Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3106/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Komunal Təşkilatına qarşı ilk, Cavabdeh Mənzil Komunal Təşkilatının İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ iş № 2(102)-3106/2022 (Açar sözlər: Pilot layihələrin icrası ilə bağlı əmlak mülkiyyətçilərinə verilən kirayə haqqı ilə bağlı mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı Cavabdeh Mənzil Komunal Təşkilatına qarşı kirayə haqqının ödənilməsi və s, barədə ilkin iddia və ilkin iddia üzrə Cavabdeh Mənzil Komunal Təşkilatının ilkin iddia üzrə İddiaçı qarşı ödənilmiş kirayə haqqının qaytarılması və s. barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1583/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Cavabdehnə ünvan küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çıxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikint isinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. Şirkət tərəfindən orada olan əmlakların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binaları inşa edilməsi həyata keçirilir.
2. İddiaçı məxsus olan ev də sökülərək onun yerləşdiyi torpaq sahəsində hündür mərtəbəli yaşayış binası inşa edilmişdir. Lakin, həmin yaşayış binasında əmlakı sökülən İddiaçı mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmiş, onunla müqavilə bağlanmamışdır. Ona görə İddiaçı əvvəllər şirkətə qarşı vurulmuş zərərin ödənilməsi ilə bağlı iddia tələbi irəli sürmüş və həmin işə başqa icraatda baxılmışdır.
3. Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilmiş məxaric kassa orderləri ilə təsdiq olunur ki, MTK tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tar ixədək hər üç aydan bir 1500 manat olmaqla, cəmi 19.500 manat kirayə haqqı kimi ödəniş edilmişdir.
4. İddiaçı məxsus evin sökülməsi ilə bağlı əvəzin ödənilməsi mübahisəsi davam etdiyi üçün (1-ci mülki mübahisə) şirkət kirayə haqqı ödənilməsini dayandırdığından hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının əvəzi olaraq, aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyes trindən Seriya MA, №XXX saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ( bundan sonra- mübahisəli evin) sökülməsi nəticəsində maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə məhkəmə İşi yekunlaşıb məhkəmə qərarı ilə təyin edilmiş kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi təmin edilənədək, cavabdeh tərəfindən ona kirayə haqqının ödənilməsinin davam etdirlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №XXX saylı Çıxarışa əsasən mübahisəli yaşayış evinin ½ hissəsi 2009-cu ildən onun xüsusi mülkiyyətində və 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsindədir. 20 17-ci ilin may-iyun aylarında cavabdeh ilə evinin və istifadəsində olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar oldu. Cavabdehin təklifi ilə razı olmadığından, MMC onu evindən çıxmağa məcbur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək, evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan vermədi. Bundan başqa, ətrafda yerləşən evləri sökərək, qazıntı işləri apardı və evinə gediş-gəliş yolunu bağladı. Evində yaşamaq artıq mümkünsüz oldu. Qaz, işıq, su xətləri kəsilməyinə baxmayaraq ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişlər. Mülkiyyətdən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyununda cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi və iddianın təmi ni tədbiri qismində fərdi yaşayış evindən istifadə hüququna qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasını, habelə cavabdehə, eləcə də digər şəxslərə əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etdi. Nəsimi Rayon Məhkəməsi 07 iyul 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsi təmin edilmədi. Bu qərardaddan verdiyi şikayətə baxılmamış, yəni 24 iyul 2017-ci il tarixdə onun və ailəsinin qohumugildə olmağından istifadə edərək, gecə evimin bir hissəsini uçurdular. Bundan sonra o, cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsinə "Əmlaka vurulmuş maddi» ziyanın bərpa edilməsi və mənəvi ziyanın ödənilməsinə dair iddia ə rizəsi" təqdim edərək, mülkiyyətində olan evin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bu iddia ərizəsi ilə yanaşı iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan, sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər-hansı qazıntı-tikinti və sair işlərin apanlmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Lakin Nəsimi Rayon Məhkəməsi 11 avqust 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəni rədd etdi. Bundan sonra o, bu qərardadda n şikayət verdi. Məhkəmədə hər iki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə, Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərardadından şikayət verdiyi halda, evi cavabdeh tərəfindən tamamilə uçurularaq, yerlə yeksan edildi. Bakı Apellyasiya Məhkəməsi 08 sentyabr 2017-ci il tarixli qərardadı ilə birinci məhkəmə işi üzrə Nəsimi rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qərardadını ləğv etdi və iddianın təmini barədə ərizəni qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar verdi. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, evi artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən, qərardadı icra etmək mümkün olmadı. Məhkəmə proseslərində və m əhkəmə qərarlarında cavabdeh tərəfindən evin söküntüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı əsasında keçirildiyi təsdiq edilib. NKnin bu qərarının tələbinə müvafiq olaraq, cavabdeh tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evinin söküldüyü 24 iyul 2017-ci İl tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Bu kirayə haqqının ödənilməsi 2020-ci ilin iyul ayının 24dək davam edib. Lakin 2018-ci ilin 24 iyul tarixdən bu günə kimi, cavabdeh tərəfindən ona kirayə haqqının ödənilməsi təmin edilmir. Buna səbəb kimi isə evinin sökülməsinə maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılıb. Məhkəmə qərarının hələ qüvvəyə minmədiyini və icra edilmədiyini bildirsə də, bu günədək ona kirayə haqqının ödənilməsi t əmin edilməyib. Ona kirayə haqqı ödəmək əvəzinə, cavabdeh tərəfindən 28 oktyabr 2020-ci il tarixli, 427 saylı pretenziya məktubu göndərilərək, kirayə haqqının cavabdeh ilə şifahi razılaşması əsasında ödənildiyi və bu şifahi razılaşmanı pozaraq ev əvəzinə, kompensasiyanın ödənilməsini tələb etdiyi üçün indiyədək ona ödənilmiş kirayə haqqını geri qaytarmalı olduğu tələb edilib. Yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, evi sökülüb və o ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. Cavabdeh qanunsuz olaraq məhkəmə qərarı olmadan evini sökməklə onu və ailəsini evsiz qoymaqla yanaşı, üstəlik 2020-ci ilin avqust ayından etibarən ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3 -cü bəndinin tələbini pozmaqla yanaşı, ailənin vəziyyətini daha da ağırlaşdıraraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, 2020-ci ilin avqust ayından etibarən bu günədək aylıq 500 manat olmaqla ödənilməyən kirayə haqqı üzrə borc məbləği 5500 (beş min beş yüz) manatın təcili olaraq ona ödənilməsinin təmin edilməsi və eyni zamanda, evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi üzrə məhkəmə qərarı icra edilənədək cavabdeh tərəfindən kirayə haqqlarının ödənilməsinin davam etdirilməsi təmin edilməlidir. NK-nin bu qərarının tələbinə müvafiq olaraq, cavabdeh tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2020-ci ilin avqust ayından isə bu kirayə haqqının ona ödənilməsi dayandırılıb. Səbəb kimi MMC bunu belə əsaslandırıb ki, məhkəmə qərarı ilə ona kompensasiya verilməli olduğundan, kirayə haqqı verilməyəcək. Maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə hələ məhkəmə işi yekunlaşmayıb, yekun məhkəmə qərarı qüvvəyə minməyib və məhkəmə işinin yekunlaşması və yekun qərarın qüvvəyə minməsi ən azı daha bir il çəkəcək. Hazırda qeyd edilən iş Ali Məhkəmənin icraatındadır. Bunu təsdiq edən elektron məhkəmə sistemindən müvafiq çıxarış ərizəyə əlavə edilir. Onun isə yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, evi sökülüb və o, ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. Üstəlik, bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldıqlarını görüb mart ayında i kinci dəfə insult keçirərək vəfat edib. 2020-ci İlin avqust ayından bu günədək ona ödənilməmiş aylıq kirayə haqqı ayda 500 manat olmaqla, ümumilikdə 5000 manat təşkil edir. Bu məbləğ 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, ayları və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayı daxildir. “Pilot İnşaat-A" MMC-yə də kifayət qədər aydındır ki, onunla "xxxx" MMC indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da yuxarıda qeyd etdiyi kimi, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, on ların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. Onun evi qanunsuz olaraq, cavabdeh tərəfindən sökülüb və indiyədək ona nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, cavabdeh tərəfindən ona ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya cavabdeh tərəfindən ona ödənilənədək "xxxx" MMC tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir.
7. Cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan kirayə pulu adı ilə əsassız yerə cavabdehdən aldığı 19.500 ma nat məbləğində pulun cavabdehə geri qaytarması və vurduğu 500.000 manat məbləğində mənəvi ziyanın cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir təl əblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Cavabdeh MTK-ya Bakı şəhəri, ünvan küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nin istifadəsinə verilmişdir. Eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, ünvan küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə də əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisi həyata keçirilmişdir. Belə ki, sökülən əraziyə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi də düşmüşdür. Həmin evin ½ hissəsi paylı mülkiyyət hüququ ilə cavabdehin, digər ½ hissəsi isə X1 mülkiyyətində olmuşdur. O cümlədən, hazırki iş üzrə cavabdeh və onun əmisi oğlu olan X2 (fərdi yaşayış evin digər ½ hissəsi payının mülkiyyətçisi) ilə qarşılıqlı razılıq əldə edilmiş, onlara kirayə haqları ödənilməsi və tikiləcək yeni hündürmərtəbəli binada mənzillərin verilməsi şərtilə evlərindən köçmələri qərara alınmışdır. Ondan sonra, mübahisəli fərdi evin mülkiyyətçiləri bütün əşyaları daşımışlar və aylıq kirayə haqları qabaqcadan almaqla kirayə evlərə köçmüşlər, o cümlədən fərdi evlərini sökmüşlər. Mübahisəli evin ½ hissəsi payının mülkiyyətçisi olan X2 Cavabdeh MTK ilə yeni mənzil üçün müqavilə imzalamış, lakin İddiaçı aylıq kirayə haqqını almasına baxmayaraq, şifahi razılaşmanın şərtlərini qismən pozaraq, heç bir məntiqə sığmayan tələblər irəli sürərək, yeni mənzil üçün Cavabdeh MTK-lə müqavilə bağlamaqdan faktiki imtina etmişdir. İddiaçı Cavabdeh MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evinə görə 912 090 manat maddi ziyan, 50 000 manat mənəvi zərər, 2500 manat hüquqi xidmət və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK, onu, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum etmişdir və bu səbəbdən ona maddi və mənəvi zərər vurulmuşdur. İddiaçı ilə Cavabdeh MTK arasında şifahi razılaşmaya əsasən, ünvan 2 ünvanında yerləşmiş fərdi yaşayış evinin əvəzinə ərazidə yeni tikilən hündürmərtəbəli binada mənzillə təmin olunan tarixə qədər AR Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarına uyğun olaraq, xx.xx.2017-ci il tarixdən etibarən hər üç aydan bir, hər ay üçün 500 manat kirayə pulu ödənilmiş, cəmi 19 50 0 manat kirayə pulu verilmişdir. İddiaçı artıq fərdi yaşayış evinin əvəzinə yeni tikilən binada mənzil tələb etmədiyi üçün, fərdi yaşayış evi və torpaq sahəsinə görə, ona dəymiş ziyanı tələb etdiyinə görə, İddiaçı ödədikləri kirayə pulları geri qaytarılmalıdır. AR Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli qərarının 1.3-cü bəndinin tələblərinə görə də, köçürülən sakinə yeni tikiləcək yaşayış binasında müvafiq mənzillə təmin olunana qədər onlar üçün kirayə edilmiş mənzillərin kirayə pulları ödənilir. İddiaçı şifahi razılaşmanın şərtlərini pozaraq fərdi evinin əvəzinə mənzil yox, məhkəməyə Cavabdeh MTK-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbləri üzrə iddia qaldırmış, hazırda iddiası təmin edilmişdir. Ona görə də, hazırkı dövrə qədər Cavabdeh MTK tərəfindən İddiaçı kira yə haqqı kimi verilmiş cəmi 19 500 manat kirayə pulu geri qaytarılmalıdır. O cümlədən, Cavabdeh MTK-nı aldadaraq, müqavilə bağlayacağına dair vəd vermiş, fərdi yaşayış evini söküb mal-materiallarını, ev əşyalarını daşıdıqdan sonra hər ay kirayə pulları almasına baxmayaraq əsassız tələblər İrəli sürmüş, Cavabdeh MTKdan dövlət, icra, məhkəmə orqanlarına çoxsaylı şikayətlər etmiş, şər və böhtanlar atmış, güya onun yaşayış evi tərəfimizdən sökülmüş və ev əşyaları məhv edilmişdir, lakin bu iddiaları təsdiqini tapmamış, qanuni qüvvəsini almış məhkəmə aktları ilə rədd edilmişdir. Cavabdeh MTK-nın işgüzar nüfuzuna ciddi ziyan dəymiş, MTK-nın bazardakı mövqeyinə, yaşayış və qeyri-yaşayış sahələrinin satışına və s. fəaliyyətinə mənfi təsirlər elmiş, Cavabdeh MTK-nın rəhbərliyi və kollektivi ağır psi xoloji-mənəvi sarsıntılar keçirmişlər. Beləliklə, ümumilikdə 500 000 manat məbləğində mənəvi ziyan vurulmuşdur.