Məhkəmə qərarları › İş №2(102)-3104/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3104/2025

14.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3104/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququnun yaranması əsasları, mülkiyyətçinin ailə üzvü hesab edilməsi üçün qanunla müəyyən edilən şərtlər) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli, 2(104)-1036/2025 saylı qətnaməsindən Cavabdeh2 qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Mə hkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərtər rayon Köçərli kəndində 0,29 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

2. Cavabdeh2, iddiaçının keçmiş gəlinidir. Yəni cavabdeh iddiaçının oğlu Cavabdeh1 ilə xx.xx.2012-ci tarixdə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü Ülvi adlı uşaqları doğulmuşdur. Ağdam Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(013)-187/2015 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 qızı arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra azyaşlı Ülvi anası Cava bdeh2 yanında saxlanılmış və uşağın saxlanması üçün hər ay 60 manat miqdarda aliment tutulması qət edilmişdir.

3. Lakin sonradan Cavabdeh2 keçmiş əri Cavabdeh1 ilə yenidən barışaraq nikaha daxil olmuşdur.

4. Ağdam Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(013)-660/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 qızı arasında xx.xx.2023-cü ildə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü ildə anadan olmuş Ülvi və xx.xx.2013-cü ildə anadan olmuş Fərəh adlı uşaqların yetkinlik yaşına çatana qədər anası Cavabdeh2 himayəsində saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iddia qaldıraraq, cavabdehlərin onun mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerl əşən evdən çıxarılmaları, mediasiya sessiyasında ödədiyi 50 manat xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh1 könüllü olaraq evdən çıxacağını bildirmiş və onun cavabdeh kimi tanınmamasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Sərfinaz Hüseynova ilə birlikdə onun mülkiyyətində olan Tərtər rayonu Köçərli kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 qızı isə gəlinidir. Onlar 2012ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. 2015-ci ildə yola gedə bilmədikləri üçün məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Oğlu onunla birlikdə yaşasa da, Cavabdeh2 qızı 2015-ci ildə atası evinə köçərək 2021-ci ilə kimi orada yaşamışdır. 2021-ci ildə onlar barışmışlar. Onlara evində yaşamalarına razı olmamışdır. Müvəqqəti olaraq onun evində yaşamağa başlamışlar. Hər gün ər-arvad mübahisə etmişlər. Cavabdeh2 təkidi ilə 2023-cü ildə oğlu ilə nikah qeyd etdirmişlər. Artıq cavabdehlər hər gün onun evində mübahisə yaradırlar. Bu mübahisələrə dözə bilmir. O və həyat yoldaşı hər ikisi yaşlı və xəstə adamlardır. Mübahisə içində yaşamaq məcburiyyətində deyillər. Artıq onlar arasında olan pərdə götürülmüşdür və öz mülkiyyətində dinc yaşaya bilmir. Oğlu Cavabdeh1 ayrı təsərrüfatdır və onunla yaşamalı deyillər. Bununla bağlı mediasiya şurasına müraciət etmiş, lakin cavabdehlə razılaşma əldə olunmamışdır. Cavabdeh evindən könüllü olaraq çıxmaq istəmir. Cavabdehdən evdən çıxmasını tələb etsə də, müsbət nəticə olmamışdır. Cavabdeh onun mülkiyyət hüququnu pozur.

8. Cavabdeh2 qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının oğlu Cavabdeh1la 2012-ci ildə ailə qurmuş, iddiaçıya məxsus olan evə gəlin köçmüşdür. Aralarında olan mübahisələrə görə həyat yoldaşı ilə dalaşmış, ailə dağılmış və 2015-ci ildə Eminlə boşanmışdır. Həmin vaxtdan atasının Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 3 otaqlı zirzəmidə yerləşən evində yaşamışdır. Həmin otaq rütubətli olduğundan yaşamaq çətin olmuşdur. Bu müddət ərzində Cavabdeh1 valideynlərinin xəbəri olmadan onu saxlamışdır. Bundan sonra 2021-ci ildə Cavabdeh1 onunla barışıb ailəni bərpa etmiş, hazırda yaşadığı Tərtər rayon Köçərli kəndində yerləşən evdə yaşamağa başlamışlar. Onların Em inlə bir övladları da olmuşdur. Lakin sonradan Cavabdeh1la dalaşımışlar, münasibətləri pozulduğundan Cavabdeh1 yenidən məhkəmədə boşanma ilə bağlı iddia qaldırmışdır. Uşaqlar onun yanında qalmışdır. O, son zamanlar iddiaçı ilə aralarında olan mübahisələrə görə, onlarla dolana bilmədikləri üçün polisə şikayət etmişdir. Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən atasına verilmiş 3 otaqlı mənzildə heç kim yaşamır. O, Ağdam rayon 16 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ağdam rayon 16 saylı orta məktəb Bakı şəhərində yerləşir. Hazırda sinif bağlandığından, ona iş verilməsini gözləyir. Ağdam rayonunda evləri bərba edilənədək burada yaşamaq istəyir. Onlara ev verildikdən sonra iddiaçıların evindən çıxacağının bildirmiş, iddianın təmin e dilməməsini xahiş etmişdir

9. Tərtər Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(061)-72/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 İddiaçı mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir (hakim Kamil Rzayev).

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 iddiaçının ailə üzvü hesab edilmir. O, həmin yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malik deyildir. İddiaçı və cavabdehlər arasında münasibətlər kəskinləşmiş, bir yerdə yaşamaları mümkünsüz olmuşdur. Bu səbəbdən də iddiaçının sahiblik hüququ, mülki hüquqlarının maneəsiz həyata keçirilməsi və istifadə hüququ məhdudlaşmışdır. Ona görə də cavabdehin iddiaçının evində yaşaması məqsədəmüvafiq deyildir. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 153.2, 153.3, 153.4 və 165.1-ci maddələrinə, həmçinin xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh2 qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, heç kəs məhkəmə qərarı olmadan və ya qanunsuz şəkildə evdən çıxarıla bilməz. Amma məhkəmənin qətnaməsi bu prinsiplərə ziddir. O, ailə üzvü olaraq nikah əsasında mübahisəli evdə yaşamışdır. Həmin evdə uşaqları ilə birgə qalmaq hüququ vardır. Məhkəmə onun ailə hüquqlarını, sosial vəziyyətini və uşaqlarının rifahını nəzərə almadan, yalnız mülkiyyət hüququnu əsas götürərək qərar verib. Bu isə Konstitusiyanın ailə həyatına hörmət, sosial müdafiə və bərabərlik prinsipinə ziddir. Əgər bir məhkəmə qərarı ailəni ayırır, uşaqları çətin vəziyyətdə qoyursa, bu artıq hüquqi deyil - insani və sosial baxımdan da düzgün deyil. Uzun illər ailə üzvü olaraq orada yaşamışdır. İddiaçının oğl u Cavabdeh1 arvadı olmuş və iki övladları vardır. Ailə olaraq həmin evdə yaşamışlar və bu sadəcə müvəqqəti qonaq qalmaq deyil, ailə həyatı yaşamaq olub. Qanuna görə, belə bir şəraitdə həmin evdə birgə yaşayan ailə üzvü hesab olunmalı idi. Bu isə o deməkdir ki, onun da həmin evdən istifadə hüququ var və bu hüquq qanuni şəkildə qorunmalıdır. Amma Tərtər Rayon Məhkəməsi bu maddəni düzgün tətbiq etməyib. Onu sadəcə “keçmiş gəlin” kimi göstərib, ailə birliyini nəzərə almayıb, onun ailə üzvü kimi hüququnu tanımayıb. Bu isə qanun pozuntusudur, çünki hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsində onun yaşadığı vəziyyət açıq-aşkar əks olunur. Hal-hazırda iki azyaşlı uşağı ilə birlikdədir, başqa yaşamağa yeri yoxdur, rütubətli, yararsız şəraitdə yaşamaq təklifi isə real deyil, sosial və maddi imkanları da məhduddur. Məhkəmə sadəcə mülkiyyətçinin tələbini təmin edib, ailə, qadın, uşaq və sosial durumla bağlı heç bir prinsipi nəzərə almayıb. Bu isə vicdanlılıq və ədalətlilik prinsipinin pozulmasıdır. Əgər bir qərar bir tərəfin hüququnu qoruyarkən digərinin həyatını çətinləşdirirsə, uşaqları evsiz qoyursa və ailəni dağıdırsa, bu qərar nə vicdanlı, nə də ədalətli sayılır. Elə Mülki Məcəllənin özü də bunu yolverilməz sayır. 2021-ci ildə o və həyat yoldaşı Cavabdeh1 ailə münasibətlərini bərpa etmişdir və həmin vaxtdan etibarən birlikdə həmin evdə yaşamışlar. Bundan əlavə, 2023-cü ildə rəsmi nikahları yenidən qeydə alınıb və həmin nikahdan bir övladları dünyaya gəlib. Bütün bunlar sübut edir ki, evdə birlikdə yaşamışlar və mən o evə yenidən qayıtmışdır. Bu faktların hamısı iş üçün əhəmiyyətli hallar olsa da, məhkəmə bunları nəzərə almamış, tam və hərtərəfli araşdırmamışdır. Sosial vəziyyəti, məcburi köçkün olduğu və başqa yaşayış yeri olmadığl obyektiv şəkildə qiymətləndirməyib.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1036/2025 saylı, 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(061)-72/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - İ.Həsənov (sədrlik edən və məruzəçi), R.Məcidov və G.Cavadova).

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə belə əsaslandırmışdır ki, cavabdeh 2012-ci ildə iddiaçının oğlu Cavabdeh1la ailə qurmaqla mübahisəli evə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahis ə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

16. Qeyd edilməlidir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin evindən çıxarılmasını tələb etmək hüququna malikdir.

17. Bununla belə, məsələnin qanuni həlli baxımından araşdırılmalı məsələlərdən biri - mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir. Yəni mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər.

18. Bu normaların düzgün tətbiqi üçün də Cavabdeh2 evin mülkiyyətçisinin ailə üzvü ol ub-olmaması məsələsi aydınlaşdırılmalıdır.

19. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdeh2 isə həmin şəxslər dairəsinə aid deyildir və onun mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Bundan başqa, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “digər qohumlar” dairəsinə də aid deyildir ki, bu halda onun evin mülkiyyətçisi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan təqdirdə, məsələnin həllinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni cavabdehin istifadə hüququnun müəyyən müddətə saxlanılması istisna edilir. Odur ki, ilkin idd ianın yoxlanılan, yəni cavabdeh A.İsgəndərovaya aid hissədə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 157.4, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, 30.4, MPM-nin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərarında əsas diqqət Mülki və Mənzil Məcəllələrinin "mülkiyyətçinin ailə üzvü" anlayışının formal təfsirinə yönəldilmişdir. Məhkəmə cavabdehin iddiaçının oğlunun keçmiş arvadı olduğu üçün mülkiyyətçinin ailə üzvü statusunu itirdiyini və buna görə də yaşayış sahəsindən istifadə hüququnu itirdiyini müəyyən etmişdir. Lakin məhkəmə işin digər mühüm hallarını, o cümlədən onun iki azyaşlı uşaq anası olmasını, onların uzun müddət həmin ünvanda yaşamasını və başqa yaşayış yerinin olmaması ilə bağlı iddialarını ətraflı araşdırmamışdır. "Həqiqətin müəyyən edilməsi" təkcə mülkiyyət sənədini və nikahın pozulması haqqında şəhadətnaməni yoxlamaq deyil, həm də qərarın sosial nəticələrini, xüsusilə uşaqların mənafeyini nəzərə almağı ehtiva edir. O, apellyasiya şikayətində sosial vəziyyətinin, iki azyaşlı uşağının rifahının nəzərə alınmadığını, başqa yaşamağa yeri olmadığını bildirmişdi. Məhkəmə nin bu dəlillərə məhəl qoymayaraq yalnız mülkiyyət hüququnu əsas götürməsi, iş üzrə həqiqətin bütövlükdə müəyyən edilməməsinə gətirib çıxarır. Konstitusiyanın sosial dövlət prinsipi və uşaq hüquqlarının aliliyi kimi fundamental dəyərləri bu tip mübahisələrdə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, qanunun hərfinə formal riayət edərək onun ruhunu və Konstitusiyanın daha üstün prinsiplərini diqqətdən kənarda qoymuşdur. Məhkəmə icraatının həqiqəti müəyyən etməsi tələbi, hakimlərin yalnız mövcud qanunları mexaniki tətbiq etməsini deyil, həm də hər bir konkret işin unikal hallarını nəzərə alaraq ədalətli bir tarazlıq tapmasını nəzərdə tutur. Beləliklə, Gəncə Apellyasiya Məhkəməsi işin yalnız mülkiyyət hüququ və ailə münasibətlərinin pozulması kimi dar bir hüquqi çərçivəsinə baxaraq, onun və az yaşlı uşaqlarının sosial durumu, mənzil şəraiti kimi vacib həqiqi halları araşdırmadan qərar qəbul etmişdir. Bu isə iş üzrə həqiqətin tam və hərtərəfli müəyyən edilməməsi ilə nəticələnmiş və Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin pozulmasına səbəb olmuşdur.

23. Məhkəmə "ailə üzvü" statusunu yalnız nikahın mövcudluğu ilə əlaqələndirmişdir. Belə ki, onun iddiaçının oğlu ilə nikahı pozulduğu üçün onun artıq ailə üzvü olmadığı qənaətinə gəlmişdir. Bu, maddənin çox dar və formal təfsiridir. Məhkəmə nəzərə almamışdır ki, o, həmin evə yad bir insan kimi gəlməmiş, məhz iddiaçının oğlunun həyat yoldaşı, yəni ailə üzvü kimi köçmüşdür (gəlin köçmüşdür). O, uzun illər bu evdə ailə həyatı yaşamış, təsərrüfat qurmuş və övladlar dünyaya gətirmişdi. Mənzil Məcəlləsinin məqsədi təkcə rəsmi nikah bağlarını deyil, həm də faktiki olaraq formalaşmış ailə münasibətlərini və birgə təsərrüfatı qorumaqdır. Nikahın pozulması bu münasibətləri avtomatik olaraq və dərhal heçə endirməməlidir, xüsusən də ortada uşaqlar olduqda. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətd ir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Maddə

43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sa hib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

31. Maddə

2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyat a keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

32. Maddə

8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələri n baş verməsi.

33. Maddə

9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

34. Maddə

30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri a) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.... 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələ rinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı

35. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 4 18.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 4

5. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, irəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququ n pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

48. Baxılan işdə də məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsindən istifadəsinin hüquqi əsaslarını yoxlamış və müəyyən etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ yoxdur.

49. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır.

50. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir.

51. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvv ədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Bu baxımdan, iddiası mübahisəli yaşayış sahəsinə 2012-ci ildə köçdüyünə görə, iddia tələbi 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

53. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Lakin iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas olan, 01 oktyabr 2009-cu il tarixdən q üvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir.

54. Kassatorun, «məhkəmə tərəfindən Mənzil Məcəlləsində olan "mülkiyyətçinin ailə üzvü" anlayışının formal təfsir edildiyi», «uzun müddət həmin ünvanda yaşaması və başqa yaşayış yerinin olmaması», «məhkəmə tərəfindən ailə üzvü statusunun yalnız nikahın mövcudluğu ilə əlaqələndirilməsi», «həmin evə yad bir insan kimi deyil, məhz iddiaçının oğlunun həyat yoldaşı, yəni ailə üzvü (gəlini) kimi köçməsi» barədə dəlillər də gəlinən nəticəni inkar etmir.

55. Çünki Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülk i hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

56. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.

57. Apellyasiya instansiyası məhkəməsi də Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddia tələbinı işin halları ilə birgə təhlil etmiş və qeyd etmişdir ki, iddiaçı cavabdehin gəlini olmaqla, cavabdehin ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxs lər kateqoriyasına aid deyil.

58. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

59. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyəti ni itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

60. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın keçmiş gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ara şdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıl dığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli, 2(104)1036/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar