Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3100/2020 18.05.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədova Mehparə Tofiq qızı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti və şikayət vermə müddətinin bərpası barədə ərizə vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə ərizələri təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti verilmə müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından birgə kasasiya şikayəti vermişlər. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən,apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə a idiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə istinadən hesab edirəm ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından (ötürülmüş prosessual müddətin bərpasında imtina barədə) prosessual qanunvericilikdə kasasiya şikayəti verilməsi nəzərdə tutulmadığından kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/201 9 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.
Məhkəmə qərarları › İş №2(102)-3100/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3100/2020
18.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver