Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3101/2024 16.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı” tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-3101/2024 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - MPM 405.0.1, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “24” aprel 2024-cü il tarixli 2(103)-139/2024 saylı qətnaməsindən İddiaçı (vəkil və nümayəndə Və kil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh MMC-nə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020ci ilin oktyabr ay ından 2021-ci ilin may ayına kimi aylıq 300 (üç yüz) manat, cəmi 2400 (iki min dörd yüz) manat kirayə haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və ona maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X2) 10 noyabr 2022-ci il tarixli, 2(005)-3247/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir
3. Bakı Apellyasiya Məhkəməsinin (S.X. Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.M. Həsənov, X.A. Mərdanova) 24 aprel 2024-cü il tarixli, 2(103)-139/2024 nömrəli qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(005)-3247/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Həmin qətnamədən İddiaçı (və onun vəkili Vəkil) kassasiya şikayəti vermiş və apelyasiya instansiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(103)-139/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
5. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şik ayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
6. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
7. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
8. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
9. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
10. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
11. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 13.Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıd akı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
14. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405.0.1-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülməklə verilmişdir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 24 may 2024-cü tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir ( “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış, iş 2-ci cild səhifə 138). Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi rəsmi qaydada çatdırılmışdır. Hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla,(qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay sonra) 26 iyul 2024-cü il tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.
18. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi MPM-in 409-cu maddəsinin tələbinə riayət etməyərək, müəyyən edilmiş müddət ötürülməklə verilmiş kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
19. Odur ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən icraata qəbul edilə bilməz. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “24” aprel 2024-cü il tarixli 2(103)-139/2024 saylı qətnaməsindən İddiaçı (vəkil və nümayəndə Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.