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4475/2021 nömrəli iş üzrə 15 oktyabr 2021ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun sürən məhkəmə çəkişmələrinə məruz qalmış, bunun müqabilində ona müvafiq məhkəmə aktlarına əsasən dəymiş maddi və mənəvi zərərin ödənilməsi qərara alınmışdır. Lakin hazırkı işdə zərərin mövcud olması halı müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu tə sdiq edən sübutları (iddia ərizəsində göstərilən müddət üçün bağladığı kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçıya real olaraq zərərin dəyməsi halı müəyyən edilmədiyindən məhkəmə ilk iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
11. İddianın cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının ödənilməsi” hissəsində rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır.
12. Məhk əmə eyni zamanda hesab etmişdir ki, qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Çünki, kirayə haqqı kimi ödənilmiş vəsait hesabına iddiaçı varlanmamışdır. Şirkət işin hallarını bildiyi halda könüllü olaraq iddiaçıya kirayə haqqı ödəmişdir.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1091, 1092, 1096, 1097, Mülki Prosessual Məcəllənin 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir.
15. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qər arının 1.3-cü bəndini tətbiq etməli olduğu halda, tətbiq etməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının 1.3-cü bəndi ilə Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” tapşırılıb. NK-nin bu qərarının tələbinə müvafiq olaraq, Cavabdeh MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evinin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanaraq, iddiaçıya aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2 020-ci ilin avqust ayından isə bu kirayə haqqının iddiaçıya ödənilməsi dayandırılıb. Səbəb kimi MMC bunu belə əsaslandırıb ki, məhkəmə qərarı ilə iddiaçıya kompensasiya verilməli olduğundan, kirayə haqqı verilməyəcək. Maddi və mənəvi zərərin ödənilməsinə dair tələb üzrə çıxarılmış məhkəmə qərarı bu günədək icra edilməyib. Üstəlik, Cavabdeh MMC tələbin təmin edilməsi üzrə Ali Məhkəmənin 06 aprel 2021-ci il tarixli qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verib. Hazırda qeyd edilən iş Konstitusiya Məhkəməsinin icraatındadır. Dörd ildən artıqdır ki, evi sökülüb və iddiaçı ailəsi ilə birlikdə kirayədə qalmalı olmuşdur. Üstəlik, bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldığını görüb mart ayında ikinci dəfə insult keçirərək vəf at edib. Cavabdeh MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evi sökməklə iddiaçını və ailəsini evsiz qoymaqla, atasinın ölümünə səbəb olmaqla yanaşı, üstəlik ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailəsinin vəziyyətini daha da ağırlaşdıraraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. Nəsimi Rayon Məhkəməsi isə iddia ərizəsində yuxarıda qeyd etdiklərini və iddiaçıya kirayə haqqının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndini əsasında verilməli olduğunu nəzərə almadan, sübutları - kirayə haqqının ödənilməsinə dair müqavilə və s. sənədi məhkəməyə təqdim etmədiyini yazaraq iddia tələbini qanunsuz olaraq təmin etməyib. Cavabdeh MMC-yə də ki fayət qədər aydındır ki, iddiaçı ilə Cavabdeh MMC indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. İddiaçının evi qanunsuz olaraq, Cavabdeh MMC tərəfindən sökülüb və indiyədək iddiaçıya nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya Cavabdeh MMC tərəfindən ödənilənədək Cavabdeh MMC tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Fuad Babayev) 2(103)1583/2022 saylı mülki iş üzrə 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı təşəbüssü ilə başlanan məhkəmə mübahisələrindən göründüyü kimi, tərəflər arasın da kirayə haqqının ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, İddiaçı ümumiyyətlə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və İddiaçı köhnə tikilinin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzilin ayrılması barədə tikinti şirkəti ilə müqavilə bağlamaq niyyətində olmamışdır.
18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kirayə haqqının ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyan hər hansı razılaşma məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmçinin mülki işin materiallarında bu barədə heç bir dəlil– sübut aşkar edilmədiyindən bu hal cavabdehin kirayə haqqını ödəməsini istisna edir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya sökülən binanın ə vəzinə mənzil verilməsi razılaşdırılmadığından, iddiaçıya məxsus mənzil ona kompensasiya verilməsi müqabilində söküldüyündən, iddiaçıya kirayə haqqının ödənilməsi ilə bağlı 5500 manat məbləğində pul vəsaitinin ödənilməsindən və kirayə haqqının ödənilməsinin davam etdirilməsindən ibarət iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097, Mülki Prosessual Məcəllənin 372.6, 385.2, 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələ blərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iddia ərizəsində qeyd edilənləri və kirayə haqqının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndini əsasında verilməli olduğunu nəzərə almadan, sübutları - kirayə haqqının ödənilməsinə dair müqavilə və s. sənədi məhkəməyə iddiaçının təqdim etmədiyini və kirayə haqqının yalnız sökülmüş mənzilləri əvəzində yalnız mənzil alacaq şəxslərə verilməli olduğunu yazaraq iddia tələbini qanunsuz olaraq təmin etməyib. İddiaçı ilə Cavabdeh MMC indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da yuxarıda qeyd edilən kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. İddiaçının evi qanunsuz olaraq, Cavabdeh MMC tərəfindən sökülüb və indiyədək ona nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilm iş kompensasiya Cavabdeh MMC tərəfindən ödənilənədək Cavabdeh MMC tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi qanunun tələbini təmin etmək əvəzinə, heç bir hüquqi əsaslandırma gətirmədən və sübutlara istinad etmədən, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında sökülmüş binanın əvəzinə yeni tikiləcək binada yalnız mənzillə təmin ediləcək şəxslərin kirayə haqqının ödənilməsi hüququnun olduğunu qeyd edib ki, bununla da bir daha Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndini yanlış təfsir edərək, hüququn mahiyyətini heçə endirib və onun ədalətli məhkəmə araşdırması hüququ yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin at verilən mülkiyyət hüququnu pozmuşdur. Mülkiyyət hüququnun pozuntusu onda ifadə edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı əsasında evləri sökülmüş digər şəxslər kimi, sökülmüş evlərin əvəzinə mənzillə təmin edilənə və ya buna görə müvafiq kompensasiya ödənilənədək aylıq kirayə haqqının əldə edilməsinə iddiaçının hüququ mövcud olsa da, bu kirayə haqqının ödənilməsini təmin etməyən məhkəmə iddiaçını faktiki olaraq mülkiyyətimdən məhrum edib. Belə ki, sökülmüş evin müqabilində kompensasiya ödənilənədək qanuna əsasən ödənilməli olan kirayə haqqı iddiaçının mülkiyyətinə daxildir.
23. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Nəsimi Rayon Məhkəməsi isə qeyd edilən normanın tələbinə zidd olaraq, iş üzrə təqdim edilmiş sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirməyib. Bakı Apellyasiya Məhkəməsi isə MPM-in 88-ci maddəsinin tələbinə zidd olaraq, heç bir sübuta istinad etmədən evimin sökülməsi nəticəsində kompensasiya aldığımı yazaraq, kirayə almaq hüququmun olmadığı qənaətinə gəlib. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11.2.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanıl masını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulma sına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamənin tam deyil, ilkin iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan və qarşılıqlı iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə (ilkin iddianın təmin olunmayan hissəsidə) yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısı nın 03 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Cavabdehnə ünvan küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çıxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. Şirkət tərəfindən orada olan əmlakların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binaları inşa edilməsi həyata keçirilir. İddiaçı məxsus olan ev də sökülərək onun yerləşdiyi torpaq sahəsində hündür mərtəbəli yaşayış binası inşa edilmişdir. Lakin, həmin yaşayış binasında əmlakı sökülən İddiaçı mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmiş, onunla müqavilə bağlanmamışdır. Ona görə İddiaçı əvvəllər şirkətə qarşı vurulmuş zərərin ö dənilməsi (sökülmüş əlmakının əvəzi olaraq) ilə bağlı iddia tələbi irəli sürmüş və həmin işə başqa icraatda baxılmışdır.
37. Digər iş üzrə çıxarılmış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK iddiaçıya məxsus olan evi qanunsuz olaraq sökmüş, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının tələblərinə riayət edilməmiş, mülkiyyətçi ilə əvvəlcədən razılaşmadan onun evini sökmüş, sonra isə yeni inşa ediləcək binada sökülən əmlakın əvəzi olaraq mənzil verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Məhz bu səbəbdən mülkiyyətçi sökülmüş əmlakının əvəzinin tutulması ilə bağlı tələb irəli sürmüşdür.
38. Elektron Məhkəmə informasiya sistemi məlumatlarına görə həmin mülki iş üzrə çıxarılmış apelyasiya və kassasiya instansiyası məhk əməsinin qərarları sonrada Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq qərarı ilə qismən ləğv edilmiş və hazırda apelyasiya icraatında məhkəmə baxışı mərhələsindədir.
39. Hazırkı işə baxan məhkəmələrə lazım gəlirdi ki, digər işdə iddiaçının evinin sökülməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə və həmin nəticənin qanuni qüvvəsini alıbalmaması mövqeyindən çıxış etsinlər. Yəni, iddiaçının evinin qanunsuz sökülməsi hissəsində məhkəmə qərarları qanuni qüvvəsini almışdırsa, həmin halın mövcudluğu hazırkı iş üzrə əhəmiyyət kəsb edən hal kimi nəzərə alınmalıdır. Çünki digər işdə kassasiya məhkəməsinin qəbul edilmiş qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, şirkət iddiaçı ilə razılığa gəlmədən onun əmlakını qanunsuz və əsassız olaraq sökmüşdür (Azərbaycan Respublikas ı Ali Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli qərarı, mülki iş səhifə 101.). Elektron informasiya sistemindəki məlumatlara görə digər iş üzrə məhkəmə qərarları həmin hissədə dəyişdirilmədən qüvvəsində saxlanmış, ancaq, evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı məsələ yenidən baxılması üçün göndərilmişdir.
40. İşə yenidən baxılarkən həmin məsələ bir daha dəqiqləşdirilməlidir.
41. Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilmiş məxaric kassa orderləri ilə təsdiq olunur ki, MTK tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər üç aydan bir 1500 manat olmaqla, cəmi 19.500 manat kirayə haqqı kimi ödəniş edilmişdir.
42. Deməli, iddiaçının evi söküldükdən sonra müvvəqqəti yaşamaq üçün kirayə mənzildə yerləşdirilməsi və şirkət tərəfindən hər ay üçün 500 manat vəsait ödənilməsi halı da öz təsdiqini tapır.
43. İşə baxan 1-ci instansiya məhkəməsi ilk iddiaçının tələbinin qanuni əsası ilə bağlı düzgün nəticəyə gəlmiş, zərərdən irəli gələn maddi hüquq normalarının tələbin qanuni əsası kimi çıxış edə biləcəyini qətnamədə qeyd etmiş, lakin işdə olan sübutlara düzgün qiymət verməmiş, iddiaçının zərərin mövcudluğunu sübuta yetirə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Hansıki, iddiaçının kirayədə yaşaması və ödənilən kirayə haqqı ilə bağlı hal hər iki tərəfin mübahisəsiz olaraq qəbul etdiyi haldır.
44. Apelyasiya Məhkəməsi isə qətnaməsində ona istinad etmişdir ki, iddiaçının tələb etdiyi kirayə haqqı “Pilot layihə” çərçivəsində sökülmüş əmlakın yerində inşa edilən binada mənzil veriləcək şəxslərə şamil olunduğu və iddiaçı ilə belə müqavilə mövcud olmadığı üçün Nazirlər Kabinetinin müaviq qərarının həmin bəndi (1.3.bəndi) iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
45. Kollegiya ilk növbədə qeyd edir ki, tələbin qanuni əsasını tapmaq iddiaçının deyil, məhkəmənin vəzifəsidir. Ona görə iddiaçının tələbin qanuni əsası kimi hansı normalara istinad etməsi qərarın qəbul edilməsində əhəmiyyət kəsb etmir.
46. Kollegiya hesab edir ki, apelyasiya məhkəməsinin kirayə haqqı ilə bağlı qənaəti Nazirlər Kabinetinin müvafiq qərarının təyinatı və güddüyü məqsədə uyğun şərh edilməmişdir.
47. Əvvəla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fev ral 2016-cı il tarixli 86 saylı Qərarı qəzalı vəziyyətdə olan binalarda, evlərdə yaşayan sakinlərin sosialməişət şəraitinin yaxşılaşdırılması hesablanmışdır. Məhz ona görə həmin qərarda sakinlərin yaşadıqları evlərdən qarşılıqlı razılaşma əsasında köçürülməsi, onlara başqa mənzil verilənədək kirayə haqlarının ödənilməsini özündə ehtiva etmişdir.
48. Həmin qərarın 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmü ş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.
49. Deməli, qərarın mahiyyəti onlan ibarətdir ki, vətəndaşların əmlakı qarşılıqlı razılaşma əsasında sökülməli, sökülən evin yerində inşa ediləcək binada mənzil hazır olanadək həmin vətandaş başqa yerdə məskunlaşmalı və onun məsrəfləri tikintini aparan şirkət tərəfindən qarşılanmalıdır.
50. Hazırkı işdə iddiaçının evinin qarşılıqlı razılaşma olmadan sökülməsi və belə razılaşma olmadan müvvəqqəti başqa yerdə məskunlaşması təsdiq olunduğu təqdirdə aylıq ödəniləcək kirayə haqqı məbləğinin tutulması artıq Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarının müdəalarına uyğun deyil, vurulmuş zərər olaraq tutula bilər.
51. Çünki şəxsin evi söküldüyü üçün onun əvəzi olaraq qarşılıqlı razılaşma ilə ya başqa yaşayış yeri verilməli, və yaxud qarşılıqlı razılaşma ilə əmlakının dəyəri ödənilməlidir. Nə qədər ki, hazırkı vaxta qədər qeyd olunanların heç biri ilə bağlı qarşılıqlı razılaşma əldə edilməmiş, mübahisə olduğu təqdirdə isə məhkəmə qərarının icrası gözlənilmədən əmlak sökülmüş, vurulmuş zərərin ödənilməsinə dair qətnamənin icrasına dair sübutlar təqdim edilməmiş, belə olan təqdirdə iddiaçıya vurulmuş zərərin davam etməsi mübahisəsizdir.
52. Eyni zamanda nəzərə alınmalıdır ki, digər işdə (əmlakının sökülməsi ilə bağlı vurulmuş zərərin ödənilməsinə dair işdə) iddiaçı kirayədə yaşaması ilə bağlı vurulanzərəri (xərcləri) qarşı tərəfdən tələb etməmişdir.
53. İşə yenidən baxılarkən məhkəmə digər iş üzrə müəyyən edilən halları bir daha nəzərdən keçirməli, həmin işlərin qarşılıqlı əl aqəsini öyrənməli, mümkün olarsa onların bir icraatda birləşdirilməsini müzakirə etməli, yuxarıda qeyd olunan zəruri hallarla bağlı həmin işdə müəyyən edilən hallardan (qarşılıqlı razılaşma olmadan evin sökülməsi halı) çıxış edərək müvafiq hüquqi dəyərləndirmə aparmalıdır.
54. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apellyasiya Məhkəməsi ilk iddianın həll edilməsi zamanı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
55. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(103)-1583/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.