Məhkəmə qərarları › İş №2(102)-3106/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3106/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3106/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X14 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X14 və İddiaçı3 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1486/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətin ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, M.Fətəli küçəsi, 79/81 №-li mülk X1 mülkiyyətində olmuş və 12 noyabr 1991-ci il tarixdə mülkün 4/5 hissəsinə nəvələri Cavabdeh və X4 vərəsəlik hüququ tanınmışdır.

2. Yasamal Rayon Xalq Məhkəməsinin 29 may 1997-ci il tarixli, 2-149 nömrəli qətnaməsi ilə liyev Qalib Süleyman oğlunun, X16 və X10 Bakı şəhəri M.F.Axundov küçəsi 79/81 nömrəli ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiaları rədd edilmişdir. X19 həmin iddiasını onunla əsaslandırmışdı ki, 1981-ci ildən M.F.Axundov küçəsi, 81 nömrəli evin birinci mərtəbəsində iki otağa pasport qeydiyyatına düşməklə ailə üzvləri ilə orada yaşayır. Həmin otaqlarda təmir işləri aparmışdır. Məhkəmə qeyd etmişdir ki, ya lnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzlər mülkiyyət hüququnun müəyyən olunması üçün əsas ola bilməz.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 018-18018İ-3222 nömrəli, 16 avqust 2022-ci il tarixli arayışa əsasən İddiaçı1 21 oktyabr 1985-ci ildən hazıradək Yasamal rayonu X33 küçəsi 81 nömrəli ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmiş və bu səbəbdən vətəndaş İddiaçı1 qeydiyyatı 24 avqust 2003-cü ildə şəxsiyyət vəsiqəsini dəyişdiyi tarixdən göstərilmişdir.

4. Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evinin 1/5 hissədən bir hissəsi X2, 1/5 hissədən bir hissəsi X3, 1/5 hissədən bir hissəsi X7, 1/5 hissədən bir hissəsi X5, 4/5 hissədən bir hissəsi Cavabdeh, 4/5 hissədən bir hissəsi isə X6 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli fərdi yasayış evi eynidir.

5. X19 17 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1, X14 və İddiaçı3 (bundan sonra – iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli evdən istifadə hüquqlarının tanınmasını xahiş etmişlər.

7. İdd iaçılar tələbini belə əsaslandırıb ki, hazırda faktiki olaraq, ünvan 2 ünvanında yerləşən özbaşına tikili 1933-cü ildə Süleyman Məmməd oğlu tərəfindən tikilmiş, 1956-cı ilədək bu şəxs həmin evdə yaşamış, daha sonra isə qardaşı Cəmil Məmmədov həmin evdə yaşamağa davam etmişdir. Mənzil sonralar Süleyman Məmməd oğlunun övladı X9 istifadəsində olmuşdur. O, mənzil üzərində mülkiyyət hüquqlarının tanınması üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 27 oktyabr 1992-ci il tarixli qərardadı ilə özbaşına tikili olan mübahisəli evə mülkiyyət hüququnun tanınması iddiası üzrə icraata xitam verilmişdir. Beləliklə, ev üzərində heç kimin sahiblik hüququ qeydə alınmadığından sözügedən mənzil Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyəti Mənzil X13 61 saylı Mənzil-Kommmunal İsti smar İdarəsinin balansına keçirilmişdir. Sonralar mərhum yoldaşı İmanov İntiqam 21 oktyabr 1985-ci ildə 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsinin göstərdiyi “sahibsiz ev olaraq adlandırılan” mənzili alğı-satqı yolu ilə əldə etmişdir. O vaxtdan bəri ailəvi olaraq həmin mənzildə yaşayırlar və 1985-ci ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Lakin sonradan məlum olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 1992-ci il tarixli qərardadı ilə özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmamasından və yaşayış sahəsinin sahibsiz ev olaraq qalmasından istifadə edən Cavabdeh adlı şəxs qanunsuz yollarla, qeydiyyat vəsiqəsi və digər sənədlərdə saxta düzəlişlər edərək, bu tikilini özlərinin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilləri ilə birləşdirmiş, ev 79 /81 ünvanı adı altında mənzili öz adına 04 noyabr 2021-ci il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata almışdır. Bu şəxs onların alğı-satqı yolu ilə Mənzil Kommunal Təsərrüfat Birliyindən aldıqları və qanuni istifadələrində olan mənzillə bağlı qanunsuz yolla əldə etdiyi qeydiyyat vəsiqəsi əsasında qanunsuz iddia edərək, özünü mənzilin sahibi adlandıraraq, hazırda faktiki yaşadıqları və qeydiyyatda olduqları evdən pasport qeydiyyatından çıxmalarını tələb edir, hətta bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hazırda həmin iş Bakı İnzibati Məhkəməsinin icraatındadır və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmənin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərdiyi ünvanlara dair müvafiq məlumatın verilməsi barədə sorğuya sözügedən inzibati orqan 26 avqust 2022-ci il tarixli, **********31 nömrəli məktubu ilə cavab verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli fərdi yaşayış sahəsi eynidir. Bu cavab ilə qətiyyən razılaşmırlar, çünki inzibati orqanın hər hansı bir hərəkətlilik göstərmədən, mübahisəli tikintiyə baxış keçirərək protokol tərtib etmədən, həmin protokolu məhkəməyə təqdim edərək hüquqi əsaslandırmadan və sübuta yetirmədən, hansı əsas üzrə belə bir qənaətə gəldiyi və qətiyyətlə birmənalı cavab verdiyi məlum deyildir. Beləliklə, bu mübahisəli vəziyyətin davam etməsi səbəbiylə, hazırda mənzildə faktiki yaşayan şəxslər kimi yaşayış yeri üzrə pa sport qeydiyyatında olsalar da, qanuni istifadələrində olan mənzil üzərində istifadə hüquqları tanınmır və mübahisələndirilir. Məhz bu məqamda istifadə hüquqlarının tanınması zərurəti yaranmışdır.

8. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, cavabdehlərin şəxsiyyət vəsiqələrindəki ünvan 2 ünvanı özbaşına tikili deyil. Ulu babasına məxsus və hazırda rəsmi ünvanı M.F.Axundov küçəsi ev 79/81 olan şəxsi mülk 1929-cu ildə tikilmiş və 1931-ci ildə nənəsi Hüseynova (Quliyeva) Umleyla Zülfıqar qızının xüsusi mülkiyyətində olmuş, onun ölümündən sonra isə qanun üzrə vərəsəliklə nəvələrinin paylı mülkiyyətinə keçmişdir. İddiaçılar tələblərinin əsası kimi ayrıca 81 nömrəli özbaşına tikilinin olması, onun 61 saylı MKİS-nin balansına keçməsini, mərhum yoldaşının həmin evi 61 saylı MKİS-dən al ğı-satqı yolu ilə əldə etdiklərini qeyd etsələr də, buna dair heç bir sübut təqdim etməmişlər. Alğı-satqı müqaviləsi yoxdur, o cümlədən MKİS rəisi ev satmaq səlahiyyətinə malik olmayıb. Cavabdehlərin 81 nömrəli evə dair hüquq müəyyənedici sənədi yoxdur, onların xüsusi mülkiyyətdə olan evin 2 otağından istifadəsi qanunsuz olmuşdur. İddiaçılar iddia ərizələrinə tələblərinin əsası kimi yalnız şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatlarını əks etdirən arayışlar əlavə etmişlər, zatən həmin arayışlarsız da şəxsiyyət vəsiqəsi qeydiyyatı təsdiq edir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 dekabr 2022-ci il tarixli, e-2(004)-5233/2022 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli, 2-149 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh X11 qarşı yaşayış hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehin Bakı şəhəri, M.F.Axundov küçəsi, 79/81 saylı evə yaşayış hüququnun itirilməsi qət edilmişdir. Eyni qətnamə ilə iddiaçılar X9, X16 və X10 Bakı şəhəri, M.F.Axundov küçəsi, 79/81 saylı ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiaları rədd edilmişdir. X19 iddiasını onunla əsaslandırmışdır ki, 1981-ci ildən M.F.Axundov küçəsi, 81 saylı evin birinci mərtəbəsində iki otağa pasport qeydiyyatına düşməklə ailə üzvləri ilə orada yaşayır. Həmin otaqlarda təmir işləri aparmışdır. Məhkəmə qeyd etmişdir ki, iddianın yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzlər mülkiyyət hüququnun müəyyən olunması üçün əsas ola bilməz. X33 küçəsində yerləşən fərdi yaşayış evi mülkiyyət növünə aid və ayrı-ayrı girişi olan hər iki ünvan vaxtilə Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən küçənin sıra sayına uyğun olaraq nömrələnmişdir. Yəni hər 2 girişdən birinin üzərinə 79/81, digərində 81 rəqəmi qeyd olunmuşdur. Yasamal RPİ, QvŞV şöbəsi tərəfindən, adı çəkilən ünvanlardakı sakinlərin qeydiyyatla bağlı müraciəti əsasında verilmiış ******* və ******* №li, xx.xx.2022, xx.xx.2022-ci il tarixlı arayışlarda da ünvanların nömrələri ayrı-ayılıqda aydın şəkildə göstərilmişdir. Hal-hazırda həmin ünvanlar mövcuddur.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 200 0-ci il sentyabrın 1-dək yarandığından, hazırki iş üzrə qərar 1986-cı il tarixli Mənzil Məcəlləsinin 53 və 123 maddələrinin tələblərinə uyğun qəbul edilməlidir. Məhkəmə xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X19 ilə həyat yoldaşı İddiaçı1, uşaqları İddiaçı2 və İddiaçı3 ilə birlikdə 1981-ci ildən ünvan 7 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışlar. X19 xx.xx.2018-ci ildə vəfat etmişdir. Hazırda cavabdeh tərəfindən barələrində mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı iddia qaldırıldığından, iddiaçılar haqlı olaraq, qeyd olunan mənzilə istifadə hüquqlarının tanıması ilə ilə bağlı məhkəməyə müraciət etmişlər.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konsti tusiyasının 33, 43, 71ci maddələri, xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinın dəlilləri onunla əsaslandırılmışdır ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən, yaşayış sahələri dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış evləri (dövlət mənzil fondu) və vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) daxil olmaqla bir neçə mənzil fondlarına bölünmüşdür. Həmin Məcəllənin 53-cü maddəsi “Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə” adlanan 2-ci fəslə daxil olmaqla həmin mənzil fondlarına aid yaşayış sahələri üzrə hüquq münasibətlərini tənzimləyir. İddia predmeti Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli ev fərdi (xüsusi) mənzil fonduna aid olduğundan həmin yaşayış sahəsi üzrə hüquq münasibətləri sözügedən Mənzil Məcəlləsinin “Fərdi mənzil fondu evlərində yaşayış sahəsindən istifadə” adlanan 6-cı fəsli ilə tənzimlənməlidir. Hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi nor malarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstə rilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu. Mübahisə predmeti dövlət və ya ictimai mənzil fonduna aid olan ev olsaydı belə, məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçılar 2005-ci ildən İddiaçı2, 2013-cü ildən İddiaçı3, 2018-ci ilədək isə Xanım və İntiqam İmanovların mənzildə yaşamadıqlarını bildirmişlər. İddiaçılar nə iddia ərizəsində, nə də ki məhkəmə iclasında Cavabdehlə ümumi təsərrüfat apardıqlarını bildirmədikləri halda, otaqlarının evin mülkiyyətçilər yaşayan hissəsindən təcrid olunmuş sahədə olduğunu bildirdikləri halda və uzun müddət əvvəl başqa yaşayış məntəqəsinə köçdükləri, ailə üzvləri İntiqam Quliyev də 2018-ci ilin fevral ayında həmin yaşayış sahəsində vəfat etdiyi halda məhkəmə onları 53-cü maddədə icarədarla birlikdə yaşayan ailə üzvləri və ya digər şəxslər kateqoriyasına aid etməsini mənzili daimi tərk etdikdən sonra iddiaçıların daimi yaşadıqları yaşayış sahələrini, həmin yaşayış sahələrinin kimlərə məxsus olduğunu araşdırmamış, iddianı təmin edərkən iddiaçıların evdən istifadə hüququnun həmin dövrdə qüvvədə olan qanunvericiliyin hansı əsasları üzrə yarandığını göstərməmiş, bu hüququn mübahisəli evin cavabdehin hissəsinə aid olub-olmamasını dəqiq müəyyən etməmiş, mübahisəli mənzili daimi tərk etdikdən sonra iddiaçıların daim i yaşadıqları yaşayış sahələrini, həmin yaşayış sahələrinin kimlərə məxsus olduğunu araşdırmamış, bununla da Cavabdeh və digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İddiaçı2 2005-ci ildə ailə qurması ilə əlaqədar ərinin evinə köçmüş, İddiaçı3 2013-cü ildə ailə quraraq arvadı X8 mülkiyyətində olan, ipoteka müqaviləsinə əsasən birgə cavabdeh olduqları ünvan 8 ünvanına köçmüş 2018-ci ilədək isə İddiaçı1 mərhum əri X21 RİHBnın 05 iyul 2011-ci il tarixli sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış masssivində istifadəsində olan 300 kv.m torpaq sahəsində tikdirdiyi sahiblik və istifadə hüquq olan, mülkiyyət hüququna qanuni gözləntisi olan fərdi yaşayış evində yaşadığından iddiaçıların mübahisəli sahəyə istifadə hüquqları olmuş ol saydı belə, servitutun qoyulduğu əsaslar aradan qalxdığından həmin hüquqa (istifadə hüququna) xitam verilməsi kompensasiya ödəmədən mümkündür. 2022-ci ilin əvvəlində cavabdeh iddiaçılara qarşı Bakı İnzibati Məhkəməsində onların qeydiyyatdan çıxarılmaları barədə iddia qaldırmış, 7 aylıq araşdırmadan və hakim tərəfindən verilmiş sorğulara alınan cavablardan yalanlarının üzə çıxdığını və uduzduqlarını görən iddiaçılar yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində istifadə hüquqlarının tanınması barədə iddia qaldırmışlar. Xanım və İddiaçı3lar məhkəmə hazırlıq iclasında 2005-ci ildən İddiaçı2, 2013-cü ildən İddiaçı3, 2018-ci ilədək isə Xanım və İntiqam İmanovların mənzildə yaşamadıqlarını bildirmişlər. İddia tələbinin əsassız olması, qanuni qüvvəyə minmiş məhkəmə qərarları olması ilə yanaşı, i ddiaçılar tərəfindən həmçinin, 3 illik iddia müddəti ötürülmüşdür. Buna baxmayaraq məhkəmə iddia müddətini tətbiq edərək iddianı rədd etməmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 may 1997-ci il tarixli qətnaməsindən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Şəhər Məhkəməsinin 12 dekabr 1997-ci il tarixli qərarından görünür ki, iddiaçılarin ailə başçısı X19 (hansı ki, iddiaçılar onun ailə üzvi kimi xüsusi mülkiyyətdə olan evə qeydiyyata alınmışlar) ailə üzvləri ilə M.Fətəli küçəsi 81 nömrəli evin birinci mərtəbəsindəki 2 otaqda yaşadığından həmin 2 otağa mülkiyyət hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Qətnamədə göstərilmişdir ki, məhkəmə texniki-tikinti ekspertinin rəyindən bəlli olur ki, M.Fət əli küçəsi 79/81 nömrəli ev bir bünövrə üstündə tikilməklə yaşayış otaqlarından və məsciddən ibarətdir. Göstərilən mülk bütövlükdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh və qeyrilərinin xüsusi mülkiyyətinə keçmiş və qeydiyyat vəsiqəsi almışlar. Beləliklə M.Fətəli küçəsi 79/81 nömrəli ev Cavabdeh və qeyrilərinin xüsusi mülkiyyətində olmasına baxmayaraq iddia qaldırmışlar ki, həmin ev üzərində sahiblik və mülkiyyət hüquqları müəyyən edilsin. Öz iddialarını əsaslandırmaq üçün sübut təqdim edə bilməmişlər. Yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzləri əsas göstərmişlər. Məhkəmə hesab etmişdir ki, bu hallar mülkiyyət hüququnun müəyyən olunması üçün əsas verə bilməz. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İmanovlar ai ləsinin M.Fətəli küçəsi 79/81 nömrəli evə mülkiyyət hüquqlarının olmadığı müəyyən olunmuşdur. Hazırkı iş üzrə iddia tələbi olan istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi olduğundan və mülki işdə tərəf şəxsin varlığı ilə bağlı olmadığından iddia predmetinə iddiaçı tərəfin istifadə hüququnun olmaması da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə, cavabdehlərin yaşayış sahəsində faktiki olaraq yaşayıb-yaşamamasını, orada yaşayış üçün şəraitin olubolmamasını müəyyən etmək üçün yerli baxış keçirməmiş, qonşuları şahid qismində dindirməmiş, məhkəməyə təqdim olunmuş qaz və işıq üzrə abonent məlumatlarına əsasən, iddiaçıların 2016-2017-ci illərin bəzi aylarında cüzi (qəpiklə) sərfiyyatın olması, bəzi aylarında ümumiyyətlə sərfin olmaması, 2018-2022-ci illərdə isə ümumiyyətlə sərfin olmaması səbəbindən İddiaçı1 və mərhum əri İntiqam İmanovun (tərəflər məhkəmə hazırlıq iclasında İddiaçı2 2005-ci ildən, İddiaçı3 isə 2013-cü ildən mübahisəli sahədə yaşamadıqlarını etiraf etmişlər) işıq və qazsız necə yaşamaları aydınlaşdırılmamışdır. Məhkəmənin müəyyən etdiyi faktların iddiaçıların mübahisəli sahədən istifadə hüquqlarının yaranmasına səbəb olması üçün qanuni əsas olmadığından məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. İşin hallarına görə iddiaçılar paylı mülkiyyətçi Cavabdeh yaxın qohumu deyil, ondan asılı olan əmək qabiliyyəti olmayan şəxslər də deyillər, mülkiyyətçi ilə birlikdə yaşayıb ümumi təssərrüfat aparmamış və sırf ailə münasibətlərində olmadıqlarından ailə üzvləri sırasına daxil ola bilməzlər. Belə ki, yaşamış olduqları 2 otağı həmin xüsus i mülkə aid olmayan 81 nömrəli özbaşına tikili kimi qeyd etmələri artıq onların hər hansı bir mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmasını istisna edir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, cavabdeh ilə qonşudurlar. Orada yaşayın əksər şəxslər kimi Arif və Vaqif özlərinə məxsus otaqları kirayə verərək haqqını yarı bölürlər. İddiaçılar da Vaqifin otaqlarında kirayənişin kimi yaşamış, sonradan onların arasında məhkəmə mübahiəsəsi olmuşdur. İddiaçı1 və ailə üzvləri uzun müddətdir ki, orada yaşamırlar.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, cavabdeh ilə qonşudurlar və 1996-cı ildən orda yaşayır. Təxminən 10 il olar ki, iddiaçının və ailə üzvlərinin orada yaşamasını görməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1486/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 81 saylı ev 16 dekabr 1931-ci il tarixdən X1 mülkiyyətində olmuş, 12 noyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkün 4/5 hissəsinə nəvələri Cavabdeh və X4 vərəsəlik hüququ tanınmışdır. Yəni, mənzilin cavabdehin mülkiyyətində olması qeyd olunan sənədlərlə təsdiqini tapı r. İddiaçılar mənzili 61 saylı MKİSdən alqı-satqı yolu ilə əldə etdiklərini qeyd etsələr də, bunu hər hansı mötəbər sübutla təsdiq edə bilməmişlər. MKİS-in iddiaçıların vəkilinə ünvanlanmış məktubunda da hər hansı alqı-satqı münasibətinin olması yox, sadəcə iddiaçıların həmin ünvanda qeydiyyatda olmaları göstərilmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ünvanla bağlı dəlilinə münasibət bildirərək göstərmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Şəhər Məhkəməsinin 12 dekabr 1997-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə texniki-tikinti ekspertinin rəyinə əsasən M.Fətəli küçəsi 79/81 nömrəli ev bir bünövrə üstündə tikilməklə yaşayış otaqlarından və məsciddən ibarətdir. Göstərilən mülk bütövlükdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh və qeyrilərinin xüsusi mül kiyyətinə keçmiş və qeydiyyat vəsiqəsi almışlar. Həmçinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 26 avqust 2022-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd olunur ki,... Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli fərdi yasayış evi eynidir.

36. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, mübahisə predmeti olan ev Cavabdeh mülkiyyətində olduğundan və sonuncuya vərəsəlik hüququ üzrə keçdiyindən həmin evdən istifadə hüququnun yaranması yalnız 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixə kimi istifadə hüququnun yaranması ilə bağlı münasibətləri tə nzimləyən 53 və 123-cü maddəsinin şərtləri mövcud olduqda mümkündür. Birinci instansiya məhkəməsi də iddianı təmin edərkən məhz bu normalara istinad etmişdir. Həmin normaların şərtinə görə isə yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin ailə üzvünə və ya onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparan şəxslərə münasibətdə yaranır. Hazırkı mübahisə üzrə isə qeyd olunan şərtlərin heç biri mövcud deyildir. Yəni, iddiaçılar cavabdehin ailə üzvləri deyildir və sonuncu ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparması faktı da mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların mübahisəli evdən istifadə hüququ yaranmamışdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 71ci maddələri, Mülki Məcəllənin 139.1, 139.3, 152.1-ci ma ddələri, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, MPM-in 4.1, 5.1, 14.2, 77.1, 217.1, 217.3-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.07-ci il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəs inin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçılar (vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

22. Kassasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olmuş, əlavə olaraq qeyd edilmişdir ki, 1981-ci il tarixdən X19. 1985-ci il tarixdən İddiaçı1, 1986-cı il tarixdən İddiaçı2 və 1989-cu il tarixdən İddiaçı3 oğklumübahisəli mənzildə pasport qeydiyyatında olmaqla yaşamış və mübahisəli mənzilin keçmiş sahibi onlara hər hansısa irad bildirməmiş onların orada yaşam alarına hətta şərait yaratmışlar. Hətta mübahisəli mənzilin X19 mənzilin mülkiyyətçisi olmaqla bağlı məhkəməyə müraciət etmiş və ev sahibi məhkəmədə iştirak etmişdir. Lakin yenə də, iddiaçıların həmin mənzildən çıxarılması ilə bağlı iddia və ya özlərinə irad bildirməmişdir. Bu hal bir daha sübut edir ki, keçmiş ev sahibi ilə münasibətlər normal olmuş və mənzildə digər şəxslərin birgə təsərrüfat idarə etmələrinə heç bir irad bildrilməmişdir. Əksinə orada yaşamalarına şərait yaradılmış 42 il müddətində də ev təmiri və ya kommunal xidmətlər iddiaçılar tərəfindən ödənilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

25. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

26. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

27. Maddə 71, İİ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

29. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və o na dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

31. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar; İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sıra sından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

32. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiy i halda da saxlanılır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı: “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.07-ci il tarixli Qərarı: “Adətən mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.”

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərb aycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməs inin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, iddia tələbi yaşayış sahəsindən istifadə hüququnun tanınması barədədir.

46. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işi n baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır və işə baxmış apelyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, işin hallarını bu normalar əsasında təhlil edərək qanuni və əsaslı nəticəyə gəlmişdir.

48. İddiaçılar mübahisəli yaşayış sahəsinin Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyəti Mənzil X13 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsinin balansında olduğunu, mərhum İntiqam İmanovun həmin yaşayış sahəsini 21 oktyabr 1985-ci ildə 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsindən alğı-satqı yolu ilə əldə etdi yini bildirmişdir. Lakin iddiaçılar bu barədə məhkəmələrə hər hansı sübut təqdim etməmişlər.

49. Əksinə, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 81 saylı ev 16 dekabr 1931-ci il tarixdən X1 mülkiyyətində olmuş, 12 noyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkün 4/5 hissəsinə nəvələri Cavabdeh və X4 vərəsəlik hüququ tanınmışdır.

50. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçıların sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilm iş hüquqi faktlar mövcud olsun. Lakin iddiaçıların mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas olan, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı2 2005-ci ildən, İddiaçı3 2013-cü ildən, İddiaçı1 2018-ci ildən həmin yaşayış sahəsində yaşamırlar.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normaların tələbinə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1486/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar