Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3105/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(074)454/2019, hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, iddiaçının övladı X4 ilə birlikdə Şam axı rayonu, Göylər kəndində 0,48 ha torpaq sahəsində yerləşən iddiaçıya məxsus əşyaların olduğu fərdi yaşayış evinə köçürülməsi, qət edilmiş, Cavabdeh İddiaçı qarşı əmlakın mənzildən məcburi çıxarılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3663/2019, hakimlər T.Q.Məmmədov, Z.İ.Məmmədov, A.Ə.Abbasov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən salxanılmışdır. Həmin qətnamədən qarşılıqlı iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2007-ci il tar ixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğu X1 yaşadığı Şamaxı rayonu, Göylər kəndində 0,48 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçdüyünə, 2010-cu ildə evdə yaşayanların təzyiqi ilə həmin evdən çıxmaq məcburiyyətində qaldığına və valideynlərinin yanına qayıtdığına, 2010-cu ildə Sevinc adlı qızının doğulduğuna, əri ilə xx xxxxx 2014-cü il tarixdə məhkəmə qaydasında ayrıldığına istinad edərək qızı Sevinclə birlikdə Şamaxı rayonu Göylər kəndində yerləşən, təsərrüfatbaşına kitabda X3 adına yazılmış evə məcburi köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia qaldıraraq İddiaçı məxsus cehiz əmlakın və şəxsi əşyaların həmin evdən məcburi çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəm ə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edilmədiyinə, iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq edilən faktlara düzgün hüquqi qiymət verilmədiyinə, işə üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmadığına görə qanuni və əsaslı hesab edilə bilməz. İlkin iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Mübahisə Şamaxı rayonu, Göylər kəndində 0,48 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı olma qla, ilkin iddia üzrə iddiaçı həmin evə köçürülməsini, qarşılıqlı iddiaçı isə ilkin iddiaçıya məxsus əşyaların həmin evdən çıxarılmasını tələb edir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında münasibətlər yarandığı vaxt həmin ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış sahələrindən istifadə hüququnun əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı mübahisə üzrə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericilikl ə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Həmin Məcəllənin 27-ci maddəsinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu halda, hazırki mübahisə üzrə ilk növbədə həmin evin iddiaçının yaşayış yeri hesab edilib-edilməməsi müəyyənləşdirilməli, həmin hal öz təsdiqini tapdıqdan sonra iddiaçının həmin evdən məhrum edilməsinin qanuniliyinə qiymət verilməlidir. İddiaçının iddia ərizəsinin məzmunundan da görünür ki, o, hazırda köçürülməsini mübahisələndirdiyi yaşayış evindən 2010-cu ildən çıxmış və 2019-cu ilin mart ayında hazırki iddianı qaldırmışdır. İddiaçı göstərilən müddət ərzində yaşayış yeri ilə bağlı heç bir tələb irəli sürməmişdir. Bu halda, 9 il ərzində başqa yaşayış yeri seçməklə əvvəlki yaşayış yerindən məhrum etmə ilə razılaşma həmin yaşayış yerindən imtina kimi qiymətləndirilə bilər. Lakin apellyasiya məhkəməsi qeyd edilən hallara ümumiyyətlə hüquqi qiymət verməmiş, iş üzrə gəldiyi nəticəni müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Digər tərəfdən, apellyasiya məhkəməsi “Uşaq hüquqları haqqında” Qanunun 17-ci maddəsinə istinad edərək iddiaçı ilə Mahir Mustafayevin birgə nikahlarından doğulmuş uşağın ata və anası ilə birgə yaşamaq hüququnun oduğuna da istinad etmişdir. Halbuki, iş üzrə cavabdeh kimi yalnız Cavabdeh göstərilmiş və Mahir Mustafayevə qarşı heç bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normala rı pozulmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinməmişdir. Ona görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ləğv edilsin, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3105/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3105/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver