsi) Bakı şəhəri, 15 yanvar 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5368/2023 nö mrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1saylı fərdi yaşayış evi İddiaçı (bundan sonra “iddiaçı”) məxsusdur.

2. İddiaçıya məxsus evdə xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş vermiş, evin bir hissəsi yaşayış üçün yarasız vəziyyətə düşmüş, evdə olan əşyalar məhv olmuşdur.

3. Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən FHN-in DYNX-nin 1-ci Ərazi DYNİ-nin tərtib etdiyi yanğın haqqında akt ilə və izahatlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 19: 00 radələrində iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi evin elektrik sayğacına gələn elektrik naqilində yaranmış qısaqapanma nəticəsində baş vermişdir. 4. “Yanğın haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, yanğın nəticəsində fərdi yaşayış evinin yataq otağı, dam örtüyünün 10 m2 sahəsi yanmışdır. Yanğına səbəb fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanmadan olması güman edilir.

5. Mübahisə yanğın zamanı dəymiş zərərin ödənilməsi ilə bağl yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan ünvan 1saylı fərdi yaşayış evində cavabdeh "xxxx" A çıq Səhmdar Cəmiyyətinin (bundan sonra “cavabdeh” və “ASC”) təqsiri üzündən baş vermiş yanğının nəticələrinin aradan qaldırılması və evin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi üçün təmirinə görə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, yanğın zamanı evdə olmuş və yararsız vəziyyətə düşmüş əşyalara (1 ədəd 90 kv.m kondisioner, 3 ədəd xalça, 1 ədəd matras və 1 ədəd pərdə) dəymiş ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 2.400 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat məbləğində pulun ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan fərdi yaşayış evi 2004-cü il də inşa edilmişdir. Ev inşa edilən müddətdə, iddiaçı, ASC-nin ərazi üzrə Binəqədi Rayon Elektrik Şəbəkəsinə müraciət etmiş və Şəbəkənin işçiləri tərəfindən evin daxilinə elektrik xətləri çəkilmiş, xəttin üzərinə elektrik sayğacı quraşdırılmış, evin elektrik enerjisi ilə təchiz edilməsi ilə əlaqədar iddiaçı ilə Şəbəkə arasında müvafiq müqavilə bağlanmışdır.

8. İddiaçı xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində evdə olan zaman evin işıqlarının söndüyünü görərək, X1 zəng edib bu barədə məlumat vermişdir. Şəbəkənin əməkdaşları evə gələrək elektrik xətlərinə baxış keçirmiş və bir şey olmadığını bildirib elektrik cərəyanı qoşaraq getmişlər. Evin işıqları təkrar yanıb-söndüyündən, iddiaçı xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində təkrar olaraq Şəbəkəyə zəng edərək bu barədə məlumat v ermişdir. Həmin tarixdə saat 15:00 radələrində Şəbəkənin iki əməkdaşı evə gələrək evin daxili elektrik xəttinə və çöldən evə gələn xəttə baxış keçirmiş, heç bir nasazlıq olmadığını və evin çölündən olan elektrik qoruyucu atdığı üçün evin işıqlarının söndüyünü bildirmişlər. Elektrik qoruyucusunu yandırdıqdan sonra evin elektrik enerjisi bərpa olunmuş və təkrar baxış keçirərək Şəbəkənin əməkdaşları evi tərk etmişlər. Onlar getdikdən 7-8 saat sonra, yəni 19:00 radələrində evin damında yanğın baş vermişdir. Yanğınsöndürənlər gəlib qısa vaxtda yanğını söndürmüşlər.

9. Yanğın nəticəsində iddiaçının evinin iki otağının dam örtüyü, bir otağın tavan hissəsi, otağın daxilində olan ev əşyaları yanmış, ev və əşyalar istismara yarasız hala düşmüşlər. Bundan başqa, yanğının söndürülməsi zamanı istifad ə olunan suyun təsirindən evin iki yataq, bir qonaq, mətbəx və dəhliz otağının döşəməsi və divarlarında olan divar kağızları, emulsiya və tavanın alçipanına ziyan dəymişdir.

10. Yanğınla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, çöldən çəkilmiş və elektrik sayğacına girən, Binəqədi Rayon Elektrik Şəbəkəsinə aid olan kabelin evin dam örtüyünün navalçasına sürtülməsi nəticəsində kabelin izolyasiya örtüyü pozulmuş və kabelin simlərinin qızması nəticəsində tavanın taxta atmaları yanmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, yanğının baş verməsində cavabdeh ASC-nin əməkdaşlarının təqsirli olmuşdur. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı ASCyə qarşı müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər.

11. Cavabdeh ASC iddiaçıya dəymiş zərəri ödəmədiyindən o, məcburiyyət qarşısında qalaraq evi təmir etdirmiş və yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Evin təmirinə iddiaçı tərəfindən 10.000 manatdan yuxarı vəsait xərclənmişdir. Buna görə də, ASC-dən iddiaçının xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır.

12. Bundan başqa, nəzərə alınmalıdır ki, yanğın nəticəsində evdə olan əşyaların bir qismi, yəni 1 ədəd 90 m2-lik kondisioner, 3 ədəd xalça, 1 ədəd döşək və 1 ədəd pərdə yarasız vəziyyətə düşmüş, bununla da iddiaçıya 2.400 manat məbləğində zərər dəymişdir ki, həmin zərər də ASC tərəfindən iddiaçıya ödənilməlidir.

13. Həmçinin ASC-nin əməkdaşlarının bu kimi hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər də dəymişdir. Belə ki, hadisə zamanı iddiaçı stress, hadisədən sonra isə ASC-nin ona dəymiş zərəri ödəməkdən imtina etməsini görərək əsəb gərginliyi keçirmişdir. Buna görə də iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə ASC-dən onun xeyrinə 5.000 manat pul tutulmalıdır.

14. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus ev və oradakı əşyalara dəymiş ziyan məbləğinin müəyyən edilməsi məqsədilə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmişdir.

15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1271 nömrəli rəyinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iddiaçıya (yaşayış evinə tikinti üzrə dəymiş maddi zərər) 9.751 manat məbləğində zərər dəymişdir.

16. Yanğın hadisəsi ilə bağlı istintaq or qanın aldığı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/532 nömrəli rəyinə əsasən iddiaçıya məxsus evdə olmuş və evdə baş vermiş yanğın nəticəsində məhv olmuş əşyaların istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri yoxlama yolu ilə orta bazar qiyməti ümumilikdə 1.210 manat təşkil edir.

17. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - Azərbaycan Respublikası FHN-nin DYNX-nin 1-ci Ərazi DYNİ-nin tərtib etdiyi yanğın haqqında akt ilə və izahatlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində, saat 19:00 radələrində, iddiaçıya məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. Biləcəri rayon Enerji Təchizatı və Satış İdarəsinin İstismar Şöbəsinin əməkdaşı hadisədən təxminən 2-3 gün əvvəl, havanın küləkli olma sından həmin evə gedən elektrik kabeli dayağın yuxarı hissəsindən qırılması ilə əlaqədar həmin ünvana gedib elektrik xəttinin qırılan hissəsini bərpa etmişdir; - xx.xx.2021-ci il tarixdə həmin evdə baş vermiş yanğın hadisəsindən əvvəl və hadisədən sonra qeyd edilən ünvanda elektrik şəbəkəsində hər hansı qəzanın baş verməsi, gərginliyin artıb-azalması, fasilələrin olması ilə bağlı müraciət daxil olmamışdır; - “Elektrik enerjisindən istifadə qaydalarının” 5.3.2-ci bəndinə uyğun olaraq enerji təchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1.000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi “kabellə daxil olduqda binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında” müəyyən edilir. Məsuliyyətin sə rhədini və yanğının baş verdiyi yeri nəzərə alaraq, mənzilin yanğından mühafizə edilməsi iddiaçının məsuliyyətindədir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, "xxxx" ASC-dən fərdi yaşayış evinin təmirinə görə 9751 manat, əşyalara görə 1210 manat, cəmi 10961 manat maddi ziyan, mənəvi ziyana görə 300 manat və 142 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsini qət edilmişdir. (hakim Anar İbadzadə)

19. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdirdir ki, hazırkı iddia yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, irəli sürülmüş tələbin əsaslı olması üçün baş vermiş hadisə zamanı zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yax ud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

20. Birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırkı işin mübahisəsiz hallarına görə iddiaçıya məxsus olmuş fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş vermişdir.

21. İddiaçı yanğın hadisəsinin evin çöldən çəkilmiş elektrik sayğacına qədər olan elektrik şəbəkəsinə aid olan kabelin evin dam örtüyünün navalçasına sürtülməsindən kabelin izolyasiya örtüyünün pozulması və nəticədə evin damının taxta atmalarının simlərinin qızması nəticəsində baş verdiyini iddia etmiş və bu dəlilinin əsası olaraq FHNin DY NX-nin 1-ci Ərazi DYNl tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Yanğın haqqında akta, habelə xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara istinad etmişdir.

22. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Yanğın haqqında aktdan və xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, həqiqətən də, iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanma səbəbindən yanğının baş verməsi nəticəsindən evin bir hissəsi yanmışdır.

23. Qeyd edilən aktın, habelə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarla müəyyən edilən halların əlaqəli şəkildə təhlilindən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya maddi ziyanın dəyməsi ona məxsus fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanma nəticəsində həmin evdə yanğının baş verməsi ilə bağlı olmuşdur.

24. Dəymiş maddi ziyanın məbləği ilə bağlı isə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı həm mənzilinin təmirinə, həm də əşyalara görə ümumilikdə 12400 manat tələb etsə də, ekspertiza rəyləri iddiaçıya məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi zərər 9751 manat, əşayalara görə dəymiş zərər isə 1210 manat müəyyən edildiyindən, iddia tələbi həmin rəyə uyğun təmin edilməlidir.

25. Birinci instansiya məhkəməsi hadisənin baş verməsində ASC-nin təqsirinin olmaması barədə cavabdehin nümayəndəsini iddiaya etirazını dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında həmin elektri k xəttinin iddiaçının istifadəsində olan sayğacdan çıxan deyil, sayğaca gələn elektrik xətti olduğu mübahisəsiz qaydada sübuta yetirilmişdir. Bununla da, həmin elektrik xəttinin cavabdeh təşkilatın balansında olması öz təsdiqini tapmış olur.

26. Qeyd edilən hadisədə cavabdehin təqsirinin olması ilə bağlı isə birinci instansiya məhkəməsi vurğulamışdır ki, "Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyməsinə görə enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmçinin, "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinə əsasən elektrik ş əbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları (hazırkı halda "Azərişıq” ASC) tərəfindən həyata keçirilir.

27. Beləliklə, işin araşdırılan hallarından bu birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evində yanğının, həmin evin elektrik sayğacına gələn elektrik xəttində baş vermiş qısa qapanma nəticəsində baş verməsi və bunun nəticəsində iddiaçıya 10961 manat məbləğində ziyan dəyməsi, qeyd edilən elektrik xəttinin cavabdeh ASC-nin balansında olması və həmin xəttin saz vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh təşkilatın daşıması sübuta yetir.

28. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia ərizəsinə etirazın dəlillərini əsaslı hesab etməmiş və göstərmişdir ki, bu dəlilər formal mülahizələrə əsaslanmaqla, iddianın rədd olunması üçün əsas deyildir.

29. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iddiaçının mənəvi sarsıntı və iztiraba məruz qalması işin mübahisəsiz halıdır.

30. Mənəvi ziyanını məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının (stress-əsəb) hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Bu baxımdan, vurulmuş mənəvi zərərin 300 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2, 10.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 2.3.3.1-2.3.3.3, 2.3.5ci bəndləri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li qərarı ilə əsaslandırmışdır. b)Apellyasi ya instansiyası məhkəməsində icraat

32. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnaməsinin qismən – ddianın təmin olunan hissəsində ləğv, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayətinin dəliləri belə olub: - “Elektrik enerjisindən istifadə qaydalarının” 5.3.2-ci bəndinə uyğun olaraq enerji təchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1.000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi “kabellə daxil olduqda binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında” müəyyən edilir. Məsuliyyət sərhəddini və yanğının baş vermə yeri nəzərə alınarsa, mənzilin yanğından mühafizə edilməsi iddiaçının məsuliyyəti üzərindədir; - işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddianı təmin edərkən cinayət işini başlanılmasını rədd edilməsi haqqında 10 mart 2022-ci il tarixli qərara, FHN-nin DYNX-nin tərtib etdiyi yanğın aktına və izahatlara istinad edərək yanğının elektrik naqilində baş vermiş qısa qapanmadan baş verməsini müəyyən etmişdir. Halbuki bu sübutlar mötəbər deyil və məhkəmə iş üzrə digər sübutlarla yanaşı bu lara qiymət verməli idi; - hazırki mübahisəsə mənzilin yanğından mühafizə edilməsi iddiaçının üzərində olması səbədindən ASC-nin təqsirli əməli müəyyən edilməyib.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5368/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxşının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov, Fuad Talışinski)

35. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətini dəillərin qiymət verərək göstərmişdir ki, məhkəmə araşdırması zamanı yanğının baş verməsinə səbəb olmuş elektrik xəttinin iddiaçının istifadəsində olan sayğacdan çıxan deyil, sayğaca gələn elektrik xətti olduğu mübahisəsiz qaydada sübuta yetirilmiş və həmin elektrik xəttinin cavabdeh təşkilatın balansında olması öz təsdiqini tapmışdır. 36. “Elektrik enerjisindən istifadə Qaydalarının” t ələblərinə görə, enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyməsinə görə enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.

37. Digər tərəfdən, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının” tələblərinə əsasən elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları (hazırkı iş üzrə cavabdeh) tərəfindən həyata keçirilir.

38. Həmçinin apellyasiya instansiyası məhkəməsi maddi zərərin məbləğinin ekspert rəyi ilə müəyyən edilməsinə əsasən maddi, eləcə də işin halları baxımından mənəvi zərərin məbləği hissələrində də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (vəkil və nümayəndə Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti iddiya etirazın və apellyasiya şikayətinin dəlillrinə uyğun məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yanğın baş verən evin arxa divarının çöl tərəfində dam örtüyünün aşağı hissəsində elektrik sayğacı quraşdırılmış və məhz aşağıdan-sayğacdan yuxarı tərəfə – evə çəkilən naqildə yaranan qısa q apanma nəticəsində yanğın hadisəsi baş vermişdir. Bu hal bir daha onu deməyə əsas verir ki, qısa qapanma iddiaçının elektrik sayğacından çıxan və yuxarı-evə çəkilmiş elektrik xətlərində yəni texniki vəziyyətinə və xidmətə görə ASC-nin məsuliyyət sərhədinin xaricində baş verdiyindən, ASC-nin baş vermiş yanğın hadisəsinə görə məsuliyyəti tamamilə istisna edilməlidir. Lakin məhkəmə bu halları tam, hərtərəfli araşdırmamış və əsassız olaraq baş vermiş yanğın hadisəsinə görə ASC-nin təqsirli olması qənaətinə gəlmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, iddiaçı tərəfindən yanğın baş verən evə elektrik xətti yanar dam örtüyünün üstü ilə çəkilmiş, bununla da onun tərəfindən yanğın təhlükəsizliyi Qaydalarının tələblə ri kobud sürətdə pozulmuşdur. Bu və digər hallar bir daha onu deməyə əsas verir ki, baş vermiş hadisə elektrik sayğacından evə çəkilən elektrik naqillərində yəni iddiaçının məsuliyyət daşıdığı hissədə və məhz iddiaçının elektik qurğularının saxlanılması və yanğın təhlükəsizliyi qaydalarının tələblərini pozması nəticəsində baş vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz iddia ərizəsinin dəlillərinə və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlara uyğun əsaslandırılmış, etirazda kassasiya şikayətinin əsassız olduğuna görə təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverici liyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəs ində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun Maddə

3. Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına, malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi hüquqlarına malikdirlər. Maddə

12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. “Elektrik enerjisindən istifadə Qaydaları” Bənd 5.3. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.3.1 hava budaqlanmasında-binada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda; 5.3.2 kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Bənd 10.1. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsini n şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassas iya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instanasiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsi ilə bağlı olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxı şının predmeti olan hissə başa düşülür.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasi ya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

47. İddia tələbi yüksək təhlükə mənbəyinin vurğduğu zərərin ödənilməsi ilə (delikt öhdəliyi) bağlıdır. İddiaçı tələbinin əsası kimi ona məxsus evin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanma nəticəsində evində yanğın olması, bu səbəbdən maddi və mənəvi zərər çəkməsini göstərmişdir.

48. İşin müəyyən edilmiş hallarına görə də iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik sayğacına gələn elektrik naqilində baş vermiş qısa qapanma səbəbindən yanğın baş vermiş, nəticədə iddiaçıya məxsus evin bir hissəsi və evin içində olan bir neçə əmlakı yanmışdır. Həmin elektrik xəttinin iddiaçının istifadəsində olan sayğacdan çıxan deyil, sayğaca gələn elektrik xətti olduğu və bunun da məsuliyyətinin mövcud normativ sənədlərə əsasən cavabd ehin üzərində olması mübahisəsiz qaydada sübuta yetirilmişdir. İşin bu halları ilə bağlı xx.xx.2021-ci il tarixli Yanğın haqqında akta və xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara istinad edilmişdir.

49. İşə mahiyyəti üzrə baxan məhkəmələr sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirmişlər.

50. Məhkəmə kollegiyası iddianın təmin edilən hissəsi üzrə gəlinən nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən maddi hüquq normalarına uyğun hesab edir.

51. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

52. Cavabdehin kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, baş vemiş hadisədə ASC-nin (enerjitəchizatı müəssisəsinin) təqsirinin olmaması, məsuliyyət sərhəddi və yanğının baş vermə yeri nəzərə alınarsa, mənzilin yanğından mühafizə edilməsi məsuliyyətinin iddiaçının üzərinə düşməsi barədə kassasiya şikayətinin dəlili ilə eyni olan istər iddiaya etirazının, istərsə də, apellyasiya şikayətinin dəlilinə tam qiymət verilmiş və məhz bu dəlillərə qiymət verilməklə iddia tələbi yuxarıda göstərilən qaydada təmin edilmişdir.

53. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən yanğın baş verən evin arxa divarının çöl tərəfində dam örtüyünün aşağı hissəsində elektrik sayğacı quraşdırılmış və məhz aşağıdan-sayğacdan yuxarı tərəfə – evə çəkilən naqildə yaranan qısa qapanma nət icəsində yanğın hadisəsi baş vermişdir. Bu hal bir daha onu deməyə əsas verir ki, qısa qapanma iddiaçının elektrik sayğacından çıxan və yuxarı-evə çəkilmiş elektrik xətlərində yəni texniki vəziyyətinə və xidmətə görə ASC-nin məsuliyyət sərhədinin xaricində baş verdiyindən, ASC-nin baş vermiş yanğın hadisəsinə görə məsuliyyəti tamamilə istisna edilməlidir. Lakin məhkəmə bu halları tam, hərtərəfli araşdırmamış və əsassız olaraq baş vermiş yanğın hadisəsinə görə ASC-nin təqsirli olması qənaətinə gəlmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, iddiaçı tərəfindən yanğın baş verən evə elektrik xətti yanar dam örtüyünün üstü ilə çəkilmiş, bununla da onun tərəfindən yanğın təhlükəsizliyi Qaydalarının tələbləri kobud s ürətdə pozulmuşdur.

54. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsasız sayır və izah edir ki, cavabdehin istinad etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda qeyd edilən hallar yanğın baş verən evin yerləşdiyi əraziyə xidmət edən ASC-nin mühəndisinin həmin iş üzrə verdiyi izahatında qeyd edilib.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5368/2023 nömrəli, 05 sen tyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar